Mənim zəhərli ətirim (Araşdırma)

 
Mənim zəhərli ətirim (Araşdırma)

Bığları qırxılmış saqqalı gənc şüşə rəflərə düzülmüş kolbalardan cürbəcür ətirli efir yağları götürürdü, qızıl tərəzisində çəkirdi və əlindəki flakona doldururdu. Sonra lazımi qarışıq alındığını düşündü və flakonu onu izləyən qadınlara verdi ki, yoxlasınlar. Bazar ertəsi baş vermiş bu hadisənin cərəyan etdiyi məkan hər hansı bir parfümeriya laboratoriyası deyil, Bakının Qaradağ rayonunda yerləşən "Binə" yarmarkasının əhali axının gur olduğu sıralarından biri idi.

Satıcı efir yağının qramını 60 qəpiyə təklif edirdi. 30 qramlıq flakonu dolduran qadınlar qiymətin aşağı yerini soruşdular, satıcı qramı 50 qəpiyə razılaşdı və sövdələşmə baş tutdu. Lakin bu da qiymətin aşağı yeri deyilmiş, ANS PRESS-in əməkdaşı özünün Gəncədə bu cür mağaza açmaq istədiyini söylədikdə və topdansatış qiymətini soruşduqda satıcı efir yağının qramını 20 qəpikdən, yəni kiloqrımını 200 manatdan təşkil edə biləcəyini söylədi.

Bu məqam Bakının bütün bazar və yarmarkalarında, metro keçidlərində oxşar qiymətlərlə satılan ətirli efir yağlarının keyfiyyətinə şübhə yaradır. Çünki dünya bazarında ətir sənayesində işlədilən efir yağlarının kiloqramı 2 min dollardan 10 min dollara qədər dəyişir. Kosmetika sənayesində işlədilən efir yağları 55-ə yaxın bitkidən mürəkkəb texnologiya ilə alınır və ətir sənayesindən tutmuş qənnadı sənayesinə qədər müxtəlif sahələrdə işlədilir. Efir yağları parfümeriya sənayesi məhsullarına müxtəlif ətirlər vermək üçün qatılır. Müxtəlif ətirlərin tərkibinə 18-30% , tualet sularının tərkibinə 4-10%, odekolonun tərkibinə 1,5%-ə qədər, dezodarantların tərkibinə 3-5% efir yağları vurulur. Tərkibində efir yağı az olan ətirlərin təsir müddəti də az olur.

Kosmetik vasitələrin sertifikatlaşdırılması orqanı "Ekotest"in rəhbəri, kimyaçı-kosmetoloq Leyla Dadaşovanın sözlərinə görə, dükan-bazarda bu cür ucuz qiymətə satılan efir yağları ancaq sintetik mənşəli ola bilər: "Neft məhsullarından müxtəlif efir yağları əldə etmək mümkündür. Onları bir-birinə qataraq müxtəlif ətirlər almaq mümkündür. Bu sintetik efir yağlarını ətir sənayesində işlətmək olmaz, çünki toksiki xüsusiyyətlərə malikdir və bədənə yığılaraq xərçəngə səbəb ola bilər. Həmçinin psarioz kimi sağalması mümkün olmayan xəstəlikləri də oyada bilər".

"Ekotest"in rəhbəri yalnız efir yağlarının deyil, Azərbaycanın kosmetik məhsullar bazarında satılan məhsulların böyük hissəsinin bu cür yararsız məhsullardan ibarət olduğunu söyləyir: "Əslində bazarda satılan kosmetik məhsulların hamısı bizdə sertifikatlaşdırılmalıdır. Bərk sabunu çıxmaqla, bütün şampunlar və gellər, ətirlər və odekolonlar, kremlər və dekorativ kosmetika vasitələri sertifikat almadan bazara girə bilməz. Bu funksiya bizə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən verilib. Qiymətlərimiz də elə baha deyil, sənədləri qaydasında olan bir məhsula görə 50 manat alırıq, analiz tələb olunanda xidmət haqqı bir qədər qalxır. Lakin ticarətçilər sertifikatlaşdırmaya gəlmək istəmirlər, yəqin ki, məhsulları keyfiyyətsizdir və ya saxtadır, bu üzdən bizdən qaçırlar",- deyə Leyla Dadaşova vurğulayır.

