Yalan danışmaq olarmı?

 
Yalan danışmaq olarmı?

Əli ( ə.s) buyurub: “ Məndən sonra tezliklə rüzgarınız elə olacaq ki, həmin zəmanədə heç nə haqq qədər gizlin, batil qədər aşkar və Allah, Peygəmbər haqda yalan danışmaq qədər geniş yayılmış bir şey olmayacaq ”.

Bəzi insanlara nəzər saldıqda, görürsən ki, yalan danışmaq onların gündəlik həyatının tələbatına çevrilib. Son zamanlar cəmiyyətdə tez-tez rast gəlinən məsələlərdən elə biri də yalan danışmaqdır ki, əvvəllər yalan danışan insanlar barmaqla göstərilirdisə, amma bu gün sözündə bütöv insanlara çox az rast gəlmək olur. Yalan danışan insan öz hörmət və etimadını itirməklə yanaşı, həm də cəmiyyətə etimadsızlıq, şəkk və tərəddüd toxumunu səpir. İnsanların bir-birinə etimad etmədiyi bir cəmiyyətdə isə yaşamaq məlum olduğu kimi dözülməz və acınacaqlı bir vəziyyətdir. Allah-taala Qurani- Kərimdə yalan danışmağın imansızlığa bərabər olduğunu göstərir. Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançılardır. (Nəhl surəsi, ayə 105).

Yalan həqiqətə uyğun olmayan şeylərə deyilir. Danışığında yalana vərdiş edən insan mütləq əməlində də yalana yol verəcək və cəmiyyətin ən hörmətsiz şəxsiyyətinə çevriləcək. Yalan danışan insan bəzən tərəf müqabilin ya axmaq, ya savadsız olduğunu, ya da onu inandıracağını zənn edir. Amma dərk etmir ki, nə vaxtsa bu danışdığı sözün həqiqət olmadığı üzə çıxacaq və insanlar arasında hörmətdən düşəcək. İmam Əli əs buyurur: “ Yalançı öz yalanları ilə üç şeyi qazanar. Özünə qarşı Allahın qəzəbini, camaatın təhqir dolu baxışlarını və mələklərin ona qarşı düşmənçiliyini. (Qurərul-hikəm, hədis 11039)

Yalan danışmaq insanın özünə çox ziyanlar vurmasına baxmayaraq, ilk öncə imanı aradan aparır. İmanını əldən verən şəxs daim bədbəxtçilik və rüsvayçılıqla üzləşər. Nəql olunmuş hədislərdə deyilir ki, yalan möminlərə xas olmayan bir xüsusiyyətdir. Onlar bu günaha çox nadir hallarda düçar olarlar. Hətta bəzən öz əleyhlərinə də olsa belə, həqiqəti deyib yalandan uzaq olarlar. Hədisdə var ki, bir gün Həsən ibn Məhbud İmam Sadiq (ə. s)-dan soruşdu: “ Ya İmam! Möminin xəsis olması mümkündürmü? Buyurdu: Bəli. Soruşdu: Qorxaq olması mümkündürmü? Buyurdu: Bəli. Sonra soruşdu: Yalançı da ola bilərmi? İmam dedi: Xeyir, mömin hər bir xüsusiyyəti qazanar, yalnız xəyanət və yalandan başqa.

Yalan danışmaq həm Qurani-Kərimdə, həm Peyğəmbərlər və İmamların hədislərində, həm də insanlar arasında çox çirkin bir əməl kimi qiymətləndirilir. Az yaşlı uşağa belə yalan demək qadağan olunmuşdur, hətta kişinin öz kiçik övladına yalandan vədə verib yerinə yetirməməsi onun üçün yalan olaraq yazılacaq .

Allah bizləri doğruluqda sabitqədəm etsin. Amin!


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:38
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

nilayka

  • 21 fevral 2011 22:14
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
yalandan cox yalan daniwana nifret edirem....Twk xebere gore

yalandan cox yalan daniwana nifret edirem....Twk xebere gore

yalandan cox yalan daniwana nifret edirem....Twk xebere gore

yalandan cox yalan daniwana nifret edirem....Twk xebere gore

yalandan cox yalan daniwana nifret edirem....Twk xebere gore

yalandan cox yalan daniwana nifret edirem....Twk xebere gore

--------------------

only-girl

  • 26 dekabr 2010 16:59
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
təşəkkür

--------------------

Yusif

  • 8 noyabr 2010 21:48
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
movzuya gore tesekkurlettrrrrrrrrrrrrrrrr

Ulya

  • 15 oktyabr 2010 15:56
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
yalan danismaq olmaz

Azeri_Gozeli

  • 15 oktyabr 2010 15:55
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

sevgi yalandir

  • 15 oktyabr 2010 15:37
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
yalani hec xoslamiram ozde yalan danismaq mence cox boyuk gunahdir twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}