Rabindranat Taqor - alver (hekayə)

 
Rabindranat Taqor - alver (hekayə)

Əziz Legend.azistifadəçiləri. Sizlərə Rabindranat Taqorun "Alver" hekayəsini təqdim edirəm.

Qeyd!HEKAYƏNİ AXIRA KİMİ OXUMAYAN ŞƏRH YAZMASIN...

Beş oğul atası Ramşundor Mitronun axır ki, qızı oldu. Sevincək valideynlər qıza incə Nirupoma (hərfi mənada “Əvəzsiz”) adı qoydular. Bu nadir ad hələ indiyə kimi onların nəslində heç bir uşağa qoyulmamışdı. Onlar çox vaxt uşaqlara allah adı – Qaneşa (hind əsatirində müdriklik allahı, elmlər hamisi), Kartik (müharibə allahı) və yaxud Parvati (yaratma və dağıtma allahı olan Şivanın arvadıdır, ona Durqa da deyirlər) qoyardılar, daha Nirupoma qoymazdılar.
Vaxt gəldi, Nirupoma ərgən qız oldu. Qayğıkeş ata, qızına münasib adaxlı axtarmağa başladı, ancaq bir xeyli vaxt ürəyinə yatan adam tapa bilmədi. Nəhayət adaxlı tapıldı. Bu, Raybahadurun (ingilis müstəmləkə hökuməti tərəfindən verilən yüksək rütbədir) aman-zaman bircə oğlu idi. Oğlan adlı-sanlı, lakin, indi yoxsullaşmış nəsildən idi.
Oğlanın atası on min rupi (hindistanda əsas pul vahidi) cehiz istədi. Ramşundor adlı-sanlı adaxlını əldən çıxarmamaq xatirinə əməlli-başlı götür-qoy eləməmiş razılıq verdi. Ancaq bu pulu toplamaq çətin oldu.
Ramşundor pula gedən nəyi vardısa hamısını satdı, girov qoydu, ancaq yenə də təyin olunmuş vaxta kimi, pulun altı-yeddi minini hələ də tapa bilməmişdi. Toy günü isə getdikcə yaxınlaşırdı, nəhayət toy günü çatdı.
Lap axır dəqiqələrdə böyük müamilə ilə borc verən bir adam tapıldı, o, çatışmayan pulu verməyə razı olsu, ancaq nədənsə pul Ramşundorun əlinə gəlmədi.
Toy süfrəsinin başında deyişmə başladı. Ramşundor əbəs yerə Raybahadura yalvarıb-yaxarır, ondan möhlət istəyirdi.
- Qoy toyu eləyək qurtarsın, - deyə, o xahiş edirdi. – Sizin pulunuzu mütləq ödəyəcəyən deyərək yalvarırdı.
Raybahadur inadından əl çəkmirdi:
- Xeyr, pullarımın hamısını almamış, adaxlı süfrə başına keçməyəcək!

Rabindranat Taqor - alver (hekayə)

