Allah təalə hər şeyə qadirdir, elə isə özündən böyük bir varlıq yarada bilərmi?

 
Allah təalə hər şeyə qadirdir, elə isə özündən böyük bir varlıq yarada bilərmi?

1. Bu sualda qərəz vardır:

Bu sualın hədəfi inancları sarsmaq, saf sehinləri bulandırmaq, məsum və körpə beyinlərə zəhər axıtmaqdır. Bir əqrəb qısqacı olan bu demoqojik sual ilə insanlar zəhərlənmək istənilir. Belə ki:

Əgər bu suala “bəli” deyə cavab verilsə, onda “deməli sizin rəbbiniz yaratdığı şeydən gücsüzdür”, deyiləcək. Əgər, “xeyr” deyə cavab verilsə, onda da, “deməli sizin Rəbbiniz acizdir”, deyiləcəkdir. Hər iki halda da –haşa− Cənabi-Haqqa acizlik isnad edilmiş olur.

Bu sualı ortaya atanlar var olması qeyri-mümkün olan bir şəriki yaratmağı Cənabi-Haqqın qüdrətindən tələb etməklə Allahın Xaliq (yaradıcı), uydurduqları o şərikin də məxluq (yaradılan) olduğunu bir qərəz olaraq qəbul etdikləri halda, daha sonra da məxluqun Haqq təaladan böyük ola biləcəyinə ehtimal verməklə, açıqca demoqoqluq edirlər.

Bu kimsələr Allahın qüdsi mahiyyətinin heç bir yöndən məxuq mahiyyətinə bənzəməyəcəyini bilmirlər. Əsər ustasına heç bir yöndən bənzəmədiyi kimi, Cənabi-Haqq da məxluquna heç bir cəhətdən bənzəməz.

Bu həqiqəti bilməmək böyük bir cəhalətdir. Bu cəhalətə düşənlər Allahın mütləq qadir, məxluqun isə sonsuz aciz olduğu həqiqətindən xəbərsizdirlər.

2. Sualda “Xəyali mümkünlük” ilə “məntiqi mümkünlük” bir-birinə qarışdırılmışdır.

Məntiqi mümkünlük,məntiqi cəhətdən həm olması, həm də olmaması mümkün olan şeyə deyilir. Məsələn, yeni evlənən bir insanın övladının olması da, olmaması da mümkündür.

Xəyali mümkünlük, reallıqda baş verməsi mümkün olmayan, həqiqətsiz və əsassız olan bir fərziyədir. Nəzəri mümkünlük heç bir hökmə əsas ola bilməz. Heç bir dəlil və həqiqətə əsaslanmadığı üçün elm və məntiq nəzəri mümkünlük ilə məşğul olmur.

Xəyali mümkünlük sadəcə “ola bilər”, “bəlkə”, kimi fərziyyə, zənn və xəyallardan qaynaqlanır.

“Cənabi-Haqq özündən böyük bir məxluq yarada bilərmi?” sualında xəyali mümkünlük ilə məntiqi mümkünlük qarışdırılmışdır. Bu sual ancaq fərziyyə məhsuludur. Heç bir həqiqtə istinad etməyən bir xurafat, bir cəfəngiyatdır, məntiqi baxımdan öz içində təzad təşkil edən bir fikirdir. Heç bir ağıl, bir məxluqun Allah təaladan böyük olmasının mümkünlüyünü qəbul edə bilməz.

3. Sual ilə söz oyunu oynanılır.

Məntiqdə “Həqiqət olmayan girişlərlə edilən müqayisələrə demaqogika və ya cəfəngiyat”, deyilir. Məsələn, divar üzərində çəkilmiş bir rəsm görən bir demaqoq:

“Bu rəsm danışar, çünki bu rəsm insan rəsmidir”, “Hər insan danışır, elə isə bu insan da danışar”, deyə yanlış bir hökm çıxarır. Cənabi-Haqqın yaradacağı bir məxluqu –haşa− Allah təaladan böyük zənn etmək, divardakı rəsmi insan qəbul etməkdən daha böyük bir axmaqlıqdır.

