Albert Eynşteyn - din və elmə dair

 
Albert Eynşteyn - din və elmə dair

İnsan irqinin etdiyi və düşündüyü hər şey, əksikliyini dərindən hiss etdiyi ehtiyaclarının ödənməsi və ağrılarını yüngülləşdirmə istəyi ilə bağlıdır. Hissi hərəkətlənmələri və bunların inkişafını başa düşmək istəyiriksə, bunları həmişə bilməliyik. Hiss etmək və çox istəmək – hər nə qədər istəmək qavramı özünü bizlərə daha görkəmli şəkildə təqdim etsə də, insanın bütün cəhdlərinin və yaradılışının arxasındakı idarə edici gücdür.
İnsanları dini düşüncələrə və inanclara yönləndirən duyğular və düşüncələr ən geniş izahi ilə nələrdir? Bir az düşünmək bizlərə dini düşüncənin ortaya çıxmasına nəyin səbəb olduğunu göstərmək üçün bəs edəcəkdir.


Primitiv insanlar üçün dini düşüncələri ortaya çıxaran məsələlər onun ən böyük qorxuları idi: aclıq qorxusu, vəhşi heyvanlar, xəstəlik və ölüm kimi qorxular. Belə bir mövcudluq dövründə təsadüflər arasındakı əlaqələri anlamaq olduqca zəif bir səviyyədə inkişaf etmiş ola biləcəyindən, insan zehni az – çox özünə bənzəyən və istəklərinin və hərəkətlərinin təməli bu qorxu verən hadisələr olan xəyali varlıqlar yaratdı. Beləliklə, insan bu varlıqların ozünə qarşı lütf etməsi üçün nəsildən – nəslə keçən ənənələrlə onlara qurban vermək kimi hərəkətlər edir, onları sakitləşdirməyə çalışır və ya fanilərə qarşı xoş niyyət bəsləməsi üçün çalışırdı.

Bu dediklərim qorxu dinini izah edir. Bu, xüsusi ruhanilər sinfi tərəfindən meydana gətirilməmiş olsa da, onların ortaya çıxması ilə birlikdə inkişafı əhəmiyyətli dərəcədə dayandırılmış bir inanc formasıdır. Haqqında danışılan ruhanilər sinfi özünü insanlar ilə insanların qorxduğu varlıqlar arasında bir vasitəçi kimi təqdim etməkdə və bu təməl üzərinə qurulmuş bir hegomoniya yaratmaqdadır. Çox vaxt bir lider və ya idarəçi ya da digər bəzi amillərdən qaynaqlanan müəyyən bir mövqesi olan adam ruhani funksiyalarını ictimai nüfuzu ilə birləşdirərək dünyəvi nüfuzunu daha çox möhkəmlətməkdə idi, ya da siyasi idarəçilər və ruhanilər sinfi öz maraq dairələrinə görə ortaq hədəf meydana gətirirdilər.

İctimai hərəkətləndirici amillər də dinin yayılmasında digər bir qaynaq olmalıdır. Analar, atalar və daha böyük cəmiyyətlərin liderləri fanidirlər və səhv etmələri mümkündür. Rəhbərlik, sevgi və dəstək istəyi insanları ictimai və etik bir tanrı anlayışı meydana gətirməyə məcbur edir. Bu; qoruyan, qiymətləndirən, mükafatlandıran və cəzalandıran, həmçinin inanan insanın dünya görüşünün sərhədlərinə görə insan irqini sevən və həyatını bağışlayan, hətta həyat üçün bunları edən, iztirablı və sonu gəlməyən həsrətə son qoyan, ölülərin ruhlarını qoruyan bir tanrıdır.

Əhdi – Ətiq, qorxu dinindən əxlaq dininə olan inkişafı insanı heyran edən bir formada təsvir etməkdədir və bu Əhdi-Cədiddə davam etmişdir. Bütün müasirləşmiş xalqların dinləri, xüsusi ilə də şərq xalqlarının dinləri, təməldə əxlaq dinidir. Qorxu dinindən əxlaq dininə olan inkişaf xalqların həyatlarında böyük bir addımdır. Amma, bəhs etdiyimiz primitiv dinlər qorxu üzərinə qurulub və tamamilə əxlaq üzərinə qurulan, müasirləşmiş xalqların dinləri diqqətli olmağımızı zəruri edən bir hökmdür. Həqiqət budur ki, bütün dinlər bunların hər ikisinin qarışığının versiyalarıdır, ancaq bir fərqlə: ictimai həyatın daha yüksək səviyyələrində əxlaq dini daha üstündür.