Bu ara evin qadınlar yaşayan hissəsində kim isə acı-acı ağlayırdı. Bütün bu qanqaralıqların başlıca baisi orada idi. O, əynində qırmızı çeli (çeli - ipək paltar; qırmızı çeli – gəlinlik paltarı), alnında səndəl rəngi ilə qoyulmuş xal (burada hindu toy adətinə işarədir), bəzənib-düzənib, taleyinin necə həll olunacağını gözləyirdi. əlbəttə, bu əhvalat qızın qəlbində gələcək qohumlarına qarşı mehribanlıq və dərin hörmət hissi oyatmadı.
Xoşbəxtlikdən əhvalat Ramşundorun xeyrinə dəyişdi. Heç kimin gözləmədiyi halda, birdən oğlan tərs atasının itaətindən çıxdı və dedi:
- Mən alver eləməyə gəlməmişəm, fikrim evlənməkdir, evlənirəm də!
Hiddətlənmiş ata qonaqlara şikayətlənməyə başladı:
- Siz bir buna fikir verin! Görün indiki cavanlar özlərini necə aparırlar? – deyə qışqırdı.
Qocalardan biri onun sözünə qüvvət verdi:
- Hamısı da onun nəticəsidir ki, indi daha heç kim onlara Şastra (hindlilərin vəzifələri göstərilən qədim müqəddəs kitabdır, müxtəlif dini, fəlsəfi və elmi məsələlərə dair traktatdır) və ədəb-ərkan qaydaları öyrətmir!
Axırda, oğlunun hərəkətlərində çox qabarıq təzahür edən müasir tərbiyənin bu qədər acı nəticələri Raybahaduru dilxor elədi, buna görə də toy süst keçdi.
Xudahafizləşərkən Ramşundor qızını bərk-bərk bağrına basdı. O, gözünün yaşını saxlaya bilmədi.
Niru soruşdu:
- Ata, onlar məni evimizə gəlməyə qoyacaqlar?
- Niyə qoymurlar, mən özüm sənin dalınca gələcəyəm, - deyə, atası ona ürək-dirək verdi.

Rabindranat Taqor - alver (hekayə)

Ramşundor qızına tez-tez baş çəkirdi. Ancaq təzə qohumlarının yanında xətir-hörməti yox idi. Hətta bu evdə nökər-naib də ona əyri-əyri baxırdı. Yalnız hərdənbir qızı ilə ayrıca otaqda beş-on dəqiqə söhbət edə bilirdi. Çox vaxt isə heç qızının üzünü də görə bilmirdi.
Məğrur Ramşundor bu evdə belə alçaldılmasına daha dözə bilmirdi. O öz-özünə deyirdi: “Hər şeydən keçəcəyəm, ancaq pulu ödəyəcəyəm!” Çox keçmədən o qədər borca girdi ki, daha bu borcun altından çıxmaq mümkün deyildi. O, evin bütün xərclərini azaltmağa və borcluların gözünə sataşmamaq üçün müxtəlif pis-pis hiylələrə əl atmağa məcbur oldu.
Nirunun güzəranı ər evində günü-gündən ağırlaşırdı. Çox vaxt birisi onun ailəsi haqqında hörmətsiz danışanda, qız öz otağına çəkilib, qapını daldan bağlayır və hönkür-hönkür ağlayırdı. Ancaq o, hamısan çox zalım qayınanasından çəkirdi.
Bəzən görürdün ki, birisi deyir:
- Nə gözəl qızdır, adam baxmaqdan doymur.
O saat qayınanası başlayırdı:
- Siz də gözəl tapmısınız! Yaxşı olardı ki, siz onun ailəsinə tamaşa edəydiniz!
Heç kim Nirunun qayğısına qalmırdı, üstəlik də ürəyiyumşaq qonşu arvadlardan biri Nirunun üst-başının pis olduğunu yaxud gəlinin arıqladığını deyəndə, qayınanası dərhal onun sözünü yarımçıq qoyurdu:
- Gətirdiyi cehizin qabağnda bu da çoxdur. O, sanki eşitdirmək istəyirdi ki, gəlinin qayğısına yaxşı ya pis qalmaları, bilavasitə atasının borcunu ödəməsindən asılıdır.
Ev adamları Niruya onların evlərinə fırıldaqla soxulmuş, bu evə girməyə haqqı olmayan bir adam kimi baxırdılar.
Ramşundor qızının başına gətirilən oyunlardan xəbərdar idi. O, bir xeyli götür-qoy etdikdən sonra axırı bu qərara gəldi ki, evini satsın, təki borcunu ödəsin.

