Yeni ildə bayram xərcləri

 
Yeni ildə bayram xərcləri

Qarşıdan yeni il – 2012 gəlir. Yeni ili qarşılamaq əyləncəlidir və bu bayram çoxlarının ən sevimli bayramlarından biridir. Hamımız bayramın yaddaqalan keçməsini, həyatımızda xoş və isti xatirələr qoyub getməsini istəyirik.

Müasir dövrdə bayramı unudulmaz etmək elə də çətin deyil. Bunun üçün hər cür orijinal hədiyyələr, suvenirlər satışda bol olur, ucuz çin mallarından tutmuş bahalı avropa mallarına qədər... Hətta istəsəniz Şaxta baba və ya Santa Claus da təşkil edə bilərsiniz. Bəli bunların təşkili asandır, bir şərtlə ki, bunlara sərf ediləcək məbləğdə pul olsun. Ona görə də bəzən deyirlər ki, bayram uşaqları sevindirdiyi halda, böyüklər üçün bir o qədər də sevindirici olmur, hətta dərd olur. Bayram nə qədər orijinal, təmtərqlı keçirilsə, bir o qədər çox pul sərf ediləcək. Bəs nə qədər?

Pul əsasən nələrə xərclənir?

Yeni il oyuncaqları... Əgər yeni il ağacınız yoxdursa və ya köhnədirsə onu yenisi ilə əvəz etmək istəyirsinizsə əlinizi cibinizə yaxşıca salmalısınız. Hələ təzə oyuncaqlar, işıqlar, zərlər, şarlar, bengal alovları və s kimi ilk öncə gözə xırda-xuruş xərclər kimi görünən əşyaların hesabını vurub çıxdıqda sonda görürük ki, ümumi xərc heç də göründüyü qədər də xırda deyilmiş.

Süfrə açmaq.... Qonaqlarınız çox olacaqsa deməli, sizə daha çox xərc düşəcək. Ən zəruri ərzaqları alıb, çox sadə süfrə də açmaq olar. Və yaxud çeşid-çeşid təamlarla süfrənizi bəzəyə də bilərsiniz. Yenə də hər şey cibinizdən asılıdır. Yeri gəlmişkən, çox təəssüf ki, bayram qabağı Azərbaycanda qiymətlər əksər hallarda kəskin artırdı., görək bu il necə olacaq... Həmçinin yetərincə xərc çəkib əziyyətsiz də yeni ili qarşılaya bilərsiniz, məsələn hər hansı bir restoranı seçməklə. Keçən ilin statistikasına görə restoranlarda göstərilən xidmətin qiyməti orta hesabla hər adambaşına 40-100 AZN, dekabr ayının 31 və yanvar ayının 1-də təşkil olunmuş şənliklərdə isə 50-250 AZN olmuşdur. 2008 il bayram ərəfəsində həmin rəqəm 30-100 AZN, dekabr ayının 31 və yanvar ayının 1-də təşkil olunmuş şənliklərdə isə 100-250 AZN olub.

Yaxınlarınız üçün hədiyyə almaq...Bu da yeni il büccəsinə aid olan xərclərdəndir. Satışda da hər çür qiymətdə hədiyyələrə rast gəlmək olar. Ən xırda suvenirlərdən tutmuş ən bahalı hədiyyələrə qədər. Seçim sizdən asılıdır, hətta istəsəniz avtomobil də hədiyyə edə bilərsiniz))) Arzular böyük, imkanlar isə məhduddur.

Yeni il gecəsi üçün aldığımız yeni geyimlər...Bizi ən çox narahat edən və xərcə salan məqamlardan biridir. Yəqin ki çoxumuza da tanış bir “dərddir”. Məktəbdə, universitetdə və ya yeni il tədbirlərə hazırlığın əsas hissəsini elə geyimlərə, ayaqqabılara və s ayırdığımız xərc və vaxt təşkil edir.

Səyahət...Bəziləri isə, yeni ilinə daha bir yenilik qatıb xarrici ölkələrə səyahət edərək, bayramı fərqli atmosferdə keçirməyə üstünlük verirlər. Bu da kifayət qədər xərc deməkdir.

Beləliklə, bayrama hazırlığa əksər hallarda planlaşdırdığımızdan daha çox pul xərcləməli olurlar. Bəzən mövcud imkanlar həddini aşıb borca-xərcə düşənlər də olur. Hər nə olsa da axı onlar da öz balalarının gözündə əsl yeni il sevincini görmək istəyirlər.