Bütün din törəmələri üçün ortaq olan məqam tanrı anlayışının insan formasında bir xarakter olmasıdır. Ümumiyyətlə, yalnız qeyri-adi qabiliyyətlərə sahib olan fərdlər və zehni qeyri – adi bir aydınlıq səviyyəsində olan cəmiyyətlər bu anlayış səviyyəsinin daha yüksəkdə çıxış etməkdədirlər. Ancaq bir də dini təcrübələrin üçüncü bir mərhələsi var ki, bu, dini törəmələrin hamısına aid olmamaqdadır və nadir olaraq saf qala bilmiş formadadır: mən buna “kosmik dini duyğu” deyirəm. Bu, o duyğunu hiss etməyən birisinə izah olunması çətin bir hissdir, səbəbi isə xüsusi ilə məzmununda insan formasında bir tanrı anlayışının olmamasıdır.
Bu hissə sahib olan insan, insanın istək və meyllərinin faydasızlığının yanında özünü həm təbiətdə, həm də düşüncə dünyasında göstərən ucalığı və “mükəmməl nizamı” hiss edir. Fərdi mövcudluq onda bir növ həbsxana təsiri meydana gətirir və kainatı “tək və mənalı bir bütünün hissəsi” olaraq hiss etmək istəyir. Kosmik dini hissin ilk mərhələləri inkişafın erkən bir mərhələsində ortaya çıxır. Məsələn, Davudun Məzmurlarının bir çoxunda və bəzi peyğəmbərlərdə olduğu kimi. Buddizm, xüsusi ilə Şopenhaurerin möcüzə yazılarından öyrəndiyimiz kimi, bunun çox daha güclü bir ünsurunu daşımaqdadır.

Bütün zamanların din sahəsindəki dahiləri bu cür bir dini hisslə fərqlənmişlər ki, bu hiss nə ehkam, nə də insan şəklində bir tanrı tanımamaqdadır. Buna görə də bu hissin təməlləri üzərinə qurulmuş bir kilsə ola bilməz. Bu cür çox yüksək səviyyədə dini duyğuyla dolu insanlar bizə hər çağın mirası olublar və meydana gələn bir çox hadisədə öz müasirləri tərəfindən “ateist” bəzən də “müqəddəs” olaraq damğalanmışlar. Bu tərəfdən baxıldığında Demokrit Müqəddəs Fransis və Spinoza bir – birlərinə olduqca bənzəməkdədirlər.

Yaxşı, heç bir müəyyən Tanrı düşüncəsinə və ya teologiyaya mənsub olmadığı halda kosmik dini duyğu insandan insana necə ötürülə bilir? Məncə, bu hissi oyandıran və qəbul edici olan kəslərdə canlı qalmasını təmin edən ünsürlər arasında ən əhəmiyyətlisi sənət və elmin funksiyalarıdır. Beləliklə, elm və din arasındakı əlaqə qavramına, başa düşüləndən çox fərqli bir formada gəlmiş olduq. Birisi, mövzuya tarixi aspektdən yanaşdığı zaman elm və dinə uzlaşmaz müxaliflər olaraq baxma meylinə girməkdə və bunu nəzərə çarpacaq bir səbəblə etməkdədir. Səbəb – nəticə prinsipinin universal əməliyyatları mövzusunda tamamilə inanmış bir şəxs, üçün hadisələrin meydana gəlmə prosesinə müdaxilə edən varlığın mövcud olması fikri ağlasımazdır. Əlbəttə, əgər o, səbəb – nəticə əlaqələrinə ciddi şəkildə inanırsa. Belə bir insanın qorxu dini ilə əlaqəsi olmayacağı kimi, ictimai və əxlaq dini də onun üçün eyni dərəcədə səthi qalmaqdadır. Mükafatlandıran və cəzalandıran bir tanrı onun üçün məntiqli deyil, çünki bir insanın hərəkətlərini tənzimləyən onun daxili və xarici ehtiyaclarıdır. Buna görə də, insan tanrının gözündə yaşadıqlarına görə cansız bir varlıqdan daha məsul ola bilməz. Beləliklə, elm etikanın dəyərini düşürməklə ittiham olunur; amma bu haqsız bir ittihamdır. Bir insanın etik əlaqələri mütləq bir formada simpatiya, təhsil və ictimai əlaqələri üzərinə qurulmalıdır. Bunun üçün heç bir dini təmələ ehtiyac yoxdur. İnsan ölümdən sonra cəzalandırılma və ya mükafatlandırılma qorxusu ilə məhdudlaşdırılarsa, həqiqətən yoxsul bir yolda ilərləyər.

