Kamil İman

 
Kamil İman

İnsanların bir çoxu “iman gətirdik” deməyin və ya dinə birtərəfli qulluq etməyin kafi olduğunu düşünürlər. Lakin Allah Qurani-Kərimin bir çox ayəsində doğru olanın “xeyir işlərdə yarışıb önə keçmək”, təqva sahibi möminlərə nümunə olmaq və hər an üstün əxlaqlı davranmaq olduğunu bildirmişdir. Möminlər Allahdan həddindən çox qorxmaq, yaxşı əməllərini əsla kafi görməmək və Allah rizasını axtarıb, vicdanlarının səsini dinləyib sona qədər ona əməl etməklə mükəlləfdirlər. İnsanın səmimiyyəti Allahın gözəl hesab etdiyi əxlaqı yaşamaq üçün göstərdiyi səylə ölçülür. Hər işində Allaha yönələn, daima Allahın rizasını və dostluğunu qazanmağa çalışan, qeyd-şərtsiz gözəl əxlaqlı davranan bir şəxs bunun əvəzində imani yetkinliyə, yəni kamil imana çatar. “Kamil” sifəti yetkin, tam, mükəmməl mənasını daşıyır. “Kamil iman” da bir insanın çatdığı imani yetkinliyin və dərinliyin ən irəli, ən mükəmməl dərəcəsini ifadə edir. Bəs bir insanın imanının yetkinləşməsi, mükəmməl olması necə baş verir?

*******************

Allaha iman gətirmək Onun hər şeyin tək yaradanı, tək sahibi və tək hakimi olduğunu qavramaqdır. Hər insanın Ona möhtac olduğunu bilib Allahın heç nəyə ehtiyacı olmadığını və hər işi bir qədər ilə yaratdığını anlayaraq həyatının hər anında Ona təslim olmasıdır. “Allaha təslim olmaq” isə Allahdan çox qorxmaq və Ona hər şeydən və hər kəsdən çox bağlanıb Onu çox sevməklə mümkün olar. Allaha həqiqətən təslim olan bir insan özünə ancaq Allahı dost və vəli tutar. Həyatı boyu qarşısına çıxan hər hadisənin Allahın nəzarəti altında həyata keçdiyini və bütün bunların xüsusi hikmətlərlə yaradıldığını bilər.
Buna görə də nə olarsa olsun, təslimiyyətli davranışdan əl çəkməz və həmişə Allaha boyun əyər. Mömin kamil imana sahib olmaq üçün həyatının hər anında Allahın bütün əmr və qadağalarına cidd-cəhdlə əməl edər. Allahın bəyəndiyi əxlaq modelini də heç bezmədən ölənədək səbrlə tətbiq edər. Kamil iman sahibi olan möminin gözəl əxlaqlı davranmaqda göstərdiyi səbr olduqca müəyyənedici və mühüm xüsusiyyətdir. Çünki kamil iman sahibi olan insan bu vəsfi ilə insanlar arasında seçilir.

*******************

Elə kamil imanın fərqi də burada üzə çıxır. Tam iman gətirməyən şəxslər dinə birtərəfli yönəlirlər, kamil iman sahibləri isə Quranı həyatlarının hər anında özlərinə rəhbər tuturlar. Eyni şəkildə qeyri-səmimi insanların imanı müəyyən şərtlərə bağlı ikən, kamil iman sahibləri qeyd-şərtsiz iman gətirirlər. Şərtli iman gətirən insanlar ancaq nemət içində olduqda və bütün hadisələr öz istədikləri kimi baş verdikdə dinə sadiq qalırlar və gözəl əxlaqı təqlid edirlər. Ancaq nemətləri azaldıqda və ya hər hansı bir çətinliklə qarşılaşdıqda asanlıqla dindən soyuyur və sədaqətsizlik göstərirlər. Kamil iman sahibləri isə Allaha imanlarında və sədaqətlərində qərarlı olurlar. Bunun ardındakı səbəb şəksiz iman gətirmələridir. Şəksiz iman gətirmək insanın Allahın və axirətin varlığına ağlı, qəlbi və vicdanı ilə qəti qərar verməsidir. Quranda “O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəksiz inanırlar” (Bəqərə sursəi, 4) ayəsilə də iman gətirənlərin bu xüsusiyyəti vurğulanır.
Kamil imanın fərqi vicdanın səsini sona qədər dinlənilməsində özünü göstərir. Vicdan həmişə Allahın əmrlərinə əsasən hərəkət edən və insanı daima doğru olana dəvət edən səsdir. Kamil iman sahibi hər vəziyyətdə vicdanının səsini dinləyir. Bu da onun Allahın razı olacağı əxlaq və davranışı göstərməsini təmin edir. Qarşısına çıxan çətinliklərdə belə gözəl əxlaqdan əl çəkməz.

