Sevgidən psixi xəstəliyə, psixi xəstəlikdən “damğalı” ada…

 
Sevgidən psixi xəstəliyə, psixi xəstəlikdən “damğalı” ada…

Bəzən biz dərddən, problemdən qaçdıqca, onlar da bizə tərəf qaçmağa başlayır. Kiminin bu çətinliklər qarşısında dayanmağa dözümü, mətanəti çatır, kimininsə yox. Kimi problemə özünü göstərməyə qadir olur, kimisi isə bu zaman artıq özü varlığını belə unudur, yoxa hesab olur, problem isə qalib gəlir. Beləliklə də, hər birimizin həyatında bir dəfə də olsa, elə anlar olur ki, özümüzü tənha hiss edir, gələcəyi kədərli və qorxulu görürük. Bəzən doğma və yaxınlarımızla bircə dəfə söhbət sakitlik və arxayınlıq hissi əldə etməyə kifayət edir. Lakin bəzən bu da kömək etmədikdə insanın vəziyyəti getdikcə pisləşir. O, gündəlik işinin öhdəsindən gələ bilmir, təşviş və həyəcanı artmaqda davam edir, əhvali-ruhiyyəsi kəskin enir, yuxusu və iştahı pozulur. Daha ağır hallarda qəribə söhbətlər edir, özü ilə danışır, özünə qapanmış və şübhəli olur. Anlaşılmaz hərəkətlər etməyə başlayır. Bütün hallarda ixtisaslı mütəxəssis yardımına ehtiyac duyulur. Hazırda dünyanın hər 5 sakinindən 1-i yaşından və sosial vəziyyətindən asılı olmayaraq, psixi sağlamlıq problemləri ilə qarşılaşır və yardım tələb edir. Bu problemləri araşdırmağa çalışacağıq.

Beynəlxalq səviyyədə aparılan araşdırmalar göstərir ki, dünyada milyonlarla insan psixi və davranış pozuntularından əziyyət çəkir. Statistikaya görə, hər il dünyada 1 milyona yaxın insan intihar edir. 25 milyon insan şizofreniyadan, 38 milyona yaxın insan epilepsiyadan əziyyət çəkir. 200 milyona yaxın insan isə yaşadığı ömründə ən azı bir dəfə depressiyaya düşür. Mütəxəssislərin fikrincə, cəmiyyətin ümumi sağlamlığı psixi sağlamlıqla sıx əlaqəlidir.
Azərbaycanda da psixi xəstəliklərin müxtəlif növlərindən əziyyət çəkənlər çoxdur.
Yadda saxlamaq lazımdır ki, psixi xəstəliklərə düçar olanların 80 %-inə effektiv müalicə vasitəsilə kömək etmək mümkündür. Yuxarıda deyilənləri, hətta şizofreniya kimi ağır xəstəliyə də şamil etmək olar.

Psixi xəstəliyə düçar olduğumuzu necə müəyyən edək?

Əgər sizin özünüzdə, qohum və ya tanışınızda aşağıda göstərilən əlamətlədən biri və ya bir neçəsi aşkar edilirsə, onda psixiatrın müayinəsindən keçmək məsləhətdir:
1. Davranışın nəzərəçarpan dəyişikliyi;
2. Cari işlərin və gündəlik vəzifələrin öhdəsindən gələ bilməmək;
3. Qəribə və cəfəng fikirlər söyləmək;
4. Artmaqda olan təşviş;
5. Əhvali-ruhiyyənin uzun müddət enməsi və zövqün itməsi;
6. Yuxunun və iştahanın kəskin pozulması;
7. İntihar haqqında fikirlər və ifadələr;
8. Narahatlı və həyəcanlı vəziyyətlər;
9. Alkoqol, narkotiklər və digər psixoaktiv maddələrdən sui-istifadə;
10. Artmaqda olan qəzəb və aqressiya.

Psixi xəstəlik nədir?

