Şəhidə Ağlamaq (1-ci hissə)

 
Şəhidə Ağlamaq (1-ci hissə)

Kərbəla hadisəsindən 14 əsrə yaxın bir zaman keçməsinə baxmayaraq, Aşura günü bu gün də əksər müsəlmanların qəlbində yenicə meydana gəlmiş bir hadisə kimi təsirini buraxmaqdadır. Hər il dünyanın hər yerində milyonlarla müsəlman bu ayda İslam peyğəmbəri Muhəmmədin (s.a.a.) istəkli nəvəsi, cənnət cavanlarının ağası, Əli (ə) və Fatimənin (s.a.) balası, III imamımız Hüseyn ibn Əlinin (ə) şəhadətinin ildönümünə matəm məclisləri təşkil edir və Peyğəmbər (s.a.a.) balasının başına gətirilən müsibətlərə ürək yanğısı ilə göz yaşı tökürlər. Qərb tarixçisi Jozef bunu belə bəyan edir: “Bu gün dünyanın elə bir nöqtəsi yoxdur ki, orada İmam Hüseyn (ə) üçün əzadarlıq etməyən 2-3 müsəlman olmasın”. Müsəlman xalqımız Məhərrəm və Səfər ayında İmam Hüseyn (ə) və silahdaşları üçün hüzn saxlayır, matəm mərasimi keçirir və bu faciəyə göz yaşı tökürlər. Bəlkə də dünyanın yeganə ölkəsiyik ki, məzhəbindən aslı olmayaraq bütün xalq bu günü hüzn saxlayır, məscidlərə cəm olur, əzadarlq edir. Əlli milyonluq dünya azərbaycanlılarını birləşdirən ümumi sərvətdir Aşura mədəniyyəti.

Şəhidə Ağlamaq (1-ci hissə)

Bizim xalqımız bu matəm aylarında toy etmir, şənlik keçirmir. Lakin son zamanlar İslamda qeyri-ənənəvi təriqət olan vəhhabi missionerlərinin ölkəmizdəki geniş təbliğ etdikləri təxribatçı fikirlərindən biri də yas mərasimini keçirtməyin qadağan olunması fikridir. Bu gün vəhhabi təriqətinin bir çox ardıcılları təbliğat apararaq guya İmam Hüseynə (ə) yas saxlamağın, ağlamağın haram olması fikrini xalqımızın beyninə yeritmək istəyirlər. Əslində onlar bu əməlləri ilə düşmən dəyirmanına su tökürlər. Çünki İmam Hüseynə (ə) sarılan millət düşmənə yenilməz.

Əziz bacı və qardaşım, istəyirik ki, əvvəl bir neçə kəlmə qəlbləri kövrəldən, Peyğəmbər (s.a.a.) və mələkləri ağladan Kərbəla faciəsi barədə qeyd edək. Çünki bizim bu hadisəyə yas tutmağımızın, ağlamağımızın əsas səbəbi İmam Hüseynin (ə) qiyamının xususiyyətləridir. Əgər Peyğəmbərin (s.a.a.) gözünün nuru, Əli (ə) və Fatimənin (s.a.) qəlbinin meyvəsi, cənnət cavanlarının ağası İmam Hüseyn (ə) qiyam etməsəydi, Peyğəmbərin (s.a.a.) gecə-gündüz min bir əziyyət ilə yetişdirdiyi “Tövhid ağacı” (İslam dini) din adı ilə fasiq Yezid ibn Müaviyənin əli ilə kökündən qoparılacaqdı. İmam (ə) özünü, övladlarını, səhabələrini bu yolda fəda edərək ümməti qəflət yuxusundan oyatdı və Yezidin əsl simasını tanıtdırdı. O həzrət bu hərəkətləri ilə insanlara igidlik, qəhrəmanlıq, məhəbbət və Allaha bəndəlik dərsini verdi. Düşmənə alçalmaq əvəzinə qılınclar altında qanlı ölümlə şərəf və izzəti qorumağı öyrətdi. O, insanlara haqqı çatdırmaq üçün bu yolda hər şeyini, hətta canını belə qurban verdi. İmam ən sadiq səhabələrinin, əzizlərinin ölümünə, ailəsinin əsir düşməsinə belə razı oldu, lakin ədalət uğrunda mübarizədən bir an olsun geri çəkilmədi.

Şəhidə Ağlamaq (1-ci hissə)

Tarixdə görünməyən bir faciə ilə qarşılaşdı İmam (ə), ailəsi və dostları. Görəsən hansı ümmət belə bir əzəmətli, dahi, ədalət və haqq rəmzi olan rəhbərinin, imamının və onun əzizlərinin faciəli şəkildə qətlini və onun ailəsinin əsir götürüldüyünü eşitdikdə ağlamaz? Əgər belə bir ümmət tapılsa, onda həmin ümmət dahi şəxsiyyətinə qiymət verməyən, zilləti şərəf və izzətdən üstün tutan ümmətdir. Əgər İmam Hüseyn (ə) bizdən ötəri, İslamın yaşaması uğrunda canından, övladlarından keçibsə, ona yas saxlamaq nə üçün dinə zidd olsun?

