Azərbaycan insanında sevmədiyiniz 10 davranış

 
Azərbaycan insanında sevmədiyiniz 10 davranış

İlqar Rəsul: “Yaxşı nümunə ola bilmirsənsə, pis nümunə də olma”

1. Ətrafa münasibət (məsələn, əlindəki kağızı, tum qabığını və s. yerə atmamaq).

2. İnsanlara münasibət (xoş rəftar).

3. Şeylərə münasibət (dağıdıcı olmamaq).

4. Yeməyi tələsmədən yeməli.

5. Qəşəng vacib deyil, amma yaxşı görünməyə çalışmalı.

6. Özünü xoş ovqatda saxlamaq çox ciddi şərt olmalıdır insan üçün.

7. Söyüş söyməmək.

8. Ucadan danışmamaq.

9. Dinləməyi və susmağı bacarmaq.

10. Hər kəsin hətta fərdi dəyərlərinə belə hörmətlə yanaşmağa ən azı cəhd etmək.

Qan Turalı: “Onlarda yoxdur, bizdə var”

1. Telefonda bərkdən danışmaq.

Hamı bundan şikayət edir. Dəfələrlə mənə heç bir aidiyyəti olmayan adamın söhbətinə qulaq asmışam. Hətta bir dəfə Mehdiabaddan şəhərə gələn avtobusların birində oğlanın sevgi etirafını da dinləmişəm. Yarıqaranlıq və miskin avtobus, fikrimcə, intihar haqda düşüncələrə dalmaq üçün ideal idi, nəinki sevgi etirafı üçün. Lakin o miskinlikdə sevgi etirafı etmək insanın sonsuz həyat eşqindən kim bilir bəlkə də həyasızcasına həyat sevgisindən xəbər verir.

2. Avtobusda tanışın pulunu vermək.

Hamımızın xoşuna gəlmir bu. Amma hamımız da edirik. Nəqliyyat Nazirliyi deyir ki, nəqliyyatda intellektual idarəetmə sistemi yaranacaq və metroda olduğu kimi avtobusda da kartla ödəniş olacaq. Texnologiya çox güman ki, milli bir problemi aradan qaldıracaq. Yeri gəlmişkən, bəlkə, bu addımdan sonra əsasən metrolarda edilən “pulunu vermişəm, düşərsən” zarafatı da məhv ola...

3. Milli buddalıq.

Bu barədə Elmir Mirzəyevin yazısını çap etmişik. Orta təhsilli bir azərbaycanlı özünü hər şeyin bilicisi sayır. Mən fizika professoruna elektrik haqda dərs keçən bir sürücü görmüşəm. Ya da mənə Nəsimini izah edən bir neftçi ilə söhbətləşmişəm. Əminəm ki, siz də belələrini görmüsünüz.

4. Qara paltarlar geyinmək.

Qızlarımız, adətən, rəngli geyinir, lakin oğlanlarımızdakı qara sevgisi ölməzdir, əbədidir, sarsılmazdır.

5. Ailəyə bağlılıq.

Ailəyə bağlılıq insani dəyərdir. Lakin biz burda ifratdan danışırıq. İnsanlar öz yerlərinə qərar vermir, ataları və anaları onlar üçün ixtisas seçir, qız seçir. Bu da problemlər yaradır.

6. Saxta dindarlıq.

Əsl dindarlıq bizdə çox azdır. Hamı öz dindarlığını nümayiş etdirir. Misal üçün, biri növbədə deyir: “Mən orucam, məni tez yola salın”. Elə bil o orucu ALLAH üçün yox, bizim üçün tutur. Azərbaycanda İslamın dayaqları çoxdan sarsılıb. Sovet bu dayağı sarsıtdı, yerinə bir şey qoya bilmədik.

7. Müraciət nəzakətsizliyi.

Qatar bələdçisinə “Ağsaqqal, çay gətir” deyirlər. “Siz”lə danışmaq mədəniyyəti yoxdur. Bunun günahı ancaq xalqda deyil. Nitq etiketləri də çox azdır. Axır vaxtlar “abi” sözündən istifadə edilir. Bu yaxşı haldır.

