Təşəkkür Etdinmi?

 
Təşəkkür Etdinmi?

Ən son kimə, nə vaxt və nə üçün, həyatımızda var olduğuna görə təşəkkür etdik görəsən?

Ad günü, sevgililər günü, ildönümü kimi "xüsusi" günləri bu problemin xaricində tutmaq istəyərəm, çünki təşəkkürün həqiqətindən əmin ola bilmədiyimiz günlərdir onlar...

Təqdim edilən hədiyyələr belə proqramlıdır, hədiyyənin dəyəri mesajı ilə deyil, markası ilə ölçülər ümumiyyətlə...
Olmazsa olmazdır, hətta incikliklər yaşanar unudulduğunda...
Bunlar, özümüzü zorla xatırlatdığımız günlərdir ətrafımıza...
Ya da barış elçisi olan çiçək dəstələri verərik incikliklərin ardından, laqeyd davranışımız üçün həssas bir üzr təqdim etmək istəyərcəsinə...
Kimiləri çox fərqlidir təqdir mövzusunda, özləri də hər gün təqdir arxasında qaçdıqlarından, gün boyu bir şeylər üçün hər kəsə davamlı təşəkkür edərlər... O qədər sıx təşəkkür edərlər ki, təşəkkürün içində gizli olan təşəkkür duyğusu əriyib getmişdir çoxdan... Gündəlik təkrarlanan vərdişlərdən biri olmuşdur artıq...
Kimiləri də çox çətin təqdir edər, təşəkkürə dəyəcək böyük bir müvəffəqiyyət gözləyər mütləq...
Adamda müşahidə etdikləri bütün müsbət xüsusiyyətlər olması lazımdır onsuz da və ancaq bunun xaricindəki müsbət bir xüsusiyyət təşəkkürü haqq edir onların gözündə...
Bu kəslər ümumiyyətlə mükəmməlliyi sevən insanlardır, çox tənqid edərlər və çətin bəyənərlər... Mərhəmətsizlikləri özlərinədir əslində...

Təşəkkür Etdinmi?

Siz də mənim kimi, görəsən mən hansı qrupa girirəm deyə heç soruşdunuzmu özünüzə?
Yoxsa siz də ən sevdiklərinizi belə yalnız ad günlərində mükafatlandıranlardansınız?
Halbuki təşəkkürün ürəkdən gələni, sevginin bir başqa sehrli üzüdür...
İçində saxladığı sevgi, ən çətin potensialları belə açığa çıxara bilər...
Özü ilə gətirdiyi duyğu, təşəkkür duyğusudur çünki və insana insan olduğunu xatırladar...
Görünməz bir etiket daşıyar, üzərində "Yaxşı ki varsan" yazan...
Bir də gözləmə içərisində olmayan kəslərə edilən təşəkkürün içində gizlidir təşəkkür duyğusu...
O insanlar həyatımızda vardır, yalnız təqdir gözləməsindən uzaqdırlar və varlıqları ilə həyatlarımıza toxunmuşlar, toxunduqları yerləri şəkilləndirmişlər nəhayət...
Hamımızın həyatlarında belə insanlar olmuşdur, hətta bəzən çox qısa müddətə girib çıxmışlar həyatımıza, bəlkə bir avtobusda, bəlkə də bir dost yığıncağında...
O an görməkdə çətinlik çəkdiyimiz bir kor nöqtəni bizə göstərmişlər bilvasitə olaraq və həyatımız bir başqa istiqamətdə şəkillənmişdir dərhal sonra...

Təşəkkür Etdinmi?

Bizə xüsusi göndərilmiş mələk kimidir onlar, "Yaxşı ki varsan" dedirdərlər bizə...
Biz də bir çox insanın həyatına toxunmuşuq, bilərək ya da bilməyərək...
Onların mələkləri olmuşuq və "Yaxşı ki varsan" demişlər bizə!
Yalnız var olduğumuz üçün və varlığımızla onların həyatlarına toxunduğumuz üçündür bu təşəkkür...
Həyatımıza toxunmuş mələklərimizə bir baxaq , hər birinə ən az bir təşəkkür borcumuz vardır keçmişdən… Onlar ana atamız, qardaşımız,bacımız, yoldaşımız, sevgilimiz, dostumuzdur...
Çoxdan layiq olduqları təşəkkürlərimizi nə vaxt bildirməyi düşünürük görəsən?
Bir də bizi üzən mələklərimiz olmuşdur hər vaxt...
Xüsusilə də həyatımızın bir dövründə bizə cəhənnəm əzabı yaşatdıqlarına inandıqlarımız...
Gerçək təşəkkür duyğusu, əsl onlara təqdim ediləcək təşəkkürdə gizli ola bilər...
O çox çətinlik çəkdiyimiz "Bağışlama" duyğusunu da özü ilə gətirəcək çünki...
Təşəkkür etmək, həyatın bizə gətirdiklərinə təşəkkür hiss etməkdir və həyat əsla bizim pisliyimiz üçün çalışmaz, bəzən elə görünsə belə...

Kiçicik bir təşəkkür hər iki tərəfin həyatına toxunaraq, möcüzələr yarada bilər, çünki ürəkdən gələn bir təşəkkür sevginin sehrli üzüdür və onun fərqini hər kəs hiss edər...
Və bütün bunlar, kiçicik bir təşəkkür sözü ilə mümkündür!

Ürəyinizin təşəkkür duyğusuyla daşması diləyi ilə...


Geri dön

_RONALDO_

  • 9 mart 2011 20:05
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
xebere gore tewekkurler

--------------------

nilayka

  • 13 fevral 2011 00:46
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox gozel xeberdi ellerine saglik

--------------------

Ulya

  • 15 oktyabr 2010 13:43
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

Kisa_Kiss

  • 14 oktyabr 2010 13:17
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
чох сагол

--------------------

Azeri_Gozeli

  • 14 oktyabr 2010 12:03
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
cox sag ol ellerine saliq teskkurler...

--------------------

Afran007

  • 13 oktyabr 2010 23:14
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
belay

Grace_Angel

  • 13 oktyabr 2010 22:38
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Cox sag ol baciwim gozel xeberdir....Ellerine sagliq..... winked

--------------------

Mr_Unlimited

  • 13 oktyabr 2010 22:30
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
ela bir xeberdi tewekkurler. her zaman oz valideyinlerime tewekkur edirem ki onlar her zaman menim yanimdadilar.ve Allaha wukur edirem buna gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}