Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

 
Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

[font=Arial][size=2]Məhərrəmlik ayının Aşura günü Cənabi–Haqq(c.c) qatında ən mübarək günlərdən biri sayılır. Bu mübarək gündə Allah (c.c) on Peyğəmbərini on fərqli mükafat ilə mükafatlandırmış

1. Hz.Adəm (a.s) tövbəsi Aşura günündə qəbul edilmişdir.
2.Hz.Nuh(a.s) gəmisini Cüdi dağının üzərinə Aşura günündə dəmirləmişdir.
3.Allah (c.c) Hz.Musaya Aşura günündə belə bir möcüzə bəxş etmiş,dənizi iki yerə yararaq Firavon və ordusunu sulara dəfn etmisdir.
4. Hz.İbarhim (a.s)ın oğlu Hz.İsmayıl(a.s) Aşura günündə dünyaya gəlmişdir
5.Hz.Yunis (a.s) Aşura günündə balığın qarnından xilas olmuşdur.
6.Hz.Yusif (a.s) qardaşlarının atmış olduğu quyudan Aşura günündə çıxardılmışdır.
7.Hz.Yaqub (a.s),oğlu Hz.Yusif (a.s) həsrətindən tutulan gözləri bu eziz gündə açılmışdır
8. Hz.İsa (a.s) bu mübarək gündə dünyaya gəlmiş və bu gündə göyə yüksəlmişdir..
9.Hz.Davud (a.s) tövbəsi Aşura günündə qəbul olunmuşdur.
10. Hz.Eyyub (a.s) xəstəliyində Aşura günündə şəfa tapmışdır.

Bu Məhərrəmlik ayı çox mübarək aydır. O qədər mübarəkdir ki, Peyğəmbərimiz Məhəmməd Mustafa (s.a.s) bu ayı “Allahın ayı” deye adlandırırdı. Beləsinə mübarək ayda ibadətə daha çox zaman ayıraq chunki onbir ayın Sultanı olan Ramazan ayından sonra Məhərrəmlik ayında da oruc tutulur.
Peyğəmbərimiz belə buyurmuşdur. “Ramazan ayından sonra Məhərrəmlik ayında oruc tut, çünki o, Allahın ayıdır onda elə bir gün vardı rki, o gündə tutulan orucun Allah qatında bir ilin günahlarının bağışlanacağına ümid edirəm”.
Məhərrəm ayında nələr qadağandır?

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

Haram aylarda bir çox şərtlər var ki, onların arasında savaş etmək, müharibələrə qoşulmaq, səhər və axşam namazları arasındakı vaxtda şadyanalıq etmək kimi əməllər günah sayılır.
Qurani-Kərimdə də deyilir: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm) haram aylardır. Bu, doğru dindir” ("Tövbə", 36).

Məhərrəm ayının önəm və sayğısı İslamdan əvvəl də mövcud olub. Belə ki, cahiliyyə dövründə qüreyşilər Məhərrəm ayında oruc tutar, Kəbədəki qara daşa təzim edərdilər.
İbq Həcər və Qurtubinin yazdıqlarına görə, bu davranış çox yəqin onlara Hz. İbrahim (ə.s) kimi ötən peyğəmbərlərin buyruqlarından gəlibmiş.

Məhərrəm ayı və Aşura

Ölkə əhlinin "məhərrəmlik" dediyi ayda toy, nişan mərasimlərinin məsləhət bilinməməsini, müsəlmanların digər aylarla müqayisədə daha sadə davranmalarını gərəkdirən səbəb var.
O səbəb Aşuradır.

Aşura kəlməsinin kökü ərəb dilindəki "əşr", yəni "onuncu" sözündəndir. Əşr isə haram ay sayılan Məhərrəmin 10-cu günüdür.
Həmin gün, hicri təqvinin 10 məhərrəmində (680-ci ilin oktyabrın 10-da) bəşər tarixində ən böyük faciələrdən biri baş verib.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

Cəmi müsəlmanlar üçün faciəli və qəmli həmin gündə Kərbəla yaxınlığındakı döyüşdə Hz. Məhəmmədin sevimli nəvəsi, onun qızı Fatimeyi-Zəhra (ə.s.) və Hz.Əlinin (ə.s.) ikinci oğlu İmam Hüseyn (ə.s.), habelə İmamın 72 nəfərlik dəstəsi şəhid olublar.
O dəstədə aralarında yeniyetmələr və azyaşlı uşaqlar da olmaqla 18 nəfər Allahın Rəsulunun (s.ə.s) birbaşa qohumları idilər.

İmam Hüseyn şücaəti

656-cı ildə üçüncü xəlifə Osmanın ölümündən sonra bütün hakimiyyət qanuni seçilmiş Hz. Əli ibn əbu Talibə (ə.s.) keçmişdi. İlk üç xəlifədən fərqli olaraq Hz.Əlinin seçilməsi onun gerçəkdən də, ümumxalq hakimə və hökmdara çevirmişdi. Ona mədinəlilər, misirlilər, kufəlilər və bəsrlilər sədaqət andı içmişdilər. Fəqət, hakimiyyətin ilk günlərindən etibarən Əli çox ciddi çətinliklərlə qarşılaşdı.
Onun hakimiyyətinə qarşı ilk əvvəl Təlha və Zübeyir, sonra isə Suriyanın sabiq valisi Müaviyə qiyam qaldırdılar.

661-ci ilin yanvarın 19-da Küfə şəhərinin məscidində xarici ibn Mulcamın sui-qəsdi nəticəsində Hz.Əli ölümcül yaralandı və iki gün sonra dünyasını dəyişdi.
Hz.Əlinin qətlə yetirilməsindən sonra müsəlmanlar üzərində hakimiyyət Fatimeyi-Zəhra və Hz.Əlinin oğlu Həsən Müctəbaya keçdi.
Hiyləgərlik, əclaflıq və qəddarlığı ilə məşhur olan Müaviyə yaranmış vəziyyətdən istifadə edərək şirin vədlər, Hədələr və satınalmalar vasitəsilə İmam Həsənin bir çox tərəfdarlarını mübarizədən kənarlaşdıra bildi. Bu isə İmam Həsəni Müaviyə ilə müvəqqəti barışığa vadar etdi, çünki əks təqdirdə hakimiyyət uğrunda mübarizə şüarları ilə pərdələnən Müaviyə İslamın özünə hədəyə çevrilmişdi.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

Anlaşma necə pozuldu?

İmam Həsənlə Müaviyə arasında bağlanmış sazişə görə, Müaviyənin özünə varis təyin etmək hüququ yoxdu və o, öləcəyi təqdirdə hakimiyyəti ya İmam Həsənə, ya da İmam Hüseynə çatmalıydı.
İmam Həsən 10 il sərasər müsəlmanlara rəhbərlik etdi, amma sonucda Müaviyənin hazırladığı məkrli fitnə nəticəsində yeməyinə zəhər qatılaraq öldürüldü. İmam Həsənlə bağladığı sazişə rəğmən, Müaviyə oğlu Yezidi varisi elan etdi və xilafət də Öməyyidlərin idarə etdiyi məkana çevrildi.

