28 Sual-Cavab: Sual 3

 
28 Sual-Cavab: Sual 3

SUAL 3: Ayətullah-üzma hacı şeyx Lütfüllah Safini həzrətlərinə. Salam! Böyük şəxsiyyətlərlə ünsiyyətdə olduğunuzu nəzərə alaraq, sizdən dünya və axirət səadətinə yol açan bir nəsihət istəyirəm. «Nəsihət mö᾽minlər üçün faydalıdır.»
(Zariyat-55).

CAVAB: Bismillahir-rəhmanir-rəhim. Aləm və onda olan hər bir şey, bütün hadisələr, ilin dövrü, ömrün və gecə-gündüzün keçməsi, yer və göy, yoxsulluq və varlılıq, sağlamlıq və xəstəlik, cavanlıq və qocalıq, həyat və ölüm, zillət və izzət, bütün gördüklərimiz, hər hansı bir şeyin vücuda gəlməsi və boya-başa çatması, ölümə qədər olan dəyişikliklərin hər biri öyüd və nəsihətdir.

28 Sual-Cavab: Sual 3

Əgər insan aləmə ibrət gözü ilə baxarsa dünyanın zahirinə diqqət yetirməklə onun batini haqda düşünərsə, şübhəsiz öz vücudunda oyanış hiss edər. İnsan üçün imkan aləminin hər bir zərrəsində, hər bir yarpaqda mə᾽rifət qapıları və səadət yolları açılar. Bir şərtlə ki, insan aşağıdakı ayələrin şamil edildiyi qrupdan olsun: «Yerləri və göylərin yaranışı haqqında düşün – Pərvərdigara bunları əbəs yerə yaratmamısan»
(Ali-İmran-191).

Əksinə, bu ayədə göstərilən sifətdən uzaq ola: «Ürəkləri var, onunla dərk etməz, gözləri var, onunla görməzlər, qulaqları var, onunla eşitməzlər»
(Ə᾽raf-179).

Yaranış kitabı olan dünya başdan-başa nəsihət və moizələrlə zəngindir. Lakin oxumaq üçün savad, mə᾽naların dərki üçün ağıl gərəkdir. Böyük vəhy və şəriət kitabı olan Qur᾽ani-kərim də, yaranış aləmi kimi nəsihətlərdən ibarətdir. Onu çox oxuduqca, mə᾽nalarını ᾽çox düşündükcə daha çox ibrət götürülür. İstənilən bir sahədə nəsihəti Qur᾽andan tapa bilərsiniz.

Əbdür-rəhmanın sifətlərini mübarək «Fürqan» surəsindən, ictimai-əxlaqi tə᾽limləri «İsra» surəsinin 22-39-cu ayələrindən oxuya bilərsiniz. Onun müjdə verən, qorxudan ayələrinin hər biri nəsihətamizdir. Sol və sağ tərəfdən olanların sifətlərinin bəyanı olduqca nəsihətlidir.

28 Sual-Cavab: Sual 3

Peyğəmbərlərin və ilahi şəxslərin, eləcə də kafirlərin və fir᾽onların aqibəti doğru yola yönəlmək üçün öyüd və nəsihətdir. Oxuyun, təkrarlayın və mə᾽nalarını düşünün. Çalışın ki, bu mə᾽naların həqiqətini əldə edəsiniz. «Bu axirət mənzilidir. Onu yer üzündə azğınlıq, tüğyan etmək istəməyənlər üçün sabit etmişik və yaxşı aqibət təqva sahiblərinindir»
(Qəsəs-83).

«Onlara bu dünya həyatını misal gətir – o, göydən yağan və cürbəcür bitkilər cücərdən yağış kimidir. Allah hər bir işə qadirdir»
(Kəhf-45).

«Hər kəs zərrəcə yaxşılıq etsə, yaxşılıq, hər kəs zərrəcə pislik etsə, pislik görər»
(Zilzal 7-8).

«Göylərdə və yerdə baxılmayıb, ötürülən bir çox nişanələr var»
(Yusif-105).

