Birlik və Bərabərlik

 
Birlik və Bərabərlik

Ata əl-Xorasan izah edir: "Rəsulullah (əleyhissalatu vəssalam) buyurdular ki:"Musafaha edin ki, (əllə görüşün ki), ürəklərdəki kin getsin, hədiyyələşin ki bir-birinizə qarşı sevgi yaransın və aradakı düşmənçilik bitsin."
(Muvatta, Hüsnü'l-Hulk 16, (2, 908))

"Allah Qatında ən sevimliniz dostluq quran və özüylə dostluq qurulanlardır. Allah Qatında ən xoşagəlməziniz də yoldaşlarının arasını vurandır."
(İhyau Ulumid- Din Huccetü'l-İslam, İmam Qəzali, cild 2, s. 365)

"Bir-birinizə arxa çevirməyin. Bir-birinizə kin tutmayın. Bir-birinizi qısqanmayın. Bir-birinizlə dostluğu kəsməyin. Ey Allahın qulları qardaş olun."
(Müslim İhyau Ulumid -Din Huccetü'l-İslam, İmam Qəzali, cild 2, s. 407)

Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərini qorumaqda bir bədənə bənzəyirlər. Bədənin bir üzvü xəstə olduğu zaman, digər üzvlər də bu səbəbdən yuxusuzluğa və qızdırmalı xəstəliyə tutularlar.
(Buxari, Ədəb 27; Müslim, Birr 66)

Bir-birinizi qısqanmayın, bir-birinizə kin tutmayın, bir-birinizə çirkin sözlər söyləməyin, bir-birinizə üz çevirməyin, bir-birinizin arxasından danışmayın. Allahın qulları qardaşlar olun.
(Buxari və Müslim; Huccetü'l İslam İmam Qəzali, İhyau Ulumid -Din, 3-cü cild, s. 315)

İman bağlarının ən möhkəmi Allah üçün dostluq, Allah üçün düşmənlik, Allah üçün sevgidir.
(Kutubu Sittə, 10-cu cild, s. 141)

Allaha və axirət gününə iman edən şəxs qonşusuna əziyyət etməsin. Allaha və axirət gününə iman edən qonağına ikram etsin. Allaha və axirət gününə iman edən şəxs, ya xeyr söyləsin və ya sussun.
(Buxari, Ədəb, 31, 85; Müslim, İman, 74-75)

Hz. Əbu Zerr (radıyallahu ənh) izah edir: Rəsulullah (əleyhissalatu vəssalam) buyurdular ki: "Əməllərin ən fəzilətlisi Allah üçün sevmək, Allah üçün nifrət etməkdir (sevməməkdir)."
(Kutubu Sittə, 10-cu cild, s. 140; Əbu Davud, Sünnə 3, 4599)

Rəsulullah (əleyhissalatu vəssalam) buyurdular ki: "İki qardaş (iki yoldaş) iki əl kimidir, biri o birini yuyar.
(İhyau Ulumid Din Huccetü'l-İslam, İmam Qəzali, cild 2, s. 365)

Əbu Musadan (belə demişdir): Peyğəmbər (S): "Mömin ilə mömin (bir-birinə qarşı) divar kimidir, bir-birinə sıx bağlıdır" buyurdu da bunu söyləyərkən barmaqlarını bir-birinə keçirib sıx kilidlədi.
(Səhihi Buxari və Tərcüməsi, Tərcüməçi: Məmməd Sofuoğlu, Ötüken Nəşrləri, İstanbul 1987, Cild 2 səh.569)

Əbu Musadan (əl-Eş'ari-R) rəvayət edilmişdir: Peyğəmbər (S) "Möminin möminə həmrəyliyi, parçaları bir-birinə bağlayıb qüvvətləndirən bina kimidir" buyurdu.
(Səhihi Buxari və Tərcüməsi, Tərcüməçi: Məmməd Sofuoğlu, Ötüken Nəşrləri, İstanbul 1987)

"Allaha və son günə iman edən qonşusuna əza etməsin".
(Səhihi Buxari və Tərcüməsi, Tərcüməçi: Məmməd Sofuoğlu, Ötüken Nəşrləri, İstanbul 1987, Cild 13, səh.6009)

Əbu Hureyre belə demişdir: Rəsulullah (S) belə buyurdu: "Allaha və son günə iman etməkdə olan şəxs qonaqlarına ikram etsin. Yenə Allaha və son günə iman etməkdə olan hər insan xeyr söyləsin yaxud sussun".
(Səhihi Buxari və Tərcüməsi, Tərcüməçi: Məmməd Sofuoğlu, Ötüken Nəşrləri, İstanbul 1987, Cild 13, səh.6009)