İmam Hüseyn isə nə Müaviyəyə, nə də onun oğlu - əxlaqsızlıq, qumarbazlıq, arvadbazlıq və əyyaşlığı ilə ad çıxarmış Yezidə sədaqət andı içmək niyyətində deyildi.
Müaviyə öləndən sonra isə xilafətdə hakimiyyət Yezidə keçdi.

Fəqət hakimiyyətinə qanuni görkəm vermək istəyən, habelə atasının vəsiyyətini unutmayan Yezid ibn Müaviyə nəyin bahasına olursa-olsun, İmam Hüseynin ona sədaqət andı içməsini istəyirdi.
Bununla da o, bütün alçaq əməllərinə haqq qazandırmağa çalışırdı.

İslam uğrunda ölümə doğru...

Yezid Mədinənin valisi Validə məktub yazaraq İmam Hüseynin and içməsinə nail olmağı, bunun reallaşmayacağı təqdirdə də İmam Hüseyni öldürməyi əmr edir.
Valid əmrə tabe olmur, İmam Hüseyn də Mədinəni tərk edərək Məkkəyə yollanır.
Yezid yenidən Məkkəyə qatilləri göndərərək İmam Hüseyni öldürtmək istəyir. Vəziyyəti belə görən İmam Hüseyn şəhərdən çıxaraq Küfə tərəfə yollanır.

Yolda, Səlabiyyə yaxınlığında o, Yezidin qoşunu ilə onu Küfədə gözlədiyindən xəbər tutur.
İmam Hüseyn dəstəsindəki adamları yanına çağıraraq onlara yaranmış vəziyyətdən bəhs edir, hamıdan geri qayıtmağı istəyir və özünün də yoluna davam edəcəyini deyir.
Fəqət 72 nəfər İmamla gedəcəyini deyirlər.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

İmam Hüseynin ölümə doğru getdiyini anlayaraq yolundan qalmamasının da əsas səbəbi İslam uğrunda hər şeyə rəğmən mübarizəsini dayandırmaması, can və qanını üstün tutmamasıdı.
İmam Hüseyn göstərdi ki, İslama təhlükə varsa, heç bir müsəlman əsla geri çəkilməməlidir.

Kərbəla müsibəti şəhidliyin tarixini yazdı

Kərbəla yaxınlığındakı döyüş başlandı, sərkərdə Hürr Yezid ibn Müaviyənin qoşunları ilə döyüşdə ilk şəhid oldu.
Bir dəstə qəhrəmanın şərə qarşı döyüşündə İmam Hüseynin özü də şəhidliyə qovuşdu.
O gün səhərdən axşama qədər döyüşdülər. Şəhidlərin içində İmam Həsənin (ə.s) iki kiçik oğlu, İmam Hüseyinin bir kiçik oğlu və daha qundaqda olan bir balası da vardı.

Döyüş bitdikdən sonra düşmən ordusu, İmamın (ə.s) hərəmini yağma etdilər və çadırları yandırdılar, şəhidlərin başlarını kəsib paltarlarını çıxardılar. Cəsədləri dəfn etmədən Əhl-i Beyt əsirlərini təşkil edən sığınacaqsız qızları və qadınları, şəhidlərin başlarıyla birlikdə Kufəyə doğru hərəkət etdirdilər.
Əsirlərin içində kişi olaraq İmam Hüseyinin (ə.s) iyirmi iki yaşındakı oğlu, ağır xəstə olan dördüncü İmam Zeynalabidin (ə.s), bir də onun oğlu beşinci İmam Məhəmməd b. Əli və İmam Həsənin (ə.s) oğlu Həsən-ül Müsənna da vardı.

Yezidin vəhşiliyi hətta o yerə çatmışdı ki, onun əmrilə İmam Hüseynin (ə.s) kəsilmiş mübarək başı onun qızı 6 yaşlı Səkinənin önünə qoyulmuşdu. Bu hərəkət atasının ölüm xəbərinin təsiri altında olan qızcığazın ölümünə səbəb olur.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

Məhərrəm yası

Məhərrəm ayında müsəlmanların Şəhidlərin Şəhidi İmam Hüseynə (ə.s.) yas tutmaları bu ayın matəm ruhunu müəyyənləşdirir. Məhz bu səbəbdən sabah başlayacaq ayda səhər və axşam namazları arasında toy, nişan və s. məclislərin düzənlənməsi, bayram tədbirləri və konsertlərin keçirilməsi məsləhət görülmür. Lakin axşam namazından sonra toy məclisi keçirmək olar. Bir şərtlə ki, orada musiqi səslənməyə, növraq-büsat olmaya: bu da ən məcbğuri hallar üçün nəzərdə tutulub.

Yas tutmağa gəldikdə, bu barədə də Hz. Məhəmmədin (s.ə.s) şəriəti var.

Hey şübhəsiz ki, ölüm də digər faciə və bəlalar təki Allahın təqdir etdiyi bir hadisə olduğu üçün, ona qarşı üsyan etmək olmaz. Onu səbr ilə qarşılamaq gərəkdir. Hər nə qədər ölüm haqdırsa, gerçəklik ölümün özünün iztirablı olmasıdır. Bu dünyadan və dünyadakılardan ayrılıq həm ölən, həm də yaxınları üçün bir hüzn, bir dərddir.
İslamdan əvvəlki dönəmdə, cahiliyyə dövründə ərəblər arasında bir adət vardı. Birinin ailəsinə bəla düşəndə, müsibət yaşananda ərəb qadınlar bir yerə yığışaraq uca səslə hönkürər, vaveyla deyər, üzlərini cırar, paltarlarını yırtar, saçlarını yolardılar.

Allahın Rəsulu (s.ə.s) isə bütün bunları qadağan etdi.
Heç bir hiss, duyğu, heç bir məhəbbət, hətta Allah rizasından dolayı belə, Allahın buyurduğu tələblər və qoyduğu şəriəti dəyişdirməyə haqq qazandırmaz. Təbii, hər insan Məhərrəm ayında nişan və elçilik olarmı?

Suala bilavasitə cavab verməzdən əvvəl xatırladaq ki, sabah başlanacaq ayın adının mənası ərəb dilində "hörmət edilən, sayğıya layiq" deməkdir.
Bəzi din xadimlərimiz Məhərrəm ayında Aşuranın olduğunu və sevimli imamımız Hz.Hüseynin (ə.s) şəhadətə yüksəldiyini deyərək, elçilik və nişanların yolverilməz oldduğunu deyirlər.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

Fəqət, belə deyil, çünki İslam baxımından belə yasağın heç bir əsası və ya əsli yoxdur.
İslamda "Lə ilahə illəllah", yəni "Allahdan başqa ibadətə layiq heç bir məbud yoxdur" düsturu var. Belədirsə, insanlar və xüsusilə də möminlər Allahın buyruqlarına şərtsiz əməl etməli, öz ayinlərini və adətlərini Şəriətə pərçim etməməlidir.

