Gözlərmizin düşmənini tanıyın

 
Gözlərmizin  düşmənini tanıyın

Texniki tərəqqi gündəlik işlərimizə yardımçı olaraq, mümkün olmayanı mümkün edirsə belə, sağlamlığmıza da təsirsiz ötüşmür.

Lap elə kompüterin özü. Həqiqətən günümüzün neçə saatı kompüter qarşısında keçir. Bu zaman isə iş gününün axırına və bəzən hətta ortasına yaxın aşağıdakı əlamətlər peyda olur:

- görmə itiliyinin zəifləməsi;
- yaxında yerləşən əşyalardan uzaqdakı obyektlərə və əksinə baxışınızı yönəldərkən çətinlik (akkomodasiya pozulması);
- əşyaları ikili görmə;
- yazı oxuyarkən tez yorulma;
- gözlərdə yandırma hissi;
- gözə “qum düşməsi” hissi;
- göz və alın nahiyəsində ağrı, başağrısı və ya gözlərin hərəkəti zamanı ağrılar;
- gözlərin qızarması.

Kompüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirlərinin geniş yayılması oftalmologiyada yeni bir terminin əmələ gəlməsinə gətirib çıxarmışdır – “kompüter görmə sindromu” (və ya “yorğun gözlər sindromu”). Bəs kompüterin gözə mənfi təsirinin səbəbi nədir? Bu sualı mütəxəssislər belə izah edir. Ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir. Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı biz tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirir. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi iş vaxtını kompüter qarşısında keçirənlərin ümumi probleminə çevrilir. Belə məqamlarda bir sıra gərəkli tədbirləri həyata keçirmək lazımdır. Əslində, kompüter qarşısında 3-4 saatdan artıq qalmamalıyıq və hər saatdan bir 20 dəqiqəlik fasilə etməliyik. Əlbəttə, bu çox vaxt mümkün olmur. Kompüterin gözlərə davamlı mənfi təsirini müəyyən qədər azaltmaq üçün isə aşağıdakılara riayət etməniz məsləhətdir:

1. İş yerinizi düzgün təşkil edin

Yaxşı monitor – əsas şərtdir. Müasir və keyfiyyətli, diaqonal ölçüsü 17` və ya 19` (43-48 sm) olan maye kristallı monitor kağız sənədləri ilə işləyən şəxs üçün ən gözəl seçimdir. Əski elektron şüalı monitorlara nisbətən bu monitorların gözlərə vurduğu ziyan xeyli azdır. Monitorun ekranı gözdən 60 sm məsafədə yerləşməlidir. Bu məsafədə yazıları görməyə çətinlik çəkirsinizsə, daha iri şrifti seçin, məsafəni azaltmayın. Şriftin rənginə gəlincə, ən düzgün seçim – ağ fonda qara hərflərdir.
Kompüteri elə yerləşdirin ki, pəncərənin işığı monitorun yan tərəfinə düşsün. Ekran üzərinə istər təbii günəş işığının, istərsə də tavan və ya stolüstü lampaların işıqlarının düşməsi parıltı əmələ gətirir. Belə halda monitordakı görüntünün izlənilməsi gözə əlavə gərginlik hesabına başa gəlir. Otaq nə çox işıqlı, nə də qaranlıq olmalıdır, optimal variant – yayılmış sönük işıqdır. Monitorun parlaqlığı otağın işıqlanmasına uyğun olmalıdır. Onu düzgün tənzimləmək üçün ekranda istənilən ağ rəngli görüntüyə nəzər salın, məsələn, vörd sənədinin ağ səhifəsinə. Bu səhifə işıqlanan lampanı xatırladırsa, parlaqlıq azaldılmalıdır. Əksinə, səhifə tutqun və boz görünürsə, parlaqlığı artırın. Bundan sonra kontrastlığı tənzimləyin – adətən daha kontrast görüntü daha məsləhətlidir.
Monitorun masada həddən artıq aşağı səviyyədə yerləşdirilməsi də tez-tez rast gəlinən səhvlərdən biridir. İstifadəçi buna fikir verməsə də, görüntünü dəqiq görmək üçün başını və belini əyməli olur. Nəticədə boyun əzələləri gərginləşir, onurğa sütunu həddən artıq yüklənir, beyinin qanla təminatı zəifləyir, baş ağrıları və digər narahatlıqlar əmələ gəlir. Bu halın qarşısını almaq üçün monitoru elə yerləşdirin ki, onun mərkəzi gözlərinizin səviyyəsində və ya bir qədər aşağıda olsun. Klaviatura isə düz monitorun qarşısında olmalıdır – onların biri-birinə qarşı çəpinə yerləşdirilməsi daha bir səhvdir. Ekranın tam təmiz və ləkəsiz olması mütləq şərtdir. Bunun üçün ən azı həftədə bir dəfə onu xüsusi maye və salfetlərlə silib təmizləyin.

