Diqqətli olmaq

 
Diqqətli olmaq

Təfəkkürün əhəmiyyətli bir hissəsini diqqət təşkil edir. Allah bütün kainatı və kainatın hər hissəsini Öz varlığının dəlillərini göstərmək üçün yaratmışdır. Ancaq inkarçılar bu gerçəyi qavraya bilməzlər. Çünki bu incəliyi qavrayacaq "görmə" qabiliyyətinə sahib deyildirlər. Quranda ifadə edildiyi kimi "... gözləri vardır bununla görməzlər...". (Əraf Surəsi, 179)

Gözləriylə gördükləri maddi kainatın üzərindəki incə pərdəni qaldırıb, arxasındakı böyük həqiqəti fərq edəcək ağıla və qavrayışa sahib deyildirlər.

Mömin isə Allahın kainatı hikmətlə və məqsədli şəkildə yaratdığını qəbul edir və bununla da gözləri olduğu halda görməyən qrupdan fərqlənir. Ancaq bu imanın ilk mərhələsidir. İman və ona paralel olaraq ağıl inkişaf etdikcə, mömin qəbul etdiyi bu böyük gerçəkliyi qarşısına çıxan hər təfərrüatda yoxlamağa başlayır.

İmanın bu şəkildə inkişafı üç mərhələyə ayrılır: Elm-əl yəqin, Ayn-əl yəqin, Haqq-əl yəqin.

Bu mərhələləri açıqlamaq üçün istifadə edilən yağış nümunəsi var. Bayırda yağışın yağdığını bilməyin üç dərəcəsi var. Birinci dərəcədə - yəni elm-əl yəqində, bir insan pəncərələri bağlı olan evdə oturduğu halda bayırdan gələn biri ona yağışın yağdığını söyləyər və o da bunun doğruluğuna inanar. İkinci dərəcə ayn-əl yəqin, yəni gözlə qavramaq dərəcəsidir: bu halda həmin insan pəncərənin yanına gedər, pərdəni çəkər və yağışın yağdığını gözləriylə görər. Haqq-əl yəqində isə qapını açar və evdən çıxar; artıq yağışın "içində"dir.

İmanın elm-əl yəqindən ayn-el yəqinə və daha da irəliləməsi üçün lazım olan feli dualardan biri də diqqətli olmaqdır.

Quranda möminlər, Allahı qavramaq üçün diqqətli olmağa çağırılırlar. Ayələrdə belə buyurulur:

Diqqətli olun; göylərdə və yerdə olanların hamısı Allahındır. O, sizin nə əməl sahibi olduğunuzu və (qullarının) Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir.
(Nur Surəsi, 64)

Diqqətli olun; həqiqətən onlar, Rəblərinə qovuşacaqlarına şübhə edirlər. Diqqətli olun; həqiqətən O, hər şeyi biləndir.
(Fussilət Surəsi, 54)

Allahın ayələrini hər yerdə görə bilmək üçün bu mövzu üzərində düşünmək və bunun üçün zehini öyrətmək lazımdır. Əks halda özbaşına buraxılan zehin idarəsiz şəkildə fəaliyyətə başlayar. Bir neçə saniyə içində mövzudan mövzuya keçib "boş işlər"lə özünü məşğul edər. Bu, bir növ sərxoşluqdur. Belə olduğu təqdirdə həm ətrafında baş verən hadisələrin incəliklərini qavraya bilməz- yəni təfəkkür edə bilməz- həm də bu hadisələrə müdaxilə etmək üçün iradəyə sahib ola bilməz.

Halbuki mömin Allahın izniylə düşüncələrini istədiyi kimi istiqamətləndirən, ağlını davamlı olaraq Allahı tanımaq və Onun dininə xidmət etmək üçün istifadə edən insandır. Bu səbəbdən iman edən birinin ağılına boş düşüncələr gəldikdə bunu dərhal anlayar və Quranda təsvir edildiyi şəkildə zehinini bu boşluqdan xilas edər."Ağılı təmiz saxlamaq" cəhdinin ən vacib hissəsi isə diqqətdir.