Allah kişiləri qadınlar, qadınları da kişilər üçün yaradıb və bəşər övladına "ailə" məfhumunu verərək başqa məxluqlardan ayıraraq uca məqama yüksəldib.
Elçi getmək, nişan da ailə qurulmasının ilkin mərhələlərindən biridir. Ona görə də Məhərrəm ayında elçi gedən və ya nişan edənlər günah iş tutmurlar. Sadəcə, belə mərasimlərdə musiqi, şadyanalıq və içki qadağandır.
Əslində spirtli içkilər qiyamətə qədər ilin hər günü müsəlmana haramdır.

Fitnənin yasaq buyrulduğu ay

Məhhərm ayında hər müsəlman dedi-qodu, münaqişə, kimisə incitmək, xətrinə dəymək kimi əməllərdən çox uzaq olmalıdır.
Habelə, söz-söhbət, münaqişə, incimə, küsməyə səbəb olacaq fitnədən də uzaq durmaq gərəkdir.
Unutmayın ki, Aşura günü İmam Hüseyn(ə.s) və onun 72 tərəfdarı Kərbala düzündə şəhid oldu. Həmin gün İslam dinində həm matəm, həm də İslamın qələbə çaldığı gündür. Həmin gün İslamın necə böyük din olduğunu göstərirdi. Bu səbəbdən də Ramazan ayından sonra ən fəzilətli oruc məhərrəm orucu sayılır.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

Aşura orucunun özəlliyi

Məhərrəm ayının 10-cu günü hər mömin müsəlman oruc tutmalıdır ki, bunun da adı "Məhərrəm orucu"dur. Müsəlmanlarla bahəm, yəhudi və xristianlarda da həmin gün "böyük gün" sayılır.
Məhərrəm ayının 10-cu günü, yəni Aşura orucunun fəziləti böyukdür. Belə ki, hədisi-şərifə görə, Hz. Məhəmməd (s.ə.s) buyurub: "Ramazan ayından sonra ən fəzilətli oruc [color=#FF6600]"Şəhrullah" (Allahın ayı) olan Məhərrəm ayının orucudur. Fərz namazından sonra ən əfzəl (üstün) namaz gecə namazıdır" (Müslim, Əbu Davud, Tirmizi).
Məhz bu səbəbdən də mömin müsəlmanlar Məhərrəm ayını "şəhrullah", yəni "Allahın ayı"adlandırırlar.
Hədislərdə o da buyurulur ki, Allahın Rəsulunun (s.ə.s) özü də Aşura orucu tutarmış. Buna görə də Aşura gününün orucu digər sünnət oruclar kimi müsəlmanlara buyrulmuş tələblərdən biridir.
bunu edə də bilər, amma Allahın rizası və bərəkəti onunla olmaz.
Yeni il qeyd olunmalıdırmı?

Yeni il xrisian əsilli bayramdır və bu il Məhərrəm ayına təsadüf etdiyindən onun təmtəraqla, şövqlə qeyd edilməsi məsləhət bilinmir.

Zəncir vurmaq olarmı?

Artıq bir neçə ildir Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə islam əhlinə müracət edərək, insanları bədənə zülm edib qan çıxarmamağa çağırır. Yəni son illər Aşura günündə müsəlmanlar qanvermə aksiyasına dəvət olunur. Əgər Aşura günündə hər hansı bir ehtiyacı olan xəstəyə qan yardımı göstərilirsə, bu, özünə qəsd edib əzab verməkdən dəfələrlə yaxşıdır və savab işdir. Yaxşı olardı ki, səhhəti imkan verən bütün müsəlmanlar bu savab işdə iştirak etsinlər
Aşura günün əməlləri.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

İmam Hüseyn (ə) buyurmuşdur: Hər kim bir möminin çətinliyini həll etsə Allah onun dünya və axirət çətinliyini həll edər.
İmam Hüseyn (ə) buyurmuşdur: Mən ölümü səadət, zalimlərlə birgə yaşamağı isə ar hesab edirəm.
Bu gün İmam Hüseynin şəhid olduğu gündür. Bu gün imamların və onları sevib ardınca gedənlərin müsibət və hüzn günüdür. İmamlara sevgisi olan hər bir kəsə lazımdır ki, bu gündə dünya işlərinin dalınca getməsin, evinə bir şey almasın! Öz əzizlərinə-qohumlarına qurduğu matımdən çox İmam Hüseyn əleyhis-səlama yas saxlasın! Onun, 72 şühədanın və əhli əyalının başlarına gələnləri yad edib əza məclisləri qursun! Həmin gün, axşam namazına 1 saat qalana qədər yemək yeməsin, su içməsin (oruc niyyət etmədən). Yemək yeyəndə isə ləziz yemək yeməsin! İmam Rza (ə) buyurmuşdur : Hər kim Aşura günü dünya işlərinin dalınca getməyi tərk etsə Allah onun dünya və axirət işlərini həll edər. Hər kim Aşura gününü özünə müsibət, hüzn və ağlamaq günü etsə Allah qiyamət gününü onun sevinc və fərəh günü edər. Cənnətdə bizimlə gözü işıqlanar. Hər kim Aşura gününü bərəkətli gün adlandırıb oruc tutsa Qiyamət günü Yezid lənətliklə birgə olar. Əhlibeytə (ə) məhəbbəti olanlar öz əzizi vəfat edəndə olduğu kimi, təzə paltar geyinməsin, bu gün gülməsin, bir-birinin əlini sıxmasın! Bacarsan bu gün 1000 dəfə imam Hüseynin (ə) qatillərinə lə’nət de: (allahumməl’ən qətələtəl Hüseyn əleyhissalam). Hər kəs bu gün 100 dəfə ixlas sursəsini oxusa Allah Taala mərhəmət gözü ilə baxar.

Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur : Həqiqətən Hüseyn (ə) hidayət (doğru yönəltmə) çırağı və nicat gəmisidir!


Salam olsun sənə ey Allahın dostu İbrahimin (ə) varisi! Salam olsun sənə ey Allahın həbibi (sevimlisi) Muhəmmədin (s.ə.s) varisi! Salam olsun sənə ey hər iki dünya qadınlarının xanımı Fatimeyi Zəhranın (ə) varisi! Salam olsun sənə ey Peyğəmbərin balası Şəhid Həsənin (ə) varisi!

