Hər işimizdə necə Allah`a yönələ bilərik?

 
Hər işimizdə necə Allah`a yönələ bilərik?

Allah imtahanın tələbi olaraq dünya həyatını çox rəngarəng, çoxlu zənginliklərlə dolu, həmişə davam edəcəkmiş hissi oyandıran, bir hadisə bitdiyində davamlı olaraq yeni hadisələrin başladığı, söhbət etdikcə bitməyəcək gözəlliklər içində yaratmışdır. Əlbəttə dünya həyatının bu cür geniş görünməsi, Allahın sonsuz müxtəliflikdəki yaratma sənətinin bir təzahürüdür.
Allaha iman edən bir insan bu qarışıqlıq və ehtişamlı zənginlik içində, bütün diqqətini Allaha və Allahın razılığını qazanmağa yönəltməlidir. Allahdan qorxan və həyatını Quran əxlaqına görə davam etdirən bir insan, Allahın razılığını dünyadakı hər şeydən üstün tutar. Belə bir imani dərinliyə çatmış insan hər işində, hər danışdığında, hər rəftarında bütün diqqətini Allaha və Allahın ən bəyənəcəyi əxlaqı yaşamağa verər. Zehinində mütəmadi olaraq, "Hansı rəftarı göstərsəm Allahı razı edərəm?" düşüncəsi var.
İnsanın diqqəti hər an dağılmağa, lazımsız fikirlərə məşğul olmağa, boş və mənasız xəyallarda boğulmağa meyllidir. Mömin şüurunu və diqqətini hər zaman Allahı düşünərək, Allahın ən razı olacağı əxlaqı göstərməyə çalışaraq açıq saxlamağa cəhd göstərməlidir. Bir çox insanın, Allahın yaxınlığını unutduğu anlarda belə (Allahı tənzih edirik), Allah sonsuz güc və qüdrətiylə hər şeyi ən incə təfərrüatına qədər ehtiva etməkdədir. Quranda bu əhəmiyyətli həqiqət insanlara belə bildirilmişdir:

Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O hər şeyi ehtiva edəndir!(Fussilət surəsi, 54)

Hər işimizdə necə Allah`a yönələ bilərik?

Müsəlman, həyatının hər mərhələsində, Allahın qarşısına bir sınaq olaraq çıxardığı bütün hadisələrdə, hadisələrin, insanların və ya digər səbəblərin yaratdığı xırdalıqlarda ilişib qalmağı deyil, Allaha yönəlməyi hədəfləməlidir. Uca Rəbbimiz Allah Quranda, insanların sınanması üçün, leyhimizə və ya əleyhimizə kimi görünən müxtəlif hadisələr yaratdığını bildirir. Çətinliklər, Allahdan bir sınaq olduğu kimi, gözəlliklər və nemətlər də eyni şəkildə insan üçün bir imtahandır. İnsan necə çətinlik və çətinliklərin Allahdan xüsusi bir hikmət üzərinə verildiyini bilib Allaha yönəlirsə, eyni şəkildə Allahın verdiyi nemətlər və gözəlliklər qarşısında da eyni rəftarı göstərməli və Allaha yönəlməlidir. Uca Rəbbimiz Allah Qurani Kərimdə, hər hadisədə Ona yönəlməyin üstün bir əxlaq olduğunu belə bildirir:

Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi. (Sad Surəsi, 30)

Allah Quranda bizi çətinliklərlə sınayacağını bildirir. Belə anlarda təqva sahibi bir müsəlman, ixlasla, şövqlə Allaha yönəlməlidir. Allahın onu sınadığını bilməklə onun Allaha olan sevgisi daha da artar, səbrin və əxlaqın ən gözəlini yaşayaraq Allaha olan sevgisini yenidən göstərər. Allah insana, müxtəlif xeyir və hikmətlərlə, fiziki və ya mənəvi çətinlik verə bilər. Müsəlman Allah üçün səbr etməyin rahatlığıyla bundan da böyük mənəvi həzz alar. Kənardan baxıldığında bəlkə dözülməz bir çətinlik kimi görünən bir vəziyyət, şiddətli bir Allah sevgisiylə, coşğun bir Allah eşqiylə müsəlman üçün nemətə çevrilər.

Hər işimizdə necə Allah`a yönələ bilərik?

Eynilə xəstəliklər də Müsəlman üçün imtahanın bir hissəsidir. Allah bir insanı xəstəlik ilə sınadığında, müsəlmanın etdiyi hər hərəkət, bunu səbr edərək etdiyi üçün daha da dəyər qazanar. Xəstəliklə birlikdə, müsəlman bütün səmimiyyətiylə Allaha sığınar, Allahın gücünün hər şeydən üstün olduğunu və Allahın sonsuz gücü qarşısındakı acizliyini bu dəfə də anlayar. Daha dərin və Allahın qüdrətini düşünərək dua edər, səmimiyyətlə Allaha olan yaxınlığı artar. Səbr etdiyi hər an Allahın onu çox sevdiyini, Allahın razı olduğu bir insan olmağı ümid edərək yaşayar.


Eynilə, yoxluq və var-dövlətin azaldılması kimi imtahanlarla qarşılaşan bir Müsəlman da, bu vəziyyəti Allahın bir çox hikmət və xeyrlə yaratdığını bilir. Allahın bu vəziyyəti yaratdığı andan etibarən, o anda özü üçün varlığın deyil, yoxluğun gərəkli olduğunu anlayır. Bütün şərtləri yaradanın Allah olduğunu və yenə diləsə bütün bunları ancaq Allahın dəyişdirəcəyini bilər. Allahın köməyini ümid edərək yenə Allaha sığınar.
İnsan həyatı boyunca bir çox mənfi rəftar, söz və hərəkətə də məruz qala bilər. Müsəlman eşitdiyi , hər sözü Allahın diləməsiylə eşitdiyini, daha o doğulmadan nələri eşidəcəyinin bir hərfinə qədər qədərində təyin olunduğunu; bunların, yetkinləşməsi üçün Allahdan xüsusi olaraq verildiyini düşünər. Və bütün bunlar, Allaha olan yaxınlığının artmasına səbəb olar.

