28 Sual-Cavab: Sual 10

 
28 Sual-Cavab: Sual 10

SUAL 10: Xahiş edirəm ki, yeni dərs ilinin başlanğıcında tələbə və şagirdlərə öz göstərişlərinizlə yol göstərəsiniz.

CAVAB: Bismillahir-rəhmanir-rəhim. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bilin ki, Allah elm tələb edənləri sevir» (Kafi 1-ci cild).
Əziz tələbələr və şagirdlər, islam övladları! Allahın salam, rəhmət və bərəkəti sizə şamil olsun ki, yeni təhsil ilini həvəslə qarşılayıb, institut və məktəblərin qapısını tərəqqi və kamillik qapısı hesab edirsiniz.

Hədisdə buyurulur: «Özünüzü ilahi əxlaqlarla zinətləndirin»
(Bəharul-ənvar, 61-ci cild).

28 Sual-Cavab: Sual 10

İlahi sifətlər arasında ən şərəflisi elm sifəti, sifət isimləri arasında ən əzəmətlisi alim sifətidir.
Ona görə də elm sifəti ilə zinətlənmək digərlərindən daha üstün və dəyərlidir.

Allahdan bir nişanə tapıb, ona yiyələnmək həmin ilahi əxlaqa sahib olmaqdır. Bu nişanələrin ən mühümü elm və qüdrət, bilik və bacarıqdır. Bu iki sifət əlaqəlidir və onların ayrılması qeyri-mümkündür. Harada bilik varsa, orada bacarıq var və harada bacarıq varsa, orada bilik var. Beləcə, bəşəriyyətin ehtiyacları arasında elmdən üstünü yoxdur. Onu tələb edənlər daim axtarışdadır. Həzrət Əli (ə) buyurub: «Bilik qabından savay bütün qablar dolduqca daralır. O isə dolduqca genişlənir.»
(Nəhcül-bəlağə).

Əzizlərim, bu fürsəti qənimət bilin. Oxuyun ki, agahlıq və mə᾽rifətə çatasınız. Oxuyun ki, özünüzü, cəmiyyəti, islamı izzətləndirə biləsiniz. Oxuyun ki, özünüzü və başqalarını cəhalət pəncəsindən qurtarasınız. Müxtəlif elm sahələrində bu günədək açılmamış düyünləri açmaq üçün oxuyun. Oxuyun və alim olun. Siz kimsədən əskik və bacarıqsız deyilsiniz.

Dünya və onun gələcəyi bilikli millətlər üçündür. öz elminizlə islam
ümmətinin tarixi şərəf və izzətini özünə qaytarın. İradəli olun, heç bir elmi dərəcəni əlçatmaz saymayın.
Allah-taala bəşəriyyətə kainatı ram etmək ləyaqəti vermişdir.
Elmə varmaqla kainatın sirlərini açın. Fitrətən tələb olunan bütün faydalar
elm vasitəsi ilə əldə edilir. Zülmət və zillət isə cəhalət nəticəsidir.

28 Sual-Cavab: Sual 10

Özünüzü Allah və İslam kəlmələrini ucaltmaq, Qur᾽an hədəflərinin gerçəkləşm
əsi, məhrumlara xidmət üçün hazırlayın. Elm yolunda üzərinizə düşən əziyyətləri Allah bəndələrinin rahatlığı üçün vəzifə bilin. Hamı sizin intizarınızdadır. Allah sizdən çalışqanlıq və fədakarlıq gözləyir. İslam və islam peyğəmbəri sizin ibtidai və ali təhsilinizin, elmi tədqiqatlarınızın intizarındadır. Mə᾽sumlar, xüsusilə də əsrin imamı həzrət Bəqiyyətullah (ə.c) sizi gözləyir.

Hamının gözü elmi mərkəzlərə, dərs və tə᾽lim otaqlarına dikilməlidir. Sizin necə çalışdığınız, özünüzü necə hazırladığınız diqqət mərkəzindədir. Elm ocaqlarında müəllimlər, tərbiyəçilər və müdiriyyət bu amallar yolunda əl-ələ verməlidirlər.
Agahlıq, düşüncə və bilikdən ləzzət almağa çalışın. Öz vaxtınızı faydasız işlərə, müsabiqə və oyunlara sərf etməyin. Həqiqi kamillik və ilahi seyr arxasınca gedin. «Yoxsa güman edirsiniz ki, sizi səbəbsiz yaratmışıq»
(Mu᾽minun-115),

«Bu dünya puç və faydasızlıqdan başqa bir şey deyil»
(Ənkəbut-64).