Allahın salamı olsun sənə ey Şəhid! Ey Şəhid oğlu! Ey Şəhid qardaşı! Ey Şəhidlər atası Hüseyn!
Ey mənim mövlam Hüseyn (ə)! Mən bu gün Allahın və sənin qonağınam! Allah-taaladan istə ki, bizi Cəhənnəm atəşindən azad etsin! Gözümüzə nur, dinimizdə gözüaçıqlıq, qəlbimizə yəqinlik, əməlimizə ixlas, canımıza salamatlıq, ruzimizə bolluq və ölənə qədər Ona şükr etməyi bəxş etsin! Müsəlmanların pozulmuş işlərini düzəltsin! Qarabağı azad etmək şücaətini bizə qismət etsin! Yaxşı işlərə dəvət etməyi və pis işlərdən çəkindirməyi bizə də nəsib etsin! 12-ci İmam Mehdi Sahibəz-zamanı (ə) bizdən, bizi də ondan razı etsin!

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

Aşura gecəsinin əməlləri


1-ci. 100 rəkət namaz. (yə’ni: sübh namazı kimi 50 namaz) hər hərəkətdə həmddən sonra 3 ixlas surəsini (yə’ni: Qulhvəllah sursəini) oxu [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah]. 100 rəkəti qılıb qurtarandan sonra 70 dəfə de: Sübhanəllah vəlhəmdü illah vəla ilahə illəlahu vəllahu əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyil əzim.
2-ci. Əmirəl mö’minin İmam Əlinin namazı, 4 rəkət (2 dəfə sübh namazı kimi) hər rəkətdə həmddən sonra ixlas surəsini oxu. Namazdan sonra Peyyğəmbərimizə və Əhli beytinə çoxlu salavat, onların düşmənlərinə isə lə’nət de .
3-cü. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq) Hədisdə deyilir: "Hər kim bu gecəni əhya saxlasa Allah Taala üçün bütün mələklərin ibadətini etmiş olar."

Məhərrəm ayı Hicri tarixiylə yeni ilin ilk ayı və haram aylardan biri sayılır. Məhərrəm ayı böyük və əzəmətli aydır. Allahu Təala ət-Tövbə surəsinin 36-cı ayəsində buyurur ki: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqə'də, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Əbu Bəkrdən (r.a) rəvayət olunduğuna görə Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki; "İl 12 aydan ibarətdir, onlardan 4-ü haram aylardır, (haram ayların) 3-ü dalbadal gəlir: Zil-Qədə, Zil-Hiccə və Məhərrəm və Rəcəb ayı ki, Cumadə və Şaban ayının ortasında gəlir. (Buxari rəvayət etmişdir 2958).Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) deyib; "Ramazandan sonra ən fəzilətli oruc Allahın Məhərrəm ayındadır" (Mülim rəvayət etmişdir 1982).İbn Abbas (r.a) rəvayət edir ki; "Peyğəmbər (s.a.s) Mədinəyə gəldi və gördü ki, yəhudilər Aşura günü oruc tuturlar və dedi ki, bu nədi? Dedilər bu saleh bir gündür, bu gündə Allahu Təala İsrail oğullarını düşmənlərindən qurtardı və Musa bu gündə oruc tutdu. (Peyğəmbər) Dedi: Musaya haqqım sizdən də çoxdur. (Peyğəmbər həmin günü) Oruc tutdu və həmin günü oruc tutmağı əmr etdi."
Yuxarıdakə ayə və hədislərdən Məhərrəm ayının fəzilətini və müqəddəsliyini görə bilərik, xüsusilə də bu ayda olan Aşura günündə oruc tutmağın əhəmiyyətini. Bunlara aydınlıq gətirməzdən əvvəl qısaca olaraq Aşura günü haqqında məlumatı nəzərinizə çatdıraq və sonra bu gündə oruc tutmağın fəzilətləri haqqında yazaq.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

Aşura günü nədir?

Aşura günü Məhərrəm ayının 10-cu günüdür.

Niyə bu gündə oruc tutulur?

Allahu Təala Musa peyğəmbəri (ə.s) və onun qövmünü Firondan qurtardığına görə şükr edərək bu gündə oruc tuturuq.

Bu gündə oruc tutmağın nə fəziləti var?

Əbi Qatədə (r.a) deyir ki; "Peyğəmbərdən (s.a.s) Aşura gününün orucu haqqında soruşdular. Dedi : Allahdan (bu orucla) bundan əvvəlki ilin günahlarını təmizləməsi mükafatını istəyirəm"

Necə oruc tutulur?

Ən yaxşısı bu Aşura günündən əvvəl bir gün oruc tutmaq, Aşura gününü tutmaq və ondan bir gün sonranı da tutmaq. Doqquzuncu və onuncu günü də tutmaq olar və yaxud ancaq Aşura gününü tək oruc tutmaq olar.

Bu münasibətlə oruc tutmağın nə kimi faydaları var?

- Peyğəmbərimizin (s.a.s) etdiyi sünnəti davam etdirmək.

- Bu gündə Musa (ə.s) oruc tutmuş, ondan sonra Peyğəmbərimiz (s.a.s) və sonra onun səhabələri oruc tutmuşlar.

- Bu günün müqəddəsliyi və əzəmətliyi qədimdir.

- Yəhudilərə müxalif olmaq üçün bu gündə oruc tutmaqdan əlavə bir gün əvvə və bir gün sonra oruc tutmaq daha fəzilətlidir.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

- Bu ayı başqa ümmətlərin də qeyd etdiyini görərək bizə məlum olur ki, bizdən əvvəlki əsrlərdə yaşayan millətlər və qövmlər öz tarixlərini ayla hesablayırdılar, indiki miladi tarixiylə deyil.
Bu gün Aşuradır. İmam Hüseynin (s) Kərbəla çölündə din, haqq, şərəf və ümmətin gələcəyi uğrunda döyüşə çıxdığı dönəmdən bəri keçən əsrlər ərzində mənəviyyat yolunda gedən insanların hər il andıqları, şəhidlik zirvəsinin ən uca məqamına çataraq cəmi şəhidlərin pasibanı, cənnət yolçularının sərvəri olan İmam Hüseyni (s) ürəklərində yaşatdıqları bir məqamdır.

Üçrəngli Aşura – qara, yaşıl, qırmızı…

Bu gün andığımız, bir daha yada salaraq hisslərimizə etiqadımıza güc verdiyimiz məqam Aşura faciəsinin xatirəsidir. O faciənin ki, çox ağır və kədərli olmuşdu.
Hətta südəmər körpələrə belə rəhm olunmayan bu faciədən insan olan kəsin ürəyi qəmlə, qüssəylə dolmaya bilmir. Kəsilmiş başların əzizləri qarşısında, ailə-uşaqlarının gözü qabağında nizələrə taxılması, cansız cəsədlərin çapılıb-talanması, susuz uşaqların qamçı zərbələrilə “kiridilməsi”, qız və gəlinlərin əsir halında şəhər-şəhər gəzdirilməsi…
Bütün bunlar Aşuranın qara rəngidir.