Nazirlər Kabinetinin (NK) 343 saylı qərarına görə isə ölkəyə sertifikatsız kosmetik vasitələrin gətirilməsi qadağandır. Yəni ölkəyə hansısa kosmetik vasitəni gətirmək və ya istehsal etmək istəyən iş adamı mütləq öz məhsuluna sertifikat almalıdır. SMPDK-dan ANS PRESS-ə verilən məlumata görə, başqa cür ola bilməz, çünki insanlar kosmetik vasitələrlə hər gün təmasda olurlar və bu cür keyfiyyətsiz məhsulların təsiri çox zərərli ola bilər. Yəni NK-nin bu qərarına görə sertifikatı olmayan məhsullar Azərbaycana daxil ola bilməz.

Lakin bazarda aparılan marketinq araşdırmaları bütün bu qadağalara baxmayaraq, əksər malların Azərbaycan bazarına sertifikatsız girdiyini ortaya çıxarır. Leyla Dadaşovanın sözlərinə görə, bir Azərbaycan qadını il ərzində orta hesabla kosmetik vasitələrə 500 manat, kişilər isə 200 manat pul xərcləyir. Ölkədə kosmetika işlətmək yaşında təxminən 3 milyon kişi və 3 milyon qadın yaşayır. Yəni Azərbaycan bazarında qadınlar üçün hər il orta hesabla 1,5 milyard manatlıq, kişilər üçün isə 0,6 milyard manatlıq, yəni toplam 2,1 milyard manatlıq kosmetik vasitələr satılır. Bu məhsulların demək olar ki, əksəriyyəti xaricdən gətirilir, yerli istehsal 1%-in altında olacaq səviyyədə azdır. Bu məbləği Dövlət Statistika Komitəsinin məlumatı ilə tutuşdurduqda dükan-bazarda satılan məhsulların 80%-nin sertifikatsız saxta məhsullar olduğu ortaya çıxır - rəsmi statistikaya görə, hər il ölkəyə gətirilən kosmetik vasitələrin toplam məbləği 400 milyon manatı keçmir. Bu rəqəm sertfikat alan məhsulları nəzərdən tutur.

Göründüyü kimi, hər il Azərbaycan istehlakçısı 1,7 milyardlıq manatlıq zərərli kosmetik vasitələrlə təmasda olmağa məcbur olur. Həmçinin hər il 2 milyard manata yaxın vəsait ya ölkədən çıxarılır, ya da ucuz saxta məhsulu idxal qiymətindən dəfələrlə baha satan möhtəkirlərin əlinə keçir. ANS PRESS-in yarmarkalarda apardığı araşdırmaya görə, möhtəkirlər idxalı 3 manata başa gələn saxta ətirləri topdansatış 6-7 manata və pərakəndəsatışda 12 manata təklif edirlər.

Ölkəyə bu cür mallar isə Çin, Dubay və Türkiyədən gətirilir. Çin malları çox ucuz və həddindən artıq təhlükəlidir. Rusiya parfümeri Oleq Çazovun dediyinə görə, belə kosmetik məhsulların tərkibində hətta xlor-sian freon qazlarına rast gəlinir. Xlor-sian qazları çox zəhərlidir və orta əsrlərdə fransızlar tərəfindən döyüş zəhərləri kimi istifadə edilirdi. Freon isə zəhərli olmaqla yanaşı həm də ozon qatını dağıdır. Belə kosmetik məhsullar allergiyadan tutmuş sağalmaz xoralara qədər çox şeyə səbəb ola bilər. Dubay və Türkiyə mallarında isə tərkibin düzgün olmaması və sair ilə yanaşı formalinin çoxluğu da müşahidə edilir. Formalin bu məhsulların tez xarab olmaması üçün vurulur və onun çoxluğu da xərçəngə səbəb olur. Formalin bədənlə təmasda ona nüfuz edə bilər, bədəndə yığılaraq yad cismə çevrilə bilir. Avropa Kosmetika Assosiasiyası (COLİPA) buna görə kosmetik vasitələrin tərkibində formalinin miqdarının 0,5%-dən çox olmasını qadağan edir. Halbuki araşdırmalar hətta dünyada məşhur brendlərin belə Azərbaycana gətirilən məhsullarında formalinin miqdarının 1%-dən çox olduğunu göstərir.

