Qurani-Kərim (elektron kitab)

 
Qurani-Kərim (elektron kitab)

Müqəddəs Quran

Quran (Qurani Kərim, Qurani Şərif) (ərəbcə: القُرآن əl-quran) İslam dininin müqəddəs və ən əsas kitabı. İslam dinində Quran Allahın buyurduğu sözlərdir, mələyi vasitəsi ilə onları Hz.Məhəmmədə vəhy eyləyib.

Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var.

Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə).

Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir.

Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində - 23 ilə hissə-hissə nazil olunmasıdır. Quran Allah tərəfindən birbaşa deyil mələk - Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzilərinə görə Bəqərə surəsinin sonuncu 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə (s) vəhy edilmişdir.

Quran kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir. Quran ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (ə) vasitəsiylə son nəbi Hz.Məhəmmədə (s) endirilən, qiraətiylə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə surəsi ilə başlayıb Nas surəsi ilə bitən səmavi kitabdır.

Quranın adları

Quranın yenə Quranda gələn bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qurandır. Digər adları isə aşağıdakılardır:
 Əl-Kitab - Quranda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir.
 Ümmül-Kitab - Ana kitab mənasına gələn bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir.
 Əl-Furqan - Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir.
 Əl-Huda - Hidayət edici deməkdir.
 Əz-Zikr - Zikr həm zikr etmək və həm də şərəf və şərəfli olmaq mənalarına gəlir.
Quranın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları daha vardır.

Ayə

Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Quranın hər cümləsi: bir həqiqət nişanəsi, ibrət verici bir öyüd olduğu üçün ayə adını almışdır.

Ayələrin sayı haqqında fərqli rəqəmlər verilməktədir. Ayələrin sayı Nafiyə görə 6217, Şeybəyə görə 6214, Kufəlilərə görə 6236, Misirlilərə görə 6219, Müfəssir Zəməxşəriyə görə isə 6666-dır.

Ayələrin tərtibi

Ayələrin tərtibi, yəni Qurandakı yeri və sıraları Allah tərəfindən bildirilmişdir. Məhəmməd peyğəmbər (s) nazil olan hər ayənin hansı surənin harasına qoyulacağını bildirirdi. Vəhy katibləri də onları buna görə yazarlardı. Ayələrin tərtibində heç bir zaman dəyişiklik olmamışdır.

İlk və son nazil olan ayələr

İlk nazil olan ayələrin Ələq surəsinin 1–5-ci ayələri olduğu hesab edilir. Lakin Muddəssir və Fatihə surələrinin də bu ilk nazil olanlar arasında yer aldığına dair rəvayətlər vardır. Mədinədə ilk nazil olan surə Bəqərə surəsidir.

Ən son nazil olan ayələrin hansı ayə olduğu barəsində bir neçə görüş vardır. Aşağıda zikr edilən ayələrdən hər birinin ən son nazil olan ayə olduğu ehtimal edilir: Bəqərə surəsi 278 və ya 281-ci ayə, Nisa surəsi 176-cı ayə; Tövbə surəsi 128-129-cu ayələr; Nur surəsi 1-3-cü ayələr, Maidə surəsi 3-cü ayə. Bunların arasında ən çox ehtimal ediləni Maidə surəsinin 3-cü ayəsidir: "Mən bu gün sizin üçün dininizi kamilləşdirdim, sizə olan nemətimi tamamladım və İslamı sizin üçün din olaraq bəyəndim".

Surə

Surə kəliməsi dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara gəlir. Bir termin olaraq surə Quranın ən az üç ayədən meydana gələn bölümlərindən hər birinə verilən addır.

Quranda 114 surə vardır. Hicrətdən öncə Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28 surə nazil olmuşdur. "Ey insanlar" deyə başlayan surələr Məkkədə, "Ey iman gətirənlər" deyə başlayan surələr və ayələr Mədinədə nazil olanlardır.

Quranın yazılması

Hər ayə və surə nazil olduğunda, Məhəmməd peyğəmbər (s) vəhy katiblərini çağırır və onlara, bu ayələri hansı ayələrin yanına və hansı surəyə yazacaqlarını bildirirdi.

Şiə rəvayətlərində qeyd olunur ki, peyğəmbərin (s) vəfatından sonra Hz.Əlinin (ə) 6 ay ərzində Quranın surələrini ayəbəayə şəni-nüzul və səbəbi-nüzulla birlikdə yazıb. Bu kitab tamamlanan vaxt, Quran hafizlərinin çox olması səbəb göstərilərək ona ehtiyacın olmaması vurğulanıb. Həmin kitab imamlardan bir-birinə ötürülüb.

Lakin müharibələr zamanı Quran hafizlərinin kütləvi şəkildə şəhid olması Quranın kitab kimi gələcək nəsillərə ötürmək zərurətini gündəmə gətirib. Bu səbəbdən Ömərin (r.a) təklifi ilə Zeyd b. Sabitin başçılığı ilə Əli (r.a), Osman (r.a), Übeyy b. Kab (r.a), İbn Məsud (r.a), Əbu Dərda (r.a) kimi səhabələrdən meydana gələn bir komissiya qurulub. Çalışmalar nəticəsində Quran bir kitab halına gətirilib. İbn Məsudun (r.a) təklifi ilə Qurana Mushaf adı verilib. Bu mushaf Xəlifə Əbu Bəkirin (r.a) yanında mühafizə olunmağa başlanıb.

QURANİ-KƏRİMİN ELEKTRON VARİANTINI YÜKLƏ

QURANİ-KƏRİM (25 dildə)

QURANİ-KƏRİM (35 dildə)


Geri dön

_favorit_arkadas

  • 13 dekabr 2011 11:19
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
tesekkurler...

--------------------

BadZero

  • 9 dekabr 2011 12:13
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
SANS MELEYI,
Sizinlə təmamilə razıyam... Ona görə yox ki, mövzunu mən göndərmişəm.. Ona görə ki, Quranı oxuyan yoxdur ya da ki azdır... Nə bilim... Ateistlər Qurani-Kərimi oxuyub Ən-Nisa surəsində səhv tapıblar. Və bizlərə sübut etmək istəyirlər ki, Qurani-Kərim müqəddəs kitab deyil və sübut etmək istəyirlər ki, Allah kamil deyil. Onlar ateist ola-ola Qurani-Kərimi oxuyurlar, amma biz müsəlman ola-ola yox...

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

_SVETLANA_777_

  • 8 dekabr 2011 21:10
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
<p></p>

Alone angel

  • 8 dekabr 2011 21:08
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

MuslimGirl

  • 8 dekabr 2011 19:44
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
ALLAH razı olsun. Məndə var

angel angel

  • 8 dekabr 2011 18:33
  • Məqalə: 1
  • Şərh: 371
  • Bal:
{awards}
TEWEKKURLER ALLAH RAZI OLSUN

zoluska

  • 8 dekabr 2011 18:21
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
tesekkurler

AGA_212

  • 8 dekabr 2011 17:40
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
ELA XEBERDI XEBERE GORE TWK

R_A_P_U_N_Z_E_L

  • 8 dekabr 2011 17:16
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
xebere gore tesekkurler

jalicka...

  • 8 dekabr 2011 17:13
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
twk

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

Ku-ku

  • 8 dekabr 2011 16:49
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
tewekkurler

--------------------

.♣.Chrysalis.♣.

  • 8 dekabr 2011 16:26
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk eziyyete gore Allah razi olsun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Okush

  • 8 dekabr 2011 16:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Eziyyete gore tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 12
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}