Rabindranat Taqor - alver (hekayə)

“Evi təzə sahibkarından icarəyə götürərəm” – deyə o öz-özünə fikirləşir, ancaq niyyətini heç kimə açmırdı, ona elə gəlirdi ki, bu cür sadə hiylə işlətməklə evin satıldığını ömrünün sonuna kimi oğlanlarından gizlədə bilər. Ancaq oğlanları əhvalatı haradansa eşidib, onun yanına gəldilər. Daha çox etiraz edən üç böyük oğlu idi, onların özlərinin də uşaqları vardı. Oğlanlar atalarının planına elə möhkəm etiraz etdilər ki, kişi evi satmaq fikrindən daşınmalı oldu. Iş belə olduqda Ramşundor çətin vəziyyətdən çıxmaq üçün yenidən gümanı gələn adamlardan böyük müamilə ilə borc eləməyə başladı.
Bunun nəticəsi o oldu ki, axırı Ramşundorun ailəsinin dolanmağa daha heç bir şeyi olmadı. Atası ilə görüşərkən, Niru hiss edirdi ki, onun vəziyyəti çox ağırdır. Atasının arıqlamış sifəti, saçlarının ağarması və məzlum görkəmi onun ehtiyac və böyük qayğı içərisində olduğunu göstərirdi. Bir də ki, Ramşundor özünü qızının qarşısında günahkar hiss edirdi, buna görə də günahını dərk etməsindən doğan kədərini qızından gizlədə bilmirdi. Ramşundor arabir qudalarının icazəsi ilə Niru ilə görüşəndə, elə kədərli-kədərli gülümsəyirdi ki, bu təbəssüm onun nə qədər əzab çəkdiyini aşkar göstərirdi.
Niru, ürəyindən qara qanlar axan atasına birtəhər təskinlik vermək üçün evlərinə can atırdı.
Bir dəfə o dedi:
- Ata, məni evimizə apar!
- Yaxşı, - deyə atası razılıq verdi.
Ancaq, kürəkəninin evində onun xətir-hörməti yox idi, sanki o, pulu ödəmədiyinə görə, pulun əvəzinə atalıq haqqını vermişdi. Hətta qızı ilə elə-belə görüşmək üçün də o, hər dəfə xüsusi icazə almalı olurdu. Lakin qızı evlərinə getmək istəyirsə, ata buna necə əməl etməyə bilər?
Yaxşısı budur ki, təfsilata varıb, Ramşundorun üç min rupi toplayana kimi nə qədər həqarət və təhqirlərə qatlaşdığından, nə qədər xəcalət çəkdiyindən danışmayaq. O öz xahişini Raybahadura söyləməyə yalnız bu pulu toplayandan sonra ürək elədi.
Ramşundor bank biletlərini çadorunun (üst paltarı kimi işlədilən parça) ucuna düyüb, qudalarıgilə yollandı. O, zorla gülümsəyə-gülümsəyə, əvvəl-əvvəl söhbəti təzə xəbərlərdən saldı, Ramşundor Xorekrişonun malikanəsində baş vermiş güclü oğurluqdan danışdı, Nobinmahdor və Radhamadhor qardaşlarını bir-biri ilə müqayisə elədi, birincini təriflədi, ikincini pislədi, şəhərə düşmüş yaltaq haqqında gedən söz-söhbətləri xəbər verdi. Sonra qəlyanın hoqqasını bir tərəfə qoyub, guya sözgəlişi dedi:

Rabindranat Taqor - alver (hekayə)