Bir çox psixi xəstəliklər neyrotransmitterlər – beynin sinir hüceyrələri arasında siqnalları nəql edən maddələr sistemində baş vermiş pozuntularla əlaqədardir. Bundan əlavə, psixi xəstəliklərin inkişafında orqanizmin endokrin və immun sistemlərinin pozulması da mühüm rol oynayır. Bəzi xəstəliklər irsi meylliyə malikdirlər. Bir çox xəstəliklər keçirilmiş ağır hadisələrdən (yaxın adamın vəfatı, ailənin dağılması, qorxu və s.) və ya uzunmüddətli stress (ailə problemləri, işsizlik, qaçqn düşərgəsində yaşayış və s.) vəziyyətlərindən sonra meydana çıxır. Bəzi xəstəliklər beynin bilavasitə zədələnməsi ilə əlaqədardır. Kəllə-beyin travmaları, yoluxucu xəstəliklər, zəhərlənmələr, beyin-qan dövranının pozuntuları bu qəbildəndir. Alkoqol və narkotik maddələrdən istifadə edənlərdə özünəməxsus psixi pozuntular qeyd olunur.

Sevgi də psixi xəstəlikmiş…

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sevgini rəsmən psixi xəstəliklərin siyahısına daxil edib. Belə ki, o, siyahıda F63.9 kodu altında qeyd olunub. ÜST nümayəndələri hesab edir ki, sevgi “psixi pozğunluqdur”. İndi o, təşkilatın siyahısında alkoqolizm, iqromaniya, toksikomaniya, kleptomaniya kimi xəstəliklərlə eyni cərgədədir.
Mütəxəssislər bu “xəstəliy”in simptoplarını da müəyyənləşdirib: bir insanı unuda bilməmək, özünə yazığı gəlmək, yuxusuzluq, qeyri-iradi hərəkətlər, qan təzyiqində sıçrayışlar, baş ağrıları, allergik reaksiyalar.
Sevgi alkoqoliklərdən, oyun azarkeşlərindən (iqromanlar), təhrikçi-manyaklardan, toksikomanlardan, kleptomanlardan, tük yolanlardan sonra təsnifata əlavə olunub. F69.3 punktu bu cür adlanır: “Naməlum etiologiyalı vərdiş və meyl (eşq, həvəs) pozuntusu”.

Sevgi “dəliliyi” ilə psixi xəstəliklərin ümumi əlamətləri hansılarıdr?

- Başqaları haqda qarayaxan, zəhlətökən, beynindən çıxarıla bilməyən fikirlər;
- Əhvali-ruhiyyənin kəskin enməsi;
- Özünə qarşı mərhəmət, təəssüf hissləri;
- Yuxusuzluq, yuxudan vaxtsız oyanma;
- İmpulsiv, düşünülməmiş hərəkətlər;
- Arterial təzyiqin dəyişmələri;
- Başağrıları;
- Allergik reaksiyalar;
- İnsanları təngə gətirən, bezdirən ideyalarla çıxış etmə.


Bəzi alimlərin fikrinə görə, sevgini obsessiv-kompulsiv psixi pozuntulara aid etmək olar. Milli Avtonom Meksika Universitetinin tibb fakültəsinin tədqiqatçıları, o cümlədən Xeorxina Montemayor Flores bu fikirlərə həmfikir olaraq əlavə edib ki, sevgi 4 ildən çox davam edə bilməz. O, bunu fizioloji səbəblərlə əlaqələndirərək, bildirib ki, sevgi bir “dəlilik”dir.

Problemi həll etmək üçün kimə müraciət etməli?

Psixi pozuntusu olan şəxslərin dərman müalicəsi yalnız həkim-psixiatr tərəfindən həyata keçirilir. Psixiatrdan xəbərsiz, öz tərəfindən hər hansı bir dərman təyin etmək və ya dəyişdirmək olmaz. Dərman müalicəsindən başqa psixiatriyada müxtəlif psixoloji müalicə üsulları da mövcuddur. Bu müalicə – psixoterapiya həmin sahədə müvafiq hazırlıq keçmiş mütəxəssis tərəfindən həyata keçirilir. Müvafiq təhsili olmayan savadsız “şəfakar”lara müraciət etməyin. Onların metodları psixoterapiyadan çox-çox uzaqdır.