Əbu Hureyrədən xəbər verdi ki, Peyğəmbər (S) belə buyurmuşdur: "Zənndən çəkinin. Çünki zənnlə deyilən sözlər yalanı daha çox olandır. Bir-birinizin əskikliyini görməyə və eşitməyə çalışmayın, şəxsi və məhrəm həyatınızı da araşdırmayın. Bir-birinizə həsəd etməyin, bir-birinizlə küsməyin, bir-birinizə buğz və düşmənlik də etməyin. Ey Allahın qulları, bir-birinizə qardaş kimi olun!".
(Səhihi Buxari və Tərcüməsi, Tərcüməçi: Məmməd Sofuoğlu, Ötüken Nəşrləri, İstanbul 1987, Cild 13, səh.6046)

"Kim bir iş görmək istər və bu barədə müsəlman biri ilə müşavirə etsə Allah onu işlərin ən doğrusuna müvəffəq edər."
(Alauddin Aliyyu'l-Muttaki, a. g. e. 3, 409, Kutubu Sittə, 16-cı cild)

"Həsəddən çəkinin. Çünki o, atəşin odunu yeyib bitirdiyi kimi, bütün xeyrləri də yeyib bitirər."
(Əbu Davud, Ədəb 52, kutubu sittə, 6-cı cild s. 325)

"Kim dünyada bir möminin ayıbını örtsə, qiyamət günü Allah da onun ayıbını örtər."
(Ukbe r.ə. Kutubu Sittə, 1-ci cild, səh. 368)

"Qardaşını gülər üzlə qarşılamağın, öz qabından qardaşının qabına su verməyin də xeyir əməldir."
(Tirmizi, Hz. Cabirdən rəvayət etdi, Kutubu Sitte2-ciCild)

...Əbu Hüreyrədən (Radıyallahu anh) rəvayət edildiyinə görə Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) belə buyurmuşdur:
"Kim bir müsəlmanın dünya kədərlərindən bir kədər aradan qaldırsa, Allah ondan axirət günü kədərlərindən bir kədər aradan qaldıracaq. Kim də müsəlmanı örtsə Allah onu dünya və axirətdə örtəcək. Kim kasıb borcluya asanlıq göstərsə, Allah ona dünyada və axirətdə asanlıq göstərəcək. Qul, (din) qardaşının köməyində olduğu müddətcə Allah da onun köməkçisidir. Kim bir yola gedərək onda elm axtarsa, bu çalışmasına görə Allah ona Cənnətə gedən yolu asanlaşdıracaq. Allahın evlərindən birində toplanıb Quran oxuyaraq onu bir-birlərinə öyrədən hər camaatı mələklər ziyarət edər, onların ətrafından dönərlər, o cəmiyyətin üzərinə daxili rahatlıq enər, ilahi rəhmət onları örtər, qatında olan mələklər yanında Allah onları (tərif ilə) xatırlayar. Əməli üzündən geri qalan şəxs nəsəbi (nin şərəfi) ilə sürət götürə bilməz."
(İbni Macə/ 1-cicild/ səh.389)

Birlik və Bərabərlik


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:58
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
Allah Razi Olsun!

--------------------
AŞİFTE

Stubborn

  • 5 dekabr 2011 20:24
  • Məqalə: 0
  • Şərh: 57
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SENDEN

(((SeVdIm.SeVmEdI)))

  • 4 dekabr 2011 00:42
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
tewekkurler

--------------------
Есть любовь, похожая на дым;
Если тесно ей - она одурманит,
Дать ей волю - и ее не станет...
Быть как дым,- но вечно молодым.

.♣.Chrysalis.♣.

  • 4 dekabr 2011 00:07
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

R_A_P_U_N_Z_E_L

  • 3 dekabr 2011 20:03
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Elvin007

  • 3 dekabr 2011 18:58
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
sagol fellow

--------------------
▼►►Proqramming◄◄▼

Aynure

  • 3 dekabr 2011 15:57
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
TESEKKURLER

Alone angel

  • 3 dekabr 2011 14:17
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

hsa

  • 3 dekabr 2011 14:10
  • Məqalə: 0
  • Şərh: 126
  • Bal:
{awards}
lAllah razi olsun

--------------------
Dünən gecə bir ağcaqanad məni əsəbləşdirdi axırda durdum,sxıştırdım divara, vurmaq istədim, amma vura bilmədim...çünki o artıq mənim qanımı daşıyırdı... Ata dedi ! Sarıldım, ağladım (c)

_TUNAR_MAMEDOV_

  • 3 dekabr 2011 13:43
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OSLUN....

--------------------

zoluska

  • 3 dekabr 2011 13:20
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
tewekkurler

Spider man

  • 3 dekabr 2011 11:57
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
twk edirem wink

twk edirem wink

wiki

  • 3 dekabr 2011 11:46
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
Allah razi olsun

BadZero

  • 3 dekabr 2011 11:44
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 54

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}