Kərbəla çölünün Aşura şəhidlərinə digər məqamdan baxanda həmin insanlardakı möhtəşəm mənəvi və irfani hissləri, Allah iradəsinə və sözünə təslim olaraq haqq yolu ilə getmələrini görürük.
Məhz həmin yol, həmin hiss və etiqad Kərbəla səhrasının sarı qumlarını Allaha eşq və məhəbbətdən yaranan yaşıl vadiyə döndərir. Çünki həyatının son anları yaxınlaşdıqca qəvi düşmənlə döyüşdə daha da ruhlanan, simalarında fərəh və bəxtəvərlik əlamətləri aşkar sezilən hər şəhid öz irfani məşuqu qarşısında şərəfli imtahan verir.
O imtahan səhranı da yaşıla boyayır və Aşuranın ikinci rəngini də yaşıl edir.

Aşura həm də mücadilə, döyüş, mübarizə, qəhrəmanlıq və azadlıq rəmzidir. Kərbəla çölündə döyüşən insanlar şərəf, irz, namus, etiqad və haqq uğrunda şəhadətə qovuşdular. O mübariz insanlar məzlumluq və zəiflikdən çox uzaq, mübariz və qətiyyətli, haqsızlıqla barışmaz, həqiqət və nur aşiqi olan kəslərdi.
Aşura vaqesi nə qədər qanlı-qadalı olsa da, irfana və haqqa bir o qədər aşiqanəlikdir, zülm və şər qarşısında əyilməzlikdir.
Ona görə Aşuranın üçüncü rəngi qırmızıdır.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

Kərbəla şəhidləri arasında azərbaycanlı da olubmu?

Kərbəla səhrasında İmam Hüseynlə (ə) birlikdə, çiyin-çiyinə vuruşub şəhid olmuş 72 nəfərlik dəstə qayət ilginc cəhətləri ilə seçilir.
Həmin dəstədə azyaşlı uşaq və 70 yaşlı qoca, tuncbiləkli döyüşçü və təkayaqlı əlil, qəbilə şeyxi və qul yanaşı döyüşüb.
Onlar həm də ayrı-ayrı millətlərdəndilər. Şəhidlər Ərəbistan, Yəmən, İraq və başqa ölkələrdən toparlanıb bir araya gələn, əksəriyyəti ərəblər olsa da, aralarında fars, türk və həbəşlərin yer aldığı cənnət yolçuları idi.
Fars Nəsrlə qaradərili həbəş Covn milli fərqləri unudaraq haqq və ülvi həqiqət uğrunda mübarizədə canlarını fəda etdilər.
Təbii ki, belə müstəsna və misilsiz bir qəhrəmanlıq barədə çox yazılıb, deyilib və bəhs olunub. Dahi Azərbaycan şairi Məhəmməd Füzuli də "Hədiqətüs-süəda" əsərində Kərbəla faciəsindən yazıb.

Həmin əsərin bir beytində bildirilir ki, Aşura faciəsində şəhid olanların arasında Müslimi-Azərbaycanı adlı bir şəxs var.
Dahi Fizuli Muslimi-Azərbaycani ilə onun oğlunun şücaətini çox təsirlə vəsf edib.
Bəs yaxşı, şairimiz Müslimi-Azərbaycani deyərkən kimi nəzərdə tutmuşdu?
Bununla bağlı indiyədək müzakirələr, araşdırmalar və mübahisələr davam edir. Birmənalı olaraq yalnız onu deyə bilərik ki, Məhəmməd Fizulinin "Hədiqətu's-suəda"dan savayı heç bir mənbədə, əsərdə və ya tarixi məxəzdə Müslimi-Azərbaycani adına rast gəlinmir.
Əsrlərdən bəri davam edən araşdırmalar göstərrir ki, "Hədiqətu's-suəda"da Molla Məhəmməd Fizulinin cəsur və şücaətli Muslimi-Azərbaycani kimi təqdim etdiyi şəxs əslində Muslim ibn Avsəcə Əsədididir.
Fizuli yazır ki, Muslimi-Azərbaycani şir təki döyüşüb ağır yaralarla cəng meydanında yıxılıb qalanda İmam Hüseyn (ə) və Həbib ibn Muzahir birlikdə onun başı üstünə gəlirlər. İmam Hüseyn (ə) buyurur: "Ey Muslim, əhli-behiştə səlamımı yetir ki, mən də mütəaqib gəlməkdəyəm".
Həbib ibn Muzahir isə illərin dostu olduuğu Müslimə deyir: Ey Muslim, əgər bilsəydim səndən sonra qaldığımı, iltimasi-vəsiyyət edərdim".

Bu sözlərin cavabında isə al-qan içində olan Müslim həyatının son sözlərini deyir: "Ey Həbib, vəsiyyət budur ki, Həzrəti-İmama canını fəda qılasan və onun xidmətini səadəti-dünyavü axirət biləsən". Həmin kəlmələri deyəndən sonra Muslim şəhadətə qovuşur.
Fizulinin onu "Azərbaycani" adlandırmasına gəldikdə isə bu, ərəblərin Azərbaycanda vuruşarkən Müslimin göstərdiyi cəsarətlə bağlıdır.
Mərhum İmadzadə İsfahaninin «İmam Hüseynin (ə) həyatı» kitabında yazırdı: "Şə’bi buyurur ki, Muslim şücaətli adam idi; cihadlara və Azərbaycanın fəthi kimi İslam fəthlərinə aid mənbələrdə onun adı çox xatırlanıb".

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

Dünyanın yarandığı gün

Məhərrəm ayının onuncu günü Aşuradır. Müqəddəs Qurani-Kərimə görə, bu gün Allah yeri, göyü, mələkləri, ilk insan olan Adəmi xəlq edib. Məşhər, yəni Qiyamət günü də məhz aşura günü olasıdır.
Aşura günü oruc tutmaq da halal bilinir. Nədən ki, Hz.Məhəmməd (s.ə.s) Məkkədən Mədinəyə hicrət edəndən sonra bu gün oruc saxlanmasınnı buyurmuşdu.
Aşura gününün başqa özəllikləri və məziyyətləri də var. Belə ki, məhz bu gün Allah on peyğəmbərə on mərifət bəxş edib, Nuh peyğəmbərin (s) gəmisi Cudi dağına yan alıb, İbrahim peyğəmbər (s) doğulub, İsa və İdris peyğəmbərlər (s) səmaya merac ediblər, İbrahim peyğəmbər (s) bütpərəstlərin odundan xilas olub, Musa peyğəmbər (s) və onun ardıcılları fironun təqiblərindəən qurtulublar.

Aşura əzadarlığı

Aşura günü təziyələrində əzadarlıq etmək, zəncir vurmaq, qan çıxarmaq kimi adətlərin Şəriətlə əlaqədə olduğu deyilir. Ola bilər, fəqət ən məşhur və qüfuzlu üləmalar, şeyxlər və din xadimləri, habelə islam alimləri buyururlar ki, Aşura günü Şəriət bizə əziz olan insanların, xüsusilə də Cənnət cavanlarının sərdarı İmam Hüseyni (s) yada salaraq qanımızı çıxarmağı buyurmur.