Psixi xəstəliklərin yaranmasına səbəb olan əsas amillər hansılardır?

Psixoloqların fikrincə, psixi pozğunluqlar daha çox xarici amillərin təsirindən yaranır. İqtisadi gərginlik, qanun pozuntuları, insanlara laqeyd yanaşma kimi məsələlərin təsiri nəticəsində insanlarda psixi pozğunuluqlar əmələ gəlir. Mütəxəssislər belə hesab edir ki, əvvəlki əsrlə müqayisədə hazırda psixi pozğunluqlarla üzləşən insanların sayında artım müşahidə olunur. Təbii ki, xarici amillərin təsirinə məruz qalmaq baxımından insanlar fərqlidir. Kimi təsirlərin altına daha tez düşür və ya əksinə olanlar da var.


Yaş dövrünün psixi pozğunluqla əlaqəsi varmı?

Psixi problemlərlə üzləşən insanları yaş qrupuna da bölmək olar. Mütəxəssis fikrinə görə, daha çox cavan və orta yaşlı insanlarda psixi pozğunluq halları müşahidə olunur. Bu da ondan irəli gəlir ki, bu yaş qrupunda olan insanların problemləri çox olur. Həyatda yaşamaq üçün mübarizə aparır. Eyni zamanda, öz gələcəyi barəsində düşünür. Yaşlı insanlar isə gənclərdən fərqli olaraq, baş verən hadisələrlə daha çox razılaşırlar. Sözsüz ki, onların gənclərlə müqayisədə gələcək qayğıları azdır.

İnsanlar öz yaxınlarını psixi xəstə kimi qeydiyyatdan keçirməkdən qaçırlar

Bir çox insanlar psixi pozğunluğu olan yaxınları barəsində ətrafda duyulmaması üçün məlumatın gizli saxlanmasını istəyirlər. Buna görə də, psixi pozğunluğu olan xəstələrin qeydiyyata düşmə məsələsində problemlər olur. İnsanlar öz gənc övladlarını həkimə gətirəndə onun psixi problemli insan kimi qeydiyyata düşməsini istəmirlər. Belə ki, müalicəsinin anonim olaraq aparılmasını istəyirlər. Bir məqamı da vurğulamaq lazımdır ki, xəstələrini qeydiyyata saldırmaq istəməyən yalnız gənc qızların doğmaları deyil. Öz oğlanlarını, atasını, anasını da qeydiyyata saldırmaq istəməyən insanların sayı çoxdur. Elə bu səbəbdən də psixi xəstəliklərlə xəstələnənlərin sayı çox olsa da, statistikada bu rəqəm yer almır. Mütəxəssislər bildirilər ki, belə xəstələrin sayı açıqlanmır. Qeyd edək ki, hər il daha çox insan xəstəxanalara müraciət etsə də, bu rəqəm az göstərilir.

Bəs, insanlar niyə intihar edir?

Yazının əvvəlində qeyd etdik ki, hər il dünyada 1 milyona yaxın insan intihar edir. Mütəxəssislərin sözlərinə görə, intihar etməyin başlıca səbəbi insanın nədənsə narazı olmasıdır. İnsanın özünün şəxsi həyatından narazı olması ilə yanaşı, özünə qarşı olan münasibətdən psixoloji gərginlik yaranır ki, bu da sonunda intiharla bağlı qərar qəbul etməyə gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, yüngül depressiyaya düşən xəstələrə psixoloqlar da yardım edə bilər. Sözsüz ki, psixoloqa ehtiyacı olan insanla psixi problemi olanları eyniləşdirmək qəbuledilməz haldır.


Psixi pozğunluğu olan insanlar niyə çox vaxt müalicəsiz qalırlar?

