Sevgidə sabah yoxdur, Sevgili!

 
Sevgidə sabah yoxdur, Sevgili!

Sevgi bu dünyanın ölçüləri ilə açıqlana bilməz, Sevgili! O ilk bir acıdır, yabani bir ağrıdır. Gələr və içimizdəki o çox köhnə şeyə toxunar. Sonra bir pərdə açılar və macəra başlayar. Bu macərada artıq pul, gözləntilər, kreditlər, iş, Analar və qorxular yoxdur. Sevginin öz həqiqəti vardır, Sevgili! İnsan bir başqa işığa təslim olur.
Sevgidə sabah yoxdur, Sevgili! Vaxt irəli deyil, içəri, ürəklərə, dərinlərə getməyə başlayar, müdrikləşər. Heç bilmədiyi hissləri ilə görüşər. Yükü çox ağırdır, özüylə görüşmüşdür. Həm xaricindədir dünyanın, həm də ortasında.
Sevginin mədəniyyətli olmaqla, bilikli olmaqla da əlaqəsi yoxdur, Sevgili! Qanımıza qarışan ilk acı, o yabanı ağrıyla heç bir kitabın yazmadığı həqiqətlərə daha yaxınıq, inan...

Kim demişdi xatırlamıram, sevgi varlığın deyil, yoxluğun acısıdır deyə. Bəlkə də buna görə ilk gəncliyimdə, o yoğun sevdiyim illərdə, gözümə yuxu girməz, dodağımda bir yaşlıqla bütün gecə şəhəri, o qaranlıq, o hüzünlü küçələrı gəzər, insanları yuxularından oyandırmaq istəyərdim. Oyanıb, içimdə dərin bir hisslə oyanan o dərin sancının acısına ortaq olsunlar deyə.

Sevgi çox köhnə bir şeydir, Sevgili! Onun içindən o əziyyətli uşaqlığımız keçər, Sevdiyimiz insanların uşaqlıqları da... Oradan ögey analar, əksik atalar. Və sonra sevgi bütün bunları alar, daha da köhnələrə gedər, həmişə o ilk acıya, o yabanı ağrıya...

İnsan bəzən səbəbsiz yerə ümidsizliyə qapılar. Heç kəsə verməz Sevgisini, heç kəsə özünü başa sala bilməz, evlərə qapılar... Bəzən dənizlər, qayalar çəkər insanı. İnsan bu qapılmanı başa düşməz. Lakin çox köhnə bir yerdə yaşamasından qorxulub inkar edilməz Sevgilərin hissidir bu. Bu hiss, bu uduzma mövsümlərlə, illərlə təhvil verilər başqa insanlara... Bir insanın elədiyi bir xətanın bütün insanlara yayılması kimi...
Budur, indi biz də Sevgili, ya lazım olmayan vaxtlarda ümidsizliyə qapılıb, nəfəsi evlərdə alacağıq, ya da dənizlər, qayalar çəkəcək bizi. Necə ki biz başqalarının qorxaqlığını daşıyırıqsa, başqaları da bizim qorxaqlığımızı daşıyacaq, Uduzmamızı, ümidsizliyimizi...
Bir azdan sabah olacaq...

Pul, tərifələr, gözləmələr, görüşlər, kreditlər, iş, Analar və qorxular başlayacaq... Bunlar varsa və bizim üçün etibarlıdırsa Sevgi Yoxdur! Və heç olmamışdır, Sevgili! Bir-birimizi aldatmayaq...
Gəl, günə hazırlan, yaşadıqlarımızı unutmağa çalış. Sevgi bizə inanıb verdiyi sehrini, sirlərini, cəsarətini, müdrikliyini və o ilk, o yabani ağrısını geri alacaq. Bunlar olarkən içimiz bir an çox üşüyəxcək, sonra keçəcək...
Gəl, əylənmə bir azdan sabah olacaq.
Sevgidə sabah yoxdur, Sevgili!

Sevgidə sabah yoxdur, Sevgili!


Geri dön

L115A1

  • 8 dekabr 2011 13:20
  • Məqalə: 12
  • Şərh: 1108
  • Bal:
feel feel feel love love love love love request request request request lol wink lol

--------------------

(((SeVdIm.SeVmEdI)))

  • 4 dekabr 2011 00:39
  • Məqalə: 0
  • Şərh: 203
  • Bal:
{awards}
tewekkurler

--------------------
Есть любовь, похожая на дым;
Если тесно ей - она одурманит,
Дать ей волю - и ее не станет...
Быть как дым,- но вечно молодым.

.♣.Chrysalis.♣.