Məşhur üləma şeyx Məhəmməd Hüseyn Fədulla fətvasında yazır ki, təbii, əziz və sevgili insanlar üçün kədər, qəm və ələm insana xas ən təbii hisslərdən, düşüncə və əql xüsusatlarından biridir. Şəriət də bu hisslərin izharını əsla yasqlamır.
"Lakin bu hisslərin İslamın buyurduğu qaydaları pozmamaq şərtilə izhar etmək gərəkdir. Məsələn, öz üzünü şapalaqlamaq və döymək, paltarı cırmaq, beli qamçılamaq və ya zəncirləmək, başa qılınc və ya xəncər vurmaq - bütün bunların hamısı haramdır.

Belə hərəkətlər edənlər öz vücudlarına könüllü şəkildə xəsarət yetirirlər. İslamda isə insanın özünə bilərəkdən zərbələr vurması, bədənində yara açması, hətta belə niyyətlərini aşkar və nümayiş etməsi yasaq buyurulub. Əgər insanlar İmam Hüseynə (s) olan bağlılıq, sevgi və sədaqətlərini bu yolla izhar edirlərsə, eynən İmam Hüseyn (s) təki dünyada ədalətin yayılması və İslamın möhkəmlənməsi üçün səylərə qatılmaq, az da olsa, zəhmət çəkmək fərz deyilmi?!", - şeyx Məhəmməd Hüseyn Fədullanın fətvasında deyilir.
İllahiyyatçı alim Hacı Şahin Həsənov isə deyir ki, Aşura sərhəd tanımır və heç bir milli-irqi xüsusiyyətləri nəzərə almır. Haqq hər bir cəmiyyət üçün haqdır və haqqın, ədalətin öyrənilməsi üçün azadlıq məktəbi xalqımızın götürəcəyi ən gözəl nümunədir.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

"Qeyrət məktəbinin ən ali nöqtəsi məhz Kərbəladır. Bu baxımdan Azərbaycan gəncliyi üçün bundan gözəl nümunə tapmaq qeyri mümkündür. Təsəvvür edin 13 yaşlı Qasimdən "Ölüm sənin üçün nədir?" deyə soruşulduqda o "Haqq və ədalət uğrunda ölüm baldan da şirindir" deyir. Budur bizim gəncliyimizə onların əqidəsi üçün mübarizə məktəbi, torpağı üçün sonsuz fədakarlıq. Kərbəla azadlıq dərsidir. Bu məktəb təkcə gənclərə deyil, onları böyüdən analara daim təsir edə biləcək bir məktəbdir. Kərbəlalada Aşura günü bir ana oğluna "Haqq və ədalət uğrunda şəhid olmayana qədər südümü sənə halal etmərəm" deyir. Oğul döyüşə girir, yara alır və anasına yaxınlaşır: "Ana indi məndən razısanmı?" deyə soruşur. Ana isə "Şəhid olmayana qədər səndən razı qalmaram" deyir. Oğul döyüşə girir və şəhid olur. Düşmən ananı sarsıtmaq üçün oğlunun başını kəsib anaya tərəf atır. Ana başı qaldırıb öpür və düşmən tərəfə ataraq "Biz Allah yolunda qurban verdiyimizi geri almırıq" deyir. Budur analarımızın dərs alacağı mənəvi qaynaqlı Kərbəla məktəbi.

Əzadarlıq və əza məclislərinə gəldikdə isə, hətta əzaya heç bir ehtiyacın olmadığını söyləyənlər də mövcuddur. Onlar "Əgər Hüseyn şəhadətin ən uca, ali mərhələsinə çatıbsa, bunu bayram kimi qeyd etməyi düşünür və əzanın yanlış olduğunu” iddia edirlər. Burada kiçik bir incəlik vardır ki, cavab da məhz ondadır. Ümumiyyətlə, şəhadət iki mərhələdən ibarətdir. Birinci mərhələ fərdi, digəri isə ictimai. Fərdi mərhələdə şəhid olan şəxs əsas gətirilərək durduğu ali məqam insan təfəkkürünün dərkinin xaricindədir. Bu isə nəinki sevinc, bəlkə bayram və şadyanalıq üçün əsasdır. Lakin digər mərhələ olaraq ictimai yönlü olan tərəfi isə fərqlidir. Ictimai tərəfdən əgər şəhid varsa, demək onu zülmlə qətlə yetirən zalım var. Şəhid varsa, demək haqqa qarşı zülm var. Haqqa qarşı zülm edilən gün haqsevən insanın şadlanmaq ixtiyarı yoxdur. Əslində bu gün biz əzilən haqqa, ədalətə əza saxlayırıq. Bu baxımdan bizim bir çox hədislərimiz var ki, Aşuranı əza kimi qeyd edək. O ki, qaldı hadisənin nə formada qeydinə, bunu bizə hədislər göstərməməlidir. Burada hər bir xalq adətə uyğun bunu qeyd edə bilər.

Qara bağlama, sinəyə vurub ağlama, əzizini itirən Azərbaycan xalqına xas olan adət formasıdır. Ilk əzadarlığı Xanım Zeynəb Şamda Yezidin sarayında keçirib. Bundan sonrakı əzadarlıqlar hər bir Imamın dövründə olub. Imam Rza (ə) Minada hacıların əzadarlığı üçün vəsait ayrılması tarix nümunələrindəndir", - hacı Şahin Həsənov hesab edir.
Aşuranın fərzləri

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

Allah-Təalanın həram ay buyurduğu Məhərrəmin 10-cu günü olan Aşuranın cəmi müsəlmanlar üçün böyük halal və fərz olan məziyyətləri çoxdur. Belə ki, Aşura günü hər hansı xəstəyə baş çəkən insan Adəmin bütün övladlarına baş çəkmiş sayılır.
Aşura günü susuz insana su verənin günahlarının tam əksəriyyəti - təbii ki, o günahlar arasında Şəriətin qayət haram və qadağan etdiyi əməllər yoxdursa - bağışlanır.
Aşura günü qüsl edəni Allah bir çox mərəzlər və xəstəliklərdən qoruyar.
Bu gün qohum-əqrabanı ziyarət etmək halal və sünnət əməl sayılır. Aşurada küsülülər barışmalıdır. Hədisi-Şərifdə buyurulur: "Aşura günü sədəqə verən Uhud dağı qədər savaba qovuşar".
Bu gün evə azacıq da olsa, ərzaq alınarsa, bir il boyunca evdə bərəkət olar.
Aşura günü ən azı on müsəlmana salam və ya bir müsəlmana on salam verilər.

