Gedən gəlməz, gələn gedər...

 
Gedən gəlməz, gələn gedər...

Gedən Gəlməz, Gələn Gedər...

-Heç bir yaş, ölümü düşünmək üçün tez deyil...

Bir gül yarpağı kimi, min bir müəmma ilə örtülü kainat kitabında, bir sətirlik ömürü olan hər canlının, digər bir ifadəylə hər gələnin gedib, hər gedənin də gəlməmək üzrə ardından buraxdığı mesaj, üç hecalıq bir "əl-vi-da"dır...

Bəli "Gecə-gündüz dönməsində hər dost vida edər". İndiyə qədər bu sondan heç bir kimsə özünü qurtara bilməmişdir. Bədiüzzamanın ifadəsiylə: "Necəki insan kiçik bir aləmdir; yıxılmaqdan xilas ola bilməz. Aləm də böyük bir insandır; o da ölümün pəncəsindən xilas ola bilməz."

Bir sətirlik həyatımızın hansı hərfində, hansı hecasında olsaqda dəyişməyən həqiqət budur ki, "Heç bir yaş, ölümü düşünmək üçün tez deyil" Bu gerçək bir həyat prinsipi olması lazım olarkən, nədəndirsə başımıza xəstəlik kimi bir müsibət gəlmədən oyana bilmirik.
Gedən gəlməz, gələn gedər...
Aldandığımız digər bir xüsus, hisslərimizin çəkdiyi rotadır ki, fani olan bu dünyanı ölümsüz və daimi zənn edirik. Niyə? Çünki özümüzə, ətrafımıza və dünyaya baxdığımızda hər şeyin sabit və sanki heç bir dəyişikliyin olmadığı düşüncəsinə qapılırıq. Hər doğum müjdəsinin bir ölüm xəbəri demək olduğunu unutmuş olsaq belə, bizdən əvvəlkilər haradadırlar?


Bunların yanında ən gizli məxluqun ahını eşidən bu dünya sarayının sənətkarı bizə bu haləti; gecə və gündüzü, qış və yazı ilə dünyanı bir kitabın səhifələri kimi asanlıqla çevirib, yazıb, pozub dəyişdirməsi ilə hiss etdirməkdədir. Və sanki "hazırlanın daimi və başqa bir məmləkətə gedəcəksiniz" deyə xəbərdarlıq etməkdədir.

"Ölüm sonrasını düşünərkən, kainatın təməl qanunlarını, Yaradanın sənət incəliyini başa düşərək, hətta ona heyran olaraq yola çıxmaq lazımdır. Yoxsa, kainat nizamını bir təsadüf, həyatı və canlılığı sadə bir uyğunlaşma sanaraq insanın ucalığındakı sirləri həll etmək qeyri-mümkündür. Beləcə təməl düşüncə tərzində materialistlərdən ayrılırıq. Maddə elmlərinə əslində onlardan daha çox hörmətliyik.

Maddəni quru qəlibləri içində görərək ondan başqa varlıq qəbul etməmək bir qəflətdir. Əgər hər şeyi maddə sansaq o zaman həyat ‘Ardından qaçıb tuta bilmədiyimiz ümidlər, bədbəxtliklər... həyəcanlar, kədərlər, yorğunluqlar və bunlara son damğasını vuran ölüm...' ssenarisindən ibarət olar. Kainatın gözəlliklərindən, incə sənətindən, dərin şüurundan belə bir sonu gözləmək qeyri-mümkün. Kainatın uca yaradıcısı, aləmlərin ən gözəli, insana belə bir son damğasını vurmaz.


Geri dön

_RONALDO_

  • 9 mart 2011 20:05
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
xebere gore tewekkurler

--------------------

nilayka

  • 13 fevral 2011 00:47
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
twk

--------------------

Ulya

  • 15 oktyabr 2010 13:01
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol maraqli xebere gore

Azeri_Gozeli

  • 12 oktyabr 2010 22:57
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
cox sag ol

--------------------

Grace_Angel

  • 12 oktyabr 2010 22:39
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler xebere gore.....

--------------------

sevgi yalandir

  • 12 oktyabr 2010 22:36
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 74

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}