Düşünürəm istəmədən. . .

 
  • 14.10.2010, 13:58
  • Bölmə: Sevgi
  • Müəllif: Ghost
Düşünürəm istəmədən. . .

Qağayının kölgəsi düşür dənizə, qanad çalır dənizin üzərində səbəbli ya səbəbsiz. . . Günəş yenə qızarır, batmağa hazırlaşır, möhtəşəmliyini göstərərək. . .
Sahildəyəm qucağımda tək gülümlə. Düşünürəm istəmədən. . .
Qoca ata qızına tutunur bərk-bərk yıxılmamaq üçün, qızına yük olduğunu düşünərək başını aşağı salır, için-için üsyan edir. . .
Uşaqlar qaçırlar, bu gün də var çörək pulları, doya biləcəklər, əyinləri isti olmasa belə, ayaqları suyun içində sevinərək qaçırlar . . .
Zamanın onların əlində olduğunu düşünən sevənlər keçir. “Səni sevəcəyimə-hər zaman yanında olacağıma söz verirəm.” Diksinirəm-“Söz?!” . . .
“-Qaçma Murad, indi yıxılacaqsan qaçma. Sənə demişdim axı qaçma, ağlama indi öpərəm sağalar. Ağlama ağıllı balam.”
Hər yıxıldığımda qaldırdılar, yaramı sağaltdılar. Bir gün yaramı sağaltmasalar. . . Tez qovuram bu fikri. İstəmirəm düşünmək, valdeyinlərim mənimlə olacaq, getmələrinə icazə vermərəm, verə bilmərəm. . .
Uzaqdan səs gəlir, ruhum dincəlir. . . Azanın səsi, hər zərrəciyimə qədər duymaq istəyirəm. . . Ancaq yox, bunu eşitmək istəmirəm, heç olmasa bir gün bu gün yox. . .Sağ tərəfimdə Azanın səsi, sol tərəfimdə “hit” deyilən səslər yığını . . .
Gülüm, üzr istəyirəm, göz yaşlarıma görə. Səni incitmək istəmirdim, göz yaşlarım saf deyil, üzr istəyirəm. . .
“-Ana, dənizin o birisi tərəfində də həyat var?”
” –Hə, quzum.”
Həyat dənizin o biri tərəfində deyil. . . Ölümdən sonrakı əbədiyyətdir, ölümün digər üzüdür.
Ömür isə bir su damlası, yerə düşmədən quruyan zərrə. . .
Düşünürəm-“nədir ölüm?
” Ölən ölümü anlata bilmir yaşayanlara . . . Kimi ölüncə tapır əsl həyatı, kimi isə dünya var olduqca yaşayır. . .
Qağayı qanad çalır dənizin üzərində. . . Günəş möhtəşəmliyi ilə batır. . . Artıq getmək vaxtıdır. . .


Geri dön

Irane

  • 7 yanvar 2011 03:41
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
Tewekkurler xebere gore.....

--------------------

Ulya

  • 15 oktyabr 2010 13:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
gozel yaziya gore twk

Grace_Angel

  • 14 oktyabr 2010 15:20
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore.....

--------------------

sevgi yalandir

  • 14 oktyabr 2010 15:18
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Azeri_Gozeli

  • 14 oktyabr 2010 14:09
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
cox sag ol can ellerine saliq

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 58
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}