Hepatit nədir? (A-B)

 
Hepatit nədir? (A-B)


Hepatit A

Olduqca yoluxucudur və xalq arasında sarılıq adıyla tanınınr. Hepatit A, saglam insana bu xəstəliyi daşıyan bir insanla eyni qida və ya su istifadəsi səbəbi ilə yoluxar. Ayrıca cinsi əlaqə və ya xəstə bir insanın qan, sidik kimi bədən mayelərinə təmasla da yoluxma mümkündür. Ümumiyyətlə xəstələrin böyük bir əksəriyyəti yaxşılaşar amma xəstəlik olduqca ağır keçər. Digər hepatit növləri kimi hepatit A 'da qaraciyərin iltihablanmasına səbəb olar

Hepatit A' nın əlamətləri:

Bütün viral hepatitlerde sarılıq başlamadan əvvəl:

* Ürək bulanması, qusma, ishal,
* Şiddətli iştahsızlıq,
* Mədə - bağırsaq şikayətləri,
* Qarnın üst bölgəsində ağrı,
* Yorğunluq.

Tək Hepatit A-da 38 C yüksək tempraturla yanaşı (influenzadakı kimi) oynaq ağrıları da əmələ gəlir. Tempratut, ümumiyyətlə sarılığın ilk bir neçə günündə normala dönər.

Virual Hepatitlərdəki ən tipik ifadə olunan:

* Göz ağının, dəri və mukoz membranların saralması,
* Sidiyin rənginin tündləşməsi,
* Nəcisin rənginin açılmasıdır.

Xəstəliyin başlanğıcından 2 - 3 həftə sonra nəcisin rəngi normala dönər. Bir və ya iki həftə sonra qaraciyər böyüyə bilər və sarılıq görülə bilər.
Hepatit A' lı xəstələr sarılığın ortaya çıxmasıdan iki həftə əvvəl və sarılığın ortaya çıxmasından bir həftə sonraya qədər nəcislə çox miqdarda Hepatit - A virusu xaric edər və xəstəliyi yoluxdurar. Əlamət göstərmədən xəstəliyi keçirən fərdlər də, xəstəliyin yayılmasında səssiz bir qaynaq meydana gətirərlər.
Hepatit A virusu ümumiyyətlə oral-fekal (ağız-nəcis) yolla, kontamine olmuş (virus yoluxmuş) su və ya qidaların qəbuluyla, şəxslər arası təmasla, ya da cinsi təmasla yoluxar. Respublikamızda böyük şəhərlərdə iri kanalizasiya sistemlərinin kifayət qədər nizamlı olmaması, içmə və istifadə etmə sularının təmininin uyğun şərtlərdə olmaması (xüsusilə su basqınlarından və təbii fəlakətlərdən sonra) Hepatit-A infeksiyasının yayılmasında böyük rol oynayar.
Virus bədənə ümumiyyətlə ağız yoluyla, xüsusilə yemək və içkilərlə girər. Bu vəziyyət, kəslərin tualetə getdikdən sonra əllərini yumaması və çirkli əlləriylə sağlam kəslərin yeməklərinə toxunması ilə də meydana gələr. Hepatit A virusuyla yoluxmuş suların içilməsi, bu sulardan çıxarılan buzların istifadə edilməsi ən böyük yoluxma mənbəyidir. Ölkəmizdə, kəndlərdə tualetlər ümumiyyətlə çöldədir və meyvə-tərəvəzlərin yetişdirildiyi yerlərə yaxındır. Gübrə olaraq torpağa axıdılan Hepatit-A virusu ilə yoluxmuş suvarma suları, çiy yeyilən kahı, cəfəri, təzə soğan, və başqa bu kimi yaşıllıqlara və tərəvəzlərə bulaşmaqda və bu çirkli yaşıllıqların kifayət qədər təmizlənə bilməməsi də böyük yoluxmalara səbəb olmaqdadır. Müşahidələrə görə bütün restoranlarda hazırlanan salatların tərəvəzləri və guya yuyunmuş olaraq gətirilən kahı-cəfəri və başqa göyərtilər əlbəttə ki, bir ləyən və ya vedrədəki suya batırılıb çıxarılmaqla təmiz olması mümkün olmadığı halda (!) süfrələrimizə gətirilməkdədir. İfrağatla çirklənən sulardan toplanan göyərtilər, tərəvəzlər və qabıqlı dəniz məhsullarının yeyilməsi, xüsusilə payız və qış aylarında epidemiyalara səbəb olmaqdadır. Hepatit A xəstəliyi keçirən adam ilə yaxın təmas və cinsi əlaqə də xəstəliyin yayılmasına səbəb olur.

