Məhərrəmlik haqqında

 
Məhərrəmlik haqqında

MƏHƏRRƏM AYI...

Artıq hicri təqviminin ilk ayı olan Məhərrəm ayındayıq. Nəfsimizi hesaba çəkməliyik görək, ötən ildə neçə sübh namazlarına yatıb qalmışıq və ya sübhü camaatla birgə qılmışıq? Nə qədər nafilə oruclar tutmuşuq? Nə qədər gecə namazları qıla bilmişik və ya vitri qəzası qılmaq nəsib olub? Nə qıdır xeyir işlərdə, sədəqə verməkdə, cənazə təqib etməkdə, xəstə ziyarət etməkdə yarışmışıq? Nə qədər ixlaslı və ya riyakar olmuşuq? Nə qədər günahlarımıza görə göz yaşı tökmüşük? Nə qədər haramlardan Allah üçün üz çevirmişik və s.
Əgər xeyir əməllərimiz pis əməllərimizi üstələyirsə, nə gözəl. Yox, əgər şər əməllərimiz xeyir əməllərimizi üstələyirsə, deməli ili zərərlə başa vurmuşuq. Allah qorusun. Allah bizləri bağışlasın. Bağışlayan və Rəhimli Allahdan bizlərin günahlarını bağışlanmasını diləyirik. Çünki O, bağışlamağı sevəndir.

HİCRİ AYLAR...

Çox təəssüflər olsun ki, bu günlərimizdə müsəlmanların çoxu hicri təqvimində hansı ayın birinci və sonuncu olmasından xəbərsizdirlər. Halbuk, onlardan miladi təqvimindən soruşsan ki, məsələn, “yeddinci ay” hansıdır, hazırcavablıqları ilə seçilərək deyəcəklər ki, “iyul” ayıdır. Bundan əlavə miladi təqvimindəki ayları da gözəl şəkildə ardıcıl sayarlar, lakin, hicri təqvimindəki aylara gəldikdə isə dilləri topuq vurar. Bu da müsəlman üçün ayıbdır. İndi isə fayda olsun deyə, hicri təqvimində olan ayları ardıcıl şəkildə veririk:

Muhərrəm
Səfər
Rabiul-əvvəl
Rabius-səni
Cumədəl-əvvəl
Cumədəs-səni
Rəcəb
Şaban
Ramazan
Şəvval
Zulqadə
Zülhiccə


MƏHƏRRƏM HARAM AYLARDANDIR...

Hicri təqviminin birinci ayı olan Allahın haram ayı muhərrəm xeyirli və bərəkətli bir aydır. Bu ay İslam təqviminin hicri təqviminin birinci ayıdır. Allah-təala belə buyurur: “Həqiqətən, Allah yanında ayların sayları on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə kitaba yazıb. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız birlikdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir” (Tövbə surəsi, 36).Haram aylar isə Muhərrəm, Rəcəb, Zulqadə və Zülhiccə aylarıdır.
Rəvayət olunur ki, ibn Abbas buyurdu ki, ayədə keçən “Odur ki, bu aylarda özünüzə zülm etməyin” bütün aylara şamil edilmişdi, sonra isə dördü seçilərək haram edildi. Belə ki, bu aylarda edilən günah digər aylardan fərqli olaraq cəzası daha ağırdır, yaxşı əməllərin mükafatı da daha çoxdur (Təfsir, ibn Kəsir).
Ayədən də bizə bəlli olur ki, Allah qatında il on iki aydan ibarətdir. Allah göyləri və yeri yaradan zaman bu ölçünü belə qoyub. Əbu Bəkrə (r) Peyğəmbərin (s.ə.s) belə buyurduğu nəql olunur: “Zaman, Allah göyləri və yeri yaratdığı gündən bəri heç dəyişmədən dövran etməkdədir. İl, on iki aydan ibarətdir. Bunlardan dördü haram aylardır. Haram aylardan üçü dalbadal gəlir. Dördüncü isə Mudər qəbiləsinin və cumadəlaxir ilə şaban ayları arasında keçən rəcəb ayıdır” (Buxari).

MƏHƏRRƏM AYININ FƏZİLƏTLƏRİ

Məhərrəm ayı müqəddəs olması ilə bərabər özündə bir neçə fəzilətləri də cəmləşdirib. Bu ayda ən əfzəl əməllərdən biri olan orucdur. Əbu Hureyra (r) rəvayət edir ki, Peyğəmbər (s) belə buyurdu: “Ramazan ayından ayından sonra ən əfzəl olan oruc Allahın ayı olan Məhərrəm ayında olan orucdur”. Hədisdə qeyd edilən “Allahın ayı” ifadəsi bu ayın mübarək olmasına dəlalət edir.


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 16:31
  • Məqalə: 579
  • Şərh: 1624
  • Bal:
Tsk

--------------------
AŞİFTE

_favorit_arkadas

  • 13 dekabr 2011 11:19
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
tesekkurler...

--------------------

R_A_P_U_N_Z_E_L

  • 10 dekabr 2011 21:51
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
{awards}
xebere gore tesekkurler

Alone angel

  • 10 dekabr 2011 18:07
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

eldarado

  • 10 dekabr 2011 12:18
  • Məqalə: 7
  • Şərh: 77
  • Bal:
{awards}
tesekkurler

--------------------
Vacib o deyil ki, sənin həyatında neçə gün qalıb. Vacib odur ki hər günündə nə qədər həyat var.

.♣.Chrysalis.♣.

  • 9 dekabr 2011 23:18
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
twk xebere gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Jasmin45

  • 9 dekabr 2011 20:30
  • Məqalə: 43
  • Şərh: 1083
  • Bal:
{awards}
ALLAH razı olsun...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

MuslimGirl

  • 9 dekabr 2011 18:23
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
ALLAH razı olsun!

_TUNAR_MAMEDOV_

  • 9 dekabr 2011 18:16
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN... oxumushdum,, YENEDE OXUDUM,

--------------------

SeL_cAn

  • 9 dekabr 2011 16:59
  • Məqalə: 19
  • Şərh: 962
  • Bal:
{awards}
MƏHƏRRƏM AYININ FƏZİLƏTLƏRİ

Məhərrəm ayı müqəddəs olması ilə bərabər özündə bir neçə fəzilətləri də cəmləşdirib. Bu ayda ən əfzəl əməllərdən biri olan orucdur. Əbu Hureyra (r) rəvayət edir ki, Peyğəmbər (s) belə buyurdu: “Ramazan ayından ayından sonra ən əfzəl olan oruc Allahın ayı olan Məhərrəm ayında olan orucdur”. Hədisdə qeyd edilən “Allahın ayı” ifadəsi bu ayın mübarək olmasına dəlalət edir.

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

111_Shawmn Michaelais_111

  • 9 dekabr 2011 16:58
  • Məqalə: 250
  • Şərh: 1093
  • Bal:
{awards}
Allah razi olsun

--------------------


N.M

  • 9 dekabr 2011 16:56
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
xebere gore tesekkur

Okush

  • 9 dekabr 2011 15:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eziyyte gore coxlu sagol

wiki

  • 9 dekabr 2011 15:35
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 58
Cəmi: 74

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}