Kitab əhlinə necə təbliğ edilə bilər? 1-ci hissə

 
Kitab əhlinə necə təbliğ edilə bilər? 1-ci hissə

Yəhudilər və Xristianlar Allahın Quranda Kitab Əhli olaraq bildirdiyi insanlardır. Quranın bir çox ayəsində Müsəlmanların Kitab Əhlinə qarşı necə bir tutum içində olmaları açıqlanmışdır. Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in həyatına baxdığımızda da, Quranın bu ayələrinin necə tətbiq olunmasını ən gözəl şəkildə görərik. Buna görə, Müsəlmanlar Kitab Əhlinə qarşı şəfqət göstərməklə, onları qoruyub gözləməklə, nəzakətli, anlayışlı və gözəl bir üslubla onları İslama dəvət etməklə öhdəçiliklidirlər.

- Müsəlman hər kəsə təbliğ etməklə mükəlləfdir-

Allahın Quranda Müsəlmanlara fərz etdiyi hökmlərdən biri də yaxşılığı əmr edib pislikdən məhrum etmək, insanları doğru yola dəvət etmək və İslam əxlaqının yer üzünə hakim olması üçün cəhd göstərməkdir.

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali İmran Surəsi, 104)

Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan (yaxud cihad edən), rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməllərə qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə Surəsi, 112)


Allahın bütün peyğəmbərləri, elçiləri və saleh möminlərin hamısı Allahın bu əmrini əskiksiz yerinə yetirmişlər, yaşadıqları dövrdə cəmiyyətin hər seqmentinə təbliğ etmişlər. Təbliğ edərkən heç bir zaman, "bu mövqedəki insana din izah edilməz", "bu irqdən, bu düşüncədən, bu dindən insan doğru yola dəvət edilməz", "paltarı belə olanla danışılmaz" kimi bir düşüncə içində olmamış, heç bir ayrım etmədən hər kəsi Allahın haqq dininə çağırmışlar. Peyğəmbərimiz (s.ə.v.) Məkkəli müşriklərə, Əbu Cahilliyə, Əbu Lehebə, Həcc mövsümündə qurulan yarmarkalara gələn bütün qəbilə və ziyarətçilərə, Xristian və Yəhudi birliklərə təbliğ etmişdir. Qarşısındakı insanların cəmiyyət içindəki mövqesinə, İslama dünyagörüşlərinə, düşüncələrinə, həyat stillərinə, əxlaqi strukturlarına, paltarlarına görə ayrım etmədən, dəfələrlə, çox müxtəlif və hikmətli üsullar və üslublar istifadə edərək onları Bir olan Allaha imana çağırmışdır. Bu adamla danışılmaz, bu adama təbliğ edilməz kimi bir tutum içində olmamışdır.

Hz. İbrahim (ə.s.) dövrünün ən azğın, ən qəddar, ən zalım insanı olan Nemruda Allahın varlığını və birliyini izah etmişdir. Hz. Musa (ə.s.), dövrün Müsəlmanları olan İsrailoğullarının oğlanlarını boğazlayan, onlara ağla sığmaz işgəncələr edən Firona gedib onu Allahın dininə tabe olmağa çağırmışdır. Və bunu edərkən, Allah Hz. Musa (ə.s.)-a Firona "yumşaq söz" söyləməsini əmr etmişdir:


İkiniz Firona gedin, çünki o, azmışdır. Ona yumşaq söz söyləyin, ümid edilir ki öyüd alıb-düşünər və ya içi titrəyər-qorxar. Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”. Dedi ki: "Qorxmayın, çünki Mən sizinlə birlikdəyəm; eşidirəm və görürəm." (Taha Surəsi, 43-46)

Görüldüyü kimi Allah Hz. Musa (ə.s.) və Hz. Harun (ə.s.)-ı o dövrün ən əxlaqsız, ən azğın,İslama əndüşmən adamına təbliğ etməyə göndərmişdir. Hz. Musa (ə.s.) və Hz. Harun (ə.s.), dövrün dinsizlik və əxlaqsızlıq mərkəzi olan Fironun sarayına gedərək ona təbliğ etmişlər. Üstəlik Allah, Firon kimi din düşməni birinə belə "yumşaq söz" söyləmələrini əmr etmişdir.

Allahın Quranda bildirdiyi bu hekayədən də açıqca aydın olduğu üzrə Müsəlmanlar hər seqmentdən insana təbliğ etməklə mükəlləfdirlər. Və bu təbliği edərkən, son dərəcə nəzakətli, mehriban, şəfqətli və səbirli bir üslub istifadə etməklə öhdəçiliklidirlər. İslamda qatı, fanatik, kobud bir üslub yoxdur. Şərtlər nə olursa olsun, qarşıdakı adam kim olursa olsun Müsəlman gözəlliklə, sevgiylə, şəfqətlə dini izah etməklə əmr olunmuşdur. Müsəlmanın etməsi lazım olan Allahın Quranda bildirdiyi şəkildə dini izah etmək və hidayəti verəcək olanın Allah olduğunu bilərək kimsəyə qarşı çətin və təzyiq tətbiqdən, doğrunu göstərməkdir. Müsəlmanların doğrunu göstərməklə, Allah Qatında haqq din olan İslama dəvət etməklə öhdəçilikli olduqları bir birlik də Kitab Əhlidir. Müsəlman əxlaqi və pis rəftar içində olanlara, dinsizlərə, materialistlərə, ateistlərə də dini izah etməklə mukəlləf ikən , Allahın varlığına iman edən, peyğəmbərlərə inanan, Allahın göndərmiş olduğu kitablara uyğun gələn Kitab Əhlini də haqqa dəvət etməklə öhdəçiliklidir. Allahın Quranda bildirdiyi bu öhdəçiliyin yerinə yetirilməsi üçün də Kitab Əhliylə ictimai əlaqə içində olunması lazım olduğu açıqdır.


