İki üzük

 
İki üzük

Bir çox şəhərdə nigah dairələrinin qapısında iki üzük simvolu vardır. Əminəm ki, aramızda yolu nigah dairələrinə düşməmiş və ya nigah dairələrinin qarşısından keçməmiş kimsə yoxdur və təbii ki, hamımız bu iki üzüyün görüntüsünü görən zaman sevinmişik. Gözəldir əslində iki üzük, hər bir gənc qızın xəyalı olan ağ bir gəlin paltarı...
Əslində bu iki üzüyün içində "bir eşq hekayəsi" yazılı olmalıdır, amma bir az bu xoşbəxtliyin xaricinə çıxıb iki üzüyə baxmağa nə deyirsiniz?

"Evlilik bələdiyyə tərəfindən təsdiqlənmiş bir birlikdəlikdir." Robert Luis Stevenson belə demişdir. Əslində evliliyi günümüzün dünya görüşündə iki sevən cütlüyün gəldiyi son nöqtə olaraq görə bilərik. Bu cümlənin içərsindən bələdiyyə tərəfindən sözləri çıxardıldığında cümlə daha da yüngülləşir, qulağa daha xoş gəlir. “Evlilik təsdiqlənmiş bir birlikdəlikdir” olur. Bir az daha cümləni qulağa xoş hala gətirmək istəsək təsdiqlənmiş sözünü çıxartsaq, “Evlilik bir birlikdəlikdir”, cümləsi yaranır və sanıram ki, bu bizim inkişaf etmiş müasir insan görünüşümüzə və baxış bucağımıza daha çox yatır.

İki üzük

Yaxşı, evlilik həqiqətən təsdiqlənməyə ehtiyacı olmayan, hətta bələdiyyə tərəfindən təsdiqlənməyə heç ehtiyacı olmayan bir birlikdəlikdirmi?
Keçmişə nəzər salsaq, ilk insan olan Adəm və Həvvanın birlikdəliyinə, evliliyinə baxsaq, o zamanlar bir bələdiyyə yox idi və onlar birlikdəliklərini kiməsə təsdiqlətmişdimi ya da onların üzüklərində bu bir eşq hekayəsi yazırdımı?
-Təbii ki xeyr; Yaxşı milyardlarla illik tarixi keçən bu eşqin qəhrəmanları bir-birilərinə necə aşiq olmuşlardı? Tövrat 2:18" Sonra, "Adəmin tək qalması yaxşı deyil" dedi, "Ona uyğun bir köməkçi yaradacağam." Və sonra eşqin ikinci qəhrəmanı Həvva yaradıldı. Tövrat 2:22-25 ‘'Adəmin bədənindən aldığı qabırğa sümüyündən bir qadın yaradaraq onu Adəmə gətirdi. 23, Adəm: "Budur, bu mənim sümüklərimdən alınmış sümük, ətimdən alınmış ətdir" dedi, "Ona 'Qadın' deyiləcək, Çünki o insandan yaradıldı. 24, "Bu səbəblə adam anasını, atasını buraxıb arvadına bağlanacaq və ikisi tək bədən olacaq.'' Və bu birlikdəlik təsdiqlənmiş oldu və bu təsdiqlənən birlikdəliyin öz içində görünməz bağları meydana gəldi. Bu bağ nə çox böyük bir toy ilə bütün dünyaya eşitdirildi, nə də ki tarixin ən bahalı gəlinliyi Həvvanın üzərində idi. Bununla da tarix səhifələrinə keçmədi. Amma çox güclü idi və inandığınız şey nədir bilmirəm, amma mənim üçün əhəmiyyətli olan Tanrı tərəfindən tarixin bu, ən böyük eşqi təsdiqlənmişdi…

İki üzük

Tarixdə çox böyük eşqlər yaşanmış, çox təsiredici eşq kitabələri, romanları, mahnıları olmuşdur. Cicero evlilik haqqında belə demişdir:"Cəmiyyətin ilk bağı evlilikdir." Bəli, bu bir "bağ" idi, amma sonsuz xoşbəxtliyi olan bir bağ deyildi. Tarixə, cəmiyyətə, mədəniyyətə bəlkə də hava şərtlərinə görə dəyişən idi. Tarixdə də bu görüldü,bəzi zamanlarda sənətin təsiriylə eşq duyğusu önə çıxarkən, bəzi zamanda da ayrı-seçkiliklər önə çıxmışdı və ya uyğun olma anlayışı önə çıxmışdı, lakin o iki üzüyə həmişə bəzi xarici faktorlar təsir etmişdi.