8. Məişətə sonsuz meyl.

Azərbaycanlılar siyasətdən az danışırlar. Ədəbiyyatdan, kinodan, az danışırlar. Amma ev təmiri haqda saatlarla danışa bilirlər. Hər kəs öz məişətinə çalışdığının onda biri qədər ümumi iş üçün çalışsaydı (misal üçün, günə bir qəzet, həftəyə bir kitab alsaydı), bu ölkə gülüstan olardı.

9. Ətrafa hədsiz maraq.

Buna şübhə edən varmı? O zaman bir qəzet alıb metroya girin. Hamı qəzetə baxacaq. Ya da mavi rəngli bir köynəklə küçədə gəzin. Hamı sizə baxacaq. Azərbaycanlılar insanın azadlıq sahəsini, fərdiyyət sahəsini tanımırlar. Ora burun soxmağı normal bilirlər.

10. Şəxsi həyatda optimist, ictimai həyatda pessimizm

Hamının şəxsi həyatı ilə bağlı planları var. Ev tikdirəcək, oğlunu polisə düzəldəcək, qızını ərə verəcək. Azərbaycanlı şəxsi həyatında optimistdir. Amma siyasətdən danışanda pessimist. “Xeyri yoxdur, belə gəlib, belə gedəcək”. Onun siyasi proqnozları əksər hallarda bu cümlə ilə ifadə olunur.

Günel Mövlud: İnsanların davranışlarına dözümlüyəm, amma...

1. Məni ən çox özümdən çıxaran müraciət

Bəzi adamların tanımadığı, ilk dəfə danışdığı, ya da aralarında rəsmilik olan insanlara “sən” deyə müraciət etməsi məni ən çox özümdən çıxaran hərəkətdir. Belə bir şeylə üz-üzə gələndə həmin adamla bağlı qəti qənaətə gəlirəm ki, bu axırıncı söhbətimiz olacaq.

2 . Çanağı ofisiantın başında çatlatmaq

Elə adamlar var ki, bütün əsəbiliklərini, stresslərini, gərginliklərini restoranda onlara qulluq eləyən ofisiantın üstünə qışqırmaqla çıxarırlar. Nə var, nə var, aşpaz meyvə salatında almanı bir az iri doğrayıb. İşdə müdirindən danlaq, evdə arvadından tənə, qayınatasından qınaq, atasından minnət götürən adamların əksəriyyəti ürəklərində onlara demək istədiklərini, adətən, ya yazıq ofisiantın, ya marketdə satıcının, ya da nə bilim, xidmət sektorunda çalışan başqa xırda işçinin üzünə deyirlər. Belə insanlardan zəhləm gedir.

Belə hallarla üzləşən kimi mütləq “əzilən”in yanında olmağı, müdafiə eləməyi özümə borc bilirəm.

3. Mədəni müəssisələrə, məclislərə ağlı kəsməyən uşaqla gəlmək

Hərəkətləri ilə bütün ortamı gərginləşdirən balaca uşaqları məclisə, ictimai yerlərə gətirən adamlar məni çox əsəbiləşdirir. Uşaqları sevirəm, amma bir südəmərin nadincliyi ucbatından əsəbiləşmək istəmirəm və başqalarını da bunu yaşamasını istəmirəm.

4. İctimai yerlərdə, nəqliyyatda ayaqqabılarını soyunanlar

Bir də görürsən, Romeonun Cülyettanı öpdüyü anda, qəfildən burnunuza corab qoxusu gəlir. Tamaşaya gələn birini ağlına gəlir ki, özünü rahat hiss eləmək üçün ayaqqabılarını çıxartsın. Onun özünü ifrat hiss eləmə ehtiyacının ucbatından Şekspirin bütün romantikası çıxıb gedir işinə-gücünə.

5. Tədbirlərdə telefonun səsini almamaq

Ən çox rast gəldiyim, ortamı ən gərginləşdirən, arada da adamı gülünc hala salan şeydir. Amma nədənsə hətta ən mədəni hesab elədiyimiz adamlar belə ən ciddi, ən rəsmi, ən mədəni tədbirlərdə bəzən telefonun səsinin almırlar.

