28 Sual-Cavab: Sual 4

 
28 Sual-Cavab: Sual 4

SUAL 4: Hörmətli müctəhid Ayətullah-üzma Safi Gülpayiqani ağanın hüzuruna! Haqqa çatmaq üçün bir göstəriş buyurun. Bu hədəfə nail olmaq üçün özümə rəhbər, şeyx seçimmi? Hansı kitabı məsləhət görürsünüz?

CAVAB: Bismillahir-rəhmanir-rəhim. Məktubunuz çatdı və onun məzmunundan mə᾽lumat hasil oldu. Əxlaqı paklamaq və sizin sözünüzlə desək, Allaha tərəf getmək üçün göstəriş istəmisiniz. Yadınıza salıram ki, İslam tə᾽limlərinə, vacib və müstəhəbbə əməl etmək, haram və məkruhdan çəkinmək haqqa tərəf getmək deməkdir.

28 Sual-Cavab: Sual 4

Hər bir müsəlman Allaha tərəf gedir, amma bu hərəkətdə onlar dərəcə və rütbəcə fərqlənirlər. İnsan Allah və şəriət göstərişlərinə diqqətli olduqca daha çox müvəffəqiyyətə çatır. İbadi tə᾽limlər, namaz, həcc, oruc, dua, Qur᾽an oxumaq, gecə namazı, nafilələrə diqqət, cümə gününün və gecəsinin ibadətləri, qeybət və yalanın tərki, nəfs ilə hesab, bəndələrin ehtiyacını ödəmək, ata-anaya yaxşılıq, qohum-əqrabanı yoxlamaq, qonşuya yaxşılıq, əmanətdarlıq, alimlərlə ünsiyyətdə olmaq, tövbəni təzələmək, təkbir, təhmid, təsbih, təhlil zikrləri, xalqla xoş rəftar, insanları yaxşıya də᾽vət edib, pisdən çəkindirmək, rəvayətdə (Muəlla ibni Xuneysin rəvayətində) deyildiyi həddə din qardaşlarının hüquqlarına riayət, bədən üzvlərini günahlardan qorumaq, hətta şübhəli işlərdən çəkinmək, yaranışda Allahın qüdrət və əzəmətini düşünmək, Qur᾽ani-məciddə bəyan olunmuş dağlar və dənizlərə, böyük və kiçik mövcudata ibrət gözü ilə baxmaq – bütün bu sadalananlar Allaha tərəf hərəkətdir.

28 Sual-Cavab: Sual 4

Bu hərəkətin qayda-qanunları dua kitabları, risalələr, Qur᾽anın təfsirləri və hədis kitablarında göstərilmişdir. Şeyx və rəhbərə ehtiyac yoxdur. Ustad Qur᾽an və Əhli-beytdən olan hədislərdir.
Xülasə, bütün müsəlmanlar beş namaz vaxtı Allaha tərəf səfərdədirlər. Qadın öz evdarlığı və şər᾽i vəzifələrini yerinə yetirməklə, kişi alın təri ilə ruzi qazanmaqla uyğun səfərdə ola bilər. Lakin «...qafillərdən olma...» (Ə᾽raf-205) ayəsinə əməl edilməlidir. Bütün bu əməllərdə Allahın razılığı gözlənilməli, Allah unudulmamalıdır.

İslam tə᾽limlərinin bərəkətindən yol açıqdır. Hətta günahlar yolu bağladıqda belə, tövbə ilə yenidən açılır.
Yaxşıya də᾽vəti, pisdən çəkindirməni tərk edən, cəmiyyətdən uzaqlaşıb bir güncdə oturan adamlar yol göstərə bilməzlər. Yola bələd Əhli-beyt məktəbinin şagirdləri və alimləridir. İşarə etdiyiniz həmin firqədən qorunun. Həmin yol küfr və şirkə aparır. Onların rəhbərlikdə məqsədi xalqı azdırmaqdır.

28 Sual-Cavab: Sual 4

Qardaşcasına nəsihət edirəm: əvvəl vaxtda namaz qılmaqla, dilinizi qorumaqla, deyilən proqramlara baxmaqla, elə öz ayağınızla Allaha tərəf getsəniz, Ona yaxın olarsınız.
«Yolumuzda çalışanları bu yola hidayət edərik və Allah yaxşı iş görənlərlədir» (Ənkəbut-69).
Mən sizin müvəffəqiyyət qazanmağınız və imanınızın şeytanların vəsvəsəsindən qorunması üçün dua edirəm. Siz də məni unutmayın.


Geri dön

_SVETLANA_777_

  • 8 dekabr 2011 21:27
  • Məqalə: 109
  • Şərh: 1518
  • Bal:
tesekkurler

--------------------
<p></p>

Alone angel

  • 8 dekabr 2011 20:55
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Repery

  • 8 dekabr 2011 17:38
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

R_A_P_U_N_Z_E_L

  • 8 dekabr 2011 17:19
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
{awards}
xebere gore tesekkurler

Ku-ku

  • 8 dekabr 2011 16:59
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

.♣.Chrysalis.♣.

  • 8 dekabr 2011 16:34
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
Allah razi olsun twk xebere gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Okush

  • 8 dekabr 2011 16:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Eziyyete gore tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 51
Cəmi: 76

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}