İmam Hüseynin (ə) inqilabında mühüm amil

 
İmam Hüseynin (ə) inqilabında mühüm amil

Əmr be mәruf vә nәhy әz münkәrin dərəcələri

Əmr be mәruf vә nәhy әz münkәr bir neçә hissә vә dәrәcәyә bölünür:
1-Pislikdәn çәkindirәn vә yaxşılığa dәvәt edәn şәxs, ürәkdәn vә bütün varlığı ilә günahlara nifrәt bәslәmәlidir. Әmr be mәruf vә nәhy әz münkәrin әn birinci mәsәlәsi hicr vә erazdır (günahdan çәkinmәk vә üz döndәrmәk). Siz birisinin pis vә yaramaz işlәrlә mәşğul olduğunu gördükdә, onun özü ilә deyil, işlәri ilә mübarizә etmәlisiniz. Mәsәlәn, ailәvi get-gәliniz olan vә hәdiyyә verib-aldığınız sәmimi dostunuz aşkar bir günah etdiyini görәn zaman, ona qabaqkı sәmimiyyәtlә yox, әksinә olaraq çox etinasız vә soyuqqanlıqla yanaşsanız, bu özü bir növ tәnbeh olar.

Yeri gәlmişkәn qeyd etmәk lazımdır ki, insan әmr be mәruf vә nәhy әz münkәr haqqında mәntiqlә addım atmalıdır, daha doğrusu onun әmәli mәntiqә uyğun olmalıdır. Әlbәttә, bu әks-әmәl o vaxt tәsir göstәrә bilәr ki, әlaqәnizi kәsdiyiniz şәxs ruhi әzab-әziyyәt çәkib öz işindәn peşiman olsun. Әgәr sizin tәcrübәsiz gәnc övladınız vә ya dostunuz çirkin bir әmәlә qurşansa, sizin әlaqәnizin kәsilmәsi onları günaha daha da rәğbәtlәndirәr. Yәni onlar tam sәrbәstliklә öz günahlarını davam etdirәrlәr. Mәsәlәn, get-gәl etdiyiniz bir ailәnin fәsad vә günaha qurşandığını gördükdә, öz abrınızdan qorxub әlaqәnizi kәsirsiniz, çünki insan özündәn asılı olmayaraq başqalarının tәsirinә mәruz qalır. Bәzәn, günaha qurşanmış bir dostumuzla әlaqәmizi davam etdirmәk onu günaha rәğbәtlәndirәr vә ondan uzaqlaşmağımız isә onu tәnbeh edәr, belә bir vәziyyәtdә әlaqәmizi kәsmәyimiz mütlәq vacibdir.

İmam Hüseynin (ə) inqilabında mühüm amil

İkinci mәrhәlә:
Alimlәrin nәzәrincә, dillә öyüd-nәsihәt verәrәk xalqı yaxşı işlәrә doğru istiqamәtlәndirmәk nәhy әz münkәrin ikinci mәrhәlәsidir. Bir çox insanlar vardır ki, cahilliklәri üzündәn düşmәnin tәbliğatına uyub haqq yolundan azmışlar. Bu kimi şәxslәr, fәsadın eyb vә zәrәrlәrini onlar üçün açıqlayıb izah edә bilәn mehriban bir müәllim, tәrbiyәçi vә yolgöstәriciyә möhtacdırlar. Bununla belә әgәr biz günahkar bir şәxsi moizә vә mәntiqlә doğru yola yönәldә bilsәk, onunla әlaqә saxlamağımız vacibdir.

