Səssizlikdə Səninləyəm!

 
  • 13.10.2010, 23:12
  • Bölmə: Sevgi
  • Müəllif: Ghost
Səssizlikdə Səninləyəm!

Buludlara yüklədim həsrətimi; şimşəklərlə çaxdırdım sevgimi; Yağışlar yağdırdım gözyaşlarımla; kiçik mələklər göndərdim səni öpməyə gəldilərmi?

Mən əsla ağlamaram deyib hər gecə yatağa yatdığında ağlına o gəlib gözündən iki damla yaş süzülürsə əgər utancla, bax o zaman aşiqsən deməkdir..

Qar dənəsi əriyib dodaqlarına endiyində və o bir damlanın sərinliyini biriylə paylaşmaq istədiyində üzünü küləyə dön yetər. Mən o küləkdə olacağam.

Günəşin ilk işıqları gününü işıqlandırdığında və içində doğan səbəbsiz sevinci biriylə paylaşmaq istədiyində, pəncərəni aç yetər. Mən o şirin səssizlikdə səninləyəm!

Əgər onun üçün hər şeyi gözə alırsansa, onu hər an düşünürsənsə, onun üçün ağlayırsansa, o sənin üçün təksə, o sənin üçün hər şeydən qiymətlidirsə, onun bir gülməsi sənin üçün dünyalar deməksə. ..siz aşiqsiniz...

Bir şeir yaz mənə içində ala bildiyincə xoşbəxtlik olsun ayın kölgəsində unudulan sevgi toxumlarıyla yaşıllaşa dayansın və ya bir mahnı oxu həsrətimdəki sevgilini izah etsin yağan yağışlarla islanan bədənimi parlayan gözləriylə qurulasın.

Ağırdır sevmələrim hər ürək daşıya bilməz, böyükdür ümidlərim hər çiyin qaldıra bilməz, hər şey olar da bu ürəyim, bir tək sənsiz ola bilməz.

Mürəkkəbdən dənizlər, kağızdan gəmilər etdim. Sonra adını hər yerə yazdım. Adını yazınca səni sevdiyimi sandın, mən səni sevmədim sənə tapındım!..

Bu gün hər zamankindən fərqli bir şey edim dedim olmadı yenə sənə dəfələrlə aşiq olub səni düşündüm...

Günəşin doğulduğu da bir gerçək batdığı da... Ürəyimin atdığı da bir gerçək, günün bitdiyi də... Nə çıxar bütün gerçəkləri saysaq tək-tək. Səni sevirəm, bax o ən böyük gerçək...

Eşq qaçmaqdan çox qovmaq, görməkdən çox darıxmaq, getməkdən çox gözləmək, toxunmaqdan çox düşünməkdir. Və eşq elədir ki harada qeyri-mümkün varsa onu seçər.

Nə səni unutduracaq qədər zaman keçəcək nə də keçən zaman səni unutdurmağa çatacaq buraxıb getsen də unudaram sanma zaman alışmağı öyrədər unutmağı əsla.

Sevmirəm bu saatın səsini, axmasın dayansın zaman. hər şeyin bir əvvəli və sonrrası vardır deyərlər


Geri dön

weytan

  • 18 aprel 2011 14:28
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
Mən əsla ağlamaram deyib hər gecə yatağa yatdığında ağlına o gəlib gözündən iki damla yaş süzülürsə əgər utancla, bax o zaman aşiqsən deməkdir..
gozel sozlerdir twk

am [color=#Mən əsla ağlamaram deyib hər gecə yatağa yatdığında ağlına o gəlib gözündən iki damla yaş süzülürsə əgər utancla, bax o zaman aşiqsən deməkdir..
6600CC][/color]
[center][/center][b][/b]

loveNE DEYIM TWK

nilayka

  • 21 fevral 2011 21:57
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
elaa cox sag ol

--------------------

Irane

  • 7 yanvar 2011 03:41
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
Bu gün hər zamankindən fərqli bir şey edim dedim olmadı yenə sənə dəfələrlə aşiq olub səni düşündüm...

--------------------

Azeri_Gozeli

  • 14 oktyabr 2010 12:12
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Əgər onun üçün hər şeyi gözə alırsansa, onu hər an düşünürsənsə, onun üçün ağlayırsansa, o sənin üçün təksə, o sənin üçün hər şeydən qiymətlidirsə, onun bir gülməsi sənin üçün dünyalar deməksə. ..siz aşiqsiniz... love

Ağırdır sevmələrim hər ürək daşıya bilməz, böyükdür ümidlərim hər çiyin qaldıra bilməz, hər şey olar da bu ürəyim, bir tək sənsiz ola bilməz. recourse
elaa cox sag ol

--------------------

Ulya

  • 14 oktyabr 2010 00:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Eşq qaçmaqdan çox qovmaq, görməkdən çox darıxmaq, getməkdən çox gözləmək, toxunmaqdan çox düşünməkdir. Və eşq elədir ki harada qeyri-mümkün varsa onu seçər.
cox gozel sozlerd.cox beyendim.tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}