6. Vasvasılıq

Təmizkar, səliqəli adamlardan xoşum gəlir. Amma təmizkarlığı vasvasılıq həddinə çatdıranlara xəstə kimi baxıram. Boşqablarını, stəkanlarını ayıranlar, qonaq getdiyi evə çantasında çəkələk aparanlar gözümün düşmənləridir.

7. Mızmızılıq

Çevrəmdə həmişə həyatın yaxşı-pis sürprizlərinə hazır olan dostlar olub. Onların gözünü nə kasıblıqla, nə isti-soyuqla, nə hansısa münasibətlərlə qorxutmaq olmaz. Sevinirəm ki, özüm də belə öyrəşmişəm. Buna görə də, qayğını, problemi faciəyə çevirən, ağlayıb-sızlamaqla hamının zəhləsini tökən adamlar məni əsəbiləşdirir.

8. Soyuqluq

Hansısa komplekslərə, kənar reaksiyalara görə hisslərini gizlədən, soyuqqanlı davranan adamlardan xoşum gəlmir. İnsan hissləri müqəddəsdir, onlara görə utananlar başa düşə bilmirəm.

9. Yekəxanalıq

İstər nüfuzu olsun, istər var-dövləti, istərsə də intelekti – bunlara güvənib, başqalarına yuxarıdan aşağı baxanları sevmirəm.

10. Qaraqabaqlıq

Əslində, insanı qaraqabaqlığına görə ititham eləmək olmaz – o da belə yaranıb. Amma qaraqabaq adamları sevmirəm – bu da mənim haqqımdır.

Tofiq Abdin: “Məclisin şirin yerində...”


1. Məclisin şirin yerində on doqquzuncu əsrdən qalmış yanı bəzəkli burun dəsmalını çıxarıb fınxıraraq burnunu silmək.

2. Yolla gedərkən qarşıdan gələni və yandan gedəni nəzərə almadan tüpürüb keçmək.

3. Bütün hallarda liftləri tualet kimi istifadə etmək və ya liftə papiros kötüklərini, müxtəlif zibilləri atmaq.

4. Bir məclisdə son tikə məsələsində buyur-buyur “nəzakəti”.

5. Halal pulunu verib yeyib içdikdən sonra süfrədə qalan bərəkəti götürməyi qınamaq, xüsusilə toy məclislərindən sonra.

6. Hər hansı bir içki məclisində qarşı tərəfi min bir bəhanə ilə içməyə məcbur etmək.

7. Qonaq getdiyin yerdən tez ayrılmaq istəyərkən, buna xor baxılması, bəzən bunu nəzakətsizlik kimi qələmə vermək.

8. Şəhərdə qonşuluq şərti olsa da, yaşadığın blokun insanlarına yekəbaşlıq edərək onların insani istəkləri ilə barışmamaq. Məsələn, bir işə başlayarkən ümumiliyi saymamaq.

9. Bir neçə adamın məclisində başını alıb danışan… Hey danışan... Heç kəsə aman verməyən insanlar.

10. İnsanların özü olmadığı yerdə onların haqqında danışmaq və ən çox da qeybət tutumlu danışmaq (burada rəhmətlik yazar Vidadi Məmmədov yada düşür. O həmişə deyərdi: nə varmış ki, insanların üzünə danışmağa, ən böyük kişilik odur ki, elə arxasınca danışasan).

İndi isə sizin fikirlərini bilmək mənim üçün maraqlıdır.

Azərbaycan insanının sevmədiyiniz davranışları hansılardır??


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 10 dekabr 2011 21:32
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
xebere gore tesekkurler

Alone angel

  • 10 dekabr 2011 18:44
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
{awards}
maraqli xebere gore twk

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

fidan.....

  • 10 dekabr 2011 10:33
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
sonuncu onluq lap yerinə düşdü..teşekkür[color=#CC33CC][/color]

Lena_119

  • 9 dekabr 2011 23:31
  • Məqalə: 0
  • Şərh: 303
  • Bal:
{awards}
xebere gore tewekkurler.

beyenmediyim davraniwlardan biri mene kim ise hec tanimadigim, uzunu bele tesevvur etmediyim birinin mene sen deye muraciet etmesiii.cox eseblewirem onda.amma bu uje adi hal alib.

--------------------
Bilmirem.....1-ce onu bilirem ki,bezen tanimadigimiz insanlar,bize,bizdende yaxin olurlar.......