Bu səbəbdən, kilsələrin niyə həmişə elmlə mübarizə apardığını və elmin arxasından gedənlərə təzyiq göstərdiyini başa düşmək sadədir. Digər tərəfdən, kosmik dini duyğunun elmi araşdırmalar üçün ən güclü və ən nəcib hiss olduğu fikrindəyəm. Yalnız “çox böyük səyləri” və hər şeydən əvvəl nəzəri elmdə olmadığı halda qabaqcıl səylərin həyata keçirilə bilməyəcəyi “özünü həsr etmə halını” hiss edənlər belə bir iş ilə belə bəhs etdiyimiz duyğunu əldə edə bilərlər, çünki bu hal içində həyatın reallıqlarından uzaqlaşmaq bu nəticəni verəcəkdir.

Keplerin və Nyutonun kosmos mexanikasının prinsiplərini öyrənmək üçün illər boyu tək işləmələri üçün kainatın rasionallığı üzərinə nə qədər dərin bir inanca sahib olmaları, öyrənməyə qarşı nə böyük bir sevgi duymaları lazım idi və dünyada bu ruh halı nə qədər zəif bir əksini tapmışdır!
Elmi tədqiqatlar haqqındakı düşüncələrini onun nəticələrinə görə mühakimə edənlər üçün, ətrafları skeptik yanaşan bir dünya ilə əhatə olunmuş, bütün ölkə və ərazilərə yayılmış ardıcıllarına yol göstərməyə müvəffəq olmuş insanların mənəvi dünyası haqqında tamamilə səhv fikir formalaşdırmaq çətin deyil. Yalnız öz həyatını anoloji məqsədlərə həsr etmiş insanlar, bu cür insanları ruhlandıran və onlara, bütün müvəffəqiyyətsizliklərə baxmayaraq, qarşılarına qoyduqları məqsədlərə sadiq olmağa güc verənin nə olduğunu başa düşə bilərlər. Bu cür insanlar öz güclərini kosmik dini hisslərindən alırlar. Bizim müasirlərimizdən biri demişdir ki: “içində yaşadığımız bu materialist çağda həqiqi böyük dindarlar elmlə məşğul olanlardır”.

New York Times, 9 Noyabr 1930


Geri dön

_favorit_arkadas

  • 13 dekabr 2011 11:18
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
tesekkurler...

tesekkurler...

--------------------

Alone angel

  • 11 dekabr 2011 19:20
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
{awards}
tewekkurler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Elvin007

  • 11 dekabr 2011 17:34
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
twk xeber ucun

--------------------
▼►►Proqramming◄◄▼

_TUNAR_MAMEDOV_

  • 11 dekabr 2011 17:11
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
eziyyete goree twkler...

--------------------

Ku-ku

  • 11 dekabr 2011 15:58
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
leqend azin dahisi tewekkurler winked

--------------------

generation

  • 11 dekabr 2011 14:58
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
dagli balasi sen haralisan

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

.♣.Chrysalis.♣.

  • 11 dekabr 2011 13:08
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
twk xebere gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

zoluska

  • 11 dekabr 2011 12:14
  • Məqalə: 1
  • Şərh: 864
  • Bal:
{awards}
tesekkurler eziyyete gore

_Qismet_

  • 11 dekabr 2011 10:33
  • Məqalə: 796
  • Şərh: 799
  • Bal:
{awards}
İLK SERH MENDEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 52

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 20
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}