ABŞ-ın ilk prezidenti Corc Vaşinqton Seçicilər Kollegiyasında
səslərin 100%-ni qazanmış yeganə ABŞ prezidentidir.
1976-cı ildə ABŞ-ın 200 illiyi şərəfinə buraxılmış 2 dollarlıq
əskinasların üzərində ABŞ-ın 3-cü prezidenti Tomas Cefferson təsvir olunmuşdur.
ABŞ-ın 4-cü prezidenti Ceyms Medison ABŞ prezidentləri
arasında ən alçaq boylu prezidentdir (162 sm).
ABŞ-ın 6-cı prezidenti Con Kuinsi Adams 1848-ci il
fevralın 28-də konqresdə iclas zamanı vəfat etmişdir.
ABŞ-ın 8-ci prezidenti Martin van Burenin ana dili holland dili olmuşdur.

ABŞ-ın 9-cu prezidenti Uilyam Henri Harrison ən qısa müddətdə hakimiyyətdə
olmuş ABŞ dövlət başçısıdır (32 gün 12 saat 30 dəq.). 1841-ci il martın 4-də
inauqurasiya çıxışı zamanı güclü yağış və küləyə baxmayaraq,
ABŞ prezidentlərinin inauqurasiya çıxışları tarixində ən uzunmüddətli nitq
söyləmiş (2 saat), nəticədə xəstələnərək pnevmaniya və plevrit
diaqnozu ilə bir aylıq uğursuz müalicədən sonra vəfat etmişdir.
ABŞ-ın 10-cu prezidenti Con Tayler ABŞ tarixində ən çox uşaqlı
prezident olmuşduür. Onun birinci arvadından 8, ikinci arvadından isə
7 uşağı olmuşdur. 15-ci uşağı prezidentin 70-dən artıq yaşı olan vaxt doğulmuşdur.
ABŞ-ın 16-cı prezidenti Abraham Linkoln ABŞ
prezidentləri arasında ən hündür boylu prezidentdir (193 sm).
ABŞ-ın 19-cu prezidenti Rezerford Heys telefondan istifadə etmiş ilk
ABŞ prezidenti sayılır. 1877-ci ilin dekabrında Ağ Evdə ilk telefon
quraşdırılmış və Aleksandr Bell 21 km məsafədən Rezerford Heysə zəng etmişdir.
ABŞ-ın 20-ci prezidenti Ceyms Qarfild eyni vaxtda bir əli ilə
latın, digər əli ilə qədim yunan əlifbasında yaza bilirmiş.

ABŞ-ın 22 və 24-cü prezidenti Qruver Klivlend Ağ Evdə evlənmiş
yeganə ABŞ prezidentidir. O, birinci prezidentlik dövründə, 1886-cı ilin
iyununda Ağ Evin Mavi Zalında 21 yaşlı Fransez Folsomla ailə həyatı qurmuşdur.
Alyaskada yerləşən və Şimali Amerikanın ən yüksək zirvəsi olan
Mak-Kinli dağı ABŞ-ın 25-ci prezidenti Uilyam Mak-Kinlinin şərəfinə adlandırılmışdır.
ABŞ-ın 26-cı prezidenti Teodor Ruzvelt avtomobildən istifadə etmiş ilk ABŞ prezidentidir.
ABŞ-ın 32-ci prezidenti olan Franklin Delano Ruzvelt 2 dəfədən
artıq seçilmiş yeganə ABŞ prezidentidir (cəmi 4 dəfə prezident seçilmişdir).

ABŞ-nin 35-ci prezidenti Con Fitscerald Kennedi ABŞ tarixində ilk katolik prezident sayılır.
ABŞ-nin 35-ci prezidenti Riçard Milhaus Nikson istefa vermiş yeganə ABŞ prezidentidir.
Deyilənə görə, ABŞ-ın 39-cu prezidenti Cimmi
Karter bir dəqiqədə 2000 söz sürətlə oxumağı bacarırmış.
ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan kino karyerası ərzində 54 filmdə çəkilmişdir.
ABŞ-ın 44-ü prezidenti Barak Obama bu vəzifəyə seçilən ilk afro-amerikalı olmuşdur.