Leyla Dadaşovanın sözlərinə görə, formalin kosmetik vasitələrin yararlılıq müddətini artırır, çünki mikroorqanizmləri də öldürür. "İş adamları bilərəkdən fomalini artıq istəyirlər ki, məhsulu uzun müddət sata bilsinlər. Azərbaycanın sertifikatsız mal gətirən iş adamlarının digər bir özəlliyi isə kosmetik məhsulların tərkibinə vurulan efir yağlarının və digər faydalı qatışıqların bilərəkdən azaldılmasıdır. Bununla onlar qiyməti xeyli ucuzlaşdırırlar",- deyə "Ekotest"in rəhbəri vurğulayır. Bunu qərbə gedən adamlar da rahatca hiss edirlər. Məsələn, Londonda 3,5 funta və Azərbaycanda 3 manata satılan eyni brend şampunların keyfiyyətləri arasında böyük fərq var.

Bazara nəzarət zəif olduğundan "Ekotest"in rəhbəri Azərbaycan vətəndaşlarına hələ ki, şəxsi təcrübələrinə əsaslanmağı məsləhət görür: "Brend dükanlardan mal alsınlar, onların məhsullarının hamısı olmasa da, çox hissəsi sertifikatlaşdırılıb. Əldən mal almayın, alanda da yoxlayın, ətiri çox qalmayanlardan vaz keçin. Kosmetik vasitə öz təsirini 24 saat itirməməlidir",- deyə Leyla Dadaşova vurğulayır.

Lakin bu məsələdə ən ağrılı tərəflərdən biri də ölkənin qeyri-neft sektorunun hər il təxminən 2 milyard manatlıq sifariş itirməsindədir. Azərbaycanın neft gəlirlərinin ildən ilə azalacağı yaxın illərdə bu sektora sərmayə yatırılması həddindən vacibdir. Leqallaşan bu sektor ölkə büdcəsinin gəlirlərində neftdən kənar sektorun payını da artıra bilər.

Hələliksə, bu sahədə yalnız bir neçə yerli iş adamı işləyir və onların məhsulu xarici analoqlarından heç də geri qalmır. Məsələn, Azərbaycanın ilk və yeganə parfümeri olan Fəxriyyə Xələfova qadınlar üçün Azərbaycanın ilk ətirini bazara çıxarıb ki, hazırda bu məhsul brend mağazalarında uğurla satılır. Hazırda Fəxriyyə xanım qadınlar üçün məhdud sayda istehsal ediləcək ətirin və kişilər üçün ilk Azərbaycan ətirinin üzərində işləyir. Dəriyə qulluq sahəsində isə yalnız bir şirkət - "Qazelli" şirkəti işləyir. Şirkətin kütləvi satış üçün nəzərdə tutulmuş texnologiya ilə hazırladığı dəriyə qulluq vasitələri elə də baha deyil.

Lakin hər iki brendin məhsulları elə də çox deyil və bazarın hətta 0,5 faizini tutmaq iqtidarında deyillər. İnsanlar isə hələ ki, dükan və bazarlardan keyfiyyətsiz ətirlər, odekolonlar və dezodarantlar, diş pastaları, şampunlar almaqda davam edirlər. "Ekotest"in rəhbəri Leyla Dadaşova bu durumu dəyişməyə çağırır: "Elliklə bu məhsulları serifikatlaşmağa məcbur etməliyik. Ucuz və yararsız məhsullar bazardan çıxmalıdır ki, keyfiyyfətli məhsulların ölkə daxilində istehsalını təşkil etmək mümkün olsun. Hər bir kəs mağazadan hər hansı kosmetik vasitə alarkən sertifikat tələb etməlidir".

Sonda xatırladaq ki, bu yaxınlarda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Q.Qarayev prospekti, 61c ünvanında fəaliyyət göstərən “Oriflame” şirkətində qanunsuzluqlar aşkarlanmışdı. Şirkətdə parfüm və kosmetik məhsulların təbliği, qablaşdırılması, satışı zamanı istifadə olunan bütün reklam daşıyıcılarında haqsız və qeyri-dəqiq reklama, habelə istehlakçıların hüquqlarının pozulmasına yol verildiyi müəyyən edilib.