Bu sualda əsas olaraq bu mərhələrlər mövcuddur:

1. Yaradılması fərz edilən varlığın hazırda mövcud olmadığı qəbul edilir.

2. Həmin xəyali varlığın yaradılması Allah təaladan gözlənilir. Beləcə Allah təalanın Xaliq olduğu və dolaysilə həmin varlığın isə məxluq olacağı qəbul edilmiş olur.

3. Həmin varlığın yaradılması Allahdan tələb edilməklə yanaşı, onun böyüklüyü, gücü, dirayət və əzəməti də Allah təaladan tələb edilir.

Bu mərhələlərdən Cənabi-Haqqın sonsuz böyük, yeganə Xaliq, əzəli və əbədi, mütləq Qadir olduğu, həmin varlığın isə yaradılmağa möhtac, aciz, zəlil və miskin olduğu nəticəsi çıxır. Belə olan bir halda, tam əksinə o xəyali varlığın Allahdan böyük olub-olmayacağı məsələsi müzakirə olunur. Bu isə yuxarıdakı misaldan daha böyük bir axmaqlıqdır.

4. Sual özlüyündə bir çox ziddiyyətlərlə doludur:

Bu sualda müqayisə edilmək istənilən şey təzadlı hökmlərlə əsaslandırılmışdır. Bu baxımdan da bu sualın “iddi olma” xüsusiyyəti yoxdur. Məsələn, “sonsuzdan daha böyük bir sayı yazmaq olarmı?” sualı belə təzadlı bir hökmə əsaslanır. Bu səbəbdən də heç bir elmi qiyməti yoxdur. Çünki, sonsuzdan böyük bir sayı ola bilmədiyi üçün, belə bir sual da soruşula bilməz. Əgər sonsuz, dərkedilməz bir böyüklüyün simvoludursa, heç bir rəqəm sonsuz ilə müqayisə edilə bilməz. Sonsuzdan böyük bir rəqəm təsəvvür edilsə, onda sonsuzluq reallığı aradan qalxmış olar.

Bu sual da təzadlı müqayisələrdən olduğu üçün məntiqi baxımdan və elmi cəhətdən heç bir qiyməti yoxdur.

Məlum olduğu kimi bir əsərdəki mükəmməllik, onu ərsəyə gətirən zatın kamilliyinin bir təcəllisi, bir göstəricisidir. Və bu əsərdəki kamilliyin, onun ustasındakı kamillikdən artıq olması ondan daha ağlasığmazdır. Bir alimin qələmə aldığı bir kitabına öz elmindən daha artıq elm yazması, yaxud bir memarın öz məharətindən yüksək bir əsər düzəltməsi, günəşin öz ziyasından daha artığını bir damla suya verməsi ağlasığmazdır, ən qəribə məntiqsizlikdir.

“Cənabi-Haqq, özündən böyük bir varlıq yarada bilərmi?”, sualı: “Allah təala məxluquna özündə olan kamillikdən daha artıq kamillik verə bilərmi?” kimi bir məntiqsizlik və təzad ifadə edir.

Bu sualda Cənabi-Haqqın sifətləri, feilləri sayısı qədər məntiqsizlik vardır. Bunlardan bir neçəsini qeyd etmək yerinə düşərdi:

Haqq təalanın sifətlərindən biri “Qüdrət” sifətidir. Sualı bu sifət cəhətindən təhlil etdikdə belə bir nəticə ortaya çıxır:

“Qüdrəti sonsuz olan Cənabi-Haqq özündən daha qüdrətli birisini yarada bilərmi?”

Bu sualın sahibi sonsuzluq anlayışından bixəbərdir. Sonsuz qüdrətdən daha böyük bir qüdrət ola biləz. Buna görə də belə bir sual vermək olmaz. Bu ucsuz-bucaqsız fəza, bu sonsuz sistemlər, hamısı O cəlal sahibi Qadirin qüdrətinin təcəlliləridir. Heybətli bir dağın aynadakı əksi bir çınqıl daşı ağırlığında belə olmaz. Saysız-hesabsız ulduzlar, ucsuz-bucaqsız qalaktikalar hamısı Cənabi-Haqqın Xaliq isminin təcəlliləridir. Bu təcəllilərin O Mütləq Qüdrət sahibini yorması, aciz qoyması mümkün deyildir. Hər an belə milyardlarca kainatı yaratsa, bunların hamısı o qüdrətin yanında yenə də bir zərrə qədər belə ola bilməz.

