28 Sual-Cavab: Sual 9

 
28 Sual-Cavab: Sual 9

SUAL 9: Ayətullah-üzma Safi Gülpayiqani ağanın müqəddəs hüzuruna. Salam!
Mən gəncliyimin əvvəl dövründən başlayaraq əmmarə (alçaq) nəfs ilə mübarizədə olmuşam. Amma bə᾽zən müvəffəqiyyət qazana bilmirəm, əmmarə nəfs məni pis işlərə sövq edir. Günaha batandan sonra vicdan əzabı çəkirəm. Mənə ümid verib, kömək göstərməyinizi xahiş edirəm.

CAVAB: Bismillahir-rəhmanir-rəhim. Həzrət Peyğəmbər (s) belə buyurmuşdur: «Ümmətimin ən yaxşısı gəncliyini Allaha itaətdə keçirən, nəfsini dünya ləzzətlərindən qoruyan və onu (nəfsini) axirət yolunda zəhmətə salan şəxsdir. Həqiqətən, belə bir şəxsin mükafatı Allah yanında behişt dərəcələrinin ən ucasıdır.»
28 Sual-Cavab: Sual 9
Əziz övladım! Çoxları ondan-bundan şikayətlənirsə, siz özünüzdən narazılıq bildirirsiniz. Mə᾽lum olur ki, əmmarə nəfs ilə çarpışmadasınız. Başqa sözlə, həzrət Peyğəmbərin (s) buyurduğu kimi, nəfs ilə cihaddasınız. Düşməni güclü görür və Allah eləməmiş, məğlubiyyətdən qorxursunuz. Sizi əmin edirəm ki, düşmən qarşısında müqavimət göstərib, meydanı daraltsanız və onun istəklərinə əvvəlcədən baş əyməsəniz, nəhayətdə qalib gələcəksiniz. Bilin ki, onun istəkləri saysız-hesabsızdır. Əvvəlcədən onun bir istəyinə baş əysəniz, növbəti əmrlərinə verəcək və şəxsiyyətinizi tam məhv etməyincə qane olmayacaq. Əsil döyüş və cihad meydanı həmin bu cavanlıqdır. Sözsüz ki, əmmarə nəfs hər insanı məğlub edə bilmir. Həqiqi cəngavərlər bu meydanda özünü göstərib mükafatlar ala bilər.
Siz və sizin həmyaşıdlarınızın hər biri bu böyük imtahandan keçməlidir. Allahı xatırlayın və Ondan və᾽də etdiyi yardımı istəyin.
(Ənkəbut-69).

Allah cihad edib, Ondan yardım istəyənləri hidayət edər. O, yaxşı iş görənlərlədir.
28 Sual-Cavab: Sual 9
Sizdəki bu çarpışma ruhiyyəsi agahlıq və bəsirət mərhələlərindəndir. Ümid var ki, bu agahlıq hesabına, əksər cavanların qərq olduğu girdabdan qurtulasınız.
İlk baxışdan çətin görünən bu müqavimət nəfsə itaət etmədən irəlilədikcə asanlaşır. Təcrübəli və mö᾽min şəxslərlə ünsiyyətdə olmağa çalışın, dini söhbətlərdə iştirak edin. «Me᾽racüs-səadət», «Həyatül-qülub», «Eynul-həyat», kimi kitabları mütaliə edin, «Kumeyl» və «Nüdbə» duaları oxumaqla, imam Zamana (ə.c) təvəssül etməklə özünüzü cihada hazırlayın.
Aydın gələcəyinizə ümidlə, sizin və həmyaşıdlarınızın tofiq tapması üçün dua edirəm.

28 Sual-Cavab: Sual 9


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 10 dekabr 2011 21:11
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
xebere gore tesekkurler

joyful

  • 10 dekabr 2011 17:22
  • Məqalə: 43
  • Şərh: 951
  • Bal:
{awards}
Allah razi olsun.Tewekkurler.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

111_Shawmn Michaelais_111

  • 10 dekabr 2011 15:09
  • Məqalə: 250
  • Şərh: 1093
  • Bal:
{awards}
Allah razi olsun canim menim

--------------------


.♣.Chrysalis.♣.

  • 10 dekabr 2011 14:06
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
twk xebere gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Su Perisi

  • 10 dekabr 2011 12:38
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
Bismillahir-rəhmanir-rəhim. Həzrət Peyğəmbər (s) belə buyurmuşdur: «Ümmətimin ən yaxşısı gəncliyini Allaha itaətdə keçirən, nəfsini dünya ləzzətlərindən qoruyan və onu (nəfsini) axirət yolunda zəhmətə salan şəxsdir. Həqiqətən, belə bir şəxsin mükafatı Allah yanında behişt dərəcələrinin ən ucasıdır.»

--------------------

Okush

  • 10 dekabr 2011 12:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eziyyete gore twk

BadZero

  • 10 dekabr 2011 12:05
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Repery

  • 10 dekabr 2011 12:00
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN xeberi BIZLE BOLUSDUYUN UCUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 60
Cəmi: 82

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 40
Cəmi: 143
 
The Shield
Xəbərləri: 37
Cəmi: 299
 
Darling
Xəbərləri: 36
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 73
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}