"Hacker ŞEYTAN, virus NƏFS, antivirus NAMAZ!"

 
  • 7.12.2011, 13:28
  • Bölmə: İslam
  • Müəllif: wiki
"Hacker ŞEYTAN, virus NƏFS, antivirus NAMAZ!"

Məscid axundu Abdulla, rəsmi işlərini həll etmək üçün idarəyə gedir.
Ondan şəxsiyyət vəsiqəsi nömrəsi istənilincə, ən yaxındakı internet cafenin
yolunu tutmaq məcburiyyətində qalır. Cafenin qapısından girərkən lövhədə
yazılı olan elan 'SübhanALLAH'-lar,əstağfrullah-lar dedirtdirir axunda, həm də ard-arda:

CEN.NET CAFE
Cafeni işlədən oğlana:
- Oğlum, şəxsiyyət vəsiqəsi nömrəsi istədilər məndən, köməkçi ola bilərsənmi?
- Əlbəttə, dayı, siz buraya oturun, bu işimi dərhal bitirib sizinlə maraqlanaram.

"Hacker ŞEYTAN, virus NƏFS, antivirus NAMAZ!"

Abdulla müəllim başlayır gözləməyə. Beləliklə, olduğu məkanı araşdırma
fürsəti də keçir əlinə. Demək ki, gənclərin girib heç cür çıxmaq bilmədikləri,
internet cafe deyilən yer burasıdır. Gözünə dəyən hər xırdalıqdan narahat
olaraq, narahat baxışlarla ətrafını süzür. Evin zirzəmisində qurduğu siçan
tələləri gəlir ağılına. Kiçik bir pendirə "məhbus" olan siçanlar necə
tələdən çıxa bilmirlərsə, müxtəlif oyun("oyun")lara aludə olan
gənclərin də buradan çıxa bilmədiklərini düşünür. Bir 'SübhanALLAH' daha deyir və:
- Müasir zamanın fitnələridir bunlar...

"Hacker ŞEYTAN, virus NƏFS, antivirus NAMAZ!"

Axundun narahat olduğunu görən cavan dərhal bir stəkan çay deyir.
Abdulla ona çay təklif edilməsindən xoşhal olur.
Heç olmazsa bu da bir hörmət ifadəsidir. 'Afərin' deyərkən içindən, heyfslənir, istəmədən deyir:
- Heyf, gənclər həyatlarını hədər edirlər.

Boşuna heyfslənmənin, bir faydası olmayacağını bildiyi üçün, cavanla dərdləşməyə qərar verir:
- Oğlum, səndən bir şey soruşacağam, amma bilmirəm nə düşünərsən?
- Buyurun əmi, nə soruşacaqdınız?
- Sən Allahı bilirsənmi?

"Hacker ŞEYTAN, virus NƏFS, antivirus NAMAZ!"

Jeleli saçları, hər baxdığında bir 'SübhanALLAH' daha dediyi saqqal
formasında olan bu cavandan aldığı cavab, Abdullahı çox təəccübləndirir.
Cafeni işlədən cavan gülümsəyən gözlərlə baxaraq:
- Qul, onu yoxdan var edib həyat bəxş edən, düşünəcək ağıl, görəcək göz verən Rəbbini necə bilməz, dayı?
Heyrətlə soruşur:
- Bilirsənmi? Yaxşı nə ilə bilirsən Allahı, mənə izah edə bilərsənmi?
Cavan əliylə cafedeki kompüterləri göstərərək cavab verir:
- Bu kompüter ilə bilirəm.
- Bunlarlamı? Başa düşmədim...
- Bu kompüterlərin varlığı mənim nəzərimdə Allahın varlığının ən açıq dəlillərindən
biridir. Kompüter istifadə edənlər çox yaxşı bilirlər, dayı, belə bir şey,
ancaq bir mühəndis və üstün bir texnologiya ilə var ola bilər.
Ateistin ən irəlidə gedənindən soruşsan, bu alətin təsadüfən meydana
gəlməyəcəyini, mütləq kimsə tərəfindən hazırlanmış olduğunu söyləyər
sənə. Məsələn, Darvin xortlayıb dirilsə, bu notebook-u göstərib, desən ki:
'Bu alət, bir kalkulyatorun təsadüflər zənciriylə
təkmilləşdirilmiş halıdır.' Darvin belə 'kimə nömrə gəlirsən?' deyər.

"Hacker ŞEYTAN, virus NƏFS, antivirus NAMAZ!"

Abdulla Müəllim cavan oğlanın izah etdiklərindən xoşhallanmışdır. Xoş halla soruşur:
- Kompüterin özbaşına düzəldildiyini qəbul etməyən adam, onu edən
insanın yaradılmış olduğuna gəlincə "nala, mıxa vurur" eləmi, oğlum?
- Bax, dayı, burada 20 dənə kompüter var, bunlar bir sistemlə bir-birinə bağlıdır,
hamısı bir proqram tərəfindən idarə edilir. Bu sistemi mən qurdum, buranı mən işlədirəm.
Buradakı nizam-intizam mənimdir; Yəni bir sözlə, misalən, buranın tanrısı mənəm.
Bəzən oyun oynayıb, internetdən istifadə edib pul ödəmədən fürsətdən istifadə edib
qaçmaq istəyən olur. Dərhal tutub onları, 'Hara gedirsiniz belə?