Görəsən bu iradı tutmaq istəyənlər tarixdə Peyğəmbərin (s.a.a.) İmam Hüseynin (ə) bu qanlı faciəsi haqqında qabaqcadan xəbər verməsini və ona ağlamasını eşitməyiblərmi? Halbuki bu hədislər bütün İslami mənbələrdə mövcuddur. Misal üçün, aşağıda onlardan bir neçəsini qeyd edəcəyik:
İbn Səd Aişədən belə rəvayət edir: “Peyğəmbər (s.a.a.) yatmışdı. Bu vaxt Hüseyn (ə) içəriyə daxil oldu və Peyğəmbərə (s.a.a.) tərəf getmək istədi. Mən onun bu hərəkətinə mane oldum. Lakin Hüseyn (ə) yenə Peyğəmbərin (s.a.a.) yanına yaxınlaşırdı ki, birdən Peyğəmbər (s.a.a.) ağlar bir şəkildə yuxudan oyandı. Mən Peyğəmbərdən (s.a.a.) nə üçün ağladığını soruşduqda o, cavabında belə buyurdu: “Cəbrayıl mənə Hüseynin (ə) şəhid ediləcəyi torpağı göstərdi. Allahın qəzəbi onun qanını tökənlərə çox şiddətlidir. Ey Aişə, canım əlində olan Allaha and olsun ki, bu olay məni çox üzür”
(Müsnədi-Əhməd ibn Hənbəl, c. 6, s. 294; Savaiqul-Muhriqa, s. 115; Hasaisul-Kubra, c. 2, s. 125; Məcmauz-Zəvaid, c. 9, s. 187).

Şəhidə Ağlamaq (1-ci hissə)

Hakim Nişapuri belə rəvayət edir: “Ümmul-Fəzl nəql edir: Bir gün həzrət Hüseyni (ə) Peyğəmbərin (s.a.a.) yanına apardım. O, Hüseyni qucağna alıb ağlamağa başladı və buyurdu: “Cəbrayıl yanıma gəldi. Ümmətimin bu övladımı öldürəcəyini xəbər verdi”.
(Müstədrəkus-Sahihayn, c. 3, s. 176; Maktəlul-İmam əs-Sibtiş-Şəhidi-Xarəzmi, c. 1, s. 158).

Əsma bint Umeys belə nəql edir: “Həzrət Hüseyn (ə) dünyaya gəldikdə Peyğəmbər (s.a.a.) yanıma gəlib buyurdu: “Əy Əsma, övladımı yanıma gətir!” Mən Hüseyni (ə) ağ rəngli parçaya büküb Rəsulallaha (s.a.a.) verdim. O, Hüseynin (ə) sağ qulağına azan, sol qulağına iqamə oxuduqdan sonra onu mənə verib ağlamağa başladı. Soruşdum: “Anam-atam sənə fəda olsun, niyə ağlayırsan?” Peyğəmbər (s) buyurdu: “Bu övladıma ağlayıram”. Mən dedim: “Ey Allahın Rəsulu, övladın dünyaya hələ yeni gəldi”. Rəsulallah (s) cavabımda buyurdu: “Ey Əsma, bu övladımı zalım və azğın bir dəstə öldürəcək”
(Zəxairul-Uqba, s. 119; Məqtəlul-İmam əs-Sibtiş-Şəhidi-Xarəzmi, c. 1, s. 87-88).

Şəhidə Ağlamaq (1-ci hissə)

Ənsardan Səlma adlı bir qadın rəvayət edir ki, Ummu Sələmənin (r) yanına girdikdə gördüm ki, ağlayır. Soruşdum ki, niyə ağlayırsan? Cavab verdi ki, indicə Rəsulullahı (s.a.a.) başı və saqqalı torpaqlı halda yuxumda gördüm. “Sənə nə olub, ya Rəsulallah (s.a.a.)?” – deyə soruşdum. O, dedi: “Bir az əvvəl Hüseynin (ə) öldürüldüyünün şahidi oldum”
(ət-Tirmizi, “Mənaqib”, 3774).


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:56
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
Allah Razi Olsun!

--------------------
AŞİFTE

Ahli-Shia313

  • 23 dekabr 2011 18:34
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
{awards}
Siz başa düşməzsiz imam Hüseynə(ə.s) ağlamaq necə ləzzətlidir və bir damcı göz yaşına dəryalar qədər günahlar bağışlanır...

--------------------
Каждый день Ашура, Вся земля Кербела!

Repery

  • 6 dekabr 2011 12:14
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

(((SeVdIm.SeVmEdI)))

  • 4 dekabr 2011 00:24
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
tewekkurler

--------------------
Есть любовь, похожая на дым;
Если тесно ей - она одурманит,
Дать ей волю - и ее не станет...
Быть как дым,- но вечно молодым.

.♣.Chrysalis.♣.

  • 3 dekabr 2011 23:49
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk eziyyete gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

R_A_P_U_N_Z_E_L

  • 3 dekabr 2011 19:55
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Repery

  • 3 dekabr 2011 17:20
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN bizle bolusduyun ucun

--------------------

Okush

  • 3 dekabr 2011 17:10
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere ve eziyyete gore tesekkurler!

Aynure

  • 3 dekabr 2011 15:49
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TUNAR

zoluska

  • 3 dekabr 2011 15:47
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
sehid ucun aqlamamaqi vahabi demir ,allah deyir ay millet basa dusun
meherrem nece bizde dekabr yanvar ayi vardir onlardada meherrem ayi vardir bunun harasi matem ayidir bir dusunun?

ASMIYA

  • 3 dekabr 2011 15:23
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
COX SAGOLUN. XEBERI COX BEYENDIM, DOGRUDUR. sad

--------------------


Alone angel

  • 3 dekabr 2011 14:38
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

QªQª¤²º¹¹¤

  • 3 dekabr 2011 13:58
  • Məqalə: 74
  • Şərh: 261
  • Bal:
{awards}
WEHIDE MENCE AGLAMAG LAZIMM DEYIL ONUN QURURLANMAQ LAZIMDI

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 34

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}