2. Gözlər üçün gimnastik hərəkətlər

Hər saatdan bir qısa fasilə edin – ayağa qalxıb gəzişin, gözləriniz üçün 5 dəqiqəlik xüsusi gimnastika edin:

- başınızı çevirmədən bir neçə dəfə sağa-sola baxın;
- yenə də başınızı hərəkətsiz saxlayaraq baxışınızı bir neçə dəfə yuxarı-aşağı yönəldin;
- gözlərinizlə dairəvi hərəkətlər edin – əvvəl saat əqrəbi istiqamətdə, sonra isə əks istiqamətdə (başgicəllənmə ehtimalı olduğuna görə bu hərəkətləri oturaq vəziyyətdə edin);
- gözlərinizi mümkün qədər geniş açın, sonra isə mümkün qədər möhkəm yumun, bu hərəkətləri sürətlə edin;
- pəncərəyə yaxın durun, şüşə üzərində olan bir nöqtəyə diqqətlə baxın, sonra isə baxışınızı çox uzaqda olan bir obyektə yönəldin.

Bu hərəkətləri hər istiqamətə 6 dəfə və ya daha artıq yerinə yetirin.

3. Düzgün və çeşidli qidalanma

Düzgün və tam dəyərli qida gözlərin sağlam olması üçün vacib şərtlərdəndir. A, S, E vitaminləri, eləcə də kalium, kalsium, sink mikroelementləri insan gözü üçün xüsusi əhəmiyyət kəsb edir. Vitamin A – kahı, göy noxud, yemiş, pomidor, soğan, kəsmik, kərə yağı, qara ciyərin tərkibində, vitamin E isə tərəvəzlər, paxlalı bitkilər, göyərti, bitki yağları, balıq tərkibində mövcuddur. İtburnu, qarağat, sitrus meyvələri, kələm vitamin S ilə zəngindir. Gözlər və bütün orqanizm üçün daha bir xeyirli məhsul – provitamin A (karotin) mənbəyi olan kök və xüsusilə kök şirəsidir. Qara gavalı və ərik qurusu, kişmiş və bal – kalium, süd məhsulları isə kalsium ehtiyacını ödəyir.

4. Profilaktik tədbirlər

Çobanyastığı və yaşıl çay paketlərindən kompreslər gözlərin yorğunluğunu alır, qıcıqlanmasını azaldır. Apteklərdə göz üçün olan xüsusi vitamin və mineral kompleksləri satılır ki, onları da həkimlə məsləhətləşdikdən sonra ildə 1-2 dəfə kurs şəklində qəbul etmək olar. Balıq piyi gözlər üçün çox xeyirli hesab olunur. Balıq piyi preparatları da ildə bir neçə dəfə kurs kimi içmək olar.

Unutmayın, iş vaxtınızı kompüter qarşısında keçirirsinizsə, ildə 1 dəfə həkim-oftalmoloqun qəbuluna yazılın və gözlərinizi müayinədən keçirin. Problemlərin ilkin mərhələdə erkən aşkar olunması profilaktik və müalicəvi tədbirlərin effektivliyini artırır


Geri dön

-KoR-ReSSaM-

  • 15 fevral 2012 07:24
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
twkler melumata gore

--------------------
sevgi :/

_favorit_arkadas

  • 13 dekabr 2011 11:02
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
tesekkurler...