Aşura namazı

Aşura günü 4 rükət namaz qılmaq savabdır. Hər rükətdə "Əl Fatihə" surəsi 1, "Əl İhlas" isə 50 dəfə oxunmalıdır. Yəni namazda tam olaraq 4 dəfə "Əl Fatihə", 200 dəfə "Əl İhlas" oxunmalıdır.
Şəriət buyurur ki, mömin müsəlman belə namazı qılarsa, Allah onun 50 illik günahından keçər və cənnətdə belə adam üçün nurdan saray yaradar.
Aşuradan əvvəlki gecəni ibadətdə keçirən, Aşura səhərini isə orucda qarşılayan insan ölümqabağı canvermə əzablarından qurtular.
Və gərçi hər hansı müsəlman ondan maddi baxımdan asılı insana səxavət göstərərsə, Allah ilboyu həmin insandan səxavətini əsirgəməz.
Unutmayın ki, Aşura günü hətta vəhşi heyvanlar da bol yemirlər.

Aşura duası

Bu gün Aşura duası oxumanız fərzdir.
Dua belədir: "Sübhənallahi miləl miizani və mintəəhəl ilmi və məblətaridaa və zinətəl ərş".

Aşura - zillətə boyun əyməmək məktəbi

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

Bu gün Aşuradır.
İmam Hüseynin (ə), Əbülfəzl Abbasın yanğılı hekayəsi, Əli Əsgər və Əli Əkbərin susuzluqdan cadar olaraq çatlamış dodaqları, Səkinə və Ruqqəyyənin qanlı göz yaşları, Zeynəbin canından artıq sevdiyi qardaşından ayrılıq məqamı... və Yezidin, Şimrin, İbn Ziyadın, Ömər Sədin lənətləndiyi gün.
Bu gün Əhli-Beyt (ə) davamçılarına əvəzsiz ərməğan və yaddan çıxmayan bir dərs, ötənləri xatirələrdə saxlayaraq gələcək nəslə İmam Hüseyn (ə) məktəbini və əxlaqını aşılamaq, zillətə boyun əyməmək, məzlumun haqqını tələb etmək, insanlara səbr və təqva məktəbi olan bir gündür.
Aşura qiaymətə qədər İmam Hüseyn (ə) yanğısı günüdür...
Aşuranın fərzləri

Allah-Təalanın həram ay buyurduğu Məhərrəmin 10-cu günü olan Aşuranın cəmi müsəlmanlar üçün böyük halal və fərz olan məziyyətləri çoxdur. Belə ki, Aşura günü hər hansı xəstəyə baş çəkən insan Adəmin bütün övladlarına baş çəkmiş sayılır.
Aşura günü susuz insana su verənin günahlarının tam əksəriyyəti - təbii ki, o günahlar arasında Şəriətin qayət haram və qadağan etdiyi əməllər yoxdursa - bağışlanır.
Aşura günü qüsl edəni Allah bir çox mərəzlər və xəstəliklərdən qoruyar.
Bu gün qohum-əqrabanı ziyarət etmək halal və sünnət əməl sayılır. Aşurada küsülülər barışmalıdır. Hədisi-Şərifdə buyurulur: "Aşura günü sədəqə verən Uhud dağı qədər savaba qovuşar".
Bu gün evə azacıq da olsa, ərzaq alınarsa, bir il boyunca evdə bərəkət olar.
Aşura günü ən azı on müsəlmana salam və ya bir müsəlmana on salam verilər.

1 – Allah Taala Öz pak və müqəddəs zatına and içmişdir ki, hər kəs imam Huseynin (ə) Aşura ziyarətini – istər yaxından, istərsə də uzaqdan – oxumaqla ziyarət etsə, onun ziyarətini qəbul edəcəkdir.
2 – Hər kəs onu (İmamın (ə) haqqına arif olan halda) oxusa, behiştə daxil olar.
3 – İmam Sadiq (ə) Səfvana buyurmuşdur: “Hər kəs bu ziyarəti oxusa, hacətləri rəva olunar.”
4 – Hər kəs bu ziyarəti, onun fəzilətli vaxtında – sübh namazından sonra və gün çıxmamışdan qabaq – oxusa, ona həm axirətdə savab verilər, həm də bu dünyadakı hacətləri qəbul olunar.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

5 – Hər kəs onu oxusa, qiyamət günündə istədiyi şəxsi şəfaət edər.
6 – İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bir xəstəliyə tutulsa və əcəli yaxınlaşmadığı halda imam Huseynin (ə) türbətindən istifadə etsə, şəfa tapar.”
7 – İnsan “Aşura” ziyarətini oxumaqla şiə olmasını isbat etmiş olur.
8 – Aşura ziyarətinin savabı bütün ziyarətlərdən üstündür.
9 – İmam Zaman (ə) onun oxunmasına təkid etmişdir.
10 – Bu ziyarət ruzini çoxaldır.
11 – Borcun ödənməsinə səbəb olur.
12 – Oğurlanmış malın tapılması üçün faydalıdır.
13 – Aşura ziyarətini oxumaq evlənməyi asan edir.
14 – İmam Sadiq (ə) buyurmuşdur: “İmam Huseynin (ə) türbətindən düzəldilmiş təsbehlə tövbə etmək (və yaxud başqa bir zikr demək) başqa bir torpaqla düzəldilmiş təsbehlə tövbə və zikr etməkdən fəzilətlidir.”
15 – Sonsuz qadının övlada sahib olmasına səbəb olar.
16 – Bu ziyarəti oxuyan şəxsin salamı imam Huseynə (ə) çatır və hacəti qəbul olunur.
17 – Bu ziyarəti oxumaqla insanın qəm-qüssəsi aradan gedir.
18 – İnsana can vermənin çətinliklərindən nicat verir.
19 – Qəbiristan əhlindən əzab götürülür.
20 – Aşura ziyarətini oxuduqda imam Huseyn (ə) qəbiristana gəlib orada uyuyanlara kömək edər.
21 - İmam Huseynin (ə) hərəmi – dörd fərsəxdən dörd fərsəxə qədər – behişt torpağından sayılır və qiyamət günündə behiştə əlavə olunar.
22 – Həzrət Fatimeyi-Zəhra (ə) Aşura ziyarəti oxunan məclislərdə iştirak edirdi.
23 – İmam Baqir (ə) və imam Sadiq (ə) hər il Aşura günündə “Aşura ziyarətini” oxuyurdular.
24 – Kərbəla torpağından başqa hər bir torpağı yemək haramdır, lakin onun az miqdarda yeyilməsi tövsiyə edilmişdir; çünki hər bir dərdin dərmanıdır.
25 - İmam Huseynin (ə) türbəti selin gəlməsinin və zərərin qarşısını alır.
26 – Kərbəla torpağı Kəbənin və həzrət Peyğəmbərin (s) hərəminin torpağından fəzilətlidir.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

