Günəşin ilk doğuş anı...

 
Günəşin ilk doğuş anı...

Günəşin o ilk doğuş anına ən son nə vaxt şahid oldun?
Şüasınının bütün bədəninə yayılmasını nə vaxt hiss etdin?
Bir bahar səhəri, o ilıqlığı nə vaxt hiss etdin ürəyində?
Bizlər, əslində bizə hər günün bir hədiyyə olduğunu dərk etməyəcək qədər
laqeyd bir şəkildə keçib gedirik bu həyatdan...

Hansınız səhər
gözünü açdığında bunu dünyaya təkrarlayır: "Bu gün xüsusi bir gündü, çünki mən
bu gün də yaşayıram. Gözlərim açıq, ilk nəfəsimi şüurlu bir
şəkildə çəkdim içimə. Bu gün xüsusi bir gün, bəli,
bu gün mənə bir gün daha yaşama şansı verildi..."

İnsan həyatında nə problemlər var... Amma biz istədiyimiz hər hansı bir
əşyanı ala bilmədik deyə, bütün günü o gözəl
ruhumuza və bədənimizə əzab çəkdirməklə keçiririk. Ya sevgilimiz
sevgimizin ucalığını anlamadı deyə özümüzə əzab veririk, ya sular kəsildi deyə,
və ya hava soyudu deyə, bütün gün özümüzə və sevdiklərimizə üzümüzü turşuduruq...

Bir də belə düşünək: Siz bir həyatsınız və həyatda üstəsindən gələ
bilməyəcəyimiz tək şey ölümdür. Sular əlbəttə gələcəkdir. Soyuq hava üçün
bir az daha möhkəm geyinə bilərik. Sevgiliniz sizi
anlamırsa, əslində sevginizə layiq olmadığını, çox rahat
qəbul edə bilərsən...

Yaxşı, bu həyata nə vaxt gülümsəyəcəksən? Nə vaxt
özün üçün bir şeylər edəcəksən? Ən sevdiyin çiçəyi niyə hələ
başqalarından gözləyirsən? Bu gün özünə niyə o çiçəyi almlrsan? Niyə
bir səhər təbiətin oyanışına özünü şahid etmirsən? Unutma ki bu həyatı
gözəlləşdirəcək olan da, çəkilməz hala gətirəcək olan da sənsən.
Əsla başqalarını günahlandırma...

Artıq hər səhər ürəyinə böyük gülümsəmələrlə dolu bir nəfəs al və
bütün gün verdiyin hər nəfəsin içinə bu gülümsəmələrdən qataraq,
ətrafındakı bütün canlı varlıqları, varlığından xəbərdar et.
Həyata boş yerə gəlib və boş yerə getmə...

Unutma ki bir ağacın gövdəsinə
sarıldığında, onun ürək atışlarını duya biləcək qədər həssas yaşamaq sənin
əlindədi. Hər nə olursa olsun, tanı və ya tanıma amma sabahın xeiri və
gülümsəməyini heç bir canlıdan əskik etmə. Unutma sən bu dünyada başlı-başına
bir həyatsan və buna görə belə varlığın çox xüsusidi.....

Bu gün yaşamağa hazırsan?


Geri dön

Azeri_Gozeli

  • 16 oktyabr 2010 18:49
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
Ulya,
Grace_Angel,
Rufik,
love

--------------------

Ulya

  • 15 oktyabr 2010 13:54
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
suoer cox sagol

Grace_Angel

  • 14 oktyabr 2010 15:13
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler maraqlidir......

--------------------

Rufik

  • 14 oktyabr 2010 14:49
  • Məqalə: 273
  • Şərh: 661
  • Bal:
{awards}
Təşəkkürlər mən bu sətirlərdə özümü tapdım...

--------------------
<i>Когда девушка начинает беседу словами «Ты правда очень хороший парень…», — можешь собирать вещи.</i>


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}