Üçüncü mәrhәlә:
Bu mәrhәlә әmәl mәrhәlәsidir. Bәzәn günahkar şәxs elә bir mәrhәlәdә olur ki, nә üz döndәrib uzaqlaşmaq tәsir göstәrir, nә dә öyüd-nәsihәt vә mәntiq. Belә bir vәziyyәtdә, әmәlәn günahkar şәxsin qarşısını almalıyıq. Görәsәn әmәldәn mәqsәd nәdir?
Bәzi vaxtlar tәnbeh etmәyimizin lazım olduğuna baxmayaraq, әmәldәn mәqsәd hәdәlәmәk, döymәk vә yaralamaq deyildir.
İslam hәddi-hüdud dinidir, islam nәzәrincә bәzi vaxtlar günahkar şәxsә ancaq tәnbeh tәsir göstәrә bilәr. Әlbәttә insan belә zәnn etmәmәlidir ki, bütün yerdә düşmәnçilik vә kobudluq lazımdır.
Hәzrәt Әli (ә) Peyğәmbәrin davranışı barәdә buyurur:
“O, müalicә edәn bir hәkim idi. Hәkim, dava-dәrmanla vә lazım olduqda isә cәrrahlıq vә dağ basmaqla yaraları sağaldar.”
Şair demişkәn:Əzәldәn yoğrulmuş sevinclә kәdәr,
Lazım gәlsә cәrrah, әmәl dә edәr.Əmr be mәrufun mәrhәlәlәri dә nәhy әz münkәrin mәrhәlәlәri kimidir.
Əmr be mәruf ya moizә vә öyüd-nәsihәt vermәklә vә yaxud da әmәllә icra olunmalıdır.
Əmәl mәrhәlәsindә tәkcә sözlә kifayәtlәnmәk olmaz. Bizim ictimaiyyәtin böyük eyiblәrindәn biri dә, sözә hәddәn artıq әhәmiyyәt vermәmәyimizdir. Söz öz yerindә yüksәk әhәmiyyәtә malikdir, hәqiqәti danışıb, yazıb vә izah etmәyincә heç bir iş görmәk olmaz. Bәzilәri isә hәr bir şeyi ancaq sözlә hәyata keçirmәk istәyirlәr. Bizcә bu sәhvdir. Söz lazımi şәrt olsa da kifayәtedici deyil, әmәl dә gәrәkdir.

İmam Hüseynin (ə) inqilabında mühüm amil

Əmr be mәruf vә nәhy әz münkәr iki hissәyә bölünmüşdür: Müstәqim vә qeyri-müstәqim. Bәzi vaxtlar siz әmr be mәruf vә nәhy әz münkәr etmәk üçün müstәqim surәtdә müdaxilә edirsiniz, daha doğrusu ayağa qalxıb “filan işi yerinә yetirmәyinizi xahiş edirәm” deyirsiniz. Amma bәzәn dә qeyri-müstәqim yolla onu başa salırsınız. Mәsәlәn, bir şәxsin filan әmәlini tәriflәmәklә ona bu işin yaxşı olduğunu bildirmәk istәyirsiniz. Bu üslubun tәsir dairәsi olduqca genişdir.
Bu mәsәlәni aydınlaşdırmaq üçün bir rәvayәt nәql edirik:
İmam Hәsәn vә imam Hüseyn әleyhimәssәlam uşaq ikәn qoca bir kişinin sәhv dәstәmaz aldığını görürlәr.
İslam adәt-әnәnәsi vә psixologiyasından agah olan bu iki imam, ona dәstәmazının düz olmadığını bildirmәk istәyirlәr. Digәr dәrәfdәn qocanın könlünә toxunmaq istәmirdilәr. Çünki o kişi acıqlanıb “xeyr! Mәnim dәstәmazım düzdür”-deyә bilәrdi.
Onlar qabağa gedib dedilәr: “Biz hәr ikimiz sәnin hüzurunda dәstәmaz alırıq. Sәn diqqәtlә bax vә kimin dәstәmazının yaxşı olduğunu de!” Qoca kişi: “Yaxşı, dәstәmaz alın, mәn sizin aranızda münsiflik edәrәm.”
İmam Hәsәn (ә) vә imam Hüseyn (ә) hәr ikisi düzgün vә kamil bir dәstәmaz aldıqdan sonra o, öz dәstәmazının batil olduğunu başa düşdü.
Qoca dönüb bu iki imama dedi: “Sizin hәr ikinizin dәstәmazı düzdür, mәnim öz dәstәmazım batil imiş.”
Əgәr onlar qәzәblә: “Qoca kişisәn, heç utanıb xәcalәt çәkmirsәn! Hәlә dәstәmaz almağı bacarmırsan?”-desәydilәr, onda o kişidә namaza qarşı daimi bir nifrәt hissi oyana bilәrdi.
Xәtiblәrin biri deyir:
Mәşhәddә dinsiz bir şәxs var idi. Mәn onunla get-gәl edib çox danışıqdan sonra, yumşalıb hәqiqi bir mömin oldu, tamamilә dәyişdi, yüksәk vә hәssas vәzifә daşıdığına baxmayaraq hәmişә namazını camaatla qılmağa başladı. Günorta vә şam namazını Gövhәrşad mәscidindә, mәrhum Nәhavәndinin arxasında qılırdı. Münasib bir fürsәt әldә etdikdә camaat namazında iştirak edәrkәn paltarlarını soyunub çiyninә bir әba salardı... Bir müddәtdәn sonra onu daha görmәdik, sәfәrә getdiyini tәsәvvür etdik. Bir xeyli soraqlaşdıqdan sonra dostlar “o, buradadır, özü gәlmir”-dedilәr.
Nәhayәt mәlum oldu ki, o hәm camaat namazını, hәm dә bizi tәrk etmişdir. Bu mömin kişinin birdәfәlik dindәn üz döndәrmәsinin sәbәbini öyrәnmәk mәqsәdi ilә tәdqiqat aparmağa başladıq.

