Tasua günü

 
Tasua günü

Tasua gününün mühüm hadisələri.
1-Kərbəlada ibni Sədin leşkərinin hücumu və İmam Hüseyn tərəfindən möhlət alınması.
İbni Səd Kərbəlada Məhərrəm ayının doqqozuncu günü xeymələrə hücum fərmanını verdi. O zaman İmam Hüseyn (ə) xeymələrin qabağında əyləşmişdi.
Həzrət Zeynəb İmamın yanına gedib düşmənin yaxınlaşmasını xəbər verdi.
İmam Hüseyn (ə) Əbəlfəzlə buyurdu ki onların gəlişindən xəbər tut. (Tarix Təbəri, c, 6, s,137. Və Rövzətül-Vaizin, s, 157.)
Həzrət Əbəlfəzl Həbib ibni Məzahir və Züheyr olmaqla iyirmi nəfərlə düşmənə tərəf getdi. Onların məqsədlərini soruşduqda dedilər: İbni Səd Fərman verdi ki, ya gərək bizə tabe olasınız ya da döyüş başlayacaq. Həzrət Əbəlfəzl xeymələrə qayıtdı. Digər əskərlər isə onları moizə etdilər.
Həbib ibni Məzahir onlara belə dedi:
And olsun Allaha İmam Hüseynin əleyhinə qalxan və peyğəmbərin itrətin əziyyət edənlərin vəziyyəti qiyamətdə çox pis olacaq.
Həzrət Əbəlfəzl onların istəyini imama çatdırdı. İmam Buyurdu: Qayıt onlardan bu günü möhlət al bu gecəni ibadətlə keçirməyi istəyirik. Allah şahiddir ki, mən ondan xatirə namaz qılıb Quran oxumağı və dua etməyi çox sevirəm.
Həzrtə Əbəlfəzl (ə) imamın sözünü onlara çatdırdı. İbni Səd dedi: Nə edək? Qeys ibni Əşəs dedi: Onlara möhlət verək. Onlar sabah döyüçşəcəklər. İbni Səd imama möhlət verdi və suvari göndərdi ki, sabah əgər tabe olsanız İbn Ziyadın hüzuruna aparacağıq sizləri. Əgər tabe olmasanız sizi sağ buraxmayacağıq. (Tarix Təbəri, c, 6, s, 337.)
2-İmamın xütbəsi və azadlıq fərmanı.
İkinci mühüm hadisələrdən biridə imamn azadlıq fərmanını verməsidir.İmam Hüseyn (ə) gün batançağı səhabələri bir yerə toplayıb xütbə oxudu. İmam xütbəsini belə başladı:
İlahi sənə həmd və səna edirəm ki, bizləri əziz tutun və bizlərə Quran öyrətdin. Bizə göz, qulaq və qəlb verdin və bizləri müşriklərdən qərar vermədin.
Sonra səhabələrə üz tutub dedi: Mən həqiqətən öz səhabə və əhlibeytimi yaxşı tanıyıram. (Tarix Təbəri, c, 6, s, 237.)
Bilin və agah olun ki, güman edirəm bzimi yalnız sabah ömrümüzdən qalmış olsun. Mən sizləri azad buraxdım. Hamılıqla gedin ki, sizin boynunuzda heç bir beyətim qalmamışdır. Gecənin qaranlığı sizi bürümüşdür. Onu bir vasitə qərar verərək öz şəhərlərinizə qayıdın. Bunlar yalnız məni istəyirlər.
İmamın qardaşları və qardaşı övladları dedilər:
Səndən sonra yaşamaqdan ötrü belə edək? Allah bizlərə belə bir günü nəsib etməsin.
İmamın Əmisi Əqilin oğlanları dedilər:
And olsun Allaha öz canımızı, malımızı və əhlibeytimizi sənə fəda edəcəyik. (Tarix Təbəri, c, 6, s, 238.)
Müslim ibni Övsəcə belə dedi:
Səndən əl götürüm? And olsun Allaha nizəmi onların sinəsinə batırmayınca səndən ayrılmayacağam. Qılıncım əlimdə varikən onlarla vuruşacağam. Əgər silahım olmazsa səninlə birgə şəhid olana qədər onlara da. Atmaqla vuruşacağam.
Səid ibni Əbdullah Hənəfi belə dedi:
And olsun Allaha yetmş dəfə ölüb dirilib, tikə-tikə doğransamda belə, səndən əl çəkmərəm. (Tarix Təbəri, c, 6, s, 239.)
İmam Hüseyn (ə) onların sədaqətini və ona vəfadarlıqlarını müşahidə etdikdə, onlara ilahi qəza və qədərdən xəbər verib buyurdu: Mən sabah qətlə yetiriləcəyəm və sizdə mənimlə birgə şəhid olacaqsınız. Siz hamınız şəhid olcaqsını məgər oğlum Züynel-Abidin sağ qalacaq. Çünki Allah-taala mənim nəslimi kəsməyəcək. O mənim 8 məsum övladlarımın atasıdır.
Hamılıqla dedilər: Şükür olsun Allaha ki, bizi səninlə birgə şəhid olmaqla şərəfləndirdi və səninlə olmağa razıyıq. (Nəfəsül məhmum, s, 122.)