Mövzumuza bəhs olan sual, Cənabi-Haqqın iradə sifəti baxımından təhlil edilərsə, belə bir şəklə gələr:

“Mütləq iradə sahibi olan Allah təala, öz hökmünü geridə qoyacaq, öz iradəsini məhdudlaşdıracaq bir ilah yarada bilərmi?”

Halbuki Cənabi-Haqqın iradəsi mütləqdir, sonsuzdur. Heç bir məhdudiyyət içinə girə bilməz. Onun iradəsini məhdudlaşdırdacaq bir varlığın mövcud olması qeyri-mümkündür.

Digər yandan, Cənabi-Haqqın yaradacağı şey məxluq olur. Məxluq isə Xaliqin iradəsinə tabedir. Bu sual ilə Xaliqin iradəsi məhdud, məxluqun iradəsi isə qeyri-məhdud fərz edilərir, beləliklə də “məhdud olanın, qeyri-məhdud olanı məhdudlaşdırması” kimi böyük bir təzada düşülür.

Sualı Allah təalanın əzəliliyi və əbədiliyi nöqteyi-nəzərindən düşündükdə, belə bir alasığmazlıq ilə qarşılaşırıq:

“Cənabi-Haqq özündən əvvəl var olub, özündən sonra da varlığı davam edəcək olan bir məxluq yarada bilərmi?”

Əzəl və Əbədiyyətin Sultanı olan Allah təalanın bir ismi Əvvəl, bir ismi də Axirdir. Onun varlığının nə əvvəli nə də axırı vardır. Əzəldən əvvəl və əbədiyyətdən o tərəfə də bir zaman anlayışı ola bilməz. Buna görə də belə bir fərziyyəni irəli sürmək əsassızdır. Bu cəfəngiyata görə Cənabi-Haqq əzəli və əbədi olduğu halda, haşa, fani və sonradan yaradılan bir məxluq olacaq, yaradacağı varlıq isə, məxluq olduğu halda əzəli və əbədi olacaqdır.

Cənabi-Haqqın Həyat, Səmi, Basar kimi digər sifətlərini də eyni məntiq və ölçü çərçivəsində düşünmək mümkündür.

Burası qəribədir ki, belə bir məntiqsizlik və cəfəngiyat bu əsrin cəhalət bazarında müştəri tapa bilir, az da olsa bəzi insanları yoldan azdıra bilir.

5. Sualda həqiqətlərin öz ziddlərinə çevrilməsi istənilir

Məlum olduğu kimi bir həqiqətin öz ziddinə çevrilməsi ağlasığmazdır. Eynilə bunun kimi bir həqiqətin öz mahiyyətini mühafizə etməklə yanaşı, öz siddi olan bir mahiyyətə keçməsi də ağlasığmazdır. Məsələn, günəşin öz mahiyyətini eynilə saxlayaraq suya çevrilməsi, yaxud da bir insanın “insanlıq” mahiyyətini heç itirmədən, “aslan” olması məntiqsizlikdir. Bu kimi daha bir çox misallar sıralamaq mümkündür. Məxluqat üçün, həqiqətlərin öz ziddlərinə çevrilməsi belə minlərcə məntiqsizlikləri özündə ehtiva etdiyi halda, Uca Yaradıcı haqqında belə bir şey xəyal etmək məntiqsizliklərin ən qəribəsidir.

Yuxarıdakı sual ilə Üluhiyyətə aid sonsuz həqiqətlərin öz ziddlərinə çevrilməsi xəyal edilir. Belə ki, sual sahibi bu dümaqogika ilə sonradan yaradılacağı üçün nöqsan, fani, aciz, məhdud olacaq olan o xəyali varlığın həqiqətini, ziddi olan sonsuz qüdrət və kamala çevirmə məntiqsizliyinə düşür. Allah təalanın mütləq kamalı, ziddi olan mütləq nöqsanlğa, mütləq camalı (gözəlliyi), mütləq çirinliyə, mütləq qüdrəti, mütləq acizliyə çevrilə bilməz.

O Zati-zülcəlal sonsuz izzət sahibi, məxluqlar isə sonsuz zillət içindədirlər. Allah təala sonsuz dərəcədə allim və mütləq Hakimdir, məxluqlar isə cahil və məhkumdur. Allahın varlığı vacib, Zatı əzəli və əbədidir. Yaratdığı və yaradacağı heç bir şey isə mütləq deyildir, mümkündür, fani və sonradan əmələ gələndir.