İmam Hüseynin (ə) inqilabında mühüm amil

Bu macәra ilә maraqlanaraq nәhayәt öyrәndik ki, hәmin şәxs camaat namazında iştirak edib dördüncü, beşinci sıralarda dayanırmış. Bir gün pişnamazın arxasında vә birinci sırada dayanmış mürtәce şәxslәrdәn biri namaz vaxtı ön sıradan durub sıraları keçәrәk beşinci sıraya gәlib çatır vә bu kişi ilә üzbәüz oturub deyir:
Sizә bir sual vermәk istәyirәm, siz müsәlmansınız yoxsa...?
Bu kişi:
Bu sual nәdir ki, mәndәn soruşursunuz?
Mürtәce kişi:
Xahiş edirәm, buyurasınız ki, siz müsәlmansınız ya yox?
O, dedi:
Sәn nә demәk istәyirsәn, әlbәttә ki, mәn müsәlmanam, әgәr müsәlman olmasaydım buraya gәlmәzdim.
Mürtәce vә özünü müqәddәsliyә vuran kişi:
Əgәr müsәlmansansa, bәs niyә üzünü qırxıb bu kökә salmısan?-deyә soruşdu.
Söz buraya yetişdikdә o kişi:
Bu mәscid, bu camaat namazı, bu din vә mәzhәb özünüzün olsun, mәn getdim-deyә ayağa qalxıb yola düzәlir.
Bu da üzdәniraq nәhy әz münkәrin başqa nümunәsidir. Xalqı dindәn qaçırtmaq vә din düşmәnlәrinin sayını artırmaq üçün bundan da tәsirli bir sәbәb tapmaq olarmı?
Bir gün xarici bir jurnalda dindar bir qızın hekayәsini oxuyurdum:
Şahzadәlәrin biri ona vurulmuşdu. O, çox şәhvәtpәrәst olduğuna görә, qızı tora salmaq istәyirdi. Bu dindar, ismәtli vә nәcabәtli qız heç cürә ona tәslim olmurdu.
Nәhayәt şahzadә mәyus olub qızdan әl çәkdi. Neçә gündәn sonra bir nәfәr qızın tәrәfindәn ona xәbәr gәtirib dedi:
“O qız bir müddәt sәninlә xoş güzәran keçirmәyә hazırdır vә...”
Şahzadә tәәccüblәnib bu barәdә tәdqiqat aparmaq qәrarına gәlir, görәsәn nә üçün belә bir nәcabәtli vә iffәtli qız birdәn-birә әyyaşlıq vә xoşgüzәranlığa meyl salmışdır?!
Bir qәdәr maraqlandıqdan sonra mәsәlәnin sәbәbini öyrәnir. O macәra bundan ibarәt idi ki, bir keşiş bu qızın yüksәk dini әhval-ruhiyyәyә malik olduğunu duyub, onun әqidәsini daha da artırmaq qәrarına gәlir. Bir gün o, qızın yanına gedir vә ona müraciәtlә:
Sәnә bir hәdiyyә gәtirmişәm,-deyir.

