Xəyalındakı sevgilimə məktub

 
Xəyalındakı sevgilimə məktub

Gün batımında və mavi dənizə baxaraq yazıram bu sətirləri sənə...
Kim olduğunu,qarşıma nə zaman çıxacağını,məni sevib sevməyəcəyini,
mənə nələr yaşadacağını bilmədən səslənirəm sənə...
Yanımda bu anı bölüşə biləcək birinin olmaması nə qədər kədərli olsa da,
xəyalımda bu anı bölüşə biləcək bir sevgilimin olması o qədər gözəldi...

İndi bəlkə də uzaqlarda öz taleyini yaşayırsan...
Bəlkə də sən də yalnızlığını bölüşəcək birinin olmadığını düşünərək bir xəyal canlandırırsan və bəlkə də xəyalında sən də məni düşünürsən... Hansı duyğu içindəsən bilmirəm,amma əmin ola bilərsən ki,mən yaşanılası yalnızlığı yaşayıram...
Qarşımda ucsuz-bucaqsız bir dəniz maviliyi və üzərində batan günəş şüası...
Olduğum qumsalda heç kim yoxdu və sadəcə dalğa səsləri qulağıma gələn tək musiqi...
İnsanlar axşam yürüşlərinə çıxıblar... İki qadın keçir olduğum yerdən,üzləri gülümsəyir
söhbətlərindən.Həyatı bölüşmək üçün tapılan yanlış insanlar haqqında söhbətlər...Və hər şeyə nəzərən hə


Xəyalındakı sevgilimə məktubXəyalındakı sevgilimə məktubXəyalındakı sevgilimə məktub

Dediyim kimi yaşanılması və darıxdığım yalnızlıq içərisindəyəm...
Bəzən həyatın streslərindən, çətinliklərindən və səs-küyündən qaçmaq istəyirsən,
ətrafımızda heç kimin olmadığı dəniz, günəş və dalğa səsləri ilə qalmaq istəyirsən...
Bax,indi mən o anlardan birini yaşayıram bu axşam...
Nə vaxtdır olmadığım qədər yalnız,xoşbəxt və ümidliyəm...
Xəyallar qururam gələcəyə dair,yalnızlıqdan uzaq xəyallar...
Yanımda sən varsan bu sakit axşamda,əllərin əlimdə,baxışlarımız bir-birimizdə...
Dənizin maviliyi,günəşin qızılılığı və sevgimiz var...yat davam edir...


Xəyalındakı sevgilimə məktubXəyalındakı sevgilimə məktubXəyalındakı sevgilimə məktub

Bu günbatımında sənə aid hekayələr yazıram və sən gəlirsən yanıma...
Əlində bir fincan çay...Saçlarıma toxunub,oxşayırsan və gülümsəyərək sənin üçün yazdıqlarımı oxuyursan...
Çayımı soyutmamağım üçün xəbərdar edirsən məni...
Əslində baxışlarımın sənə yönəlməini istəyirsən.Gözlərinin dərinliyində itib getməyimi
istəyirsən və səndə mənim gözlərimin dərinliyində itib getmək istəyirsən...
Birdən mənə toxunursan və gözlərimə baxırsan...
Üşüdüyümdən narahat olaraq pencəyini çiyinlərimə atırsan...
Başımı çevirib sənə baxdığımda gözlərimdəki minnətdarlığı görmək istəyirsən...
Əslində yanımda olmağın mənim sənə ən böyük minnətdarlğımdı...
Tam qarşımdakı stula oturursan və məni izləməyə başlayırsan... Nə olar qalx ordan...
Sənə baxarkən yaza bilmirəm səni, səni yzmaq deyil yaşamaq gəlir içimdən.
Gözlərini,gülümsəməyini yaza biləcəyim söz yoxdu lüğətdə...
O gözlərini,gülümsəməyini sevirəm...Heç bir not yoxdu sənin səsini yazmağa


Xəyalındakı sevgilimə məktubXəyalındakı sevgilimə məktubXəyalındakı sevgilimə məktub

Günəşin uzaqlarda yox olduğu anlarda oyandım xəyallarımdan.
Nə sən var idin yanımda,nə də xəyallarımdakı baxışların...
Yaşanılası yalnızlığımı hələ də yaşayıram,amma yaşanılası xəyallarımın sonu gəldi...
Mən burada, bu küləkli gecədə səni və sənin sevgini gözləyirəm...
Ürəyimdəki xəyalların gerçək olmağını istəyirəm...Harada olursan ol,
nə vaxt qarşıma çıxacaqsan çıx indidən deyirəm: ”Varlığın xəyalından gözəldir bilirəm. Səni çox sevirəm”...
.Səsini eşitməyi sevirəm...Səni və gözəlliyini çəkə biləcək rəssamın
dünyaya gəldiyinə inanmıram...Sənə baxmağı sevirəm...
Yerini heç kimin tuta bilməyəcəyini bilirəm və səni hər şeydən


Xəyalındakı sevgilimə məktubXəyalındakı sevgilimə məktubXəyalındakı sevgilimə məktub

çox sevirəm...Kimsən,hardasan bilmirəm,amma səni
xəyal etmək gözəldi...Səni xəyal etmək bu qədər gözəldisə,səni yaşamaq daha gözəldi...
Bəlki bir gün çıxarsan qarşıma və mənə baxıb gülümsəyərsən,həyacanlandırarsan məni...
Bəlki də heç çıxmazsan qarşıma,sadəcə xəyallarımda qalar və orda böyüyər sevgim.
Əslində bilirsən səni tapdığım o gün üçün xəyal qurmamalıyam...
Hədiyyə olmalısan mənim üçün...