- Hə, az qala unutmuşdum! Başım söhbətə elə qızışıb ki, tamam yadımdan çıxarmışam. Axı mənim sənə borcum var, bir qədərini gətirmişəm. Bəli, əzizim, görünür qocalıram. Bu qədər uzun-uzadı müqəddimədən sonra Ramşundor asanlıqla və laqeyd-laqeyd üç bank bileti çıxartdı. Lakin bu biletlərin ona nəyin bahasına tamam olduğunu nəzərə alsaq, o, üç qabırğalarını çıxartsaydı, bundan yaxşı idi.
Lakin, Raybahadur cəmisi üç min rupini görəndə kinayəli-kinayəli qəhqəhə çəkdi:
- Qoy qalsın, quda, mənə qəpik-quruş lazım deyil, - dedi və sözünün axırında bir benqal atalar sözünü misal çəkdi, məsəlin mənası bu idi ki, boş şeyə əl bulaşdırmağına dəyməz.
Ramşundor öz-özünə fikirləşdi: “Yox, daha belə olmaz!”
Raybahadurun bu cür rəftarından pərt olmuş Ramşundor bir xeyli susdu, nəhayət ürəklənib xahişini söylədi. Lakin, Raybahadur heç bir izahat-filan vermədən onun sözünü qəti kəsib:
- Xeyr, olmaz! – dedi və çıxıb öz işinə getdi.
Ramşundor əlləri əsə-əsə bank biletlərini çadorunun ucuna düydü və eləcə qızını görməmiş evinə qayıtdı. O, özünə söz verdi ki, pulun hamısını verməmiş və qudasından qızını heç olmasa hərdənbir atası evinə buraxmağı tələb etmək haqqı qazanmamış, onların evlərinin kandarına ayaq basmayacaqdır.
Xeyli vaxt keçdi... Niru dönə-dönə atasının dalınca adam göndərmişdi, ancaq o gəlmirdi. Nəhayət, qız küsdü və daha boş-boşuna atasını çağırtdırmaq təşəbbüsündən əl çəkdi. Ramşundor özü də bərk əzab çəkirdi, ancaq, qudalarının evinə ayaq basmırdı.
Aşşin (hind təqviminin altıncı ayıdır, senytabr-oktyabr aylarına müvafiqdir) ayı yaxınlaşırdı. Ramşundor özünə dedi:
- Nəyin bahasına olursa-olsun, Niru bayramı evimizdə olmalıdır. Mən bunu edəcəyəm. Sonra o möhkəm bir and içdi. Aşşinin beşinci ya altıncı günü qoca pulları çadoruna bükdü, elə evdən çıxmaq istəyirdi ki, beş yaşlı nəvəsi üstünə yüyürüb soruşdu:

Rabindranat Taqor - alver (hekayə)

- Baba, mənə araba almağa gedirsən?
Küçədə oyuncaq arabası sürmək bu uşağın çoxdankı arzusu idi. Oğlandan sonra Ramşundora qız nəvəsi yaxınlaşdı, o, oğlandan cəmisi bircə yaş böyük idi, qız incik-incik dedi:
- Yox, babam mənə yaxşı paltar almağa gedir. Yoxsa bayramda qonaq gedəndə əynimə nə geynərəm?
Qızın hətta gözləri də yaşardı.
Bu sözləri eşitmək Ramşundor üçün ağır idi. O, bikef halda qəlyanı qəlyanın oduna calayır, dərdli-dərdli ah çəkir, fikirləşirdi ki, Puca (durqa allahın valideynlərinin yanına qayıtması şərəfinə hindlilərin böyük payız payramı) bayramında onun gəlinləri Raybahadurun evinə, əldən düşmüş kasıblar kimi, pis paltarda gedəcəklər, bəzənə-düzənə bilməyəcəklər. Ancaq nə qədər fikirləşdisə, bir çıxış yolu tapa bilmədi, - yalnız alnındakı qırışlar daha da dərinləşdi.
Ovqatı təlx qoca Raybahadurun evinə girəndə, ağlaşan uşaqların səsi hələ də qulaqlarında cingildəyirdi. Bu dəfə Ramşundor özünü ürəkli hiss edirdi, elə bil öz evində yeriyirdi, daha qapıçılar, qulluqçular ona baxanda aciz-aciz başını aşağı salmırdı. Ancaq Raybahadur özü evdə yox idi, ona dedilər ki, bir az da gözləsin.
Ramşundor həyacanını boğa bilməyib, qızının otağına girdi. Sevincdən ikisinin də gözləri yaşardı. Ata da ağlayırdı, qız da. Onlar bir xeyli dinib-danışa bimədilər. Nəhayət Ramşundor diləndi:
- İndi mən səni bayramda evimizə aparacağam, bunu mənə heç kim qadağan edə bilməz!
Birdən qapı açıldı, Ramşundorun böyük oğlu iki kiçik nəvələri ilə otağa girdi:
Ramşundorun oğlu dedi:
- Ata, sən nə iş tutursan, bizi sərgərdan qoymaq istəyirsən?
Ramşundor özündən çıxdı:
- Məgər mən öz ailəmin bədxahıyam? – deyə hiddətləndi. Borcumu ödəməliyəm ya yox?!
Məlum oldu ki, qoca oğlanlarının qulağına çatmasın deyə, ehtiyat üçün bir sıra tədbirlər görmüş və yenidən evi satmağa girişmişdir. Ancaq oğlanları haradansa bundan xəbər tutmuşdular. Ramşundor qəzəbindən özünü itirmişdi.
Bu ara nəvəsi onun dizini qucaqladı, başını yuxarı qaldırıb dedi:

