Lətifələr

 
Lətifələr

- Xaim, bilirsən Moyşa harda yaşayır?
- Əlbəttə. O, şəhər həbsxanasıyla üzbəüzdə yaşayır.
- Sənin məlumatın köhnədi. İndi o öz evi ilə üzbəüzdə yaşayır.

**********
Qoca bir kişi iki həftə Roma papasının onu qəbul edəcəyini gözləyir. Nəhayət, Roma papası qocanı qəbul edir. Roma papasını görən qoca əlindəki «Gizli ziyafət» (İsa peyğəmbərin həvarilərlə son görüşünün təsviri) əsərini göstərib soruşur:
- Sənin adamlarındı?
- Hə.
- Yeyib-içiblər. Ancaq hələ də hesabı verməyiblər.

**********
Yəhudinin qapısı döyülür:
- Rabinoviç burda yaşayır?
- Yox.
- Axı bizə verilən ünvanda yazılıb ki, burda yaşayır.
- Siz buna yaşamaq deyirsiz? Rabinoviç burda yaşamır, sürünür.

**********
Centlmen qonşu xanıma deyir:
- Madam, mən dünən Sizin mahnı oxumağınıza qulaq asdım.
Qadın qızarır:
- Nə danışırsınız! Mən sadəcə, vaxt öldürürdüm.
- Siz çox dəhşətli silah seçmişdiniz, madam...

**********
Körpünün üstündə iki ingilis dayanıb çayda boğulanın harayına qulaq asır:
- Kömək edin, üzə bilmirəm!!!
Biri o birinə:
- Conson...
- Bəli..
- Siz üzə bilirsiniz?
- Təəssüf ki, yox.
- Mən də. Amma biz qışqırıb bütün şəhəri başımıza götürmürük...

**********
Londonda restoran sahibi ofisiantdan soruşur:
- Bax o rus qırx dəqiqədir stolun arxasında yatıb. Niyə onu bayıra atmırsan?
- Niyə atım ki? On dəqiqədə bir dəfə onu oyadıram və o hər dəfə hesabı yenidən ödəyir.

**********
Ev qulluqçusu:
- Madam, bir halda ki, Siz mənə etibar etmirsiniz, yaxşısı budu mən işləməyim.
- Necə yəni etibar etmirəm? Mən hətta qiymətli daşlar saxlanan mücrünün açarını sənə vermişəm.
- O açarlar mücrüyə düşmür...

**********
Polis bir qadına zəng edib deyir:
- Madam, biz Sizin ərinizi zibil konteynerində tapdıq.
- Bu, qulluqçunun işidir. Mən ona tapşırdım ki, evdə lazımsız nə varsa, zibilliyə atsın.

**********
Turnir. Bir qız dayanıb, başına alma qoyublar. Birinci oxatan almanı vurub deyir:
- I am Robin Good!
İkinci oxatan da almanı vurub deyir:
- I am Richard Lions Heart!
Üçüncü düz ata bilmir, qızı öldürür:
- I am, I am... Sorry...

**********
-Həkim, mənim qulaqlarımda kartof bitir.
- Hm. Həqiqətən, çox qəribədir.
- Mən də qəribə olduğunu deyirəm. Axı mən turp əkmişdim!

**********
Dəlixanada əlində qanlı balta olan bir dəli qaçır. Həkim soruşur
- Nə olub?
- Camaat gülməkdən öləcək. Petya oyanıb görəcək ki, başı dolabçadadı.

**********


Geri dön

nilayka

  • 3 may 2011 20:20
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
wink

--------------------

Abuzer_el_Gafari

  • 1 may 2011 03:22
  • Məqalə: 8
  • Şərh: 372
  • Bal:
{awards}
hamsi maraqli idi amma 3 cuncu lap elaaaaaa

SerSeRi_RuzGaR

  • 16 oktyabr 2010 18:43
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
XEBer UCun _TeWeKKurLer AmmA HEc DE GULmeLI 1 Sey YoXdUr tongue (((((((((((((((((

--------------------
<<<$aLunKa>>>

Ulya

  • 15 oktyabr 2010 13:43
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
wink wink wink

bachelor

  • 13 oktyabr 2010 23:28
  • Məqalə: 2
  • Şərh: 29
  • Bal:
{awards}
butun serh yazanlara tesekkur edirem .. elleriniz aqrimasin.... smile

--------------------
by ziya..

Grace_Angel

  • 13 oktyabr 2010 22:20
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler maraqli ve gulmelidir..... wink

--------------------

Azeri_Gozeli

  • 13 oktyabr 2010 22:09
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
elaaa wink

--------------------

Ghost

  • 13 oktyabr 2010 22:07
  • Məqalə: 658
  • Şərh: 185
  • Bal:
{awards}
wink

POLAT

  • 13 oktyabr 2010 22:02
  • Məqalə: 8
  • Şərh: 251
  • Bal:
{awards}
wink

--------------------


♥ Her Saniye !
♥ Her Dakika !
♥ Her Saat !
♥ Her Gün !
♥ Her Ay !
......♥ Her Yıl !

BENİMSİN ! ve Bu Hep BöyLe
KaLacak
Zamana İnat oLsada!
Bu AŞK Bitmez !

/(,") ♥ (¨.)
./♥\.♥./█\.
_||_ ♥ _||_
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 60

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}