27 – İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs bu ziyarəti oxusa, Allah Taala onun məqamını yüz min dəfə artırar və (adını) imam Huseynlə (ə) birgə şəhid olanlar sırasında yazar.”
28 - İmam Huseynin (ə) türbətini üstündə saxlamağın həm savabı vardır, həm də insanı bəlalardan qoruyub saxlayır.
29 – İmam Huseynin (ə) türbətinə səcdə etmək yeddi hicabı aradan götürür, yəni namazın qəbul olunmasına səbəb olur.
30 – O Həzrətin (ə) türbətinə qılınan namaz qəbul olur və savabı çoxdur.
31 – O Həzrətin (ə) türəti meyyitlə yanaşı qəbrə qoyulsa, o, qəbrin qorxusundan amanda qalar.
32 – İmam Zamanın (ə.c) Seyyid Əhməd Rəştiyə belə buyurduğu nəql olunur: “Siz nə üçün Aşura oxumursunuz? Aşura! Aşura! Aşura!”
33 – Mötəbər hədislərdə bəyan olunduğu kimi imam Huseynin (ə) qəbrinin torpağı hər bir dərdin dərmanıdır, ən böyük dərman məhz budur!
34 – Bu ziyarət Allah tərəfindən təlim verilmişdir.
35 – Bir hədisdə göstəriş verilir ki, körpə doğulan zaman ağzına qoyduğunuz ilk şey imam Huseynin (ə) türbəti olsun ki, bu, onu bəlalardan amanda saxlayar.
36 – İmam Sadiq (ə) hər kəsə hədiyyə olaraq bir miqdar mal-dövlət göndərsəydi, onun içinə imam Huseynin (ə) türbətindən qoyardı və onun bərəkəti sayəsində həmin mal oğrunun əlindən amanda qalardı.
37 – Rəvayətdə deyilir ki, hər kəs imam Huseynin (ə) türbətindən yemək istəsə, əvvəlcə onu öpüb gözlərinə sürtsün, sonra on doqquz dəfə “Bismillahir-Rəhmanir-Rəhim” deyib Qul ifadəsi ilə başlanan dörd surəni oxusun. Ondan bir noxud miqdarından artıq meyl etməsin; çünki hər kəs ondan artıq yesə, sanki bizim ətimizi və qanımızı yemişdir.
38 – İmam Kazımdan (ə) nəql olunmuşdur ki, meyyiti dəfn edəndə onun üzünün altına imam Huseynin (ə) qəbrinin torpağından qoyun.

Aşura günü Allahın Peyğəmbərlərə mükafatı

39 – Alimlərdən biri demişdir: “Ayətullah Burucerdi hər gün iki dəfə Aşura ziyarətini (o Həzrətin qatilinə və düşmənlərinə) yüz dəfə lənət və (İmamın (ə) özünə) yüz dəfə salam göndərməklə oxuyurdu.”
40 – Hər kəs o Həzrətin (ə) türbətini gözlərinə sürtsə, gözləri nurlu olar.
Bütün dünyada olduğu kimi, Yaponiyada da bu ölkənin Əhli-Beyt (ə) tərəfdarları müqəddəs Məhərrəm ayını Şəhidlər Şahı İmam Hüseynə (ə) əzadarlıqlarla qarşılayırlar. (abna)
İmam Hüseyn (ə) əzadarlığı mərasimləri Yaponiyanın paytaxtı Tokioda bu ölkədə Əhli-Beyt mübəlliğlərindən olan Qum Seminariyasının Yaponiyalı məzunu və Tokio Əhli-Beyt (ə) Mərkəzinin rəhbəri Höccətül-İslam vəl-Muslimin Şeyx İbrahim Savadanın gündəlik söhbətləri ilə keçirilir. Bu mərasimlərdə o, İmam Hüseynin (ə) hərəkatının hədəfləri barəsində çıxışlar edir.
Qeyd etməyə dəyər ki, Şeyx İbrahim Savada mütəmadi olaraq Yaponiya müsəlmanları və bu ölkənin ənənəvi dini sayılan sintoizm nümayəndələri üçün İslamşunaslıq seminarları təşkil edir.
ABŞ-ın Texas ştatında yerləşən “İslam Əhli-Beyt (ə) Assosiasiyası” da Məhərrəm ayında bir neçə tədbir keçirməkdədir. Təşkil olunan məclislərdə Şeyx Abbas Cəfər müsəlmanlar üçün xütbələr oxuyur, Aşura ziyarəti və digər dualar oxunur, əzadarlıq mərasimləri keçirilir.
Xatırladaq ki, “İslam Əhli-Beyt (ə) Assosiasiyası” ABŞ-ın Texas ştatının Austin şəhərində 20 fevral 1997-ci ildə yaradılıb.
İngiltərədə yerləşən “Haydari İslam Mərkəzi" dekabr ayının 7-dən etibarən Məhərrəm ayı ilə bağlı tədbirlərə başlayıb. Tədbir öncə Mehdi Həsənin çıxşı ilə başlayır. Ardınca isə əzadarlıq keçirilir. Tədbirlərin fevral ayının əvvəlinədək davam etməsi planlaşdırılır. Burada xanımlar və gənclər üçün də ayrıca məclislər nəzərdə tutulub.
Kanadanın Ontario əyalətinin Missisaqa şəhərində yerləşən[color=#FF6600]


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:43
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
Eziyyete gore tesekkurler..!

--------------------
AŞİFTE

R_A_P_U_N_Z_E_L

  • 8 dekabr 2011 17:01
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
xebere gore tesekkurler

_SVETLANA_777_

  • 7 dekabr 2011 22:27
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
ALLAH SIZDENDE RAZI OLSUN

ALLAH SIZDENDE RAZI OLSUN

--------------------
<p></p>

Alone angel

  • 7 dekabr 2011 20:29
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

ASMIYA

  • 7 dekabr 2011 19:17
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
GERCEKTEN COX MARAQLIDIR. ALLAHIM RAZI OLSUN SENDEN INSA ALLAH.

sad

--------------------


wiki

  • 6 dekabr 2011 22:20
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
Allah razi olsun

.♣.Chrysalis.♣.

  • 6 dekabr 2011 19:50
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twl eziyyete gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

FLY TIME

  • 6 dekabr 2011 17:47
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
bu uzun xebere gore special thanks belay

BadZero

  • 6 dekabr 2011 17:45
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

_Qismet_

  • 6 dekabr 2011 17:14
  • Məqalə: 796
  • Şərh: 832
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Repery

  • 6 dekabr 2011 16:58
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Tewekkurler xebere gore...Allah Razi olsun..



--------------------

Elvin007

  • 6 dekabr 2011 16:43
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
ikinci serh menden sagol xeber ucun twk ALLAH razi olsun feel

--------------------
▼►►Proqramming◄◄▼

Ku-ku

  • 6 dekabr 2011 16:13
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah her birinizden razi olsun tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 48
Cəmi: 60

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}