Bir məsələ də var ki, çox zaman insanlar psixoloqa belə müraciət etməkdən çəkinir və ya bunu öz ətrafındakı insanlardan gizli şəkildə edir. Bu aspektdə də maarifləndirilmənin aparılmasına ehtiyac olduğu görünür. Amma onu da qeyd etmək lazımdır ki, psixoloji pozğunluğu olan insanların müalicəsi üçün lazımi vəsaitin olması vacibdir. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, gəlirləri aşağı və orta səviyyədə olan əksər ölkələrdə səhiyyəyə ayrılan məbləğin yalnız 1%-i ruhi xəstələrə sərf edilir. Mütəxəssislər hesab edir ki, əqli sağlamlıq siyasəti, ruhi xəstəliklərə aid qanunvericilik – belə xəstələrə ictimai qayğı və onların müalicə imkanları prioritetlər sırasına salınmalıdır. Belə ki, onların fikrincə, bir çox psixi pozuntular üçün böyük məsrəf tələb etməyən müalicə mövcuddur və bu müalicə düzgün aparılarsa, həmin insanların çox hissəsinin cəmiyyətin fəal üzvü olması imkanı yaranır.


Niyə psixi sağlamlıq problemləri geniş yayılmaqdadır?

ÜST-ün “Bəşəriyyətin xəstəlik yükü” göstəricilərinə əsasən, dünyada ən geniş yayılmış xəstəliklər arasında psixi sağlamlıq problemləri çox önəmli yer tutur. Belə ki, “Bəşəriyyətin xəstəlik yükü” göstəricisində psixonevroloji pozuntular 33% təşkil edir. Bunun 2,1%-i qəsdən yetirilən zərbələrin, 12,5%-i isə unipolyar depressiv pozuntuların payına düşür. İnsanların həyatının önəmli illərini əlil yaşamasının 6 səbəbi var ki, onlardan 4-ü psixonevroloji pozuntulardan irəli gəlir. ÜST-ün digər bir araşdırmasının nəticəsinə görə, insan ömründən itirilən illər psixonevroloji xəstəliklərə görə 13%, qəsdən yetirilən zədələrə görə 3,3%, HİV/AİDS-ə görə 6% təşkil edir. Mütəxəssislərin araşdırmalarına görə, dünyada 450 milyon insan psixi və davranış pozuntularından əziyyət çəkir. Hər 4 ailədən 1-nin bir üzvündə psixi pozuntu müşahidə edilir. Psixi xəstələr isə sağaldıqdan sonra digər itkilərlə yanaşı, insan haqlarının tapdanmasından, adlarına vurulan “damğa”dan cəmiyyətdə əziyyət çəkirlər.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 10 dekabr 2011 21:51
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
xebere gore tesekkurler

.♣.Chrysalis.♣.

  • 9 dekabr 2011 23:20
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
maraqlidi twk

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_TUNAR_MAMEDOV_

  • 9 dekabr 2011 18:16
  • Məqalə: 673
  • Şərh: 4780
  • Bal:
{awards}
eziyyete gore twkler...

eziyyete gore twkler...

--------------------

Sky_ADIU

  • 9 dekabr 2011 17:22
  • Məqalə: 23
  • Şərh: 384
  • Bal:
{awards}
tewekkurler.

--------------------
Həsrətindən ölməsinə ölmərəm ama.
Hec kimi də sənin qədər sevmərəm, bunu UNUTMA!

SeL_cAn

  • 9 dekabr 2011 17:03
  • Məqalə: 19
  • Şərh: 962
  • Bal:
{awards}

SEVGİ...

Bu nə bəladı düşmüşük
ALLAH

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

C.I

  • 9 dekabr 2011 15:54
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
TWK.................

--------------------

Okush

  • 9 dekabr 2011 15:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eziyyte gore coxlu sagol

wiki

  • 9 dekabr 2011 15:36
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
sevgiden qorxuram,cunki bilirem ki,sevginin sonu acidir

_awik_kiz_

  • 9 dekabr 2011 15:31
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
sevgi xestelikdise heqiqetende xesteliye tutulmaga deyer

J ♥ S

  • 9 dekabr 2011 15:29
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
SEVGI XESTELIKDISE XESTE OLMAGA DEYER

--------------------
J & S ∞♥....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 62

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 65
Cəmi: 242
 
NIGAR
Xəbərləri: 65
Cəmi: 881
 
Limon qoxusu
Xəbərləri: 60
Cəmi: 83
 
Nergiz__Sirinova
Xəbərləri: 31
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
Lmzade
Xəbərləri: 28
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}