.♣.Chrysalis.♣.

  • 9 dekabr 2011 22:56
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
Hansısa komplekslərə, kənar reaksiyalara görə hisslərini gizlədən, soyuqqanlı davranan adamlardan xoşum gəlmir. İnsan hissləri müqəddəsdir, onlara görə utananlar başa düşə bilmirəm.

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

THIS IS LEGEND

  • 9 dekabr 2011 22:44
  • Məqalə: 10
  • Şərh: 1197
  • Bal:
{awards}
HMM MARAQLIDIDDDDDDI

beauty

  • 9 dekabr 2011 22:44
  • Məqalə: 13
  • Şərh: 272
  • Bal:
{awards}
en sevmediyim bir wey varsa oda nezaketsizlik xususilede avtobuslarda, insanlar en coxda qadinlar cox kobud olurlar elbette ki hamiya aid etmirem

mizmiziliq - hec sebrim catmir bele insanlara

Qızlarımız, adətən, rəngli geyinir, lakin oğlanlarımızdakı qara sevgisi ölməzdir, əbədidir, sarsılmazdır - normaldi hami qara geyine biler

bir ikisi varki tam razi deyilem

--------------------
Axmaq qabaqda durur ki, hamı onu görsün. Ağıllı arxada durur ki, o hamını görə bilsin!

Casper

  • 9 dekabr 2011 22:30
  • Məqalə: 47
  • Şərh: 650
  • Bal:
{awards}
Tewekkurler,cox maraqli xeberdi...


O ki qaldi beyenmediyim xususiyyetlere,ən başlicası onu deye bilərəm ki,ifratçılıq bizim cemiyyətin ən böyük noqsanlarındandır....

--------------------
Only GODcan judge me!!!

Delya_91

  • 9 dekabr 2011 21:22
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
etin yesekde sumuyun atmariq,ozumuzkulerdi de)

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

GlamouR_

  • 9 dekabr 2011 21:03
  • Məqalə: 189
  • Şərh: 3255
  • Bal:
{awards}
Dinləməyi və susmağı bacarmaq. heecc

--------------------

winxclub_bloom

  • 9 dekabr 2011 20:42
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
raziyam temamile

--------------------

J ♥ S

  • 9 dekabr 2011 20:18
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
XEBERE GORE TWK

--------------------
J & S ∞♥....

revane

  • 9 dekabr 2011 20:08
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
en cox xosagelmez hereket yolda oglanlarin qizdara soz atmasidir.kaski elelerine cerime yazalar super olardi

Okush

  • 9 dekabr 2011 18:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eziyyete gore tesekkur

wiki

  • 9 dekabr 2011 18:03
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
tewekkurler

jalicka...

  • 9 dekabr 2011 18:01
  • Məqalə: 0
  • Şərh: 698
  • Bal:
{awards}
duz soze ne deyesen ? twk

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

_TUNAR_MAMEDOV_

  • 9 dekabr 2011 17:57
  • Məqalə: 673
  • Şərh: 4780
  • Bal:
{awards}
eziyyete gore twkler...

--------------------

FLY TİME

  • 9 dekabr 2011 17:57
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
xebere gore twk.......maraqli idi hem de dogru

MuslimGirl

  • 9 dekabr 2011 17:54
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
4. Qara paltarlar geyinmək.

Qızlarımız, adətən, rəngli geyinir, lakin oğlanlarımızdakı qara sevgisi ölməzdir, əbədidir, sarsılmazdır.


Şəxsən mən özüm qara rəngi çox sevirəm və geyimimdə daha çox istifadə edirəm. Və bunun davranışla, xüsusilə sevmədiyimiz davranışla nə əlaqəsi var?! Təşəkkürlər

_awik_kiz_

  • 9 dekabr 2011 17:44
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
xebere gore twk

_SVETLANA_777_

  • 9 dekabr 2011 17:43
  • Məqalə: 109
  • Şərh: 1518
  • Bal:
{awards}
tesekkurler

--------------------
<p></p>

FIDAN15

  • 9 dekabr 2011 17:40
  • Məqalə: 0
  • Şərh: 198
  • Bal:
{awards}
xebere gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 54
Cəmi: 76

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 149
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}