Xətasız tərbiyə

 
Xətasız tərbiyə

Tərbiyə ilə hər birimiz bacardığımız kimi məşğul oluruq, ağlımıza da gəlmir təhlil edək ki, bəzi hallarda niyə məhz bu üsula deyil,digərinə əl atırıq. Hər bir valideyn sevimli uşağının tərbiyəsinin yaxşı olmasını istər.Lakin bütün valideynlər vaxtaşırı səhvlərə yol verirlər.

1-ci səhv.”Sözümə baxmasan,səni sevməyəcəyəm”

Hər bir uşaq öz məqsədinə çatmaq üçün inadkarlıq edir.Valideyn isə ona ağıllı olmağı məsləhət görür,uşaq bu zaman sizi eşitmir.Bu zaman ana övladının sakitləşməsi üçün ikinci üsula əl atır və “Ana səni daha sevməyəcək” deyir. Bilmək lazımdır ki,”sevməmək” vədi ən təsirli tərbiyə vasitələrindən biridir.Lakin belə hədəni açıqca dilə gətirmək düzgün deyil. Çünki hamımız bilirik ki,necə olursa-olsun, hər kəs öz uşağını sevməyə davam edəcək.Uşaqlar isə düzü əyridən çox gözəl ayırırlar.Bir dəfə yalana yol versəniz,uşağın inamını uzun müddətə qıra bilərsiniz-o sizi əməlli-başlı yalançı hesab edəcək.Odur ki,”Mən səni həmişə sevəcəyəm.Amma əməllərin xoşuma gəlmir” demək daha yaxşı olar.

2-ci səhv.”Nə istəyirsən et,vecimə deyil!”

Bu cür addım tamamilə səhvdir.Uşağın hərəkətlərinə biganə qaldığınızı heç vaxt büruzə verməyin.Biganəliyi hiss edən uşaq fikiri özündə cəmləmək üçün axmaq hərəkətlərinin sayını daha da artıracaq.Bu zaman onunla daha səmimi münasibət qurun.”Sənin bu hərəkətin xoşagəlməzdir.Mən səni sevirəm,odur ki,kömək etmək istəyirəm.Sən həmişə məndən məsləhət ala bilərsən” demək yaxşı olar.

3-cü səhv.”Necə demişəm,elə də olacaq, çünki burada başçı mənəm.Heç bir müzakirəyə də ehtiyac yoxdur”

Uşaqlar başa düşməlidir ki,bu və ya digər işi niyə və nə səbəbə edirlər.Ciddi nəzarətiniz altında uşaq deyilənləri yerinə yetirəcək,amma sizi yaxınlıqda görməyəndə əksini edəcək. Anlaşılmaz ciddilikdən inandırma daha üstündür.Zəruri hallarda belə demək olar:”Sən indi mən deyəni elə,axşam sakitcə müzakirə edərik-bu niyə və nə üçün lazımdır”.

4-cü səhv.”Hər şeyi özüm edəcəyəm.Uşaq öhdəsindən gələ bilməz”

Valideynlər belə hərəkətləri ilə uşaqları ərköyün edirlər.Bu cür uşaqlar ətraf mühitə çox gec uyğunlaşırlar.Onlar özlərini köməksiz və tənha hiss edəcək.Odur ki,başqa vasitəyə əl atın:”Çalış bunu müstəqil yerinə yetirəsən.Əgər alınmasa,köməyinə gələrəm”.

5-ci səhv.”Övladım mənim ən yaxşı dostumdur”.

Uşaqlar valideynlərinin xoşuna gəlmək üçün hər şeyi etməyə hazırdırlar.Balacalar hətta böyüklərin aləminə baş vurmağa da səy göstərirlər.Halbuki,öz maraqlarını yaşıdları ilə müzakirə etməyə imkan qalmır.Bu halda uşağın şəxsi problemləri həllini tapmamış qalır.Ata-ana bir müddət sonra yaşıdları arasında həmsöhbət,dost tapa bilər,uşaq isə özünü böyüklərin aləmindən qovulmuş hiss edir,uşaq aləmində isə öz mövqeyini itirmiş olur.

6-cı səhv.”Pul çoxdursa,tərbiyə də yüksəkdir”

Bu fikir də tamamilə səhvdir.Sevgini pulla almaq olmaz.Uşağın bütün arzularını gerçəkləşdirə bilmədiyiniz üçün vicdan əzabı sizi üzməsin.Əslində uşaq üçün sevgi,nəvaziş,birgə oyunlar və birgə asudə vaxt daha vacibdir.Əgər dərinə getsək,uşağı pulun çoxluğu deyil,onun sizin üçün dünyalar qədər əhəmiyyətli olması xoşbəxt edir.

7-ci səhv.”Uşaq üçün nəvaziş o qədər də vacib deyil”

Yaşından asılı olmayaraq bütün uşaqlar mehribanlığı,nəvazişi sevir və gözləyirlər,bu, onlara sevimli olduqlarını duymağa,öz qüvvələrinə inamlı olmağa kömək edir.Nəvaziş istəyi çox vaxt uşaqdan gəlməlidir.O özü sizə yaxınlaşacaq.Var gücünüzlə məhəbbətinizi uşağa aşılamağa çalışmayın-bu onu çəkindirə bilər.