Rabindranat Taqor - alver (hekayə)

- Baba, sən hələ mənə araba almamısan?
Ramşundor gözünü yerə dikdi. Uşaq babasından cavab ala bilməyib, Nirunun üstünə yüyürdü.
- Bibi, mənə araba al! – deyə yalvarmağa başladı.
İşin nə yerdə olduğunu başa düşmək üçün Niruya elə bu kifayət idi.
Qız dedi:
- Ata, sən qayınatama bircə paysa (xırda pul) versən, bir də mənim üzümü görməyəcəksən.
- Elə danışma, - deyə, Ramşundor etiraz etdi. Əgər borcumu verməsəm, sənin üçün də rüsvayçılıq olar, mənim üçün də.
- Əksinə, rüsvayçılıq o pulu verməkdir. Axı mənim də heysiyyətim var. Məgər sənin qızın pul kisəsidir ki, qədrini yalnız içi dolu olana kimi bilsinlər?! Bir də ki, ərim o pulu heç istəmir də!
- Qızım, axı elə olsa, onlar səni evimizə buraxmazlar.
- Çarəmiz nədir, buraxmırlar buraxmasınlar. Bir də sən onlara bu barədə ağız açma.
Ramşundor əlləri əsə-əsə çadorunun pul düyülmüş ucunu çiyninə atdı. Evinə o, oğru kimi qayıdırdı. Qabağına çıxan insanların üzlərinə baxa bilmirdi. Lakin, Ramşundorun pulu gətirməsi və qızının razı olmaması gizli qalmadı. Qulluqçu qapının dalında dayanıb söhbətə qulaq asmış və əhvalatın hamısını ağasına xəbər vermişdi. Raybahadurun qəzəbinin həddi-hüdudu yox idi.
Həmin gündən qayınata evi Niru üçün cəhənnəmə çevrildi. Cavan gəlinin qara gününü bir əhvalat daha da ağırlaşdırdı. Toydan bir ay sonra ərinə məhkəmə müavini vəzifəsi verdilər və o başqa yerə getdi. Niruya atası və qohumları ilə görüşməyi tamam qadağan etdilər: guya o cür adamlardan yaxşı şey öyrənmək olmaz!
Çox keçmədi ki, niru bərk xəstələndi. Lakin bunun günahını yalnız qayınata-qayınananın üstünə yıxmaq olmaz. Niru daha özünə fikir vermirdi, sağlamlığının qayğısına qətiyyən qalmırdı. Soyuq kartik (hind təqviminin ayı, oktyabr-noyabr aylarına müvafiqdir) ayı günlərində gecələr yatağının baş tərəfindəki qapı açıq qalırdı, qışda az qala çılpaq gəzirdi. Pis yeyirdi, qulluqçular yaddan çıxarıb ona yemək gətirməyəndə, o heç bir zaman bunu onların yadına salmırdı. Cavan qadın beyninə yeritmişdi ki, o bu evdə özgə əlinə baxan, bütünlüklə ev sahiblərindən asılı bir adamdır.
Lakin gəlinin özünü belə aparması Raybahadurun deyingən arvadının xoşuna gəlmədi. Qayınana Nitunun pis yediyini görüb onun üstünə düşdü:
- Mənim üçün varlı qızı çıxıb! Bir buna baxın, bizim kimi kasıbların yediyini bəyənmir...
Hər dəfə fürsət düşəndə deyirdi:

