Iki dost

 
Iki dost

Səhərə qədər yuxuda görür köhnə dostunu. Oyanar-oyanmaz onu aramağı düşünür. Görən hardadı, necədi... Yuxuda görürdü ki, hansısa yad bir şəhərdədi. Böyük bir binanın içində gəzişir. Pilləkənlərlə qalxır yuxarı. Çoxlu otaqlar var hər qatda. Oteləbənzər nəhəng bir köşkdü. Qatlardan birində dayanır. Otaqlardan birinin qapısını açır. Dostu çarpayıda halsız uzanıb. “Nə olub ona?” – fikirləşir həmin dəqiqə – “nə olub ona?” Tanımadığı bir səs yandan deyir:
– Naxoşlayıb. Özünü yaxşı hiss eləmir.
Yaxınlaşır dostuna:
– Necəsən?
Dost gözünü zorla açıb baxır:
– Nəsə halım çönüb.

Iki dost

Ayrı sual vermir. Yanında oturur. Əlindən tutur dostunun.
Köhnə günləri xatırlayırlar danışmadan. Heç kim cınqırını çıxarmır. Hər ikisi də ürəyində birgə anları yada salır.
Yuxunu görən dost ürəyində danışır. “Yadındadı, bir gün yaman kefliydin, restorandan çıxdıq. Qarşıdan tanımadığımız bir qız gəlirdi. Yanımızdan keçəndə qəfildən qışqırdın üstünə. “Gecə vaxtı nə işin var küçələrdə?” Qız yazıq sarısını uddu.
Halsız dost ürəyində danışır. “Yadındadı, bir gün yaman kefliydim. Restorandan çıxmışdıq. Bir qız keçirdi təm-təkcə. Birdən birə qışqırdım yazıq qızın üstünə. “ Gecə vaxtı nə itin azıb küçələrdə, cəhənnəm ol xarabana”. Nə tərbiyəsiz adam idim...
Başı işlərinə qarışır. Bir az keçir. Telefon zəng çalır. Nömrəyə baxıb heyrətlənir. Əvvəlcə çaşır. Bu nömrə..bu nömrə.. bu onun nömrəsidi səhv eləmirəmsə. Dostunun az qala 10 ildi yığmadığı nömrəsinə bənzəyir bu nömrə.
–Alo
–Aaloo
–Dəhşətdi. Səhərə qədər yuxuma girmisən. Fikirləşirdim bu gün necə olur-olsun səni tapacam.
–Nə danışırsan?
–Doğrudan. İkimiz qəribə bir yerdəydik (xəstəydin demir), çoxlu adam gəlib gedirdi. Ürəyimizdə dərdləşirdik.
– Kövrəldim inan. Necəsən?
–Yaxşıyam. Ailə, iş, ev ... Başımı qaşımağa vaxt tapmıram. Sən necəsən?
–Çox şükür. Hər şey əladı.
–Nə gözəl. Əla olsun. Balan necədi?

Iki dost

–Çox şükür, o da yaxşıdı. Balam day yekə kişi olub. Day bala deyil, əmidi.
Onun hər sözün əvvəlinə “çox şükür” deməsindən dalağı sancır.
Bəlkə tərzini unutmuşam düşünür.
– Nə işlə məşğulsan? Danış görək.
– Otel işlədirdim, verdim qardaşıma. Namaz qılandan işimi dəyişdim. Alınmır o işdə içki-filan var.
– Sən namaz qılırsan?
– Hə. Xeyli vaxtdı. Axırıncı dəfə ad günümdə ölənə kimi içmişdim. Yenə dava salmışam kefin istəyən qədər. Ağlıma gələni eləmişəm. Gecəni harda keçirmişəm, neynəmişəm, yenə xəbərim olmayıb. Özümnən iyrəndim, inanırsan? Üç gün ayıla bilmirdim. Ayılanda güzgüyə baxdım, dedim, adam kişi olar. Bu nə sir-sifətdi ə, ağzın yerə dəyir. Elə o gündən qüsul aldım, namaza başladım.
– Hmm.. Necədi?
– Çox gözəl. Çox yaxşıyam. Dünyaya münasibətim dəyişib. Bütün həyatım dəyişib. İndi hər şeyə tamam ayrı cür baxıram. Əvvəlki vaxtlarım yadıma düşəndə ətim ürpənir. Səhər durandan gecəyə kimi iç, iç. Nə xəbərdi?! Özümnən xəbərim olmurdu. Sənin yadındadı da. Əşşi. Nə axmaq həyat idi. Çox şükür, keçib getdi. Sən necə, qılırsan hələ? Sən o vaxt yaman bağlanmışdın dinə.
– Yox. Mən tamam uzaqlaşmışam.
– Zarafat eləyirsən? Sən bizim namazqılanımız idin axı.

