Aşura günü və Kərbəla faciəsi

 
Aşura günü və Kərbəla faciəsi

Aşura Hicri 61 ilinin Məhərrəm 10-cu günü Peyğəmbər Əfəndimizin (S.A.V) sevimli nəvəsi Hz. Hüseynin (a.s) 72 yaralıyla birlikdə Kərbəlada Yezid əsgərləri tərəfindən şəhid edilməsiylə tam başqa bir dona bürünmüşdür.

O günə qədər sevinc ilə yad edilən Aşura Kərbəla qırğınından sonra kədər, gözyaşı və yas ilə qaynaşan gün halını aldı. Buna görə də indiki vaxtda Aşura deyilincə ağla ilk gələn hadisə Kərbəla faciəsidir. Hz. Hüseynin (a.s) bu torpaqlarda şəhid ediləcəyi xəbərini Rəsulullah (S.A.V) daha həyatda ikən xəbər vermişdir. Bu rəvayətə hədis və tarix kitablarında da rast gəlinir.

Aşura günü və Kərbəla faciəsi

Əhli Beyt ilə səltənət mübarizəsi Hz. Əli (r.anh) ilə Müaviyə dövrünə söykənir. Hz. Əli (r.anh) şəhid edildikdən sonra xilafət vəzifəsi Hz. Həsənə (r.anh) verilir. Hz. Həsən (r.anh) xilafət vəzifəsini ümmətin məsləhəti ilə Müaviyəyə təhvil vermək məcburiyyətində qalır. Müaviyə xilafət müəssisəsini səltənətə çevirmiş, ölmədən əvvəl də bu səltənətini oğlu Yezidə təhvil vermişdi. Müaviyə öldükdən sonra oğlu Yezid İslam diyarlarından biət toplamağa başlayır. Hz. Hüseyn (r.anh) isə ona biat etmir. İlk etapda ailəsiylə birlikdə Mədinədən Məkkəyə gedir. Bu vaxt Kufəlilər arxa-arxaya məktublar göndərərək özünə biat etmək üçün məcburən Kufəyə gəlməsini istəyir. Hz. Hüseyn (r.anh) bunu fürsət bilərək Babasının (S.A.V) xilafət mirasını səltənətə çevirən Əməvi xanədanından bu əmanəti alıb əsl mahiyyətinə qovuşdurmaq məqsədilə ailəsi və qohumlari ilə birlikdə İraqın Kufə şəhərinə doğru hərəkət edir. Seçmə bəzi səhabələr və yaxın qohumları Hz. Hüseynin (r.anh) Küfəyə getməsini uyğun hesab etmir, Küfə xalqının ona yar olmayacağını söyləyərək onu bu qərarından imtina etdirmək istəyirlər. Ancaq rəvayətlərə görə, Hz. Hüseyn yuxusunda babası Hz. Peyğəmbərdən (S.A.V) Küfəyə getmə istiqamətində aldığı işarədən ilham alaraq, qərarından imtina etməyib yoluna davam edir. Halbuki, Küfənin qorxaq və sözündən dönən xalqı verdikləri sözdən dönmüşlər. Hz. Hüseyn (r.anh) tərəfindən daha əvvəl elçi olaraq göndərilmiş olan Müslim b. Axılə (r.anh) sahib çıxmamış, onu tək buraxaraq şəhid edilməsinə tamaşa etmişlər. Hz. Hüseyn (r.anh) acı xəbəri Küfə yolundaykən alır, ancaq yolundan dönmür və Kərbəlaya yollanır. Burada Yezidin ordusu tərəfindən əhatə edilir. Razılaşma üçün iki tərəf arasında bəzi görüşmələr aparılır. Bu səylərdən bir nəticə çıxmayınca döyüş başlayır. Əməvi səltənətinin əsgərləri mərhəmətsizcə bu mübarək birliyə hücum edirlər. Gözü dönmüş əsgərlər 72 mübarək insanı şəhid etdikdən sonra Hz. Hüseyni (r.anh) də şəhid edir və mübarək başını gövdəsindən ayırırlar. 57 yaşındakı bu mübarək bədəndə otuz üç ox yarası ilə otuz dörd qılınc yarası təsbit edilmişdir.

Aşura günü və Kərbəla faciəsi

Kərbəla - Peyğəmbər nəvəsi ilə fasiq Yezidin, hidayət ilə fıskın, ədalət ilə zülmün, xilafət ilə səltənətin, sadiqlər ilə yolundan dönənlərin, qəhrəmanlar ilə qorxaqların, İslam fədailəri ilə dinini dünyasına dəyişənlərin… döyüşüdür.

Kərbəla - Hz. Hüseynin (r.anh) "Əfsus minnə-zzilləh!" (Zillət bizdən uzaqdır!) mübarək sözünün isbat edildiyi ər meydanıdır.