8-ci səhv.”İstədi-istəmədi,onu musiqi ilə məşğul olmağa məcbur edəcəyəm,qoymaram bu imkanı əldən versin”

Məktəb yaşına qədər valideynlər uşağa öz istədiklərini etdirə bilirlər.Uşağın öhdəsindən gəlirlər.Bu zaman o,çox vaxt yola gəlməyən idarəolunmaz yeniyetməyə çevrilir,valideynin sevgi qəfəsindən qurtulmaq üçün etirazını əlindən gələn üsullarla büruzə verir.Odur ki,uşağın asudə vaxtını əhəmiyyətli və faydalı məşğələlərlə zənginləşdirəndə onun şəxsi maraqları üçün vaxt ayırmağı unutmayın.

9-cu səhv.”İcazə olar,ya olmaz?Bu,əhval-ruhiyyədən asılıdır

Uşaqlar bəzən pis hərəkətlər etdikdə valideynlər əhval-ruhiyyəsindən,eqoizmindən asılı olaraq bu gün nəyi isə uşağa icazə verir,ertəsi gün isə qadağan edirlər. Uşaq bundan yalnız bir nəticə çıxara bilər:mən nə etdim-etmədim,fərqi yoxdur,onsuz da hər şey ata-anamın əhval-ruhiyyəsindən asılıdır.Odur ki,xasiyyətinizə güc gələ bilmirsinizsə,əvvəlcədən uşağı xəbərdar edin:”Əgər kefim yaxşı olsa,sənə istədiyini etməyə icazə verəcəyəm. Yox,qanım ki qara oldu, mənə qarşı mərhəmətli ol”.

10-cu səhv.”Təəssüf ki,sənin üçün vaxtım yoxdur”

Valideynlər bəzən unudur-uşaq daima eşidəndə ki,ata-ananın onun üçün vaxtı yoxdur,başqa adamlar arasında özünə yaxın olacaq adam axtaracaq.Valideynlər isə çəkdikləri əziyyətə baxmayaraq,uşağa yad olur.Odur ki,məsələn,axşam uşağın yatağı yanında bir qədər oturub söhbət etməyə vaxt tapın.Ona nağıl danışın,kitab oxuyun.Bazar günü və ya məzuniyyət vaxtı isə bütün nöqsanların əvəzini verməyə çalışın.


Geri dön

:))

  • 23 dekabr 2011 13:53
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
tesekkurler...

_TUNAR_MAMEDOV_

  • 12 dekabr 2011 15:45
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
eziyyete gore twkler...

--------------------

ASMIYA

  • 12 dekabr 2011 01:58
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
TERBIYELI INSAN recourse TESEKKUR EDIREM MARAQLI YAZIDIR

--------------------


Elvin007

  • 11 dekabr 2011 21:18
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
xeber ucun twk

--------------------
▼►►Proqramming◄◄▼

winxclub_bloom

  • 11 dekabr 2011 20:50
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
İcazə olar,ya olmaz?Bu,əhval-ruhiyyədən asılıdır”

Uşaqlar bəzən pis hərəkətlər etdikdə valideynlər əhval-ruhiyyəsindən,eqoizmindən asılı olaraq bu gün nəyi isə uşağa icazə verir,ertəsi gün isə qadağan edirlər. Uşaq bundan yalnız bir nəticə çıxara bilər:mən nə etdim-etmədim,fərqi yoxdur,onsuz da hər şey ata-anamın əhval-ruhiyyəsindən asılıdır.Odur ki,xasiyyətinizə güc gələ bilmirsinizsə,əvvəlcədən uşağı xəbərdar edin:”Əgər kefim yaxşı olsa,sənə istədiyini etməyə icazə verəcəyəm. Yox,qanım ki qara oldu, mənə qarşı mərhəmətli ol”.

--------------------

jalicka...

  • 11 dekabr 2011 20:25
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
hmm twkkkkkkkk

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

KaYfA_SuRgUn

  • 11 dekabr 2011 18:36
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
salamlar xebere gore twk....

--------------------

Ku-ku

  • 11 dekabr 2011 18:33
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}

5-ci səhv.”Övladım mənim ən yaxşı dostumdur”.

Uşaqlar valideynlərinin xoşuna gəlmək üçün hər şeyi etməyə hazırdırlar.Balacalar hətta böyüklərin aləminə baş vurmağa da səy göstərirlər.Halbuki,öz maraqlarını yaşıdları ilə müzakirə etməyə imkan qalmır.Bu halda uşağın şəxsi problemləri həllini tapmamış qalır.Ata-ana bir müddət sonra yaşıdları arasında həmsöhbət,dost tapa bilər,uşaq isə özünü böyüklərin aləmindən qovulmuş hiss edir,uşaq aləmində isə öz mövqeyini itirmiş olur.

--------------------

generation

  • 11 dekabr 2011 18:28
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebre gorr tek

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

FLY TIME

  • 11 dekabr 2011 17:53
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
ilk tewekkur ilk serh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}