Geri dön

H.o.S.t _ FaNaTka

  • 16 dekabr 2011 00:26
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
təşəkkürlər

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

L115A1

  • 15 dekabr 2011 13:42
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
mene sevgiden daniwmayin!!!!\

--------------------

kursant_007

  • 14 dekabr 2011 12:55
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
yeri var.


R_A_P_U_N_Z_E_L

  • 10 dekabr 2011 21:12
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
xebere gore tesekkurler

_TUNAR_MAMEDOV_

  • 10 dekabr 2011 19:00
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
gozel yazilardi...eziyyete gore twkler...

--------------------

.♣.Chrysalis.♣.

  • 10 dekabr 2011 17:46
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk maraqli yazidi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

angel gunay

  • 10 dekabr 2011 17:35
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
Ayyy cokkk güzel lap kederlendim ee love

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

joyful

  • 10 dekabr 2011 17:30
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
Allah her kesin qarsisina arzu ve xeyallarinda daim gizli olsada yasayan o insani cixarsin.Amin.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

Elvin007

  • 10 dekabr 2011 15:47
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
maraqli idi twk

--------------------
▼►►Proqramming◄◄▼

111_Shawmn Michaelais_111

  • 10 dekabr 2011 15:11
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
çox sevirəm...Kimsən,hardasan bilmirəm,amma səni
xəyal etmək gözəldi...Səni xəyal etmək bu qədər gözəldisə,səni yaşamaq daha gözəldi...
Bəlki bir gün çıxarsan qarşıma və mənə baxıb gülümsəyərsən,həyacanlandırarsan məni...



teşekkürler

--------------------


Ada...07

  • 10 dekabr 2011 14:18
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Xəyallar qururam gələcəyə dair,yalnızlıqdan uzaq xəyallar...
Ürəyimdəki xəyalların gerçək olmağını istəyirəm...
Kimsən,hardasan bilmirəm,amma səni
xəyal etmək gözəldi...


Bu yazilar cox qozeldi, xeyallari qerceklewdirmek de qozeldi, Inwallah her birimizin qelbimizde qurdugu qozel xeyallari heyata kecirerek qozelliy hissiyle dunyaya sevinc sacariq...

--------------------


Aysel_

  • 10 dekabr 2011 14:05
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Cox tesekurler superdir kovreldim

Мой Мир

  • 10 dekabr 2011 13:39
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Günəşin uzaqlarda yox olduğu anlarda oyandım xəyallarımdan.
Nə sən var idin yanımda,nə də xəyallarımdakı baxışların...
Yaşanılası yalnızlığımı hələ də yaşayıram,amma yaşanılası xəyallarımın sonu gəldi...
Mən burada, bu küləkli gecədə səni və sənin sevgini gözləyirəm...
Ürəyimdəki xəyalların gerçək olmağını istəyirəm...Harada olursan ol,
nə vaxt qarşıma çıxacaqsan çıx indidən deyirəm: ”Varlığın xəyalından gözəldir bilirəm. Səni çox sevirəm”...
.Səsini eşitməyi sevirəm...Səni və gözəlliyini çəkə biləcək rəssamın
dünyaya gəldiyinə inanmıram...Sənə baxmağı sevirəm...
Yerini heç kimin tuta bilməyəcəyini bilirəm və səni hər şeydən



çox sevirəm...Kimsən,hardasan bilmirəm,amma səni
xəyal etmək gözəldi...Səni xəyal etmək bu qədər gözəldisə,səni yaşamaq daha gözəldi...
Bəlki bir gün çıxarsan qarşıma və mənə baxıb gülümsəyərsən,həyacanlandırarsan məni...
Bəlki də heç çıxmazsan qarşıma,sadəcə xəyallarımda qalar və orda böyüyər sevgim.
Əslində bilirsən səni tapdığım o gün üçün xəyal qurmamalıyam...
Hədiyyə olmalısan mənim üçün...


Heqiqetende adami kovreldire ama cox gozeldi cox beyenidm cox saqolun heqiqetle doludu bu yazi recourse

--------------------
∞♥

C.I

  • 10 dekabr 2011 12:56
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
twk.......

--------------------

Okush

  • 10 dekabr 2011 12:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eziyyete gore twk

eldarado

  • 10 dekabr 2011 12:11
  • Məqalə: 7
  • Şərh: 78
  • Bal:
{awards}
10 defe bu xeberi yollamisam cixmiyib indi basqasi yazir.yenede tesekkur

--------------------
Vacib o deyil ki, sənin həyatında neçə gün qalıb. Vacib odur ki hər günündə nə qədər həyat var.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}