İmam Hüseynin (ə) inqilabında mühüm amil
Onlar üzbәüz oturarkәn ruhani keşiş töhfәni qızın qarşısında yerә qoyur vә örtüyü onun üstündәn çәkir. Qız qarşısında bir ölünün kәllәsini gördükdә diksinәrәk “bu nәdir?”-deyә soruşur.
Keşiş: “Onu qәbristanlıqdan gәtirmişәm, sәn onun barәsindә dәrindәn fikirlәşsәn, dünyanın nә qәdәr vәfasız olduğunu duyacaqsan...”
Keşiş bu işi ilә qızın ürәyindә dinә qarşı elә bir nifrәt yaratdı ki, o:
“Dünyanın sonu belә olacaqsa, bәs nә üçün bu beşgünlük yaşayışı özümә haram edim?”-deyә, әyyaşlıq vә pozğunluğa qurşanır.
Bu da yanlış öyüd-nәsihәtin başqa bir nümunәsi. Biz artıq bu kimi tövsiyә vә nәsihәtlәrin tәsirinin mәnfi olduğuna inanmalıyıq.
Bu mövzu ilә әlaqәdar mәnim özümün bir xatirәm vardır:
Qumda olarkәn yenicә işә başlamış mәşhur bir şirkәtin maşını ilә sәfәrә çıxdım..
Vәramin şәhәrindә sürücünün ürәyindә mәnә qarşı ikrah hissi oyandığını duydum, әlbәttә biz әvvәldәn bir-birimizi tanımırdıq. Az sonra ondan:
Maşını harada saxlayacaqsınız?-deyә soruşdum?
Bilmәk istәyirdim ki, maşın yol üstündәki yemәkxanalarda saxlayarkәn namaz qılmağa vaxt olacaq ya yox. O, cavabımı elә bir tәrzdә qaytardı ki, Mәşhәdә kimi bir kәlmә dә olsun belә, danışmağa cәsarәtim çatmadı. öz-özümә dedim, bu şәxs müsәlman deyil, yәhudidir. Simnan şәhәrindә maşın dayandı. Mәn dәstәmaz alarkәn gördüm ki, sürücü ayaqlarını yuyur, mәn onun dәstәmaz alıb namaz qıldığını gördüm. Mәn onun müsәlman olduğunu vә namaz qıldığını yәqin etdim. Onun bizimlә rәftarı qabaqkı kimi idi. Mәndәn bir oturacaq arxada iki nәfәr Türbәtli tәlәbә әylәşmişdi. Sürücü onlara mәhәbbәt göstәrirdi. Yuxulamasın deyә tәlәbәlәrin birini çağırıb öz yanında oturtdu. Nәhayәt bu müәmma mәnim üçün hәll oldu. O sürücü bütün bәdbәxtliyinin sәbәbini mollalarda görürdü. Bu kimi tәsәvvürlәr bir yalnış vә yersiz әmr be mәruf vә nәhy әz münkәrin nәticәsindә yarana bilәr.

Bu işlәr, xalqı dindәn uzaqlaşdıraraq, onları bәdbәxt etmәk, dinә vә ruhaniyyәtә qarşı düşmәn yaratmaqdır. öz-özümә dedim, Allah atasına rәhmәt elәsin, mollalarla düşmәn olsa da, islamla düşmәn deyil, namaz qılır, oruc tutur, imam Rza (ә)-ın ziyarәtinә gedir vә s...


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 18:05
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
TSK!

--------------------
AŞİFTE

1heyat_1desen

  • 6 dekabr 2011 00:52
  • Məqalə: 143
  • Şərh: 727
  • Bal:
{awards}
COOOOOOOX MARAQLI XEBERDI TWK!!!THANKS!!!

Larek

  • 1 dekabr 2011 23:39
  • Məqalə: 8
  • Şərh: 108
  • Bal:
{awards}
Allah Razi Olsun.

_SVETLANA_777_

  • 1 dekabr 2011 23:07
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
<p></p>

R_A_P_U_N_Z_E_L

  • 1 dekabr 2011 20:48
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Alone angel

  • 1 dekabr 2011 19:18
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Elvin007

  • 1 dekabr 2011 18:38
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
twk xeber ucun sagol fellow

--------------------
▼►►Proqramming◄◄▼

.♣.Chrysalis.♣.

  • 1 dekabr 2011 18:35
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk xebere gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

BadZero

  • 1 dekabr 2011 18:13
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Aynure

  • 1 dekabr 2011 17:52
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
TESEKKUR

ASMIYA

  • 1 dekabr 2011 17:34
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
ELINIZ - QOLUNUZ VAR OLSUN. BIZLERLE DE PAYLASDIGINIZ UCUN. ALLAHIM RAZI QALSIN.

--------------------


SeL_cAn

  • 1 dekabr 2011 17:24
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
Allah razı olsun
TŞK

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

111_Shawmn Michaelais_111

  • 1 dekabr 2011 17:17
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.gÖZLERİNİZE NUR HGELSİN

--------------------


Ku-ku

  • 1 dekabr 2011 17:06
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 53

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}