*******************

Nəfsinin istək və həvəslərinə məğlub olaraq ən doğru və ən gözəl olandan soyumaz.
Kamil iman sahibi insan səbrin ən çoxunu, fədakarlığın ən gözəlini, təslimiyyətin ən mükəmməlini, Allah sevgisinin ən güclüsünü yaşamağa cəhd edir. Bu şəxslər iman gətirib ən doğru yolu tutduqları, imanlarında qərarlı olduqları, Rəbblərindən gələn hər şeydə xeyir olduğunu bildikləri, həmişə şükür edən olmaları, Allaha könüldən bağlanıb təslim olduqları üçün dünyada və axirətdə gözəl həyatla müjdələnmişlər. Allah onlara bu səmimi yaxınlıqlarının əvəzində dünyada və axirətdə yaxşılıq vəd etmişdir. Həm də onları rəhməti ilə əhatə etmiş, onlardan razı olmuş və onlara sevgisini və xoşnudluğunu bəxş etmişdir.
Unutmaq olmaz ki, kamil iman sahibi olmaq uzun səylər nəticəsində əldə edilən şey deyil. Allah bir ayəsində “Biz sənə ən asan olanı müyəssər edərik” (Əla surəsi, 8) şəklində bildirir. İnsan kamil imana bir neçə dəqiqəlik səmimi təfəkkürlə çata bilər. Ona görə bunu heç kim gecikdirməməli, peyğəmbərlərin və saleh möminlərin əxlaqını yaşamaq üçün ciddi səy göstərməlidir. Çünki dünya həyatı bir göz qırpımı qədər sürətlə keçir. Hər kəs özünə verilən bu məhdud müddət ərzində zamanla yarışmalı və gözəl davranmağa, kamil imanı yaşamağa tələsməlidir. Allah bu müddətin sonunda təqvada səbrli və qərarlı olan, yarışıb önə keçən, Ona yaxınlaşmaqda tələsən qullarına cənnəti vəd etmişdir. Onlar orada peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birlikdə olacaqlar və hamısından vacibi Rəbblərinin rəhmətinə qovuşacaqlar.
Gəlin birlikdə buna qovuşmaq, Allahın rizası və xoşnudluğunu qazanaraq möminlər üçün hazırlanan cənnətlərdə peyğəmbərlər və kamil iman sahibləri ilə birlikdə sakin olmaq üçün tələsək.

Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! Belələri cənnətlikdirlər, onlar etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar! (Əhqaf surəsi, 13-14)


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:50
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
tsk!

--------------------
AŞİFTE

R_A_P_U_N_Z_E_L

  • 5 dekabr 2011 20:20
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

.♣.Chrysalis.♣.

  • 5 dekabr 2011 16:27
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk xebere gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Alone angel

  • 5 dekabr 2011 16:27
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
tewekkurler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

_SVETLANA_777_

  • 5 dekabr 2011 11:45
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
sag ol bacim ellerine salix tesekkurler

--------------------
<p></p>

BadZero

  • 5 dekabr 2011 11:39
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

zoluska

  • 5 dekabr 2011 10:52
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
tewekkuler

Ku-ku

  • 5 dekabr 2011 10:26
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
tewekkurler

--------------------

Okush

  • 5 dekabr 2011 10:12
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere ve eziyete gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}