--------------------

Last_Legend

  • 9 dekabr 2011 14:45
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
maraqli xeberdir.
goresen gozler jim elese nece )))))

1heyat_1desen

  • 5 dekabr 2011 18:56
  • Məqalə: 143
  • Şərh: 727
  • Bal:
{awards}
cox maraqli xeberlerdi cox yaxwidi minnetdaram haminiza ellerine saliq!!!

(((SeVdIm.SeVmEdI)))

  • 4 dekabr 2011 00:04
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
tewekkurler

--------------------
Есть любовь, похожая на дым;
Если тесно ей - она одурманит,
Дать ей волю - и ее не станет...
Быть как дым,- но вечно молодым.

.♣.Chrysalis.♣.

  • 3 dekabr 2011 20:52
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk xebere gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Delya_91

  • 3 dekabr 2011 20:47
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Men evvel cox otururdum komputer qarsisibda,indi gun erzinde saat yarim ancaq otura bilirem,cunki isde oluram,axsam da axot olmur cox qalmaga

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

R_A_P_U_N_Z_E_L

  • 3 dekabr 2011 19:47
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Elvin007

  • 3 dekabr 2011 18:19
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
twk xebere gore sagol fellow

--------------------
▼►►Proqramming◄◄▼

Els007

  • 3 dekabr 2011 18:14
  • Məqalə: 227
  • Şərh: 532
  • Bal:
{awards}
twk fellow

BadZero

  • 3 dekabr 2011 18:10
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
2. Gözlər üçün gimnastik hərəkətlər

Hər saatdan bir qısa fasilə edin – ayağa qalxıb gəzişin, gözləriniz üçün 5 dəqiqəlik xüsusi gimnastika edin:

- başınızı çevirmədən bir neçə dəfə sağa-sola baxın;
- yenə də başınızı hərəkətsiz saxlayaraq baxışınızı bir neçə dəfə yuxarı-aşağı yönəldin;
- gözlərinizlə dairəvi hərəkətlər edin – əvvəl saat əqrəbi istiqamətdə, sonra isə əks istiqamətdə (başgicəllənmə ehtimalı olduğuna görə bu hərəkətləri oturaq vəziyyətdə edin);
- gözlərinizi mümkün qədər geniş açın, sonra isə mümkün qədər möhkəm yumun, bu hərəkətləri sürətlə edin;
- pəncərəyə yaxın durun, şüşə üzərində olan bir nöqtəyə diqqətlə baxın, sonra isə baxışınızı çox uzaqda olan bir obyektə yönəldin.


bunu bilirdim... ))) hərdən edirəm))

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Narka E-ZaDe

  • 3 dekabr 2011 17:41
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
aa ele men ona gore komputerde otura bilmirem gozlerim aciwir agriyir.Heqiqetende komputerde cox oturmaq gozlere ziyandi what

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

kurbanov999

  • 3 dekabr 2011 17:41
  • Məqalə: 4
  • Şərh: 72
  • Bal:
{awards}
maraqlidi twk

--------------------
http://legend.az/uploads/posts/2011-11/1322019021_sahte.gif

joyful

  • 3 dekabr 2011 17:21
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
tewekkur melumatcun.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

Okush

  • 3 dekabr 2011 17:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere ve eziyyete gore tesekkurler!

Aynure

  • 3 dekabr 2011 16:31
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
TESEKKUR

SLIM SHADY

  • 3 dekabr 2011 16:27
  • Məqalə: 0
  • Şərh: 191
  • Bal:
{awards}
Tesekkurler

--------------------
I'm clue and stan

Alone angel

  • 3 dekabr 2011 16:25
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
tewekkurler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

romantik_awk

  • 3 dekabr 2011 16:19
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
men 3ildir kompu almiwam amma 1defede gozlerimde hecne olmayim gundede en azi 4 5saat qabagindayam

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}