  • 4 dekabr 2011 00:05
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
Sevgidə sabah yoxdur, Sevgili! Vaxt irəli deyil, içəri, ürəklərə, dərinlərə getməyə başlayar, müdrikləşər. Heç bilmədiyi hissləri ilə görüşər. Yükü çox ağırdır, özüylə görüşmüşdür. Həm xaricindədir dünyanın, həm də ortasında.
Sevginin mədəniyyətli olmaqla, bilikli olmaqla da əlaqəsi yoxdur, Sevgili! Qanımıza qarışan ilk acı, o yabanı ağrıyla heç bir kitabın yazmadığı həqiqətlərə daha yaxınıq, inan...

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

R_A_P_U_N_Z_E_L

  • 3 dekabr 2011 20:02
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
{awards}
tesekkurler xebere gore

Elvin007

  • 3 dekabr 2011 18:56
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
twk xebere gore bully

--------------------
▼►►Proqramming◄◄▼

_YALNIZ SENINEM_

  • 3 dekabr 2011 16:44
  • Məqalə: 15
  • Şərh: 171
  • Bal:
{awards}
təşəkkür super idi. kaş bunları biri yaxşı anlasa daa

--------------------
Men hele yoldayam...2012-ci kucenin 20-ci dongesindeyem...Bezen kederlerin,bezen sevinclerin,xeyallarin kolgesindeyem...Kiminse SeVGisindeyem...amma...Daim seninleyem...Fikirlerim kuecelerde,kuceler illerde...

Aynure

  • 3 dekabr 2011 15:55
  • Məqalə: 118
  • Şərh: 431
  • Bal:
{awards}
DUZDU SAGOLUN

Beşiktaşlı kız

  • 3 dekabr 2011 15:13
  • Məqalə: 7
  • Şərh: 203
  • Bal:
{awards}
Sevginin ne oldugunu bilmirem, çünki sevmemişem
amma xebere gore teşekkür

--------------------
Sevgisiz filan deyil de ,Allah kimseni Anasiz ,Atasiz qoymasin!

hsa

  • 3 dekabr 2011 14:09
  • Məqalə: 0
  • Şərh: 126
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

--------------------
Dünən gecə bir ağcaqanad məni əsəbləşdirdi axırda durdum,sxıştırdım divara, vurmaq istədim, amma vura bilmədim...çünki o artıq mənim qanımı daşıyırdı... Ata dedi ! Sarıldım, ağladım (c)

_TUNAR_MAMEDOV_

  • 3 dekabr 2011 13:41
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
Sevgidə sabah yoxdur, Sevgili! Vaxt irəli deyil, içəri, ürəklərə, dərinlərə getməyə başlayar, müdrikləşər. Heç bilmədiyi hissləri ilə görüşər. Yükü çox ağırdır, özüylə görüşmüşdür. Həm xaricindədir dünyanın, həm də ortasında.
Sevginin mədəniyyətli olmaqla, bilikli olmaqla da əlaqəsi yoxdur, Sevgili! Qanımıza qarışan ilk acı, o yabanı ağrıyla heç bir kitabın yazmadığı həqiqətlərə daha yaxınıq, inan...

cooox maraqlidi....eziyyete gore twkler...

--------------------

Russiya_girl

  • 3 dekabr 2011 13:12
  • Məqalə: 2
  • Şərh: 762
  • Bal:
{awards}
sevgi yoxdu bow weydi mence

... Deryam ...

  • 3 dekabr 2011 12:42
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
GƏL ƏYLƏNMƏ BİRAZDAN SABAH OLACAQ.
SEVGİDƏ SABAH YOXDUR , SEVGİLİ love
Tşklər çox maraqlı yazı idi

--------------------

kindboy

  • 3 dekabr 2011 12:14
  • Məqalə: 2
  • Şərh: 41
  • Bal:
{awards}
Twk winked winked winked

--------------------
Seni sevdiyimi deye bilmemek bilirsenmi nece cetindir?Ama seni sevmekde onun qeder gozeldir...

Imza:Orxan

Repery

  • 3 dekabr 2011 11:55
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
{awards}
twk xebere gore

--------------------

wiki

  • 3 dekabr 2011 11:47
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
Sevgidə sabah yoxdur, Sevgili! Vaxt irəli deyil, içəri, ürəklərə, dərinlərə getməyə başlayar, müdrikləşər.

zoluska

  • 3 dekabr 2011 11:46
  • Məqalə: 1
  • Şərh: 864
  • Bal:
{awards}
ilk serh
tewekkurler
sevgini pula satanlarda var

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 70
Cəmi: 107

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 158
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}