Rabindranat Taqor - alver (hekayə)

- Bir buna tamaşa eləyin, tamam quruyub çöpə dönüb.
Niru getdikcə özünü daha pis hiss edirdi. Ancaq qayınana deyirdi ki, bunların hamısı boş şeydir.
Nəhayət bir gün o, yalvara-yalvara qayınanasına dedi:
- Ana, icazə ver, ölməmişdən qabaq son dəfə atamı, qardaşlarımı görüm!
Eşitdiyi cavab bu oldu:
- Bunların hamısı kələkdir! Atan evinə getmək üçün bəhanədir!
Qayınanaya hər nə dedilərsə, o heç birinə inanmaq istəməzdi. Axşam isə Niru öldü... Həmin gün ona ilk dəfə həkim baxdı və onu bir də çağırmalı olmadılar.
Əvəzində dəfn mərasimi dəbdəbəli oldu – axı mərhum, Raybahadurun böyük gəlini idi! Tamam səndəl ağacından qalanmış o cür tonqalı bu mahalda hələ indiyə kimi heç kim görməmişdi. Nirunun dəfn mərasimi elə dəbdəbəli keçirildi ki, Raybahadurun şöhrəti hər tərəfə yayıldı. İndi onun şöhrətini olsa-olsa Puc avaxtı rayçoudhurinin (ingilis müstəmləkə hakimləri tərəfindənverilən fəxri ad) evində Durqanın surətini suya atmaq mərasimində ucalmış şöhrətlə müqayisə etmək olardı. Bu cür böyük şərəf yalnız Raybahadur ailəsinə mənsub ölülərə qismət ola bilərdi.
Deyirdilər ki, bu dəfn xatirinə Raybahadur hətta borca girməli olub. Adamlar bir-birinin sözünü kəsə-kəsə Ramşundorun qızının necə dəbdəbə ilə basdırıldığını danışırdılar. Ancaq bu çox çətin onu təskin edə bilərdi.
Bu ara məhkəmə müavinindən məktub gəldi. O, ata-anasına yazırdı:
- Təzə yerdə rahatlanmışam, tez arvadımı göndərin gəlsin.
Raybahadurun arvadı oğluna yazdı:
- Oğlum, biz sənə başqa arvad tapmışıq. Tez məzuniyyət al, qyaıt evimizə.
Bu dəfə Raybahadur iyirmi min rupi cehiz istədi, özü də belə bir şərt kəsdi: pul qabaqcadan, toya kimi verilməlidir.

1891...


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 8 dekabr 2011 17:06
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
xebere gore tesekkurler

Alone angel

  • 7 dekabr 2011 20:11
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
tşk..........

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Repery

  • 6 dekabr 2011 17:13
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Twk xebere gore

--------------------

eldarado

  • 6 dekabr 2011 16:00
  • Məqalə: 7
  • Şərh: 78
  • Bal:
{awards}
maraqli tesirli hekayedir .sag ol emeyine gore

--------------------
Vacib o deyil ki, sənin həyatında neçə gün qalıb. Vacib odur ki hər günündə nə qədər həyat var.

Okush

  • 6 dekabr 2011 15:43
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere ve eziyyete gore tesekkurler......

.♣.Chrysalis.♣.

  • 6 dekabr 2011 14:47
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk maraqli hekayedi no

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 47

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}