
..Neçə gecə daha ağlamam lazımdır sevgilim..
Sənin gözlərinə baxıb, bir dəfə sarılıb, öpə bilmək üçün neçə
gecə daha aglamam lazımdı. ..Ya da ağlasam gəlirsənmi geri,
sənsizlikdən üşüyən əllərimi, saraılarsanmı sənsizlikdən buz tutmuş
bədənimə. ..Ya da ölsəm, sevərsənmi onu sevdiyin kimi məni. ..
Seversənmi cansız... bədənimi...

Yoxsa hər vaxt ki kimi qeyri-mümkün sevgi ya da qismət
deyib gedərsənmi... Bu sevgimi sevgilim. ..Sevdiyin üçün heç
bir şey etmədən qeyri-mümkün dəyib getmək sevgimi???
Mən sevgini belə öyrənmədim sevdiyim, ...
Məncə sevgi; eyni duyğuları hiss etməkdi, eyni şeyi
düşünüb eyni anda hərəkət etməkdi... Məncə, tək saniyə olsa belə
səsini eşitməkdi, saniyəlikdə olsa gülüşünü izləməkdi, eşq hər gördüyünü
ona bənzətməkdi, bənzədilən adamı uzaqdan izləyib əmin olmaqdi...

Məncə, məncə sevgi; hər gecə başını yastığa qoyduğunda onla olan
xatirələrinin gözünün qarşısından keçməsidi...
Sən tərəfindən sevgi nədi???
dur mən söyləyim... Bir heç uğruna yalan demək,gedib başqa
bədənlə olmaq, başqa bir sevgilinin əlini tutmaq, sevirəm dəyib
başqasıyla yaşamaqdi... Yaxşı sən tərəfindən sevgi evlilikdimi???
Sevirəm, aşiqəm dəyib, gedibdə başqa biriylə evlənməkdi?
Haqlısan sənin sevgin bu idi...

...EVLİLİK... Əslində mənsiz xoşbəxt ol demək idi sənin üçün...
İndi məndə sənə deyirəm səndə mənsiz xoşbəxt ol çünki məndə
evlənirəm... Həm də bu el həm də sənin sayəndə...
Həm də qaçaraq evlənirəm, təkliyə qaçıb bədbəxtliyimlə evlənirəm...
Kim bilir neçə gecə daha ağlaram sənsizliyə,
sən xoşbəxt ol mən girərəm təkliyin evinə....