Bəzən özündən xəbərsiz Sevərsən

 
Bəzən özündən xəbərsiz Sevərsən


Bəzən özündən xəbərsiz Sevərsən ... Qarşılığı olmadan Sevərsən... Ümidlə gözləyərək Sevərsən... Qarşılıqsız sevginin ağrısı hər gün damla-damla dolar ürəyinə... Günlər keçdikcə o sənin ürəyinin ən dərinliyində məskən salar. Çünki ağrını daha dərindən hiss edirsən... Bəzən düşünürsən layiq deyil sevgimə unutmalıyam... Bəzən ətrafdakılar Sənin süni gülüşünü görərkən Səni bu sevgini unutmağını istərlər. Onların sözləri sanki bütün həqiqətləri Sənə sübut edir. Ən əsası Sənin bildiyin lakin qəbul edə bilmədiyin həqiqətləri qılınc kimi yaranın üstündən keçirərlər. O həqiqətlər ki, qarşılıqsız sevgini Sənin ağlında, ürəyində, düşüncəndə, ümidində, xəyalında, arzunda əks etdirir... Sonra Sən də anlayırsan ki, bu sevgini unutmalısan. Sənə, sevginə layiq olmayan birini qəlbindən, ürəyindən, ağlından silməlisən... Günlər keçsə də ürəyindəki nə sevgi nə ağrı azalmayır, düşüncəndəki onun varlığı itmir... Ətrafdakıların ərköyün gülüşləri ilə "Sən hələ unutmadın?" sualları gözünün önündə onu canlandırır... Ağlın daha sərt şəkildə söyləyir "Unutmalısan". Sanki ürəyində artıq anlayır ki, unutmalıdır... Amma...

Gəlin təsvir edək ki, ürəyimiz pilləkənlərdən ibarətdir. Ən yuxarı pilləkəndən başlayaraq ürəyin ən dərinliyinə pillə-pillə enək.
Ən yuxarı pillə - "Unutdum artıq, Mənim sevgimə layiqli deyildi" söyləyir
Bir pillə aşağı enək - "Artıq düşünmürəmki..." söyləyir
Bir pillə aşağı enək - "Unudacağam, bacaracağam, unudacağam" söyləyir...
Bir pillə də aşağı enək -"Unutmalıyam? Niyə? Məni sevmir deyə?" söyləyir...
Bir pillə də aşağı enək - "Hələ də ümidlə gözləyirəm" söyləyir...
Son pilləyə ürəyin ən dərinliyinə enək - "Mən hələ də onu sevirəm..." söyləyir

Bəzən Biz unutdum desək də ürəyimizin ən dərinliyində bunu qəbul edə bilmirik... Ürəyimizin dərinliyində bir ümid yaşayır... O ümid hamıdan gizlənir... Hətta özümüzdən belə gizlənməyi bacarır... Bəlkə də o gizlənmir sadəcə Biz axtarmayırıq... Oyundakı kimi o gizlənir Biz isə axtarmaq əvəzinə gözümüzü yumub gözləyirik... gözləyirik...


Geri dön

.♣.Chrysalis.♣.

  • 29 dekabr 2011 22:30
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
TWK EZIYYETE GORE

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Ulya

  • 15 oktyabr 2010 13:57
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
gozel yaziya gore tesekkur

Azeri_Gozeli

  • 14 oktyabr 2010 20:29
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
recourse recourse

--------------------

ELEGANT

  • 14 oktyabr 2010 17:24
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
{awards}
RAZIYAM.UREK BEZEN AGILA GELMEZ YERDEN INSANA AGAH OLUR feel

--------------------
BİR GÜNÜNÜZÜ ONLARA AYIRIN! BİR GÜN ONLARI SEVİNDİRİN!

sevgi yalandir

  • 14 oktyabr 2010 16:38
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler ela

duzdu bezen urek sevirem dil ise mecburdan sevmirem deyir recourse

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 35

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}