Ya Zəhra (s.a)

 
Ya Zəhra (s.a)

Mütəvatir hədislərə əsasən, Peyğəmbər (s) Fatimeyi Zəhra barəsində belə buyurmuşdur: "Fatimə hər iki dünyanın xanımıdır, seyyidəsidir."
Dünya və axirətdə yeganə xanım olan bir qadının şəhadətinə səbəb olan şəxs də dünya və axirətdə ən alçaq, ən bədbəxt və cəhənnəm oduna ən layiqli adamdır. Qur`an "Əhzab" surəsinin 57-ci ayəsində buyurur:
إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا

"Həqiqətən Allaha və Onun Rəsuluna əziyyət ve¬rən¬ləri, Allah bu dünyada və axirətdə lə`nətləmiş, onlar üçün dərdli əzab hazırlamışdır."
Peyğəmbər (s) də buyurur: "Fatimə mənim ca¬nı¬mın bir parəsidir, hər kəs onu incitsə, məni incit¬mişdir."Ömərlə Əbubəkr Fatimə (ə)-ı incitdilər, deməli, Peyğəmbəri incitmişlər, (özü də bu məsələni sünnülərin ən böyük hədisyazanı Buxari özünün "Səhihi-Buxari" kitabında, Müslüm isə özünün "Səhihi Müslüm" kitabında yazırlar ki, Fati¬mə Əbubəkr və Ömərdən qəzəbli halda dünyadan getdi.) Peyğəmbəri incidənlər isə...

"Fatimeni inciden kes, meni incitmishdir" sozleri birinci novbede Ali ibn Abi Talib'a (radiallahu anhu) unvanlanmishdir.
siz de bunu chox gozel bilirsiniz.

Ya Zəhra (s.a)

Fatimənin evinə hucum və onun odlanması:

1- “...Ömər Fatimənin evinə tərəf yollandı və onun evinə yetişəndə dedi:- Ey peyğəmbərin qızı and olsun Allaha sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin and olsun Allaha bu məhəbbət heç vaxt başına yığdığın adamlara görə evi yandırmaq əmrini verməkdə mənə mane ola bilməz” İbn Əbu Şeybə
(hicrətin 235-ci ildə vəfat edib “əl-Musənnəf” 7/432 hədis 37045 Beyrut nəşri kitabu məğazi –ma caə fi xilafət Əbi Bəkr).

2- «....Sonra Əbu Bəkr Öməri Əlinin evinə yığışanların ardınca göndərdi. Onlar evdən çıxmaqdan imtina etdilər. Bu zaman Ömər əmr etdi ki, odun gətirsinlər və Əlinin evinə yığışanlara dedi:- And olsun o kəsə ki, Ömərin canı onun əlindədir! Gərək evdən çıxasınız. Əgər evdən çıxmasanız evi içindəkiləri ilə yandıracağam.
Bir nəfər Ömərə dedi:- Bilirsən ki, Fatimə də evdədir?
Ömər dedi:- Hətta Fatimə də evdə olsa belə yandıracağam....» (İbni Quteybə. (hicrətin 276-cı ilində vəfat edib) “əl-İmamətu vəs-siyasət” 1/12 Misir nəşri).
Xatırladaq ki, bəzi əhli sünnət alimləri “əl-İmamətu vəs-siyasət” kitabının müəllifinin İbn Quteybə olduğunu inkar edirlər. Onların cavabında deyirik:- Muhəmməd Fərid Vəcdi “Dairətul-məarif” kitabının 3-cü cildinin 750-ci səhifəsində yazır:- İbn Quteybənin “əl-İmamətu vəs-siyasət” kitabı xilafət məsələsi haqqında yazılmış ən qədim və etibarlı kitablardan biridir.

Ya Zəhra (s.a)

3- “Əbu Bəkr Əlidən beyət almaq üçün onun ardınca adam göndərdi, amma Əli beyət etmədi. Bu vaxt Ömər Əlində məşəl Əlinin evinə tərəf yollandı. Fatimə qapının arxasından Ömərə dedi:- Ey Xəttabın oğlu nə xəbərdir, mən səni evimin qapısını odlayan görürəm?
Ömər dedi:- Bəli! Məni inkar etmək sənin atanın dinindən ağırdır”
(Bəlazəri (hicrətin 279-cu ilində vəfat edib) “Ənsabul-əşraf” 1/576 Misr nəşri, səqifə əhvalatı hədis 1184).