Kərbəla faciəsindən aldığımız bir çox dərslər və mesajlar vardır. Bu mesajların ən əhəmiyyətlilərindən biri Peyğəmbər nəvəsinin bir neçə mübarək insanla Allahın hökmlərini yüksəklərə qaldıran, Müsəlmanları hiyləli yollarla və güc istifadə edərək qorxudub məhv edən şəhvət azğını və sərxoş Yezidin minlərlə şəxsiyyət ordusuna qarşı qıyam etməsidir. Hz. Hüseyn bu rəftarıyla haqqın fasiq və azğınlıq qarşısındakı dayanıqlılıq və dik duruşunu təmsil etmiş, qiyamətə qədər zalımlara qarşı mübarizənin məşəlini yandıraraq “Zillət altında yaşamaqdansa izzətli bir şəkildə Allah (c.c) yolunda ölməyi” bütün nəsillərə dərs olaraq vermişdir.

Aşura günü və Kərbəla faciəsi

İmam Hüseyn aldığı onlarla qılınc və ox zərbəsi nəticəsində yaralanır. Yezidin əsgərləri vəhşiliyə doymur. Və Yezidin komandirlərindən Şimr İmam Hüseynin mübarək başını kəsərək bir nimçə içində Şamdakı sarayında Yezidə təqdim edir. Daha sonra sevimli imamın başı Şam küçələrində gəzdirilir.

Tarixə Kərbəla hadisəsi kimi keçən bu hadisə İslam aləmində tərəfləri dəqiqləşdirmişdi. İmam Hüseyn yalnız həyatıyla deyil, şəhidliyi ilə bütün insanlığa bir mesaj vermişdir. İmam Hüseyn bir simvoldur. İgidliyin, fədakarlığın, məzlum olmanın simvolu. İmam Hüseyn verdiyi mesajda sonu nə olursa-olsun, hec vaxt, amma heç vaxt Yezidə, bu səbəbdən zalıma və onun zülmünə boyun əyməyəcəyini bütün dünyaya şəhidliyi ilə sübut etmişdir. İnsanlıq var olduqca İmam Hüseyn var olacaq.

Bununla birlikdə Hz. Hüseyn (r.anh) və 72 mübarək insanın qırğınını xatırlayıb gözyaşı tökərək özümüzə lazımlı dərsləri çıxarmağa çalışaq İnşAllah.


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:38
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
Tsk!

--------------------
AŞİFTE

:))

  • 23 dekabr 2011 13:54
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
allah razi olsun

B_A_H_A_R

  • 11 dekabr 2011 17:35
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN XEBERE GORE DE SAGOLUN EZİYYET CEKİLİB

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

..::Sevgi Meleyi::..

  • 10 dekabr 2011 14:49
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
allah razi olsun

R_A_P_U_N_Z_E_L

  • 8 dekabr 2011 16:49
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
xebere gore tesekkurler

Ahli-Shia313

  • 7 dekabr 2011 22:24
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.bidene xeberi yerleshdirene sualim var:niye imam Huseyn(eleyhissalam)in adinnan sora (r.anh) yazirsiz?(a.s) yazmirsiz?

--------------------
Каждый день Ашура, Вся земля Кербела!

_Qismet_

  • 7 dekabr 2011 06:23
  • Məqalə: 796
  • Şərh: 832
  • Bal:
{awards}
maraqlidi xeberdi

Narka E-ZaDe

  • 6 dekabr 2011 22:55
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
YENE ESDI QARE ELEMLER
QURULUBDUR MECLISI QEMLER
UCALIB AHU VAY HUSEYN
QERE GEY SESLE YA HUSEYN


Bismillahi Rehmani Rehim
Hezreti Mehemmed Peygember (s) buyurur: "Men Huseyndenem (e), Huseynde (e) mendendir"
Basiniz sag olsun Ya Huseyn Asiqleri.


Qanli çöldür adin Kerbala.Sende yatan canana canim feda Kerbala :((

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

wiki

  • 6 dekabr 2011 21:58
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
Allah rehmet etsin peygemberlerimize ve imamlarimiza

BadZero

  • 6 dekabr 2011 21:49
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Okush

  • 6 dekabr 2011 21:28
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xabere ve eziyyete gore twk

FLY TIME

  • 6 dekabr 2011 21:19
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twk.........

akkabash

  • 6 dekabr 2011 21:11
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
THANKS.....

joyful

  • 6 dekabr 2011 20:47
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

.♣.Chrysalis.♣.

  • 6 dekabr 2011 20:39
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk Allah razi olsun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

..:BaRcA_MeSsI:..

  • 6 dekabr 2011 20:29
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
xebere gore twk.......

angel angel

  • 6 dekabr 2011 20:17
  • Məqalə: 1
  • Şərh: 371
  • Bal:
{awards}
tewekkurler Allah razi olsun

LE_MAN

  • 6 dekabr 2011 20:17
  • Məqalə: 202
  • Şərh: 360
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Delya_91

  • 6 dekabr 2011 20:16
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun,Allah rehmet etsin

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Ku-ku

  • 6 dekabr 2011 20:14
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
allah razi olsun

--------------------

(((SeVdIm.SeVmEdI)))

  • 6 dekabr 2011 20:06
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Есть любовь, похожая на дым;
Если тесно ей - она одурманит,
Дать ей волю - и ее не станет...
Быть как дым,- но вечно молодым.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}