28 Sual-Cavab: Sual 10

Bu ayələrin dəyərli mə᾽nasını unutmayın. Vaxtı bada verən oyunlardan çəkinin. Bə᾽zilərində müəyyən fayda olan belə oyunlar təhsildə geriliyə səbəb olur.
Həqiqi kamilliyə çatmaq istəyirsinizsə, ətrafınızdakılar da əyləncələrdən uzaqlaşıb sizinlə həmkarlıq etməlidir.
Qısası, onsuz da əldən gedəcək ömrünüzü ucuz qiymətə satmayın. Bilin ki, elm və mə᾽rifətdən, ilahi razılıq və ilahi seyrdən qiymətli bir şey yoxdur. Həzrət Əli (ə) buyurur: «Elə bir azadə insan yoxdurmu ki, ağzındakı yemək qırıntısı tək dəyərsiz olan dünyanı öz əhlinin öhdəsinə buraxsın? Doğrusu ömrünüzün qiyməti yalnız behiştdir. Dünyanızı behiştdən başqa bir şeyə satmayın.»
(Nəhcül-bəlağə).

Özünüzü vəzifəli bilin, ləyaqətsiz və haram işlərdən çəkinin. Vacib əməllərə, xüsusi ilə də mö᾽min me᾽racı olan namaza əhəmiyyət verin. Cümə və camaat namazında iştirak edin. Tələbəlik və şagirdlik vüqarınızı qoruyun. Öyrənmək və öyrətməyi Allahın razılığı, ilahi sifətlə zinətlənmək üçün hidayətçi bilin. Allahdan yardım diləyin.

Cəmiyyətin mövlası həzrət Mehdini (ə.c) Allahla öz aranızda vasitə qərar
verin və bilin ki, sizin müvəffəqiyyətləriniz o həzrəti sevindirir.
Siz hamınız o həzrətin ruhani övladlarısınız və o hər bir atadan daha çox sizin müvəffəqiyyətinizi arzulayır.

Hər biriniz üçün, islamın əzəməti üçün, elmi mərkəz və institut məs᾽ullarının müvəffəqiyyəti üçün dua edirəm.

28 Sual-Cavab: Sual 10


Geri dön

Repery

  • 11 dekabr 2011 14:59
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
Allah razi olsun

--------------------

.♣.Chrysalis.♣.

  • 11 dekabr 2011 01:46
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk xebere gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

ASMIYA

  • 10 dekabr 2011 23:54
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
OYRENIB EMEL ETSEK ANCAQ VE ANCAQ XEYIR GETIRECEYINI BILDIYIMIZ YAZINI BIZLERE DE OXUYUB BILMEDIYIMIZI OYRENMEK UCUN VERDIYINIZE GORE ALLAHIM RAZI OLSUN

--------------------


Alone angel

  • 10 dekabr 2011 21:43
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Ada...07

  • 10 dekabr 2011 21:21
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------


Gunel

  • 10 dekabr 2011 20:46
  • Məqalə: 0
  • Şərh: 450
  • Bal:
{awards}
Özünüzü vəzifəli bilin, ləyaqətsiz və haram işlərdən çəkinin. Vacib əməllərə, xüsusi ilə də mö᾽min me᾽racı olan namaza əhəmiyyət verin. Cümə və camaat namazında iştirak edin. Tələbəlik və şagirdlik vüqarınızı qoruyun. Öyrənmək və öyrətməyi Allahın razılığı, ilahi sifətlə zinətlənmək üçün hidayətçi bilin. Allahdan yardım diləyin.

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

R_A_P_U_N_Z_E_L

  • 10 dekabr 2011 20:44
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
xebere gore tesekkurler

_SVETLANA_777_

  • 10 dekabr 2011 20:39
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
tesekkurler

--------------------
<p></p>

Yer_Gok_Ask

  • 10 dekabr 2011 20:39
  • Məqalə: 0
  • Şərh: 140
  • Bal:
{awards}
Allah razi olsun !Tesekkurler minnetdaram...

generation

  • 10 dekabr 2011 19:33
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

joyful

  • 10 dekabr 2011 18:44
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
Allah razi olsun, eziyyetinize tewekkur maraqliydi.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

BadZero

  • 10 dekabr 2011 18:39
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 32

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}