4- «Təlhə, Zubeyr və mühacirlərdən bir dəstə Əlinin evində cəm olduqları bir vaxt Ömər ibn Xəttab ora gəlib dedi:-And olsun Allaha əgər beyət etmək üçün çölə çıxmasanız evi sizin üstünüzə yandıracağam»
(Təbəri (hicrətin 310-cu ilində vəfat edib) “Tarixul-uməmi vəl-muluk” 2/443 nəşr Beyrut).

5- «....sonra Əmirulmöminin bir dəstə tərəfdarları ilə öz mənzilində yığışıb mübarizəyə əl atdılar. Çünki Peyğəmbər ona bu cür göstəriş vermişdi. Bu vaxt bir dəstə onun evinə hücum çəkib evinin qapısını odladılar. Onu zorla evdən çıxartdılar. Hücum çəkənlər qadınların seyyidəsi (Fatiməni) qapı ilə divar arasında elə sıxdılar ki, hətta bətnindəki uşağı Möhsin ziyan oldu»
(Məsudi (hicrətin 346-cı ilində vəfat edib) “İsbatul-vəsiyyət” səh 142 hekayətus-səqifə bəhsi).

Ya Zəhra (s.a)

6- “Əbu Bəkr Ömərə göstəriş verdi ki;- Əgər Əlinin evinə yığışanlar evdən çıxsmaqdan imtina etsələr onda onlarla cəng et. Ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Bu arada Ömər Fatimə ilə qarşılaşdı. Fatimə ona dedi:- Ey Xəttabın oğlu mənim evimi yandırmağa gəlmisən? Ömər dedi:- Bəli, necə ki, ümmət Əbu Bəkrə beyət edib gərək siz də beyət edəsiniz......”
(İbn Əbdi Rəbbih (hicrətin 327-ci ilində vəfat edib) “Əqdul-fərid” 3/64 nəşr Misir)

7- İbni Əbil Hədid (hicrətin 655-ci ilində vəfat edib, “Şərhu Nəhculbəlağə” 2/56 nəşr Beyrut) Covhəridən (4-cü əsrin alimlərindəndir “Səqifə və Fədək” kitabının müəllifidir. Əhli sünnətin bu mövzuda ən mühüm mənbələrindən sayılır) nəql edib:- “..... Ömər onlara tərəf yollandı və onlara dedi:- And olsun o kəsə ki, mənim canım onun əlindədir ya gərək beyət etmək üçün evdən çıxasınız ya da ki, evi sizin üstünüzə yandıracağam” Həmçinin adı çəkilən kitabın həmin səhifəsində Covhəri Əbu Bəkrin dilindən nəql edir:- “....Bu zaman Ömər evi odlamaq üçün onlara hücum çəkdi. Zubeyr əlində qılınc Ömərin üstünə gəldi”
Müəllif Kitabın 2-ci cildinin 57-ci səhifəsində yazır:-“ Əbu Bəkr dedi:- Ey Ömər və ey Xalid ibn Vəlid! Durun ayağa və onların üstünə gedin. O iki nəfəri mənim yanıma gətirin. Sonra o iki nəfər Əlinin evinə tərəf yollandılar. Ömər içəri daxil oldu və Xalid ibn Vəlid qapının astanasında dayandı”

Ya Zəhra (s.a)

Qeyd:- Bəziləri İbn Əbil Hədidin Sünnü olmasında şübhə ediblər. Onların cavabında deyirik ki, Zəhəbi “Sirətu əəlamunnəbla” kitabında (23/274) yazır:- “İbn Əbil Hədid kəlam, nəzm, nəsr və bəlağət elminin ərbablarındandır. O mötəzili məzhəbindən olubdur”.

8- “əl- Muxtəsər fi əxbaril-bəşər” (Misr nəşri 1/156. müəllif Ismayil İmaduddin 732-ci ildə vəfat edib). “... Sonra Əbu Bəkr Ömərə Əli və onun ətrafına yığışanları Fatimənin evindən çıxarmağı göstəriş verdi. Əbu Bəkr Ömərə göstəriş verdi ki, əgər onlar evdən çıxmaqdan imtina etsələr onlarla cəng etsin. Ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Fatimə ona dedi:- Hara gəlirsən istəyirsən evimizi yandırasan? Ömər dedi:- Bəli, əks halda gərək siz də ümmət kimi Əbu Bəkrin beyəti altına daxil olasınız”

