
Harama baxmamaq
Mütəal Allah buyurur: De, ey Pəyğəmbər, mömin kişilər öz baxışlarının qarşısını alsınlar və öz övrətlərini qorusunlar, bu iş onlar üçün daha pakdır. Həqiqətən Allah bəndələrin etdiyi bütün işlərə agahdır.
İmam Sadiq (ə) buyurur: "Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarındandır. Hər kəs onu ayrı məqsədlə deyil, əziz və cəlil olan Allaha görə tərk etsə, Allah ona şirinliyini özündə hiss edə biləcəyi bir iman verər."
İmam Sadiq (ə) buyurur: "Gözlərin zinası naməhrəmə baxmaq, dodaqların zinası haramı öpmək və əllərin zinası naməhrəmə sürtünmək, ya bədənin sair yərinə toxunmaqdır. İstər bu əməli təsdiq etsin, istərsə etməsin." (Yəni baxmayaraq ki, cinsiyyət üzvüylə zina etməyib, amma gərçəkdə iffətsizlik etmişdir və cəzaya layiq görüləcəkdir).
İmam Baqir (ə) buyurur: "Naməhrəm qadının övrətinə baxan, din qardaşının namusuna xəyanət edən və həmçinin (vəzifəsinə gorə) xalqın onun faydasına ehtiyaclı olduğu, amma onlardan rüşvət istəyənlərə Allahın Peyğəmbəri lənət edibdir."
Rəsuli-Əkrəm (s.ə.s) buyurur: "Üç şeydən qorxuram ki, məndən sonra ümmətim arasında vücuda gələ: 1. Hidayət olduqdan sonra yolunu azmaq (yəni ata-anaları müsəlman olduğu islam mühitində böyüyüb Quran hökmlərini eşidərək din yoluna gəldikləri halda əməldə, əxlaqda və ya əqidəsində haqq yolundan çixmalari); 2. Azdırıcı fitnələrdən (yəni qorxuram ki, muxtəlif vəziyyət və dəyişiklikdə dinə qarşı olan möhkəmliklərini əldən verələr, imtahandan yaxşı çıxmayalar və Allah-pərəstlik zirvəsindən dünyapərəstlik alçaqlıqlarına ənələr); 3. Qarın və cinsi şəhvətlərindən."
İmam Baqir (ə) buyurur: "Heç bir ibadət qarın və cinsi şəhvət paklığından yaxşı deyil."
Rəsuli-Əkrəm (s.ə.s) buyurur: "Günah və şəhvət üçün şəraiti olan, lakin Allah qorxusundan ondan imtina edən şəxsə, Allah-taala cəhənnəm odunu haram edər və onu (qiyamət günündə) böyük bəladan qoruyub saxlayar."
Rəsuli-əkrəm (s.ə.s) buyurur: "Qarın, dil və övrətinin şərindən qorunan adam, bütün günahların əlindən canını qurtarmışdır."
Əmirəl-möminin Əli (ə) buyurur: "(Günah edən zaman) ləzzətlərin qurtaracağını, onun pis təsirlərinin isə qalacağını yadınıza salın."
Rəsuli-Əkrəm (s.ə.s) buyurur: "Hər kim şəhvətlə bir oğlanı öpsə, Allah qiyamət günündə onu odlu yüyənlə cilovlayacaqdır."
İmam Baqir (ə) buyurur: "Hansı zəhmət qarının və övrətin (haramdan) qorunmasından üstün ola bilər?"