Bəs siz bu siyahıya daha nələri əlavə edə bilərsinizvə yaxud siyahıda nələrə pul xərcləməyi artıq hesab edirsiniz?
Yeni ildə mövcud qiymətlər sizi qane edirmi, Azərbaycanda bayramda qiymətlər münasibdirmi?


Geri dön

Alone angel

  • 8 dekabr 2011 20:37
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
tewekkurler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Nurlan 98

  • 8 dekabr 2011 16:43
  • Məqalə: 0
  • Şərh: 216
  • Bal:
{awards}
Mənim heç nədən xəbərim olmur , hər şeyi evdəkliər hazırlayır laughing
Pulum olsaydı Bakıya səyahət edərdim winked

--------------------
Gördüyünü hər kəs sevər, sən onda heç kimin görmədiyini tapacaqsan. Əgər əsl sevgi istəyirsənsə; bədənə deyil, ürəyə toxun.

.♣.Chrysalis.♣.

  • 8 dekabr 2011 16:39
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
bayramda her sey bahalasir ister erzaq istersede geyim

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

R_A_P_U_N_Z_E_L

  • 8 dekabr 2011 14:50
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
{awards}
xebere gore tesekkurler

eldarado

  • 8 dekabr 2011 14:39
  • Məqalə: 7
  • Şərh: 77
  • Bal:
{awards}
men bakida olmuyacam bayranda amma eybi yox Moskvada daha yaxsi kecirdilir bayram ehval ruhiyyesi yasanir artiq yolkalarda qurulub hec ne de bahalasmir bizim milet bayramdan istifade ederek her seyin qiymetini qaldirir fikirlesen yoxdu ki kasiblar ne etsin hec ne almaga gucu olmur axi

--------------------
Vacib o deyil ki, sənin həyatında neçə gün qalıb. Vacib odur ki hər günündə nə qədər həyat var.

_BİTANESİ_

  • 8 dekabr 2011 14:34
  • Məqalə: 579
  • Şərh: 1624
  • Bal:
{awards}
Yeni il oyuncaqları... Əgər yeni il ağacınız yoxdursa və ya köhnədirsə onu yenisi ilə əvəz etmək istəyirsinizsə əlinizi cibinizə yaxşıca salmalısınız.

Ehh deme eeee.. Oyuncaqları Yolkadan bahadı...))
Süfrə açmaq....
Həmçinin yetərincə xərc çəkib əziyyətsiz də yeni ili qarşılaya bilərsiniz, məsələn hər hansı bir restoranı seçməklə.

Eşşşşi evim-evim güzel evim...)) Öz evim her restorannan eladı
Yaxınlarınız üçün hədiyyə almaq...
Seçim sizdən asılıdır, hətta istəsəniz avtomobil də hədiyyə edə bilərsiniz)))

Men heç kime hediyye falan almıram,hele qalsın avtomobil..)) Ama mene hediyye edilse pis olmaz.. wink (hazıra naziremeeeeeeee)
Yeni il gecəsi üçün aldığımız yeni geyimlər...

Eşi neyim var onuda geyinirem, bilmeremeeee...)) Onsuzda ne geyinsem qeşengem onu bilirem... lol
Bəs siz bu siyahıya daha nələri əlavə edə bilərsinizvə yaxud siyahıda nələrə pul xərcləməyi artıq hesab edirsiniz?
Yeni ildə mövcud qiymətlər sizi qane edirmi, Azərbaycanda bayramda qiymətlər münasibdirmi?

Düzdü bayramqabağı herşeyin qiymeti bahalaşır ama paltar makiyaj bele şeylerde bayram endirimleri olur..Kızlar daha iyi bilir..)) Bu bakımdan çok iyi oluyo işte... lol
Sabahdan başdıyram uje qastrola.. wink wink wink

--------------------
AŞİFTE

Elvin007

  • 8 dekabr 2011 14:05
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
ela saqol xeber ucun twk fellow

--------------------
▼►►Proqramming◄◄▼

jalicka...

  • 8 dekabr 2011 13:59
  • Məqalə: 0
  • Şərh: 698
  • Bal:
{awards}
ayy men cox sevirem bayramlari 2012 ci ilde sebirsizle gozlwyirem

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

BadZero

  • 8 dekabr 2011 13:50
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
heç xoşlamıram daaa bayramları

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 84

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 296
 
Darling
Xəbərləri: 34
Cəmi: 919
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 578
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 301
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 53
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}