Kompüterlərdən faydalanıb pul ödəmədən gedə biləcəyinizi zənn etdiniz?
'Pulumuz yoxdur! ' desələr də; 'Yox! ' deyib cəzalandırıram.
İnternet cafeni təmizlədirəm: şüşələri silib, ayaq yolunu təmizlətdirirəm.
Bir saat oyunun, internetin əvəzi olur, bunun hesablaşması aparılır,
saysız nemətlərlə dolu böyük bir ömürün hesabını soruşmazlarmı insandan?
Bir cafenin belə işlərini təşkil edən, tərtib edən biri varkən,
böyük kainatı qüsursuz işləyən bu sistemin bir qurucusu olmazmı?
- Vallah, oğlum çox qürur duydum sənlə. Yaxşı, Allahı necə bilirsən, neyə bənzədirsən?
-Mən Allahı heç bir şeyə bənzətmədən bilirəm, dayı.
- Bunun belə olacağını necə bildin, oğlum? Cavan əliylə kompüterləri işarə etdi:
- Yenə bunlar sağ olsun. Bu kompüterləri hazırlayan mühəndislər başqa,
kompüterlər başqadır. Bir-birlərinə bənzəməzlər. Proqramı yazan insan başqadır,
ortaya qoyulan proqram isə tam fərqlidir. Kompüterdə yüklənmiş məlumatlar vardır,
lakin mənim bilməyim yenə başqadır. Kamerası vardır,
səs sistemi var, amma mənim gözlərim və eşidib-danışmağım fərqlidir.

"Hacker ŞEYTAN, virus NƏFS, antivirus NAMAZ!"

Abdulla dayı uşağın fərasət və anlayışını çox bəyənmişdi. Soruşduğu suallara aldığı
cavablar, çox məntiqli idi və aydın bir imana işarə edirdi. Əslində buradakı
işi bitmiş, kağızını çoxdan almışdı, amma söhbətə davam etmək istədi.

- Yaxşı, varlığına inandığın Rəbbin üçün nə etməyin lazım olduğuna dair nə bilirsən?
- Nə etməyim lazım olduğunu bilirəm, dayı, lakin nə qədərini edə bildiyim barəsində özümü kafi görmürəm.
- Nə bildiyini söyləsən, nələr edə biləcəyinə dair köməkçi ola bilərəm bəlkə, oğlum.
- Nələr etməyim lazım olduğuna dair şuradan bilirəm əmi: Əvvəlcə, Rəbbim
mənə bir könül vermiş. Onu bilməyi nəsib edib, sevgisini qəlbimə yerləşdirmişdir.
Mən də könülümdə yalnız ONA və sevdiklərinə yer verməliyəm,
ONun istəməyəcəyi şeyləri könülümdən uzaq tutmalıyam. İkinci olaraq mənə verdiyi
dili razı olmayacağı sözlərdən qorumalıyam. Hər vaxt ONU söyləməli,
ONU izah etməliyəm. Son olaraq mənə verdiyi bu bədəni onun razı olacağı şəkildə
istifadə etməli, bir gün torpaq olacaq bədənimi ONun yolunda yaşatmalıyam. Mənim bildiyim bundan ibarətdir.
- Oğlum, daha nə edəcəksən? Başqa bir şey qalmadı ki!
- Dayı, etməliyəm, etməliyəm deyirəm amma, halva, halva deməklə ağız şirin
olmur ki! Gediləcək yolu bilmək ayrı, o yolda gedə bilmək tamam ayrı bir şeydir|
Yenə kompüter diliylə demək lazım olarsa,
Şeytan deyilən lənətlənmiş HACKER, mənim sistemimdəki NƏFS virusunu
aktiv hala gətirir. Öhdəsindən gələ bilənə halal olsun.
Təsirli bir antivirus proqramı tapmaq lazımdır bəlkə də..
- Mən bilirəm, dedi Abdulla Müəllim və əlavə etdi: NAMAZ
- Bəli, dayı, NAMAZ anti-virus proqramlarından biridir. Həyat sisteminə qurub,
gündə beş dəfə də aktivləşdiririk. Beləcə davamlı yenilənir...


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:36
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
Allah Razi Olsun!

--------------------
AŞİFTE

1heyat_1desen

  • 19 dekabr 2011 02:38
  • Məqalə: 143
  • Şərh: 727
  • Bal:
{awards}
Hmm, bilmirdik, öyrəndik.. Təşəkkür..

.♣.Chrysalis.♣.

  • 8 dekabr 2011 18:33
  • Məqalə: 784
  • Şərh: 6328
  • Bal:
{awards}
twk maraqli idi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

R_A_P_U_N_Z_E_L

  • 8 dekabr 2011 16:27
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
xebere gore tesekkurler

zoluska

  • 7 dekabr 2011 16:26
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
sonuna qeder oxudum
tawekkurler

_Qismet_

  • 7 dekabr 2011 16:12
  • Məqalə: 796
  • Şərh: 832
  • Bal:
{awards}
maraqlidi twk

Okush

  • 7 dekabr 2011 15:40
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere ve eziyyete gore tesekkur

Ku-ku

  • 7 dekabr 2011 14:34
  • Məqalə: 267
  • Şərh: 5317
  • Bal:
{awards}
tewekurler

--------------------

BadZero

  • 7 dekabr 2011 14:22
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Hmmm, təşəkkür

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

wiki

  • 7 dekabr 2011 13:34
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
inwallah beyenersiz))))))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}