Görüş

 
Görüş

Günlərin biri insan qəbirsitanlıqda Şeytanı sevinc içində görüb ondan bunun səbəbini soruşur.
Şeytan cavab verir:
-Həyatımın ən xoşbəxt anını yaşayıram.
İnsan soruşur:
-Nə demək istəyirsən?
Şeytan deyir:
- Əslində bunun səbəbini sən özün də bilirsən.Əsrlərdir ki, zamanın sonu deyib durdum. İndi artıq xoşbəxtəm.Peygəmbərin (s.ə.s) zamanında nələr çəkdiyimi bir özüm bilirəm, bir də Allah. Hansı şəhərlə qarşılaşsaydım dizlərim əsərdi. Nəhayət, səhabələr getdi, mühacirlər gəldi. Hər əsrdə neçə-neçə kitablar yazıldı, neçə-neçə alimlər çıxdı. Elə bilirsən mənə xoş gün verən oldu? Əbdülqadir Gilani getdi, Əllamə Hilli gəldi, Qəzalı getdi, Mövlana gəldi. İndi artıq mənim zamanımdır!".
İnsan Şeytandan soruşur:
-Minlərlə, milyonlarla insanı necə yoldan çıxarırsan?Hansı güc, hanı qüvvətlə?
Şeytan qəhqəhə çəkib deyir:
- Allahın onlara verdiyi güclə. İstəyirsən bunun necə olduğunu sənə başa salım. İnsanın ixtiyarında olan bütün duyğu, güc, bacarıq və vasitələr bütünlüklə Allahın ona bəxş etdiyi nemətlərdir.Hər şeydən əvvəl, mən bunların insana kim tərəfindən verildiyini unutdururam. İçinə vəsvəsə salır və onu öz ixtiyarıma alıram. Qarşısına çoxsayli hiylələr qoyur, ona kim olduğunu belə unutdururam. Mənə uyduqda Allahın ona bəxş etdiyi nemətləri mən istidiyim kimi sərf etməyə başlayır".
İnsan heyrətlə soruşur:
- Deməli, Allahın varlığını dərk edirsən?
-Şeytan gülümsəyib deyir:
- Sözlərinlə məni lap heyran qoyursan. Heş dərk olunmayan varlıqla qarşı üsyan olunar? Onu tanımayan, dərk etməyən varmi? Amma kimisi Quran oxuyub Allahın əmrlərinə tabə olur, kimisi də mənim yolumu tutub Allaha qarşı üsyan edir.
Daha sonra insan Şeytandan hansı silahlarından istifadə etdiyini soruşur.
Şeytan cavab verir:
- Onları sayıb qurtara bilməzsən. Amma ən çox istifadə etdiyim dünya sevgisi, xüdpəsəndlik, şəhvət, həsəd, qəzəb və riyakarlıqdır. Hər kəsi özünə uyğun olan vasitələrlə aldadıram. Birinə məhəl qoymazsa, digəri ilə sınağa çəkərəm. Özümə məftun etməyənə qədər ondan əl çəkmərəm. Bunu bacardımsa, işim çox asan olur. Artıq mən onun deyil, o mənim ardımca düşür.
Sonra Şeytan insanı bir qəbrin yanına aparıb deyir:
-Diqqətlə bax.
İnsan qəbrin içini görür. Şeytan ondan soruşur:
- O kişidir, yoxsa qadın?
İnsan cavab verir:
-Bilmirəm.
Şeytan deyir:
- Bir vaxtlar bu ayaqlar bir qadına məxsus idi. Bir vaxtlar onu barmağımda oynadırdım. Qiyamət günü qopacağını, hesab günü olacağını eşitsə də, məhəl qoymayıb hiyləmə uydu və mənim əsirimə çevrildi. Bu qadın şəhvətdən başqa bir şey düşünmür, bədənini ucuz qiymətə satırdı.
Bir qədər irəlilədikdən sonra Şeytan başqa bir qəbri göstərib deyir:
- Bax gör bu ayaqlar varlı, yoxsa yoxsul insanın ayaqlarıdır?
İnsan deyir:
- Sümüklərindən bir şey bəlli olmaz. Amma məzar daşı onun bir vaxtlar varlı insan olduğundan xəbər verir.
Şeytan deyir:
- Düz deyirsən. Mən onu var-dövlət düşkünü etdim. Sonra halal qazancdan çəkindirib haram qazanca sğvq etdim. Bundan sonra məğrurlaşaraq zalım oğruya çevrildi. İndi isə o, ilk hesabını verir. Yanındakı qəbir isə yoxsul bir şəxsindir. Onu da rahat buraxmadım. Qəlbinə varlıya qarşı kin-küdurət toxumu səpdim. Axırda onun qatilinə çevirdim. O da başqa bir əzabın içindədir. Bax, bir daşla iki dovşan vurmaq buna deyilir.
Bunu deyib Şeytan gözdən itir.


Geri dön

nilayka

  • 21 fevral 2011 21:59
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
cox sag ol

cox sag ol

cox sag ol

cox sag ol

--------------------

Ulya

  • 15 oktyabr 2010 13:43
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol xebere gore

Kisa_Kiss

  • 14 oktyabr 2010 13:16
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
спасибо

--------------------

Azeri_Gozeli

  • 14 oktyabr 2010 12:08
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
cox sag ol

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 43
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 728
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}