Sual sahibinin fərziyyəsinə görə Cənabi-Haqq əzəli olduğu halda, haşa, sonradan meydana çıxmış olmalı, yaradılması xəyal edilən o varlıq isə sonradan ortaya çıxacaq olduğu halda əzəli olmalıdır ki, Allah təaladan –haşa− daha böyük olması fərz edilə bilsin.

Allah təala sonsuz qüdrət sahibi olduğu halda aciz olmalı, Onun yaratmasına möhtac olan varlıq isə sonsuz qüdrət sahibi olmalıdır.

Belə misalları daha da artırmaq mümkündür.

6. Sual sahibi vücud (varlıq) mərtəbələrindən xəbərsizdir.

Bu sualın cavabı üç məfhumun bilinməsinə bağlıdır. Bunlar “vacib, mümkün və qeyri-mümkün”, məfhumlarıdır. Məntiqi baxımdan bu üçündən kənarda qalan bir başqa bənd təsəvvür edilə bilməz.

Olduqca mükəmməl bir heykələ baxdığımız zaman bu üç həqiqəti belə təsbit edə bilərik:

“Bu heykəlin bir ustasının olması vacibdir, çünki sənətkarsız olması təsəvvür edilə bilməz”.

“Bu heykəl düzəldilmədən əvvəl, ustası üçün heykəli düzəldib-düzəltməmək isə mümkündür”. Yəni usta üçün o əsəri düzəldib-düzəltməmək mümkündür.

“Heykəlin öz ustasından daha məharətli, mükəmməl, daha güclü olması isə qeyri-mümkündür, ağlasığmazdır”.

Eyni həqiqəti günəş üçün düşünməli olsaq: Günəşin işıq saçması vacibdir. Yəni ki, işıqsız bir günəş düşünmək mümkün deyildir. Günəşin iradə sahibi olduğunu fərz etsək, işığı istədiyinə verib, istəmədiyinə də verməmədi sə mümkündür. Günəşin aynadakı əksinin, günəşin böyüklüyünə və hərarətinə sahib olub, ətrafında on iki planeti fırlatması isə qeyri-mümkündür.

Yuxarıdakı misalları kimi, varlıq mərtəbələrində də üç həqiqət vardır. Vacib, mümkün və qeyri-mümkün.

Cənabi-Haqqın varlığı “vacib”, yaradılmış və yaradılacaq olan hər şeyin varlığı “mümkün”, Allah təalanın şəriki, misli, və bənzərinin olması və hər hansı bir məxluqunun özündən böyük və güclü olması isə qeyri-mümkündür.

Cənabi-Haqqın var olması vacibdir. Onun varlığı Zatındandır. Var olmaq üçün heç bir səbəbə ehtiyacı yoxdur. Onun varlığı məxluqatın varlığına heç bir baxımdan bənzəməz. Heç bir yöndən tayı-bərabəri və bənzəri yoxdur.

Mümkünə gəldikdə, mümkün varlığı ilə yoxluğu eynidir, var ola da bilər, yox ola da bilər. Mümkünün varlığı da yoxluğu da qeyri-mümkün deyildir. Yaradılan və yaradılma ehtimalı olan hər şey mümkündür.

Məsələn, yazan kimsə üçün bir hərfin yazılıb, yazılmaması eynidir. Yəni yazan kimsə o hərfi həm yaza, həm də yazamaya bilər. Deməli, “hərf üçün iki cəhət mümkündür. Olmaq və olmamaq. Yazan kimsə isə bu iki bənddən hansı birisini seçərsə o də baş verər. Yazmaq qərarına gələrsə hərf yoxluqdan varlıq aləminə çıxar, yazaq istəməsə də o yoxluqda qalar.

Bütün mümkinat Cənabi-Haqqın nəzərində bu bir hərf kimidir. Kainat Onun yaratması ilə meydana gəldiyi kimi, eyni şəkildə Onun iradəsi, qüdrəti, tərbiyə və təqdiri ilə varlığını davam etdirir. İstər var olmasında, istərsə də dava edib, bqai qalmasında Allah təalaya möhtacdır.