9- Ömər Rza Kuhalə, əhli sünnətin müasir alimlərindəndir. “Ə`əlamunnisa” kitabında Beyrut nəşri, “F” hərfi bölməsində Fatimə bintə Muhəmməd adı altında istinad mənbələrini söyləyib yazır:- “... Ömər Fatimənin evinə tərəf yollandı fəryad çəkirdi. Evdə yığışanları Əbu Bəkrə beyət etmək üçün çölə çıxmağa çağırırdı. Amma onlar evdən çıxmağa imtina edirdilər. Bu zaman Ömər odun gətirməyi əmr etdi və and içdi:- And olsun o kəsə ki, Ömərin canı onun əlindədir! Ya evdən çıxın ya da ki, evi onun içində olanların üstünə yandıracağam. Bir nəfər Ömərə dedi:- Ey Əbu Həfs! Fatimə bu evdədir! Ömər dedi:- Hətta Fatimə belə bu evdə olsa yandıracağam”

Ya Zəhra (s.a)

10- Əbdul Fəttah Əbdul Məqsud, əhli sünnətin müasir alimlərindəndir. “əl-İmam Əli ibn Əbu Talib” kitabında (Beyrut çapı 1/190) yazır:- “.... Bəli belə deyirlər ki, Ömər ibn Xəttab o gün əshabı ilə bir yerdə Fatimənin evinə tərəf yollandı. Ömər bu nəticəyə yetişmdi ki, musəlmanlar arasında vəhdəti və sakitliyi qorumaq üçün yeganə yol oddur”

11- Muhəmməd Hafiz İbrahim (1351-ci hicri ilində vəfat edib):- Əhli sünnətin müasir və mühüm saydıqları şairlərdəndir. Divanında (Beyrut nəşri.1/82 Öməriyyə qəsidəsində) deyib:- Və qəvluhu li Əliyyin qaləha Omər, Əkrim bi samiiha əəzim bi mulqiha.

Hərrəqtu darəkə la əbqi ələyha biha, İnləm tubaye bə bintul Mustəfa fiha. Tərcüməsi:
“Ömər necə də Əliyə gözəl deyib, Bu kəlamı eşidəni əzizlə və deyəni böyük bil. Evini odlayaram və qoymaram orda qalasan, Əgər beyət etməsən hətta Mustəfa qızı Fatimə evdə olsa yandıraram!”


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 18:04
  • Məqalə: 579
  • Şərh: 1624
  • Bal:
Tesekkurler.

--------------------
AŞİFTE

1heyat_1desen

  • 8 dekabr 2011 01:34
  • Məqalə: 143
  • Şərh: 716
  • Bal:
{awards}
COX SAGOLUN BU XEBERLERI QOYURSUZ ADAM BAXIR DUNYA GORUSU ARTIQ!!!COX SAGOLUN!!!ELLERINIZE SALIQ!!!

(((SeVdIm.SeVmEdI)))

  • 4 dekabr 2011 10:04
  • Məqalə: 0
  • Şərh: 203
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------
Есть любовь, похожая на дым;
Если тесно ей - она одурманит,
Дать ей волю - и ее не станет...
Быть как дым,- но вечно молодым.

Alone angel

  • 2 dekabr 2011 19:48
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Repery

  • 2 dekabr 2011 16:18
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
{awards}
twk xebere gorre

--------------------

ASMIYA

  • 2 dekabr 2011 16:15
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
COXXX MARAQLIDIR. TESEKKUR EDIREM.

--------------------


R_A_P_U_N_Z_E_L

  • 2 dekabr 2011 14:23
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
{awards}
tesekkurler xebere gore

(((SeVdIm.SeVmEdI)))

  • 2 dekabr 2011 13:55
  • Məqalə: 0
  • Şərh: 203
  • Bal:
{awards}
superrrrrrrrrrrrrr

--------------------
Есть любовь, похожая на дым;
Если тесно ей - она одурманит,
Дать ей волю - и ее не станет...
Быть как дым,- но вечно молодым.

wiki

  • 2 dekabr 2011 13:52
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
Allah razi olsun

.♣.Chrysalis.♣.

  • 2 dekabr 2011 13:52
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
twk Allah razi olsun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

111_Shawmn Michaelais_111

  • 2 dekabr 2011 13:28
  • Məqalə: 250
  • Şərh: 1093
  • Bal:
{awards}
Allah razı olsun.

--------------------


zoluska

  • 2 dekabr 2011 11:12
  • Məqalə: 1
  • Şərh: 864
  • Bal:
{awards}
ilk serh
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 37
Cəmi: 63

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}