Yaradılış Qissəsi

 
Yaradılış Qissəsi

Tarix Allahın “OL!” kəlməsi ilə başlayır. İnsan həm özünün, həm də dünyanın tarixini ilk əvvəl Yaradandan öyrənir:
Kim olduğunu? Niyə yaradıldığını? Nədən yaradıldığını?...
İnsanın yaradılışa, tarixə, kimliyinə aid olan bütün suallarının cavabı Qurani Kərimdə ona bildirilib. Doğru cavabı öyrənmək üçün isə ondan sadəcə doğru sual verməsi tələb olunur.

Kimdir insan?
Bu sualın cavabını Mushaf sıralamasında ilk dəfə Bəqərə surəsindən öyrənirik. Allahın mələklərlə olan dialoqu insana özü haqqında ilk məlumatı verir:
1. Xəlifədir. Həm də bu xəlifəlik göy üzündə deyil, yer üzündə olan xəlifəlikdir.
2. Fəsad çıxaran, qan tökən bir keyfiyyətə məxsusdur.
3. Elmdə mələklərdən üstün olan bir varlıqdır. İnsanın əşyaya ad qoya bilmək qabiliyyəti var, mələyin isə yoxdur.
Bu dialoqdan insan özü haqqında bəzi məlumatları öyrənir. Xəlifə olmağına baxmayaraq fəsad da çıxara bilən biri olduğunu anlayır. Biliksiz olmadığı üçün fəsadın nə olduğunu da yaxşı bilir. Əşyaya ad qoya bilən insan öz hərəkətlərinin də adını müəyyən edir. Yaxşı və pis haqqında elmə sahibdir.

İnsanın Allahdan aldığı ilk əmr nədir?

1. Üstünlüyünü isbat et!


Adəm Allahın ona öyrətdiyi bilik sayəsində mələklərdən üstün oldu. Və bu üstünlüyü isbat etdikdən sonra Allah mələklərdən Adəmə səcdə etmələrini tələb edir.
2. Ağaca yaxınlaşmayın!
Əmr xəlifə olaraq cənnətə yerləşdirilən ilk insan cütünə verilir. Həm Adəmə, həm də zövcəsinə. Bu yalnız Adəmin imtahanı deyil, bu ailənin imtahanıdır.
"Hər şeyin sərbəst olduğu bu bağçaya yerləşin. İstədiyiniz hər şeydən yeyin, için, lakin bu ağaca yaxınlaşmayın!
Əks halda zalımlardan olarsınız”


İnsan nədən yaradılıb?

1. Palçıqdan yaradılmışdır. [Əl-İsra 61, Əl-Əraf 12, Sad 76, əl-Muminun 12, əs-Səcdə 17],
2. Yapışqan kimi palçıqdan. [əs-Saffat 11],
3. Palçıq cövhərindən. [Muminun 12],
4. Quru palçıqdan, şəkil verilmiş palçıqdan yaradılmışdır. [əl-Hicr 26, ər-Rəhman 14]

İnsan niyə yaradılıb?
1. “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” [Zariyat, 56]

İblis kimdir?

1.
Şeytan ilk materialist, ilk irqçıdir. Çünki onun problemi Adəmin materialındadır. “Məni atəşdən, onu torpaqdan yaratmısan”, deyir. Və yaradılış materialı baxımından özündən aşağı hesab etdiyi Adəmə səcdə etməkdən imtina edir. Bu şeytanlığı da onu İblisləşdirir.

2. Heç bir zaman özündə qüsur görmür. Azdığını deyil, azdırıldığını iddia edir.

3. İlk yalançı və boş vəd verəndir. Adəmə nəsihət edirəm deyib, onu aldadır. İblisin bütün vədləri əsassızdır.

4. İblis ümidsiz olandır. Həm Allahdan ümidini kəsir, həm də özündən.
Qurani Kərimdə Allahla bağlı olan bütün ayələrdə onun bu adı (daha doğrusu sifəti) istifadə edilir. Adəmoğulları ilə bağlı olan bütün ayələrdə isə Şeytan olduğu vurğulanır. Şeytan sözü “şətanu” kökündən gəlir. Şətanə an - “uzaqlaşdı”, şatın - “haqqdan uzaqlaşdı” deməkdir. Bu kəlmə Quranda haqdan uzaqlaşan görünən və görünməyən bütün varlıqlar üçün istifadə edilmişdir. Kəlmənin “həbs, məlun” mənasındakı İbranicə bir kökdən törədildiyi də söylənilmişdir. Əgər kəlmə ş-t-n kökündən deyil ş-y-t kökündən törədilmişdirsə o zaman əsas mənası “yanmaq, hikkədən yanıb qovrulmaq” mənasına gəlir.

5. İblis cin tayfasındandır. Tüstüsüz atəşdən yaradılıb.

a) atəşdən yaradılıb [Sad, 76],

b) “tüstüsüz atəşdən yaradılıb.” [Rəhman, 15]

6. Bütün bunlarla yanaşı İblis Allahdan qorxur... Yaradıldığını etiraf edir...

Yaradılış qissəsindən öyrəndiklərimiz:

1. İnsan, Allahın yer üzündəki xəlifəsidir.

2. İnsan fəsad çıxaran və qan tötəkən biridir.

3. İnsan, əşyaya isim qoya bilir.

4. Allahın qoyduğu qadağanı poza bliən bir xislətə sahibdir.

5. Şeytan ilk materialist, ilk yalançı və ilk təkəbbürlü olan varlıqdır.

Nəticədə
Adəm adam olmağın simvolu.
İblis şeytan olmağın simvoludur.


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 18:01
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
tesekkurler..!

--------------------
AŞİFTE

Aynure

  • 3 dekabr 2011 16:09
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
HALALDI TESEKKUR

R_A_P_U_N_Z_E_L

  • 3 dekabr 2011 09:54
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Dinar Mamedova

  • 3 dekabr 2011 07:57
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
tewekkurler

--------------------

Elvin007

  • 3 dekabr 2011 00:53
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
twk fellow

--------------------
▼►►Proqramming◄◄▼

.♣.Chrysalis.♣.

  • 2 dekabr 2011 23:22
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk xebere gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

BadZero

  • 2 dekabr 2011 23:20
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

_TUNAR_MAMEDOV_

  • 2 dekabr 2011 22:06
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
TWKLER...melumat ucun

--------------------

_SVETLANA_777_

  • 2 dekabr 2011 22:06
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
tesekkurler

--------------------
<p></p>

Spider man

  • 2 dekabr 2011 21:20
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
wink wink smile smile

LEGEND_GIRL

  • 2 dekabr 2011 21:07
  • Məqalə: 1
  • Şərh: 76
  • Bal:
{awards}
wink wink wink wink

(((SeVdIm.SeVmEdI)))

  • 2 dekabr 2011 20:54
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
wink smile

--------------------
Есть любовь, похожая на дым;
Если тесно ей - она одурманит,
Дать ей волю - и ее не станет...
Быть как дым,- но вечно молодым.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 56
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}