Məhsulların reklamı zamanı müvafiq təsdiqedici sənədlər olmadan məhsulların təbii xammaldan hazırlanması və İsveç məhsulu olması barədə “təbii İsveç kosmetikası” və “natural Swedish cosmetics” sözlərindən, həqiqətə uyğun olmayan “30% miqdarında dərhal gəlir əldə edin” ifadəsindən, eləcə də müvafiq təsdiqedici sənədlər olmadan “ən” terminindən istifadə edildiyi müəyyən edilib.

Qeyd edək ki, qanun pozuntularının aradan qaldırılmasına dair Dövlət Xidməti tərəfindən “Oriflame” şirkətinə icrası məcburi göstəriş verilib və şirkətə xəbərdarlıq edilib.

Deməli, eyni tədbir digər ticarət obyektlərində, metro keçidlərində, yarmarkalarda və məşhur brend mağazalarda da görülə bilər. Nədənsə, aparılmır və bu malların gömrük məntəqələrindən Azərbaycana necə girməsi də qadağandır. Axı, Nazirlər Kabinetinin qərarı ilə sertifikatlaşdırılmamış malların ölkəyə gətirilməsi qadağandır?..

Mənim zəhərli ətirim (Araşdırma)


Geri dön

nar_18

  • 14 dekabr 2011 13:14
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
teshekkurler ama men etirlerimi burdan almiram

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

R_A_P_U_N_Z_E_L

  • 8 dekabr 2011 16:15
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
xebere gore tesekkurler

Alone angel

  • 7 dekabr 2011 22:05
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
tşk.............

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

joyful

  • 7 dekabr 2011 21:01
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
xebercun tewekkur.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

... Deryam ...

  • 7 dekabr 2011 19:45
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Mən ətirlərimi Azərbaycannan almıram , ən bahalısını belə alannan sonra keyfiyətsiz olduğu məlum olur, qaldı ki, 60 qəpiklik keyfiyətli ola belay

--------------------

jalicka...

  • 7 dekabr 2011 19:21
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
twkkkkkkkk

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

ASMIYA

  • 7 dekabr 2011 18:43
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
belay feel winked TESEKKUR

--------------------


.♣.Chrysalis.♣.

  • 7 dekabr 2011 18:34
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
geydirmeni baxir harda satillar

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Elvin007

  • 7 dekabr 2011 18:22
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
twk xeber ucun sagol bully

--------------------
▼►►Proqramming◄◄▼

Ayliw

  • 7 dekabr 2011 18:04
  • Məqalə: 0
  • Şərh: 158
  • Bal:
{awards}
maraqli idi twklar

Naxcione85

  • 7 dekabr 2011 18:01
  • Məqalə: 2
  • Şərh: 8
  • Bal:
{awards}
Maraqlidir twk

--------------------
For-Forward.Tk-Saytının Admini!

winxclub_bloom

  • 7 dekabr 2011 17:53
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqliydi,tesekkurlerrr

--------------------

BadZero

  • 7 dekabr 2011 17:46
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Hmmm, təşəkkürlər

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Ku-ku

  • 7 dekabr 2011 17:35
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
emeye hormet

--------------------

C.I

  • 7 dekabr 2011 17:26
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
twk....................

--------------------

zoluska

  • 7 dekabr 2011 16:46
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
hamisi cinin geydirme mallaridir ozleri kimi
cin oz yaxsi malini satir ya baha ya da ozune saxlayir geydirmelerini ise ora-bura ya da a-cana bizimkilerde ikirlesmirki bu ziyandir axi eh ne danisasan

111_Shawmn Michaelais_111

  • 7 dekabr 2011 16:46
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
teşekkürler

--------------------


_Qismet_

  • 7 dekabr 2011 16:42
  • Məqalə: 796
  • Şərh: 832
  • Bal:
{awards}
gozellllllllllllllllllllll

Okush

  • 7 dekabr 2011 16:41
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eziyyete gore tesekkurler

SeL_cAn

  • 7 dekabr 2011 16:38
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
Maraqlı xəbər çun
TŞK

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

ANGELS

  • 7 dekabr 2011 16:35
  • Məqalə: 0
  • Şərh: 400
  • Bal:
{awards}
ilk serh menden tesekkur

--------------------
yeni il
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 49

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}