HƏR İŞDƏ BİR XEYRİN OLMASI

Allah hər şeyi hikmətlə yaradır. Bu hikmətlərdən biri də Allahın yaratdığı hadisələrin nəticəsinin möminlərə, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir və möminlərin əleyhinə heç bir şey yaratmaz.

Möminin qarşısına çıxan bəzi hadisələr məsələn, inkarçıların qurduğu tələlər ilk baxışda mənfi hal kimi görünə bilər. Amma Allah mütləq və mütləq bunda da xeyir yaratmışdır. Bu hadisədə hansı xeyirlərin olduğunu isə dərhal və qısa zaman ərzində möminlərə göstərər. Buna görə də möminlər qarşılaşdıqları hər hadisədə mütləq xeyirin olduğunu bilməlidirlər.

Quranda bu mövzu ilə bağlı bir çox hadisə izah edilir. Hz. Yusifin həyatı buna bir nümunədir. Hz. Yusif kiçik uşaqkən qardaşları tərəfindən quyuya atılmış, sonra oradan xilas olmuşdur. Ancaq bir müddət sonra günahsız olduğu halda, günahlandırılaraq zindana atılmışdır. Ancaq Hz. Yusif bütün bu hadisələrin Allahın idarəsində olduğunu və hər bir işdə mütləq xeyr olduğunu heç zaman unutmamışdır. Nəticə olaraq, Allah bir müddət sonra bütün bu "fəlakət"lərin arxasındakı xeyiri ona göstərmişdir və Hz. Yusif atıldığı Misir zindanlarından xilas olaraq həmin ölkənin rəhbərliyində yer tutmuşdur.

Gəmidə olduğu zaman püşk atılaraq kimin dənizə atılacağı müəyyənləşdirilən və nəticədə dənizə atılan, sonra da nəhəng balıq tərəfindən udulan Hz.Yunisin vəziyyəti də Hz.Yusifə bənzəyir. Quranda Hz.Yunisin Allahı "təsbeh edənlərdən" olduğu üçün o yerdən qurtarıldığı və sonra da mükafatlandırıldığı belə izah edilir:

Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə iri yarpaqlı ağac (balqabağa bənzər) bitirdik. Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.
(Saffat Surəsi, 143-148)

Quranda izah edilən bütün bu nümunələr insan üçün çox mühüm dərslərdir. Bir hadisənin "fəlakət" kimi görünməsi, əslində onun elə olduğu mənasını vermir.

İnkarçılar üçün isə heç bir hadisə "xeyirli" deyil. Onlara zövq və sevinc verən, gözəl kimi görünən şeylər də əslində axirətdə çəkəcəkləri əzabı artıran səbəblər olacaqdır. İnkar edənlərin haqsız olaraq əldə etdikləri bütün qazanclar, hesabı soruşulacaq bir günah olaraq onların adına yazılır. Allah Quranda bu hökmü verir:

Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.
(Ali-İmran Surəsi, 180)


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:54
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
tesekkurler

--------------------
AŞİFTE

Alone angel

  • 4 dekabr 2011 15:53
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

.♣.Chrysalis.♣.

  • 3 dekabr 2011 23:43
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
maraqlidi twk

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

(((SeVdIm.SeVmEdI)))

  • 3 dekabr 2011 23:29
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------
Есть любовь, похожая на дым;
Если тесно ей - она одурманит,
Дать ей волю - и ее не станет...
Быть как дым,- но вечно молодым.

zoluska

  • 3 dekabr 2011 22:41
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
tewekkurler

wiki

  • 3 dekabr 2011 22:13
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

R_A_P_U_N_Z_E_L

  • 3 dekabr 2011 21:57
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Okush

  • 3 dekabr 2011 21:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere ve eziyyete gore tesekkurler!

Aynure

  • 3 dekabr 2011 21:55
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
TESEKKURLER

BadZero

  • 3 dekabr 2011 21:53
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Xəbərə görə çox sağ ol

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

jalicka...

  • 3 dekabr 2011 21:51
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
ilk serh menden twk

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 52

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}