Iki dost

– Yoruldum. Bir gün ayıldım ki, din qanunlarıynan yaşamaqdan yorulmuşam. Özüm olmaq istədim. Özümü tapmaq istədim. Hər addımımı ölçüb-biçməkdən, dini göstərişlərlə yaşamadan sıxıldım. Son vaxtlarda çox fikirləşirdim bu barədə. Nəsə özümü gərgin hiss eləyirdim. Fikirləşirdim: görəsən, din mənim həyatımda olmasa necə olaram, kim olaram. O vaxtdan başladım fərqli kitablar oxumağa. Dinə dəxli olmayan şeylərlə maraqlandım. Özümü axtarmağa çalışdım. Xeyli düşündüm, depressiyalar keçirdim. Nə qədər olar axı, qəza orucları, qəza namazları... Bezdim sözün düzü. Hiss elədim ki, özümü zorlayıram. Əslində, içim yorulur. Başqa cür yaşamaq istəyirəm. Oruc tutmaq istəmirəm, namaz qılmağa vaxtım olmur. Axırda qərara gəldim ki, sakitcə öz həyatımı yaşayım.
– Necədi?
– Çox gözəl. Rahatladım. Ailəm, xanımım, uşaqlarım mənim dinimdi. Çox xoşbəxtəm. Özümü elə hey allahın qarşısında borclu, günahkar saymaqdan təngə gəldim düzü. Belə yaxşıdı. Hər halda mənə belə yaxşıdı. Bu dünyada mənə xoşdu, qardaş, o biri dünya olacaqsa, gedib hesabatımızı verərik. Heç kimin pulunu yemirəm, babalını yumuram, balasına şər atmıram. Öz həyatımı yaşayıram.
– Hm... Çox gözəl.
– Düzdü, bir az çətinlik yaradır. Ətraf nə deyər, adamlar səni bu cür qəbul edir, dəyişsən necə qarşılanarsan, nə bilim nə. Ancaq mənim ürəyim sakitdi.
– Mənim də. Mənə də belə yaxşıdı.
– Çox yaxşı. Görüşək bu günlərdə.
– Mütləq görüşək.


Geri dön

angel_sweet

  • 20 dekabr 2011 22:40
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
xebere gore twk

R_A_P_U_N_Z_E_L

  • 8 dekabr 2011 16:55
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
xebere gore tesekkurler

Alone angel

  • 7 dekabr 2011 21:00
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
twk.................

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

ibn xatun_2011

  • 6 dekabr 2011 23:41
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
ÇOX QERİBE.....KİMSE NAMAZSIZ RAHATLIQ TAPIR,KİM İSE NAMAZLA RAHATLIQ TAPIR....BEZEN DEYİRİK NAMAZI ATDIM YENİ QILMAQ İSTEMİREM....ƏSLİNDƏ ALLAH İSTEMİR O İNSANIN DUASINI ....YENİ...HERŞEYİ BİLƏN ALLAHDIR.....

--------------------

wiki

  • 6 dekabr 2011 22:14
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

winxclub_bloom

  • 6 dekabr 2011 21:28
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqli idi,tesekkurlerrrrrrrr

--------------------

.♣.Chrysalis.♣.

  • 6 dekabr 2011 19:37
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk maraqli idi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

ZEHRA

  • 6 dekabr 2011 18:37
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
Təşəkkürlər oxudum

romantik_awk

  • 6 dekabr 2011 18:02
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
twk maraqli idi

--------------------

FLY TIME

  • 6 dekabr 2011 17:39
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twk........

BadZero

  • 6 dekabr 2011 17:32
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Hmmmmmm, təşəkkürlər

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

baku__malik

  • 6 dekabr 2011 17:02
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
cox super coooooooooooxxxxxxxxxxx gozelgi

--------------------
_=+_@!$%%$#

Repery

  • 6 dekabr 2011 16:46
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Tewekkurler xebere gore...Allah Razi olsun..


╔════════╗──╔══╗


╔════════╗──╔══╗

--------------------

Elvin007

  • 6 dekabr 2011 16:29
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
twk edirem sagol xeber ucun fellow

--------------------
▼►►Proqramming◄◄▼

Niqul

  • 6 dekabr 2011 16:22
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
MARAQLI IDI TEWEKKURLER

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

zoluska

  • 6 dekabr 2011 16:20
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
tewekkurler

Okush

  • 6 dekabr 2011 16:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere ve eziyyete gore twk...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}