- Kitab Əhli içindən səmimi iman edənlər vardır -

Quranda bildirilən açıq hökmləri göz ardı edən, Peyğəmbərimiz (s.ə.v.)-in həyatını görməməzlikdən gələn, fanatik, daş ürəkli, ayəyə və hadisə deyil xurafata uyğun gələn bəzi kəslər, Allahın bütün Yəhudiləri və bütün Xristianları lənətləmiş olduğu kimi azğın bir inanca sahibdirlər. Və bu azğın inanclarını yayaraq, Kitab Əhli ilə Müsəlmanlar arasına kin və nifrət toxumları əkməyə çalışmaqda, döyüşü, qarşıdurmanı, döyüşü və qan tökücülüyü təşviq etməkdədirlər. Halbuki Allahın Quranda bütün Yəhudiləri, bütün İsrail irqini və bütün Xristianları heç bir ayrı-seçkilik güdmədən lənətləməsi deyə bir mövzu yoxdur.

Allahın Quranda Xristianların və Yəhudilərin inanclarının pozluduğu, rəftar və əxlaqlarının pozulduğubir gerçəkdir. Etdikləri çirkin davranışlardan və səhvlərdən ötəri onları tənqid etdiyini, qınadığını və bu tutumlarından razı olmadığını da bildirmişdir. Amma bu, gəlmiş keçmiş, istisnasız hər bir Yəhudini və hər bir Xristianı əhatə edən bir vəziyyət deyil. Bu qınama, xəbərdar etmə və xatırlatma bu əxlaqsızlığı edənlərə istiqamətlidir. Hz. Musa (ə.s.)-a əziyyət edən Yəhudilər kimsə, xəbərdar edilmiş olmalarına baxmayaraq hər dəfə dindlərindən dönənYəhudilər kimsə, Samiriyə uyğun gəlib bir bütü ilah edən Yəhudilər kimsə, Hz. Musa (ə.s.)-ı Allah yolunda mübarizəsində tək buraxan Yəhudilər kimsə Allah onları xəbərdar etmiş, onların əxlaqsızlığını Quranda bizlərə xəbər vermişdir. Eyni şəkildə Hz. İsa (ə.s.)-ı haşa ilah edən, Allah birdir deməyən, haşa Allah oğul seçdi deyən Xristianlar kimsə onların küfr içində olduğunu söyləmişdir.

Bununla birlikdə Quranda Kitab Əhlinin hamısının bir olmadığı içlərində Allaha səmimi olaraq iman edənlər, Allaha dərin hörmət göstərənlər olduğu da bildirilməkdədir:



Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. (Ali İmran Surəsi, 114)

Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.. (Ali İmran Surəsi, 199)

(Qurandan) əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər.Onlara (Quran) oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər (Qəsəs Surəsi, 52- 53


Kitab əhlindən eləsi var ki, ona bir yığın (mal )əmanət etsən, onu sənə (tam) qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Ali İmran Surəsi, 75)

Görüldüyü kimi, bəzi kəslərin qarşıya qoyduğu, "Yəhudilər lənətlidir, Xristianlar lənətlidir, onların hamısı düşməndir" sözləri Qurana görə doğru deyil. Allah Ədalətli olandır, qulları üçün haqqla hökm verəndir. Allah bir kimsəni işləmədiyi bir günah, etmədiyi bir pislik, göstərmədiyi bir əxlaqsızlıq səbəbiylə, sırf daha əvvəl o qövmün içindən əxlaqsızlıqlar edənlər olduğu üçün cəzalandırmaz. Bu Allahın şanına, ədalətinə, üstün əxlaqına uyğun deyil. Bir qövmün topdan lənətlənib, topdan cəzalandırılması Quranda deyil, bəzi mifoloji azğın inanclarda iştirak edər. Beləliklə,Müsəlmanların Kitab Əhlinə qarşı tutumlarında bu tərz batil və xurafatadayanan düşüncələrin deyil, Quran ayələrinin və Peyğəmbərimiz (s.ə.v.)-in tətbiqlərinin əsas olması lazımdır.


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:09
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
Allah Razi Olsun!

--------------------
AŞİFTE

... Deryam ...

  • 11 dekabr 2011 21:26
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
İnşallah Allahın razı qaldığı bəndələrdən olarıq.Dəyərli xəbərdi

--------------------

jalicka...

  • 11 dekabr 2011 20:32
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
thank very much

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

_TUNAR_MAMEDOV_

  • 11 dekabr 2011 16:45
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI olsun cooox gozel deyerli yazidi....cooox sag olun

--------------------

zoluska

  • 11 dekabr 2011 16:33
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
tewekkurler

Okush

  • 11 dekabr 2011 14:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
EZIYYETE GORE TESEKKUR

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 39
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}