Hər işimizdə necə Allah`a yönələ bilərik?

Ani və gözlənilməz hadisələr ilə qarşılaşdığında da mömin daim Allaha təvəkküllü, reallaşan hər şeyin Allahın mütləq idarəsi altında olduğunu bilərək hərəkət edər. Bunun kimi hadisələrdə, dərhal Allahı düşünüb, Allahın sonsuz qüdrətini xatırlayıb, Allaha yönəlməsinə vəsilə olar.
İnsan belə vəziyyətlərdə hər şeyi ən incə xırdalıqlarına qədər Allahın yaratdığını, hər şeyin onun o an gördüyü və ya görə bilmədiyi bir çox hikmətlərlə dolu olduğunu mütləq bilməlidir. Təqva sahibi bir Müsəlman belə vəziyyətdə "Allah belə bir hadisə yaradaraq mənim bu hadisədəki hikmətləri görməyimi, imanımın artmasını, yetkinləşməyimi, Allaha daha güclü və səmimi bir təslimiyyətlə bağlanmağımı istəyir" deyərək Allaha yönələr.

Gün ərzində də Allah qarşımıza bir çox müxtəlif hadisə və insan çıxarır. İnsanın planlaşdırdığı işlərin gedişatı dəyişib başqa cür ola bilər, istədiyi işlər reallaşmaya bilər, çox əhəmiyyətli bir yerə çox sadə bir səbəbə görə gec qala bilər ya da getməyə bilər. Çox əhəmiyyətli bir əşyanı ya da sənədi itirə bilər, tapşırdığı bir işi həyata keçməyə bilər. Gün ərzində yaşanan bu və digər hadisələrdə, Allaha yönələrək, Allahdan hər işin və hər hadisənin ən xeyirli şəkildə nəticələnməsini istəmək, Allahın bizdən istədiyi bütün səbəblərəri nəzərə alaraq, hər işin nəticəsini mütləq Allaha buraxmaq lazımdır. Müsəlman belə anlarda da Allahın sonsuz ağılına, mərhəmətinə, şəfqətinə və yaratmadasındakı sonsuz qüdrətinə təslim olar, Allahın yaratdığı hər hadisənin öz qədərində ən mükəmməli olduğuna inanıb güvənər. Allah insanları çətinliklər və xəstəliklərdən başqa, nemətlər ilə də sınağa çəkə bilər. İmtahan zamanı insana mal, mülk, gözəllik, sağlamlıq və hər cür neməti lütfkarlıqla verilə bilər. Müsəlmanın gözəlliklər qarşısındaki rəftarı da, eynilə çətinliklər qarşısında olduğu kimi, Allahın onu sınadığından xəbərdar şəkildə hərəkət edər. Allahın verdiyi nemətlər ən gözəl şəkildə şükr etməyə, bütün nemətlər üçün Allaha sevgiylə, eşqlə təşəkkür etməyə, nemətlər ilə Allahın gücünü, yaratma sənətini, şəfqətini, mərhəmətini həmişə xatırlamağa cəhd göstərər. Qarşılaşdığı hər gözəllikdə daim Allaha yönələr. Nemətlər ona həmişə Allahı düşündürər, Allahın sonsuz rəhmət sahibi olduğunu xatırlayar.

Hər işimizdə necə Allah`a yönələ bilərik?

Dərin bir imana, güclü bir Allah qorxusuna və Allah sevgisinə sahib olan bir müsəlman, ürəyinin daim Allah ilə birlikdə olmasından qaynaqlanan bir ruh halı içindədir. İşlərində, söhbətlərində, hərəkətlərində Allahın gücünə sığınaraq, Allahın sonsuz ağılına təslim olaraq və Allah eşqini hiss edərək yaşayar. Ürəyində və dilində daim Allah vardır. Ruhu Allaha eşqilə, şövqlə və istəyərək yönələr.

Hər işimizdə necə Allah`a yönələ bilərik?


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:12
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
Allah Razi Olsun!

--------------------
AŞİFTE

Elvin007

  • 11 dekabr 2011 17:12
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi. (Sad Surəsi, 30) xeber ucun twk

--------------------
▼►►Proqramming◄◄▼

B_A_H_A_R

  • 11 dekabr 2011 17:08
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
GUN ERZINDE LA ILAHE ILLALAH.. BISMILLAHIR REHMANIR REHIM DEMEK 4000 GUNAH BAGISLANAR.ALLAH RAZI OLSUN XEBERE GORE DE TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

_TUNAR_MAMEDOV_

  • 11 dekabr 2011 16:51
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN dogrudanda gozel yazidi..twkler...

--------------------

Okush

  • 11 dekabr 2011 14:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
EZIYYETE GORE TESEKKUR

Gulsen abdullali

  • 11 dekabr 2011 14:44
  • Məqalə: 5
  • Şərh: 477
  • Bal:
{awards}
Tewekkur edirem allah razi olsun

--------------------
Həyatda iki şeyə güvənirəm. Biri aynaya baxanda gördüyümə, digəri yuxarı baxanda görə bilmədiyimə..♡

I love you.....
.....I am happy

jalicka...

  • 11 dekabr 2011 14:35
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
twk

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

MuslimGirl

  • 11 dekabr 2011 14:26
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
ALLAH razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}