Günümüzə gəlsək və təkrar düşünsək evlilik, üzük, bu bir eşq hekayəsi anlayışlarını və"Evlilik bələdiyyə tərəfindən təsdiqlənmiş bir-birlikdəlikdir." Cümləsini təkrar düşünsək. Robert Luis Stevenson tərəfindən yazılmış bu cümləni əslində evlilik həqiqətən təsdiqlənməyə və indinin şərtləriylə bələdiyyə tərəfindən təsdiqlənməyə ehtiyacı olan bir bağdırmı? Bu sualın cavabı qətiliklə bəli və ya qətiliklə xeyr olmamalıdır. Amma bundan əminəm ki, evlilik bir bağdır və bu bağ özü ilə bərabər sevgi, sədaqət, ictimai uyğunlaşma və bir çox məsuliyyəti gətirmişdir. Əslində təbiətimizə, ilk böyük eşqə baxsaq, bu bağın gətirdiyi əhəmiyyətli məsuliyyətlərdən biri də boşanma duyğusunun bu bağda olmamasının lazım olması idi.

İki üzük

Əgər boşanma duyğusu olmasa idi, bax o zaman o ilk böyük eşq kimi bir asılılıq mövcud olduğu üçün ailələr qurularkən heç bir bələdiyyə tərəfindən təsdiqlənməyə də ehtiyac olmazdı. Bu sevgi bağı da ömürlük yaşana bilir ola bilərdi. Çünki, o bağı Tövratda ifadə edildiyi üzrə Tanrı təsdiqləmişdi. Amma indiki vaxtda bələdiyyə tərəfindən təsdiqlənən bütün evliliklər özü ilə bərabər sevgi, sədaqət, ictimai uyğunlaşma və bir çox məsuliyyəti və eyni zamanda bərabərində boşanma riskini gətirməkdədir. Buna görə təkrar təkrar düşünməliyik. Hətta, "Evlilik bələdiyyə tərəfindən təsdiqlənmiş bir-birlikdəlikdir."-sözünə qatılarkən və ya qarşı çıxarkən belə.
Abraham Lincolun haqqındakı bu sözləri evlilik ən sadə izahatdır:" Mənə görə, dərin bir maraq mövzusu olan evlilikdə, evlilik istəyinin olmaması xaricində yeni bir şey yoxdur ".Yəni, evlilik istəyinin olmaması xaricində, Tanrı tərəfindən təsdiqləndiyi üçün evlilik olan yerdə heç bir bələdiyyənin təsdiqinə ehtiyac duymadan bu bağ ömürlük yaşana bilərdi.


Geri dön

_favorit_arkadas

  • 22 dekabr 2011 14:18
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
Tesekkurler...

--------------------

winxclub_bloom

  • 11 dekabr 2011 17:20
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqliydi,tesekkurler emeye gore

--------------------

Elvin007

  • 11 dekabr 2011 17:10
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Abraham Lincolun haqqındakı bu sözləri evlilik ən sadə izahatdır:" Mənə görə, dərin bir maraq mövzusu olan evlilikdə, evlilik istəyinin olmaması xaricində yeni bir şey yoxdur ".Yəni, evlilik istəyinin olmaması xaricində, Tanrı tərəfindən təsdiqləndiyi üçün evlilik olan yerdə heç bir bələdiyyənin təsdiqinə ehtiyac duymadan bu bağ ömürlük yaşana bilərdi. bully
twk xeber ucun sagol

--------------------
▼►►Proqramming◄◄▼

_TUNAR_MAMEDOV_

  • 11 dekabr 2011 16:49
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
eziyyete gore twkler...axra kimi oxumadim,...

--------------------

zoluska

  • 11 dekabr 2011 16:41
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
tewekkurler

edvart

  • 11 dekabr 2011 15:58
  • Məqalə: 1
  • Şərh: 219
  • Bal:
{awards}
maraqli idi tebrikler

Ku-ku

  • 11 dekabr 2011 15:54
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
xebere gore twk

--------------------

Okush

  • 11 dekabr 2011 14:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
EZIYYETE GORE TESEKKUR

jalicka...

  • 11 dekabr 2011 14:32
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
hmm maraqli xeberdir twk

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

Gulsen abdullali

  • 11 dekabr 2011 14:31
  • Məqalə: 5
  • Şərh: 477
  • Bal:
{awards}
Maraqliydi tewekkur edirem

--------------------
Həyatda iki şeyə güvənirəm. Biri aynaya baxanda gördüyümə, digəri yuxarı baxanda görə bilmədiyimə..♡

I love you.....
.....I am happy
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 52

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}