Hikmət sahibləri belə deyiblər...

 
Hikmət sahibləri belə deyiblər...

Qeyri həqiqi “dostlar” 2 cür olur:
Biri arzu və istəklərinə görə,
Digərləri məcburiyyət və zəruriyyət üzündən.
Bunların hər ikisi fayda götürmək və zərərdan qaçmaq məqsədi güdür.

İnsanı dünya sirlərinə vaqif edən 4 şeydir
1. Hikmət - yəni alimlik,savad və hər şeyi ətraflı düşünə bilmək
2. Əql - yəni tədbir, səbr, nəzakət,mərhəmət.
3. Təmkin - yəni həya,alicənablıq, özünü ələ almaq və özünü dərk etmək
4. Ədalət - yəni doğruluq, vədi yerinə yetirmək, yaxşı işlər görmək,xoşxasiyyətlilik

Böyük rütbəyə ədalətlə çatmaq üçün 3 şərt var :
1. Zəhmət çəkmək
2. Dövlət sərf etmək
3. Güzəştə getmək

İstedad,əql və kamalın 2 növü var:
Fitri - yəni anadangəlmə
Əməli- yəni təcrübə vasitəsilə əldə edilən.

İnsan ağlı özünü 5 xüsusiyyətdə biruzə verir:
1. Nəzakət və təmkində
2. Öz iradəsinə malik olmaqda
3. Öz sirrini dosta verib-verməməsinin yerini bilməkdə
4. Özünün və başqalarının sirrini saxlamaqda
5. Artıq əskik danışmamaqda

İnsan dünyada 3 şey üçün çalışır:
1. yaxşı güzəran
2. yüksək mövqe tutmaq
3. savab işlər görmək

Üç şeyə girişmə:
1. Yaltaqlarla dostluq etməyə
2. Dadına baxmaq xatirinə zəhər içməyə
3. Sirri arvada verməyə

Bir neçə şey var ki, insanlar onları ələ keçirmək üçün hiylə işlədib tədbir görməyi ravə bilirlər:
1. Əldən çıxmış qazancı geri qaytarmaq və zərəri aradan qaldırmaq
2. Mövcud qazancı əldə saxlıyıb gələcəkdəki fəlakətin qarşısın almaq
3. Xeyri yaşınlaşdırıb şəri uzaqlaşdırmaq

8 adamla dostluq etməkdən çəkin:
1. nankor və haqq istirəndən
2. yersiz öznüdən çıxıb hirslənəndən
3. qayda qanuna tabe olmuyandan
4. asanlıqla xəyanət yoluna düşə biləndən
5. işlərini yalan və əyrilik üstə qurandan
6. həris,düşkün və şöhrətpərəstlikdən
7. səsbsiz olaraq xalqdan şübhələnənlərdən
8. həyasız və şit zarafat edənlərdən

İnsanlara təbiətcə 5 sinfə bölünür:
1.təbiətən xeyirxah olub,başqalarına xeyir verənlər.
2.təbiətən xeyirxah olub,başqalarına xeyir verməyənlər
3.təbiətən nə xeyirxah nə də bədxah olanlar
4.təbiətən bədxah olun başqalarına bədxahlıq etməyənlər
5.təbiətən bədxah olun başqalarına bədxahlıq edənlər

Ağıllı 2 halda axmağa müraciət edə bilər:
1. başqalarının sirrini öyrənmək və öz sirrini başqalarına məlum olmadığını bilmək istədikdə
2. axmağın təbiətində işə xeyir verə biləcək xüsusiyyət olduqda.

Ölkə sahibi olmaq istiyirsənsə səndə bunlar olmalıdır.
1. Atalıq,
2. alicənablıq,
3. mətinlik,
4. əzm,
5. səbrlik,
6. var-dövlət
7. sadiq köməkçilər,
8. savad.

Üç adam yazıq sayılar:
1. axmağın əli altında işləyən ağıllı
2. gecsüzə tabe olan güclü
3. xəsisə möhtac səxavətli


Geri dön

nilayka

  • 21 fevral 2011 23:31
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
ela teskkurler...

--------------------

sevgi yalandir

  • 16 oktyabr 2010 13:03
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Azeri_Gozeli

  • 15 oktyabr 2010 23:54
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
ela teskkurler...

--------------------

Ulya

  • 15 oktyabr 2010 23:12
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol.cox maraqlidi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}