Cins paltar

 
Cins paltar

Dar cinslərdən tutmuş enli cinslərədək hamısı bu gün dəbdədir.
Hər bir hava şəraitindən, bütün dəb şıltaqlıqlarından asılı olmayaraq qarderobumuzda cins həmişə yuxarı asılqandadır. Niyə?
Əsr yarımdır, bu geyim növünə sevgi azalmır. Niyə?
Əvvəla, əfsanəvi dərəcədə universal geyimdir. İkincisi əyinə ideal oturan cinslər yaxın dost kimi səni heç vaxt, heç yerdə darda qoymaz.
Belə cinslərin bu gün əsas 5 növü mövcuddur:
1. Dar skinny cinslər
2. Düz cinslər
3. Enli cinslər
4. ultra-ceqqinslər
5. Boyfriend jeans

Sözsüz dar skinny cinslər zəmanəmizin əsas qəhrəman geyimidir. Belə cinsləri tufli və yay ayaqqabılarla ayaqda çox gözəl gürünür, hətta bir qədər cəlbedici görünür. Bu dəbin gözəlliyini, yaraşığını görmək istəyirsinizsə Viktoriya Bekhemin və yaxud Keyt Mossun stilinə nəzər salın.
Belə cinslər bədənin qamətindən asılı olaraq kişisayağı dar pencəklə yaxşı görünür.
Düz cinslər isə, bütün dövrlərdə klassik geyim forması olaraq qalır. Belə cinslər istəhilən vaxt klassik şalvarları əvəz edə bilər. Belə şalvarlarla tək köynək və istənilən ayaqqabı da geyinmək olar. Üstünlüyü bir də ondadır ki, belə cins şalvarlar ayaqları ilk baxışdan uzunsov göstərir.
Enli cinslər bizi 60-cı illərin hippi xatirələrinə aparır. Bu illərdə klyoş-cinslər çox dəbdə idi. Əsas aksessuarları qolbaq, təbii dəridən olan çantalar, platformalı ayaqqabılar olan cinslər bu gün də dəlicəsinə dəbdədir.
Ceqqins — illərin dəbdə inqilabi kəşfdir. Bu ad cins leqqins və adi cinslərin birləşməsindən hazırlanıb. Belə cinsləri Lindsi Lohan kolleksiyasında tanış olmaq olar. Belə cinslərlə dükan, bazara getmək olar. Ceqqinsləri ultra qısa donla və yaxud uzun köynəklə geyinmək olar.
Boyfriend jeans. Belə geyimli cinsləri xanımlar çox sevir. Kişisayağı, düz, enli-geniş cinslər bu gün daha çox dəbdədir. Belə geyimlər kətan, pambıq maykalarla və kişi aksessuarları :şlyapa, botinka ilə yaraşıqlı görsənir.
Bəstəboy qızlar belə cinsləri geyinəndə çox ehtiyatlı olmalıdır. Çünki boyfriend cinslər xanımların ayaqlarını qısa, boyunu isə daha bəstə göstərir.
Denim (cins parça) çoxdandır ki, təkcə şalvar tikilən material deyil. Hazırda istənilən geyim növünü, hətta aksesuarları denimdən hazırlamaq mümkündür.

Yubka

Cins yubka dəbə ötən əsrin 70-ci illərində gəlib. 80-90-cı illərdə cins yubkanı bütün dünyada qarderobun qeyri-rəsmi geyim növü kimi geyinməyə başladılar. O zaman yubkanın uzunluğu dizə qədər, forması isə düz olurdu. Həmçinin diskotekalarda çox məşhur olan mini-variantlar da var idi. Özünə cins yubka almaq istəyən xanım bir neçə kriteriyə əməl etməlidir: onun forması bədən quruluşuna uyğun gəlməlidir. Hətta nazik denim belə kifayət qədər bərk parçadır, ona görə də artıq çəkinizi örtəcək silkələnən yubka əldə edə bilməyəcəksiniz. Cins yubka həmişə omba hissədə tam oturur, onu həqiqətən vurğulamaq istədiynizi yaxşı düşünün.

Paltar

Cins paltar qarderobun must-have (mütləq olmalı) geyim növləri arasındadır. Dizaynerlər cins donu hündürdaban platforma və çoxlu zəncir bəzək əşyaları ilə uyğunlaşdırmağı məsləhət görürlər. Cins sarafan səyahətdə, istirahətdə və sadəcə şopinq zamanı köməyinizə çatacaq. O, rahatdır, hərəkətlərinizi məhdudlaşdırmır. Qarderobun sadə predmeti sayılan cins paltarlar yay və payızda çox aktualdır. Ötən il kantri üslubunda tikilən donlar, hazırda hippi üslubuna uyğunlaşdırılır.

Jaket

Bu mövsüm 70-ci illərdə olduğu kimi cins jaketlər çox dəbdədir. Onun populyarlığı onunla izah olunur ki, belə jaketi demək olar, hər şeylə uyğunlaşdırmaq olar — sadə ağ topla, şalvar və uzun romantik ətəklə, hər şey seçilən modeldən asılıdır. Cins jaket rahat, praktik və yüngüldür. Onu həm cins şalvarla, həm də istənilən başqa geyimlə uyğunlaşdırmaq olar. Jaket geyiminizi tamamlayacaq, yay və narın payız yağışından qoruyacaq.

Şalvar

Bu ilin lideri boyfriends jeans, yəni kişi şalvarı üslubunda olan cinslərdir. Belə cinslərin fasonu kişi cinslərinə maksimal dərəcədə uyğunlaşdırılıb. Adətən düz formada olub, hərəkəti məhdudlaşdırmır, bədən ölçülərini vurğulamır. Belə cinslər, adətən ətəyi qatlanmış formada, bosonojka və nazikdaban tuflilərlə geyilir. Yay istirahətində onları səndəl və sadə topla, payızda isə pencək və batilyonla geyinmək olar.
Beləliklə hər zövgə uyğun cins var. Zövgünüzə uyğun seçin, geyinin. Qarderobunuzdan cinslər heç vaxt əksik olmasın.


Geri dön

Inciciceyi

  • 9 dekabr 2011 09:50
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Cox gozel twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

twinkle

  • 9 dekabr 2011 00:50
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
eziyyete gore twk

--------------------
HEART BROKEN

Alone angel

  • 8 dekabr 2011 20:31
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
twk...........

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

marry

  • 8 dekabr 2011 18:00
  • Məqalə: 0
  • Şərh: 131
  • Bal:
{awards}
TESEKKURLERR

--------------------
HOSTTTTTT

al yazmalim:))

  • 8 dekabr 2011 15:41
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
tesekkurler

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

R_A_P_U_N_Z_E_L

  • 8 dekabr 2011 14:55
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
xebere gore tesekkurler

jalicka...

  • 8 dekabr 2011 14:02
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
twk

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

.♣.Chrysalis.♣.

  • 8 dekabr 2011 13:43
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
MENDE SEVIREM CINS GEYIMINI

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}