Mümkünat aləmində O Vacibül-Vücudu aciz edəcək bir məxluqun var olması təsəvvür edilə bilməz. Onun əzəli iradəsi və mütləq qüdrəti qarşısında hər şey bərabərdir. Kiçik-böyük fərqi yoxdur. Onun qüdrətinə nisbətdə bütün qalaktikalar ilə bir zərrə bir-birinə bərabərdirlər. Bir çiçək ilə baharın, parça ilə bütünün fərqi yoxdur.

Qeri-mümkünə gəldikdə isə, qeyri-mümkün, varlığını təsəvvür etmək əsla mümkün olmayan deməkdir. Mümkünün “olmaq”, “olmamaq” kimi iki cəhəti olduğu halda, qeyri-mümkünün sadəcə bir cəhəti vardır, o da olmamaqdır. Yoxluq, qeyri-mümkünün daimi xüsusiyyətidir. Onun varlığını təsəvvür etmək, təzad və qarşıdurmaları doğurur.

Məsələn, bir rəqəm ya təkdir, ya da cütdür. Bir rəqəmin həm cüt həm də tək olması qeyri-mümkündür.

Bir rəqəmin sonsuzdan böyük olması da qeyri-mümkündür.

Eynilə bunun kimi də, Cənabi-Haqqın ortağı və bənzəri olması da qeyri-mümkündür.

Mümkünün vacibdən böyük olması da qeyri-mümkündür.

Məxluqun Xaqliqdən üstün olması da qeyri-mümkündür.

Sual sahibi isə demaqogika ilə qeyri-mümkünü mümkün kimi göstərməyə çalışır.

7. Sual sahibi böyüklük məfhumunu bilmir.

Cənabi-Haqqın böyüklüyü məxluqata nisbət etibarilə olan bir böyüklük deyildir. Yəni O, zatında böyükdür, böyüklüyü isə məxluqat ilə müqayisə edilə bilməz. Onun Zatı heç bir məxluquna bənzəmədiyi kimi, böyüklüyü də məxluqarının böyüklüyünə bənzəmir, ölçü ilə bilinə bilməz. Məxluqarının böyüklüyü isə nisbidir, bir-birnə görədir.

Bu həqiqəti bir misal ilə izah etməyə çalşaq. Günəşin böyüklüyü qar zərrəciklərindəki əkslər ilə müqayisə edilə bilməz. Çünki, bütün o əkslər, parlaqlıqlarını həmin günəşdən alırlar. Belə olan bir halda necə müqayisə edilə bilərlər?

Bu misalda olduğu kimi, qüdrəti, əzəməti və böyqklüyü sonsuz olan Allah təalanın böyüklüyü də məxluqatının böyüklüyü ilə heç bir yöndən müqayisə edilə bilməz. Çünki, bütün məxluqat hamısı Onun sifətlərinin və ismlərinin təcəlliləridir. Varlıqları Onun var etməsi ilə, həyatları Onun həyat verməsi ilə, nurları Onun nurlandırması ilədir. Onların böyüklükləri bir-birinə görədir. Onun bir məxluqu olan insan ağlı nə qədər böyüklük təsəvvür edərsə etsin və insan təxəyyülünün böyüklüyü nə cür xəyal edərsə etsin, bunların hamısı məxluq böyüklüyüdür. Cənabi-Haqqın böyüklüyü, düşünülən və xəyal edilən bütün bu böyüklüklərin fövqündədir, onlardan uzaqdır, ucadır.

Məlum olduğu kimi, riyaziyyat elmində bir “sonsuz” məfhumu vardır. Bütün rəqəmlər ona nisbətlə qüqayisə edilməyəcək qədər kiçikdirlər. Onların böyüklükləri bir-birinə görədir. Sonsuz üçün bir ilə bir milyardın fərqi yoxdur. Bu baxımdan sonsuza nisbətən böyük-kiçik fərqi yoxdur. Bütün rəqəmlər, şüurlu qəbul edilsə, bunların hamısı sonsuzu qavramaqda eyni dərəcədə gücsüz və əskik qalarlar. Bunun kimi, Cənabi-Haqqın sonsuz böyüklüyünü anlamaqda da bütün ağıllar eyni nisbətdə aciz qalırlar. O mütləq böyüklük, bu məhdud olan ağıla sığmaz.