3-Münacat gecəsi.

Aşura gününü axşamı, ən çətin gecələrdən biri idi. Uşaqlar susuzluqdan nalə edirdilər. Amma bunula yanaşı onlar bir növ mənəvi ləzzət içində idilər. Bəzliəri qiyam halında, bəziləri rukuda və bəziləridə səcdədə idilər. (Tarix Yəqubidə (c,2, s, 217.)) yazır:
Bu gecədə, 32 nəfər İbni Sədin qoşunundan imama qoşuldular.
İmam Hüseyn (ə) buyurdu: "Ey bacı Zeynəb, Ümmü Gülsüm, Ey Fatimə, ey Rübab mən öləndən sonra yaxa cırmayın, Üzünüzə zərbə vurmayın və dilinizə başqa söz gətirməyin. Sonra İmam Bacısına vəsiyyət etdi: Şəriətə aid olan məsələləri Zeynül-Abidindən soruşub camaata çatdırsın vı onun imaməti bir müddət gizli qalsın." (Məqtəl Müqərrəm, s, 127-136.)
Beləliklə onlar səhərə qədədər ibadətlə məşğul oldular.

4-İmam Hüseynin səhabələrində mühüm örnəklər.

Tasua günündə imamın səhabələrində ən gözəl örnək onların sadiqliyidir. Onların qəlblərində bir zərrə miqdarında pula, vəzifəyə və dünyaya məhəbbət yox idi. O gecədə niyyətləri napak insanlar imamdan ayrılıb getdilər.
Onlar imamı tanıyaraq ondan müdafiə etdilər və onun yolunda bütün imkanlarından, mallarından və canlarından keçdilər. İmam Hüseyn (ə) buyurdu ki, Allaha and olsun ki, mən namazı və dua etməyi çox sevirəm. O həzrət bununla bildirmək sitəyirdi ki, haqqa xatir və haqq yolunda addım atan bir kəs gərək Allahla əlaqəsini möhkəmlətsin və hətta ən çətin anlarda belə namazı tərk etməsin.
İmam azadlıq fərmanını verdi lakin onun səhabələri həqiqi azadlığı, Allah yolunda şəhid olmaqda və düşmənlə mübarizədə gödülər. Həqiqi azadlıq başı uca yaşamaqda və başı uca yaşamaq isə düşmənə baş əyməməkdədir ki, bununda nəticəsi şəhid olmaqdır. Əsil azadlıq başı uca ölümdədir və əsil köləlik və qul olmaq isə qul və kölə kimi yaşamqdadır.
Necə ki İmam Hüseyn (ə) buyurdu: "İzzət və başı ucalıqla ölmək həqiqi həyat və zillətlə yaşamaq isə həqiqi ölüm deməkdir."


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:49
  • Məqalə: 579
  • Şərh: 1624
  • Bal:
cox sag ol!

--------------------
AŞİFTE

Alone angel

  • 5 dekabr 2011 19:43
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
{awards}
twk...........

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Elvin007

  • 5 dekabr 2011 19:29
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
twk xeber ucun fellow

--------------------
▼►►Proqramming◄◄▼

Ahli-Shia313

  • 5 dekabr 2011 16:59
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
{awards}
zoluska,
xahish edirem her sheyi arashdirib sonra cavab veresiz...

ALLAH niye HZ Ademi bagishladi?chunki hz Adem imam Huseyne agladi.nese etiraz eden varsa mektub yazsin mende aydinlashdirim.

--------------------
Каждый день Ашура, Вся земля Кербела!

R_A_P_U_N_Z_E_L

  • 5 dekabr 2011 16:49
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
{awards}
tesekkurler xebere gore

.♣.Chrysalis.♣.

  • 5 dekabr 2011 16:22
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
twk Allah komek olsun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

zoluska

  • 5 dekabr 2011 15:26
  • Məqalə: 1
  • Şərh: 864
  • Bal:
{awards}
birce onu biliremki asura gunu oruc tutmaq vacib emellerdendir.bunu peyqenberimiz edib.
sehide aqlamaqi allah buyurmayib

Ku-ku

  • 5 dekabr 2011 14:30
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
tewekkurler

--------------------

111_Shawmn Michaelais_111

  • 5 dekabr 2011 13:49
  • Məqalə: 250
  • Şərh: 1093
  • Bal:
{awards}
Allah kömeyin olsun.

--------------------


BadZero

  • 5 dekabr 2011 13:42
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

jalicka...

  • 5 dekabr 2011 13:36
  • Məqalə: 0
  • Şərh: 698
  • Bal:
{awards}
allah razi olsun twk(ilk serh menden)

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 40
Cəmi: 69

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 45
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 70
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}