«Özlərindən sonra necə bağlar və bulaqlar qaldı – əkinlər, gözəl evlər və içində qərq olduqları bir ne᾽mət»
(Duxan 25, - 27).

«İllər boyu onları faydalandırdığımıza baxmayaraq, və᾽d olunmuş əzabın başlarına yağdığını gördün. Həmin faydalar onlara tə᾽sir etmədimi?»
(Şuəra 205, 206, 207).

28 Sual-Cavab: Sual 3

Xülasə, aydınlıq istəyənlər üçün Qur᾽an bütün qaranlıqları işıqlandırası bir nurdur. Əgər ərəb dili ilə tanışlığınız yoxdursa, düzgün tərcümələrdən istifadə edin. Qur᾽anla yanaşı həzrət Peyğəmbərin (s) moizə və nəsihətlərini, «Nəhcül-bəlağədən» həzrət Əlinin (ə) xütbələrini, Qur᾽anın həqiqi şərhçilərinin nəsihətlərini mütaliə edin.

İmkan həddində mö᾽min bacı və qardaşlarınızın hüququna riayət edin. Zəif təbəqələrin ehtiyacını ödəməyə çalışın. Cəmiyyəti, dini yığıncaqları tərk etməyin.

Gecə namazını qənimət bilin. Hər zaman Allahı zikr edin. Cümə axşamları «Kumeyl», cümə günləri isə «Nudbə» duası oxuyun.

Öz şəxsi əməl və hesabınızın mühasibəsində alverdə şəriklərin hesabında olduğundan da ciddi olun. Hədisdə buyurulur: «Hər kəs özü ilə gündəlik hesabat aparmasa, bizdən deyil.» Əgər hesabatdan yaxşı iş alınsa, Allah bu şəxsin həmin işlərini artırar. Əksinə, günah iş alınsa, həmin şəxs tövbə edib, Allahdan bağışlanmaq istəməlidir.
(Kuleyni «Kafi» 2-ci cild).

28 Sual-Cavab: Sual 3

Niyyətinizi xalisləşdirin, özünüzü Allah və Onun savabından qeyri bir şeyə satmayın.
İmkan aləminin nümunə və hidayətçisi həzrət Bəqiyyətullah (ə.c.) ilə rabitənizi qoruyun. Onun hakimiyyəti altında olduğumuzu, ona rəiyyət olduğumuzu unutmayın. İşlərimizi bacardıqca onların öhdəsinə qoyaq, onların ali məqsədlərinə itaət edək. O həzrətin (imam Zaman (ə.c.)) zühurunun intizarını çəkənləri, onun dostlarını sevək. Yalnız Əhli-beytə itaətlə əldə edilən uca məqama yüksələcəyinizi ümid edirəm. Allah sizləri, bizləri, və bütün mö᾽minləri ins və cindən olan şeytanların, bid᾽ətçilərin tələlərindən qorusun.


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:33
  • Məqalə: 579
  • Şərh: 1624
  • Bal:
Allah Razi Olsun!

--------------------
AŞİFTE

Alone angel

  • 8 dekabr 2011 19:59
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Repery

  • 8 dekabr 2011 17:39
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

R_A_P_U_N_Z_E_L

  • 8 dekabr 2011 15:40
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
{awards}
xebere gore tesekkurler

.♣.Chrysalis.♣.

  • 8 dekabr 2011 13:28
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TWK

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Okush

  • 8 dekabr 2011 11:16
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eziyyete gore tesekkur

Elvin007

  • 8 dekabr 2011 11:13
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
ALLAH KOMEK OLSUN TWK XEBER UCUN feel

--------------------
▼►►Proqramming◄◄▼

Ahli-Shia313

  • 8 dekabr 2011 10:25
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN QARDASH.Sizin gozel xeberlerinizin ardini gozluyuruk.ALLAH seni dunya ve Axiretde sevindirsin./Amin

--------------------
Каждый день Ашура, Вся земля Кербела!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 58
Cəmi: 90

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 43
Cəmi: 123
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 25
Cəmi: 25
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}