Sualda bəhs edilən o xəyali varlğın məxluq olacağ əvvəlcədən qəbul edilmişdir. Bir məxluq isə nə qədər böyük olarsa olsun, böyüklüyü məxluqlara görədir və o çərçivə içində düşünülür.

Sənətkarın sənətindən böyük olduğu mübahisə edilməyəcək bir gerçəkdir. Məsələn, ehtişamlı bir məsciddəki bütün gözəlliklər hamısı onu inşa edən memarın təxəyyülündən süzülmüş, elmindən ərsəyə gəlmişdir. O daşları bir şahəsər halına gətirən, memarın ruhundakı incəlik, düşüncəsindəki dərinlik, hissiyyatındakı zəriflik və sənətkarlığındakı məharətdir. Edilən alqışlar da təqdirlər də o memara edilir. Fərz edək ki, memarın ömrü əbədi olsaydı, daha nə qədər məscidlər inşa edər, sənət əsərləri meydana gətirərdi. O əsərlərin hamısı da onun böyüklüyünə dəlil olardı. Lakin, onların böyüklükləri yenə də memarın böyüklüyü ilə müqayisə edilə bilməzdi.

Bu kainat deyilən kiçik məscid, yerlər, göylər, səma təbəqələri, ucsuz-bucaqsız qalaktikalar hamısı Allahın əsəri, icadı və məxluqlarıdır. Onlarda təcəlli edən gözəlliklər və üstünlüklər Allah təalanın ismləriniə aiddir. Bütün mövcudat Cənabi-Haqqın qüdrəti ilə, iradəsi ilə hakimiyyəti ilə ayaq üstə dayanır. Atomlardan qalaktikalara qədər hər şey, hər halı ilə və vəziyyətləri ilə hər an Onun hakimiyyəiti və nəzarəti altındadır. Onun hakimiyyəti qarşısında hər şey məhkum, Onun böyüklüyü qarşısında hər məxluq zəlildir.

Məhz yuxarıdakı sual, böyüklük məfhumunu bilməməklə yanaşı, Xaliqlik və məxluqluq anlayışını da bilməməkdən qaynaqlanır.


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:56
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
Cox sag ol!

--------------------
AŞİFTE

(((SeVdIm.SeVmEdI)))

  • 4 dekabr 2011 00:19
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
tewekkurler

--------------------
Есть любовь, похожая на дым;
Если тесно ей - она одурманит,
Дать ей волю - и ее не станет...
Быть как дым,- но вечно молодым.

.♣.Chrysalis.♣.

  • 3 dekabr 2011 23:47
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk xebere gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

R_A_P_U_N_Z_E_L

  • 3 dekabr 2011 19:54
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

_YALNIZ SENINEM_

  • 3 dekabr 2011 16:19
  • Məqalə: 15
  • Şərh: 179
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Men hele yoldayam...2012-ci kucenin 20-ci dongesindeyem...Bezen kederlerin,bezen sevinclerin,xeyallarin kolgesindeyem...Kiminse SeVGisindeyem...amma...Daim seninleyem...Fikirlerim kuecelerde,kuceler illerde...

Aynure

  • 3 dekabr 2011 15:46
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
TESEKKURLER

Brain

  • 3 dekabr 2011 15:31
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
Ela
ELA ELA

Alone angel

  • 3 dekabr 2011 14:44
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

angel angel

  • 3 dekabr 2011 14:15
  • Məqalə: 1
  • Şərh: 371
  • Bal:
{awards}
Allah razi olsun qardaw

ASMIYA

  • 3 dekabr 2011 14:14
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
COX TESEKKUR EDIREM. MARAQLIDIR.

--------------------


hsa

  • 3 dekabr 2011 13:58
  • Məqalə: 0
  • Şərh: 126
  • Bal:
{awards}
razi olsun

--------------------
Dünən gecə bir ağcaqanad məni əsəbləşdirdi axırda durdum,sxıştırdım divara, vurmaq istədim, amma vura bilmədim...çünki o artıq mənim qanımı daşıyırdı... Ata dedi ! Sarıldım, ağladım (c)

QªQª¤²º¹¹¤

  • 3 dekabr 2011 13:57
  • Məqalə: 74
  • Şərh: 261
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------

zoluska

  • 3 dekabr 2011 13:52
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}