Taqordan mənsur şeirlər

 
Taqordan mənsur şeirlər

Taqordan mənsur şeirlər

Mən qızın əllərindən tutub onu bağrıma basıram.
Onun gözəllikləri ilə ağuşunu doldurmağa çalışıram, busələrindən xoş təbəssümünü oğurlamaq, baxışlarımla onun qara gözlərinin baxışlarını içmək istəyirəm.
Ah, bu mümkündürmü? Göyün maviliyini kim ala bilər! Mən onun gözəlliyini tutmaq istəyirəm. O məndən qaçır, əlimdə yalnız bədəni qalır.
Mən yorğun və aldanmış halda geri çəkilirəm. Yalnız ruha müyəssər olan çiçəyə bədən təmas edə bilərmi?!

Ey sevgilim! Qəlbim gecə-gündüz səninlə görüşmək həsrətindədir. Elə bir görüş ki, hər şeyi udan ölümə bərabərdir.
Məni fırtına kimi darmadağın elə! Nəyim varsa al! Röyalarımı dağıt! Arzularımı oğurla! Məni kainatımdan məhrum elə!
Bu tar-mar zamanı qəlbin son ümidi ilə qoy biz yalnız gözəlliyə çevrilək.
Heyhat, mənim arzularım əbəsdir!
Bu birləşmək ümidi səndən başqa harada mümkündür, ilahi!

Bəli... Son nəğməni qurtar və ayrılaq.
Artıq gecə yoxa çıxdıqda mən gecəni unuduram. Kimi qucaqlamağa çalışacağam? Röyaları əsla əsir etmək olmaz.
Mənim acgöz qollarım boşluğu bağrıma basır və bu boşluq ürəyimi bərk ağrıdır.

Məni öz munis buxovlarından azad elə, ey sevgilim – yetər bu busə şərabı.
Ağır duman qəlbimi sıxır.
Səhər günəşinə qapıları aç.
Mən nəvazişlərinin dalğalarında yolumu azıb sənin ağuşunda qərq olmuşam.
Məni öz sehrlərindən azad elə, mərdliyimi mənə qaytar ki, öz azad qəlbimi sənə bəxş edə bilim.

İndi ki, istəyirsən, nəğmələrimi kəsərəm.
İndi ki, ürəyin çırpınır, sənə sarı baxmaram.
İndi ki, gəzməyə çıxanda səni birdən-birə qorxu basır, dönüb başqa yol ilə gedərəm.
İndi ki, mənim yanımda çələng hörməyə utanırsan, sənin tənha baxçana baxmaram.
İndi ki, sular həddən artıq coşğun və dalğalıdır, öz qayığımı başqa sahilə sürərəm.


Taqordan mənsur şeirlər

Yola düşməli olan qonaqlara yaxşı yol arzula və ləpirlərini süpürüb hamarla. Sənə yaxın, səmimi və sadə olan şeyi gülümsünə-gülümsünə bağrına bas.
Bu gün ölümdən xəbərsiz olan xəyalatlar ziyafətidir. Qoy sənin gülüşün dalğalar üzərində işığın cilvələnməsi kimi ölçü-biçi bilmədən şən olsun. Qoy sənin həyatın ağac yarpağındakı şeh damcısı kimi zaman həddində cilvələnsin.
Öz rübabından iti, coşğun ahənglər ucalt.

Ey müqəddəs ata, bir cüt günahkar insanı əfv elə. Bu gün bahar küləkləri coşqun həmlələrlə axışıb gəlir. Toz qaldırıb ölü yarpaqları və sənin bütün öyüd-nəsihətlərini süpürüb aparır.
Ey ata, demə ki, bu həyat boş-boşuna vurnuxmadır.
Çünki, biz ölümlə qarşılıqlı müqavilə bağlamışıq, bir neçə saatlıq olsa da, ölümdən möhlət almışıq.
Əgər padşahın qonşuları bura gəlib dəhşətlə üzərimizə yerisə, biz təəssüflə başımızı yırğalayıb deyərik ki: “Qardaşlar, bizə mane olursunuz. Əgər bu hay-küylü əyləncə sizə lazımsa, gedin, başqa yerdə silah oynadın. Çünki, yalnız bir neçə an üçün biz ölümdən möhlət almışıq”.
Əgər dinc və mehriban adamlar bura gəlib dövrəmizə yığışsalar, biz itaətlə onlara baş əyib deyərik: “Belə hədsiz bir səadət bizi utandırır. Məskənimiz olan bu namütənahi səma da bizə dar gəlir. Çünki, burada bol-bol çiçəklər açır və arılar uçuşduqca qanadları bir-birinə toxunur. Yalnız ölümsüzlərin yaşadığı səma da bizə çox-çox dardır”.

Taqordan mənsur şeirlər


Geri dön

wiki

  • 5 dekabr 2011 20:21
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
tewekkurler,qewengdir

Alone angel

  • 5 dekabr 2011 20:05
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
tşk...................

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Elvin007

  • 5 dekabr 2011 19:17
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
twk fellow

--------------------
▼►►Proqramming◄◄▼

BadZero

  • 5 dekabr 2011 18:31
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Ku-ku,
ay dosi tewekkurlersenin xeberlerin bawdan ayaga paeziyadi ozun kimi


winked

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

.♣.Chrysalis.♣.

  • 5 dekabr 2011 16:00
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk super seirdi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

R_A_P_U_N_Z_E_L

  • 5 dekabr 2011 15:58
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Okush

  • 5 dekabr 2011 15:19
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere ve eziyyete gore twk

zoluska

  • 5 dekabr 2011 15:00
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
sonunacan oxudum xusumada geldi.tesekkurler

Ku-ku

  • 5 dekabr 2011 14:39
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
ay dosi tewekkurlersenin xeberlerin bawdan ayaga paeziyadi ozun kimi winked

--------------------

MuslimGirl

  • 5 dekabr 2011 14:13
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Maraqlı xəbər üçün təşəkkürlər

kurbanov999

  • 5 dekabr 2011 14:03
  • Məqalə: 4
  • Şərh: 72
  • Bal:
{awards}
xebere gore twk

--------------------
http://legend.az/uploads/posts/2011-11/1322019021_sahte.gif

111_Shawmn Michaelais_111

  • 5 dekabr 2011 13:43
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
teşekkürler.Gözeldi

--------------------


jalicka...

  • 5 dekabr 2011 13:31
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
hmmm twk(ilk serh menden)

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 29

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}