Ancaq havanın temperaturu buna imkan versə...
Paytaxt sakinləri bu qış fəslində də əylənə biləcək.Bakı bulvarında yenidən buz meydançası quraşdırılacaq. Artıq qış meydançasının həmişə quraşdırıldığı əraziyə lazımi avadanlıqlar gətirilib.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov açıqlamasında bildirdi ki, bu il də bulvar ərazisində buz meydançası quraşdırılacaq. Hazırda buna hazırlıq işləri gedir.
Rəis müavininin sözlərinə görə, bu il buz meydançasının fəaliyyətə başlaması üçün havanın temperaturu 10 dərəcədən aşağı olmalıdır. Çünki buz meydançası açıq tiplidir. Buna görə də buz meydançasında lazımi aşağı temperaturu yaratmaq olmur.
“Təxminən, iki həftə ərzində buz meydançası quraşdırılacaq, işləməsi isə havadan asılı olacaq. Buz meydançası bu il Bakı bulvarında dördüncü ildir ki, fəaliyyət göstərəcək. Ölçü və görünüş baxımından meydançanın əvvəlkindən heç bir fərqi olmayacaq” - N.Məcidov vurğuladı.
Qiymət məsələsinə gəlincə, N.Məciidov qeyd etdi ki, buz meydançasında istifadə üçün qiymətlər saat hesabı ilədir: “Saat artıqca, qiymət ucuzlaşır. Bu il qiymətlər ötən ilin qiymətlərindən ucuz ola bilər, amma baha yox”.