Bunları bilməyiniz məsləhətdir

 
Bunları bilməyiniz məsləhətdir

1. Bir cut ağcaqanadın təkcə aprel - may aylarında yumurtalarının hamısından ağcaqanad çıxsaydı dünyanı 14 metr qalınlığında ağcaqanad təbəqəsi tutardı.

2. İnsan əlində ən gec uzanan dırnaq baş barmaqda olur, ən sürətli isə orta barmaqda.

3. İmam Əli (ə) buyurub: “Ey Adəm övladı! Bu gün sabah (onun ruzisi) üçün kədərlənmə. Çünki əgər sabah sənin ömründən olsa,
Allah sənin ondakı ruzini yetirəcək”.

4. Qədim Romada şalvar kobud barbar geyimi hesab edilərək qadağan olunmuşdur.

5. Hindistanın qədim adətinə görə dul qadın özünü yandırarmış.

6. 2-ci dünya müharibəsi zamanı alman kəşfiyyatının başçısı Kanarsi Avropa restoranlarına yalnız kar qadınları işə götürməyi əmr etmişdir.

7. Popuri sözünün fransız dilindən tərcüməsi “yığma xörək” deməkdir.

8. Dünya səviyyəli bəstəkar Motsartın qəbri yoxdur.

9. İngiltərədə 1824-cü ilə qədər aktyorları rəsmi olaraq “avara” adlandırırdılar.

10. Zəncirbənd [zamok] ilk dəfə ayaqqabıda istifadə olunmaq üçün nəzərdə tutulmuşdu.


11. Ən təhlükəli peşələr: kosmonavt, polis, futbolçu və balıqçılıq hesab olunur.

12. Kembric universitetində riyaziyyat fənnindən pis qiymət alan tələbəyə taxta qaşıq verirlər.

13. Braziliyalılar futbolda təsadufi qolu “cücə” adlandırılar

14. Malta Respublikasında 2 telekanal var.

15. ABŞ əhalisinin fikrincə 2 $ əskinas uğursuzluq gətirir.

16. 400 il əvvəl İtaliyada konservatoriya sözü “yetimlərin yaşadığı ev” mənasını verirdi.

17. Peyğəmbərimiz (s) buyurub: “Müsəlmanın həftədə (heç olmasa) bir gün dini məsələləri,
halal-haramı öyrənməməsi necə də böyük qəbahətdir, təəssüf edirəm belə şəxslərə!..”

18. Karnaval sözünün mənası “ətdən imtina etmək' mənasını verir.

19. İnsanların ölmüş adamları yuxuda görməsinin səbəbi yatarkən insan beyninin
məntiq hissəsinin fəaliyyətini dayandırması,
emosiya və duyğular olan hissəsinin isə fəaliyyətdə olmasıdır.

20. Nyu-Yorkun telefon şirkətlərinin apardığı tədqiqatlara görə insanlar telefonla danışarkən ən çox “mən” sözündən istifadə edirlər.

21. Ən varlı itin 15 milyon funtsterlinq pulu var.

22. İngiltərə kitabxanalarında ən çox oğurlanan kitab “Ginnesin rekordlar” kitabıdır.

23. Monakonun milli orkestrinin sayı, ordusunun sayından çoxdur.

24. Alyaskanın bayrağını 13 yaşlı uşaq hazırlayıb.

25. 18 fevral 1979-cu ilde Saxara səhrasında bir dəfə qar yağıb.

26. Eskimosların dilində qar sözünü əvəz edə biləcək 20 söz var.

27. Vatikan yeganə ölkədir ki, 1983-cü ildə orda doğum qeydə alınmayıb.

28. İtaliyada “Barbie” gəlinciyi çoxdur, nəinki Kanadada kanadalı.

29. Peyğəmbərimiz (s) buyurub:
“Mənim ümmətimdən olan qadınlardan hər biri bu dörd xüsusiyyətə malik olsa, behişt onundur:
Namusunu qoruya, ərinə itaət edə, beş vaxt namazını qıla və Ramazan ayının orucunu tuta”.

30. Titanik filmində ən çox səslənən söz Roza-dır.


31. 12-ci mərtəbədən düşən pişiyin yaşamaq şansı daha çoxdur, nəinki 7-ci mərtəbədən düşənin.

32. Bədəninə görə ən böyük başı olan heyvan qarışqadır.
Bunları bilməyiniz məsləhətdir

33. 1993-cü ilin Fevral ayında Rolf ve Hern adlı 2 nəfər bank soyur və həmin bankda özlərinə hesab açırlar.

34. İmam Səccad (ə) buyurub ki: "Allah hər bir kədərli qəlbi və şükr edən bəndəni sevər!".

35. Bankda bir işçi qadın asqırarkən başı kompyuterin bir düyməsinə dəyib və özü də bilmədən hansısa bir adamın hesabına 1 milyon $ pul köçürüb.

36. 1 kubmetr taxtadan 0,5 milyon diş təmizləyən düzəltmək mümkündür.

37. Qədim dövrlərdə ruslarda sarafan kişi geyimi sayılırdı.

38. Fortepianoda 52 ağ, 36 qara dil var.

39. XVII əsrdə termometrlərdə civə əvəzinə istiliyi ölçmək üçün "brend"dən istifadə edirdilər.

40. Bir ildə 31 557 600 saniyə var.

41. İlk dəfə qalstuklar Xorvatiyada kəşf olunub. Bu səbəbdən də ingilis dilində qalstuk "kroat" - yəni Xorvatiya adlandırılıb.

42. Amerikalıların cəmi 55%-i bilir ki, günəş ulduzdur.

43. Avstraliyada dovşanların sayı Çin əhalisindən çoxdur.

44. Ağ evdə çəngəl və qaşıqların sayı 13092 ədəddir.

45. Həzrət Əli (ə) buyurub ki: "İnsanın günah etmədiyi gün onun bayram günüdür".

46. Amerikanın Çikaqo ştatında xəstəxana xəstəyə 175.000 $ pul verib.
Səbəb isə bir neçə il əvvəl əməliyyat zamanı tamponun yaddan çıxıb xəstənin bədənində qalmasıdır.
Xəstə xəstəxananı məhkəməyə vermək istədikdə, müdriyyət 175.000 $ pul təklif edib.

47. Dəniz ulduzunun beyni yoxdur.

48. Qədim Misir və Çində ən ağır ölümlərdən biri yuxusuzluq idi.

49. Azərbaycanda ən çox qoyulan ad Məhəmməd, Fatimə və Orxan adlarıdır.

50. Son 4 min il ərzində insan heç bir yeni heyvan növü əhlilləşdirməyib.


Geri dön

Ulya

  • 1 noyabr 2010 15:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
coox sagol

sevgi yalandir

  • 28 oktyabr 2010 19:46
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Kisa_Kiss

  • 28 oktyabr 2010 18:08
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
Azərbaycanda ən çox qoyulan ad Məhəmməd, Fatimə və Orxan adlarıdır. wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 25
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}