Xəstəlikdən Qorunma Tədbirləri:

Xalqın fərdi gigiyena, əllərin tez-tez yuyunması, və tullantıların sağlam uzaqlaşdırıl- ması qaydaların riayət etməsi,

* Sağlam içmə və istifadə etmə sununun təmini ilə,
* Kafi kanalizasiya sistemlərinin təmiri,
* Yoluxma ehtimalı olan qidanların kifayət qədər yuyunması və bişirilməsiylə,
* Bakterioloji idarə olunmayan içmə sularının qaynadılmasıyla,
* Uşaq bağçalarında işləyən personala və yaşayanlara lazımlı təhsilin verilməsilə xəs- təliyin qarşısı alına bilər.

Gigiyena və sağlamlıq qaydalarına riayət etmək, yoluxma riskini azalda bilər ancaq tamamilə maneə törədə bilməz.
Bu gün Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənd edilmədir.
Peyvəndin qoruyuculuğu 94 - 100% olub təsirini təxminən 20 il saxlayır. Bu səbəblə cəmiyyətdə, restoranlarda, hərbi hissələrdə, xəstəxanalarda, fabriklərdə, internat məktəblərində, körpələr evləridə, qocalar evinde və başqa təşkilatlarda işlyən bütün mətbəx personalının Hepatit A infeksiyasını daha əvvəl keçirib-keçirmədiyi müəyyən olunulmalı və peyvənd edilməsi uyğun görülənlərin peyvənd edilməsi təmin edilməlidir.

Hepatit B

Hepatit B virusunun əmələ gətirdiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Viruslar xaricində metabolik xəstəliklər, toksik və qaraciyərdə qidlanmanı pozan, dərmanlar, bəzi bakteriyalar, parazitlər və bəzi digər viruslarla inkişaf edən xəstəlik ya da infeksiyalar əsnasında da kəskin virual hepatit inkişaf edə bilər.
Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılmışdır. Dünyada hər il 50 milyon adam Hepatit B ilə yoluxmaqda və bu günki ədədlərlə dünya əhalisinin 2/5-si (2 milyard) bu virusla yoluxmuş vəziyyətdədir. Hər il Hepatit B -yə bağlı səbəblərlə 1-2 milyon insan ölür və dünyada 350 milyon insan bu virusun daşıyıcısına çevrilir.

Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır. Bəzi insanlarda infeksiya daha sıx təsadüf edilər. Hepatit B infeksiyası üçün risk daşıyan qruplar bunlardır:

a) Səhiyyə personalı,
b) Çox sayda qan köçürmə edilən xəstələr,
c) Hemofil və hemodiyaliz xəstələr,
d) Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar,
e) Homoseksual və biseksual kişilər,
f) Damar daxili narkotik istifadə edənlər,
g) Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi,yurd və həbsxana kimi yerlərdə yaşa- yanlar,
h) HBsAg müsbət olan anadan doğulan körpələr və b.

Hepatit B-nin yoluxması:

Hepatit B infeksiyasına 4 yolla yoluxma mümkündür.
a) Qanın zədələnilmiş dəri və ya selikli qişa ilə təması nəticəsində (perkutan ya da parenteral yoluxma),
b) İnsandan insana zədələnilmiş dəri ya da selikli qişa vasitəsilə (horizontal yoluxma),
c) Cinsi yolla,
d) Ananın qanının ya da qanlı mayelərin körpənin zədələnmiş dərisi ya da selikli qişası vasitəsilə ya da göbək ciyəsi vasitəsilə keçməsi ilə (doğuş əsnasında) yoluxma.
Hepatit B infeksiyasının inkubasiyon dövrü alınan virus miqdarına və adamın immun sisteminin müqavimətindnə asılı olaraq 45-180 gün (orta rəqəm 60-90 gün) arasında dəyişər.
Hepatit B infeksiyasının xəstəlik əlamətləri:
Hepatit B infeksiyasında infeksiya sıx ancaq xəstəlik nadirdir. Virusla yoluxmuş şəxslərin təxminən 50-65% -ində heç bir xəstəlik əlaməti inkişaf etmir yalnız infeksiyası keçir. Virusla yoluxmuş olanların təxminən 30-50%-inde əzginlik, yorğun- luq, yüngül tempratur, ürək bulanması, qarın ağrısı, oynaq və əzələ ağrıları kimi şikayətlər olur. Uşaqların 10%-indən azında, yeniyetmələrin 30-50%-inde sarılıq görülə bilər. Virusla yoluxanların 1% -inden daha azında infeksiya kəskin qaraciyər çatmazlığı ilə irəliləyici və şiddətli bir gediş göstərər. Kəskin infeksiyanın təxminən 1-6 həftəlik kliniki seyri vardır. Bu sırada xəstələrdə dəyişən dərəcələrdə qaraciyər fermentləri və qan hüceyrələrinin dağıtma məhsulunda yüksəlmə müşahidə olunur.
Hepatit B infeksiyasının uşaq və yeniyetmələrdə yayılması:
Kəskin infeksiya uşaqlarda yeniyetmələrə görə daha yüngül və klinika vermədən yayılar. Ancaq körpələrin immun sistemi səbəbiylə infeksiya yetişkinlərə görə daha çox nisbətdə xronikiləşməyə meyllidir. Yenidoğulmuşların 5-10%-ındə, 1-5 yaş qrupundakı uşaqların 70%-inde, yaşlıların isə 90-95%-inde virus 6 ay içində bədəndən təmizlənər və immunitet inkişaf edər. Kəskin infeksiya yetkin yaşda olanların yalnız 5-10%-inda xronikiləşirkən, yenidoğulmuşların 90-95%-inde, uşaq və yeniyetmələin 30%-inda xronikiləşər və pasiyent virus gəzdirən olar. Bu xəstələrin xroniki qaraciyər xəstəlikləri cəhətdən ekspert həkimlər tərəfindən izlənilməsi lazım- dır. Xroniki qaraciyər xəstəlikləri inkişaf etdiyində -interferon müalicəsi istifadə edilə bilər, ancaq müvəffəqiyyəti məhduddur.
Hepatit B daşıyıcısı kimlərdir:
Kəskin infeksiyadan sonra 6 ay içində virusa qarşı immunitet inkişaf etdirməyən, virusu və ya virus zülallarını qanlarında daşıyan kəslərə virus daşıyıcı deyilir. Əvvəlcə, bu kəslər virusun sağlam fərdlərə yoluxmasında mənbədirlər. Ayrıca bu kəslərdə xroniki aktiv hepatit, sirroz və qaraciyər xərçəngi kimi xroniki qaraciyər xəstəliklərinin inkişaf riski yüksəkdir. Xroniki Hepatit B ilə qaraciyər xərçəngi (primer hepatosellular karsinoma) inkişafı arasında möhkəm bir əlaqə vardır. Xroniki virus daşıyıcılarında primer hepatosellular karsinoma inkişaf riski daşıyıcı olmayanlara görə 200 dəfə çoxdur. Xroniki Hepatit B daşıyıcıları ilə virusun yoluxma yollarından biri ilə təmas edənlərə yalnız peyvənd etmək kafi qoruyuculuğu təmin edər.
Hepatit B infeksiyasından qorunma yolları:
İnfeksiyadan qorunmanın ən əmin və etibarlı yolu hepatit B peyvəndi etdirməkdir. Hepatit B peyvəndi gen texnologiyası ilə maya ya da məməlilərin hüceyrələrində yetişdirildikdən sonra son dərəcə etibarlıdır və bu cür infeksiyaların yoluxmasına səbəb olmaz. Hepatit B peyvəndinin (vaksininin) xərçəng əmələ gətirməsi söz-söhbəti səhvdir. Tam tərsinə peyvənd ilə Hepatit B infeksiyasından qorunulmazsa, Hepatit B yoluxması ilə belə bir riskə girmək söz mövzusudur. Hepatit B peyvəndi virusla qarşılaşmadan əvvəl ya da qarşılaşdıqdan sonra istifadə edilə bilər. Hər iki vəziyyətdə də qoruyucudur.


Geri dön

In_The_Dark

  • 31 avqust 2011 11:06
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
TWK MARAQLI MELUMATA GORE...

music_angel

  • 25 avqust 2011 18:13
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
xebere gore tesekkur edirem

--------------------

NELLY19

  • 27 iyul 2011 21:50
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TWK MARAQLI MELUMATA GORE...

nilayka

  • 21 fevral 2011 23:23
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqlidir twk

--------------------

CrazyGirl

  • 15 yanvar 2011 17:19
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Teshekkur

thanks........

--------------------
Sən varsansa həyat çox gözəl!

nana

  • 10 dekabr 2010 22:19
  • Məqalə: 2
  • Şərh: 37
  • Bal:
{awards}
maraqlidir twk

Ulya

  • 15 oktyabr 2010 14:06
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqlidi

Azeri_Gozeli

  • 14 oktyabr 2010 21:32
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Ellerine saliq Tewekkurler

--------------------

sevgi yalandir

  • 14 oktyabr 2010 20:54
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}